Məhkəmə qərarları › İş №1(009)-129/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-129/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-129/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə mə.ğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ş evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə cinsi azlığın nümayəndəsi Zərərçəkmiş şəxs ilə “Facebook” sosial şəbəkəsində tanış olduqdan sonra 23 yanvar 2021-ci il tarixdə saat 19 radələrində sonuncunun kirayədə yaşadığı ünvan 3 ünvanına gələrək cinsi münasibətdə olduqdan sonra Zərərçəkmiş şəxs hamama yuyunmaq üçün getməsindən istifadə edərək mənzilin giriş hissəsində olan dolabın qarşısında yerdə qoyulmuş əl çantasından, içərisində 1600 manat və həmin tarixə məzənnə ilə Azərbaycan manatına nisbətdə 170 manat olan 100 ABŞ dolları pul qoyulmuş 15 manat dəyərində olan, tünd boz rəngli pul kisəsini talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1785 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, fəhlə işləyir. Bir neçə ay əvvəl “Facebook” sosial şəbəkəsində cinsi azlığın nümayəndəsi olan Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində Mübarizlə telefon danışıqları zamanı onu yaşadığı Bayıl qəsəbəsinə dəvət etmiş, o, marşurut avtobusu ilə Bayıl qəsəbəsinə getmişdir. Orada “Su idman” sarayının qarşısında Mübariz onu qarşılamış və evinə aparmışdır. Orada kola içmişlər, söhbət əsnasında Mübariz ona cinsi əlaqədə olmağı təklif etmiş, o, etiraz etmişdir. Təxminən 20 dəqiqə oturduqdan sonra ordan çıxmışdır. Bir neçə gündən sonra Mübariz onun “Facebook” səhifəsinə yazaraq, yanına qonaq kimi gəlməsini istəmiş, dekabr ayının sonları o, Ruslanın yaşadığı ünvana getmiş, onlarda olan zaman çay içmiş, söhbət etmişlər. Yenə də Mübariz ona cinsi münasibətdə olmağı təklif etmişdir. O, razı olmamış və bir neçə dəqiqədən sonra onlardan çıxıb evə qayıtmışdır. 23 yanvar 2021-ci il tarixdə Mübarizin istəyi ilə saat 19 radələrində, sonuncunun yaşadığı ünvana getmiş, orda söhbət etmiş, çay içmiş, sonra Mübariz evin hamamına yuyunmaq üçün getmişdir. O, oturduğu otaqda dolabın qarşısında qara rəngdə olan çantanı görmüş və açaraq çantanın içində olan boz rəngli pul kisəsini götürüb əynində olan qara rəngli gödəkcəsinin cibinə qoymuşdur. Bir neçə dəqiqədən sonra Mübariz hamamdan çıxmış, onlar 5 dəqiqə oturub söhbət etdikdən sonra çıxıb evə getmişdir. Məhəllədə olan zaman Zərərçəkmiş şəxs evindən oğurladığı boz rəngli pul kisəsini çıxarıb açmış, içinə baxmış və orada olan pulları saymış, pul kisəsində 1600 manat və 100 ABŞ dolları, Ruslana məxsus olan şəxsiyyət vəqsiqəsi, sürücülük vəsiqəsi və kartlar olduğunugörmüşdür. Həmin gün, yəni 23 yanvar 2021-ci il tarixdə axşam saatlarında bir qadın ona zəng vuraraq Mübarizin yaşadğı evin sahibəsi olduğunu bildirmiş və Mübarizə aid olan pul kisəsini oğurladığını, həmin pul kisəsini içində olan sənədlər və pullarla birlikdə qaytarmasını demişdir. O, pul kisəsini oğurladığını etiraf etmiş və qaytaracağını bildirmişdir. 24 yanvar 2021-ci il tarixdə axşam saatlarında o, Mübarizə məxsus olan pul kisəsini, ona aid olan sənədlərlə birlikdə, 200 manat da pul qoyaraq, tanımadığı taksilərin biri ilə Mübarizə göndərmiş, sonra telefon əlaqəsi saxlamış, Mübariz sənədlərin və ona göndərdiyi 200 manat pulun çatdığını bildirmişdir. Özündə saxladığı pulun 870 manatını öz ehtiyacları üçün xərcləmişdir. 28 yanvar 2021-ci il tarixdə onu Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə çağırmışlar, o, bölməyə getmiş, orada etdiyi əməli etiraf etmiş və üzərində qalan 700 manatı təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, pul götürülmüş və onun izahatı alınmışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zərərçəkmiş şəxsla cinsi münasibətdə olmamışdır. O, Zərərçəkmiş şəxs evinə dost kimi gedirmiş. Əməlindən peşman olduğunu, oğurluq hadisəsinin maddi vəziyyəti ilə əlaqədar törətdiyini, dəymiş ziyanı tamamilə aradan qaldırdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında kirayədə yaşayır. Cinsi azlığın nümayəndəsidir. 2020-ci ilin oktyabr ayıda «Facebook» sosial şəbəkəsində Miri kimi adını bildiyi şəxslə tanış olmuşdur. Bu şəxslə bir neçə dəfə Bakı şəhərində görüşmüşdür. Sonra o, Miri kimi tanıdığı Təqsirləndirilən şəxs evə dəvət etmişdir. O, Minbudağla cinsi münasibətdə olurmuşlar. Onun kirayədə yaşadığı evdə 4-5 dəfə görüşüb cinsi münasibətdə olmuşlar. 2 yanvar 2021-ci il tarixdə Minbudağ ona zəng vuraraq 23 yanvar 2021-ci il tarixdə axşam saatlarında onun yaşadığı evdə görüşməyi təklif etmişdir. O, etiraz etməmiş, həmin gün saat 19 radələrində onun evində görüşmüş, çay içmişlər, söhbət etmişlər, sonra cinsi əlaqədə olmuşlar. O, yuyunmaq üçün evin hamamına girmiş, təxminən 10 dəqiqədən sonra hamamdan çıxmışdır. Minbudağın digər otaqda paltarlarını geyindiyini görmüşdür. Sonra Minbudağ vacib işi olduğu üçün getmək istədiyini bildirmiş və ondan konturu olmadığı üçün telefonu ilə taksi çağırmağını xahiş etmişdir. O, taksi sifariş etmiş, Minbudağ evdən çıxmış, bir neçə dəqiqədən sonra taksidən ona zəng vurmuşlar, o, Minbudağın telefonuna zəng vurmuşdur ki, taksinin gözlədiyini bildirsin, lakin telefona zəng çatmamışdır. O, sonra evdə dolabın qarşısına qoyduğu içərisində iş paltarı və pul kisəsi olan çantanı açmışdır ki, iş paltarını çıxarıb yusun, həmin vaxt çantaya qoyduğu tünd boz rəngli pul kisəsinin yerində olmadığını görmüşdür. O, Minbudaqdan şübhələndiyi üçün dərhal ona zəng vurmuş, telefon sönülü olmuşdur. O, həmin gün bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə vuraraq Minbudağ Məmmədovun ona məxsus olan, içərisində ümumilikdə 1785 manat pul, şəxsiyyət vəsiqəsi, hərbi bileti, pasportu, əmək haqqı kartı və bir neçə kart olan pul kisəsinin oğurlaması barədə məlumat vermişdir. Bu barədə Səbail RPİ-nin 8-ci PByə şikayət etmişdir. Həmin gün o, bu barədə evində kirayədə yaşadığı Sevinc adlı qadına da məlumat vermişdir. Sevinc ona məxsus olan pul kisəsini qaytarması üçün Minbudağın istifadəsində olan telefonuna səsli mesaj göndərmişdir. 24 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Minbudağ Sevinc xanıma səsli mesaj yazaraq ona məxsus olan pul kisəsini, şəxsiyyət vəsiqəsini, digər sənədlərini, kartlarla birlikdə 200 manat da pul qoyaraq göndərəcəyini bildirmişdir. Bu barədə ona da SMS və «Watsapp»da yazaraq məlumat vermişdir. Həmin gün saat 23-də o, Minbudağın göndərdiyi, içərisində sənədləri, kartları, 200 manat pul qoyulmuş özünə məxsus pul kisəsini tanımadığı taksi sürücüsündən almışdır. Minbudağ ona qalan pulu xərclədiyini bildirmişdir. Bundan sonra Minbudağ ilə telefon əlaqəsi olmayıb və görüşməmişlər. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını, dəymiş ziyanın ödənildiyini göstərmişdir. 28 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs mənzilindən gizli yolla əl çantasından oğurladığı 1600 (min altı yüz) azn və 100 ABŞ dollarından könüllü olaraq təqdim etdiyi 3 ədəd A30773449, A19890766, A01441636 nömrəli 200 manatlıq əskinazları və 1 ədəd C76132895 nömrəli 100 manatlıq əskinazı Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Əfqan Məmmədov tərəfindən götürülmüşdür. 28 yanvar 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təhqiqat orqanına könüllü təqdim etdiyi 3 ədəd A30773449, A19890766, A01441636 nömrəli 200 manatlıq və 1 ədəd C76132895 nömrəli 100 manatlıq əskinazlar maddi sübut hesab edilmiş və sahibinə qaytarılmışdır. 18 mart 2021-ci il tarixli pulun təqdim edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan pul kisəsindən oğurladığı 1770 manat puldan, ödədikdən sonra qalıq qalmış 870 manatını (100 manatlıq əskinazlar – A70343200, C66986419, B09517749, C38134913, A90173629, A27025041, A11179711, A554467943 seriyalı, 20 manatlıq əskinazlar – B30284319, B228224329, B264001588 seriyalı və 5 manatlıq əskinazlar – C35448571, C27463394 seriyalı) istintaqa təqdim etmişdir. 18.03.2021-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, 23 yanvar 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ümumilikdə 1770 manat Təqsirləndirilən şəxs tərəfindən ödənildikdən sonra qalmış 870 manat (8 ədəd 100 manatlıq, 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinazlar) pulu istintaq orqanından qəbul etmişdir. Zərərçəkmiş şəxs 18.03.2021-ci il tarixdə istintaq orqanına verdiyi ərizəsindən görünür ki, 23 yanvar 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1770 manat pul tam şəkildə ona qaytarılmışdır. Ona dəymiş ziyanın tam şəkildə ödənildiyinin nəzərə alınmasını xahiş etmişdir. 28 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:05-də şübhəli şəxs qismində tutulmuşdur. 30 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 30 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail rayon Polis İdarəsinin MSYdən həbsdən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə 18 aprel 2019-cu il tarixdə Səbail RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs 12 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş zərər ona qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CMnin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixdək həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2ş evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd A30773449, A19890766, A01441636 nömrəli 200 manatlıq və 1 ədəd C76132895 nömrəli 100 manatlıq əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2ş evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd A30773449, A19890766, A01441636 nömrəli 200 manatlıq və 1 ədəd C76132895 nömrəli 100 manatlıq əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar