Məhkəmə qərarları › İş №1(009)-129/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-129/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-129/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 08 avqust 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, 16 avqust 2002-ci ildə Rusiya Federasiyasının, Sverdlovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin yerdə yaşayan, hazırda barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 dekabr 2022-ci il tarixdə saat 02 radələrində əlbir olaraq bir qrup şəxs halında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yaxınlığında öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraq, ona heç bir aidiyyəti olmadığı halda Zərərçəkmiş şəxs türk dilində danışmasına irad bildirib, bunu cüzi səbəb kimi bəhanə edərək əsassız mübahisə yaratmışlar, daha sonra onlardan uzaqlaşmaq istəyən Röşən Didarini birlikdə təqib edərək Zərərçəkmiş şəxs yerə yıxılmasını görüb, sonuncuya çataraq ictimai yerdə, digər şəxslərində narahatçılığına səbəb olmaqla onların gözü qarşısında bir qrup şəxs halında bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə həmin vaxt qabaqcadan əlbir olaraq bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs vurduqları zərbələr nəticəsində sonuncuya xuliqanlıq niyyəti ilə burun sümüklərinin repozisiyası (cərrahi müdaxilə) tələb olunan yerini dəyişən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı, eləcə də sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığından ibarət xəsarətləri yetirərək, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən az ağır zərərvurmaya aid xəsarətlər yetirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının Çankırı şəhərində “Çankırı Karatekin” Universitetinin 3-cü kurs tələbəsidir. Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, Şahid2 təxminən üç aydır, Şahid3 isə təxminən dörd aydır ki tanıyır və dostluq münasibətləri vardır. 20 dekabr 2021-ci il tarixdə təxminən saat 02 radələrində o, Teymur, Hacıbaba və Əzizağa ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla“ teatrının yanından piyada keçən zaman tanımadığı iki nəfər şəxsin gəzişdiyini görüb, onlara yaxınlaşıb siqaret istəmişdir. Həmin vaxtı istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs türk dilində danışdığını eşidib, Rövşəndən türk olubolmadığını soruşmuşdur. O, Rövşəni tanımasa da, əvvəllər bulvar ərazisində gəzdiyini gördüyü və Azərbaycanlı olduğunu bildiyi üçün Rövşənə nə üçün özünü türk kimi qələmə verərək yalan danışmasını soruşmuşdur. Rövşən onunla kobud danışaraq israrla türk olduğunu bildirmişdir. O, Rövşən ilə söhbət edən zaman Bulvarın mühafizə xidmətinin tanımadığı əməkdaşı onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Rövşən bir neçə saniyə onlarla mübahisə etdikdən sonra Teymurun və onun ünvanına nalayiq ifadə işlətmişdir. O, Rövşənə tərəf gedən zaman Rövşən qaçmağa başlamışdır. Həmin vaxtı dostu Teymur ilə o, Rövşənin arxasınca qaçmağa başlamışdır. Rövşən qaçarkən yerə yıxılmış və yenidən ayaq üstə qalxıb qaçmağa başlamışdır. Həmin vaxtı o, Rövşənin arxasınca təpik vurmaq istəsə də Rövşənə dəyməmişdir. Rövşən biraz qaçdıqdan sonra yenidən ayağı ilişib yerə yıxılmışdır. Rövşən yerdə uzanıqlı vəziyyədə olarkən o, təpiklə bir dəfə Rövşənin sol çiyin nahiyəsinə vurmuşdur. Teymurun Rövşəni vurub-vurmadığını görməmişdir. Lakin Hacıbala və Əzizağa nisbətən kənarda dayanmışdır. Mübahisəni heç kim ayırmamışdır. Teymur ilə o, Rövşəndan kənarlaşdıqdan sonra Bulvarın mühafizə xidmətinin tanımadığı əməkdaşları hadisə yerinə yaxınlaşmışdır. Bundan sonra aralarında heç bir mübahisə olmamışdır. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, mübahisənin səbəbi Rövşənin onun ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Mübahisə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən «Kukla» teatrının yanında baş vermiş və təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə vaxtı orada Təqsirləndirilən şəxs1 olmuşdur. Onun dostları Hacıbaba və Əzizağa isə onlardan kənarda olmuşlar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən bildirmişdir ki, Rövşən yerdə uzanıqlı vəziyyədə olarkən o, təpiklə bir dəfə sol çiyin nahiyəsinə vurmuşdur. Rövşənin digər xəsarətləri hansı şəraitdə alması barədə məlumatı yoxdur. O, yumruqla Rövşənin sifət nahiyəsinə vurmamışdır. Hadisə vaxtı Rövşən qaçıb yerə yıxılarkən, yerdə uzanıqlı vəziyyədə olarkən o, təpiklə bir dəfə Rövşənin sol çiyin nahiyəsinə vurmuşdur. Teymurun Rövşəni vurmasını görməmişdir. Hacıbaba ilə Əzizağa ümumiyyətlə Rövşəni vurmamışdır. Rövşən onu, Teymuru, Hacıbabanı və ya Əzizağanı vurmamış və xəsarət yetirməmişdir. Rövşənin mobil telefonu sınmamış, qulaqcıq və qol saatı itməmişdir. O, hadisə yerində mobil telefon, qulaqcıq və qol saatına rast gəlməmişdir. Qeyd olunan mübahisədən sonra Teymur, Əzizağa və Hacıbaba ilə onun arasında söz-söhbət yarandığından və münasibətlərin pisləşdiyindən həmin şəxslər onun əleyhinə qərəzli ifadələr vermişlər. Təkrar olaraq bildirmişdir ki, Rövşən qaçıb yerə yıxılarkən, yerdə uzanıqlı vəziyyədə olarkən o, təpiklə bir dəfə Rövşənin sol çiyin nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid3 onun dostlarıdır. 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 02 radələrində o, İbrahim, Hacıbaba və Əzizağa ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yanından piyada keçən zaman tanımadığı iki nəfər şəxsin gəzişdiyini görmüşdür. Həmin vaxtı İbrahim onlara yaxınlaşıb siqaret istəmişdir. Bu vaxtı İbrahim istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs türk dilində danışdığını eşidib, Rövşəndən türk olub-olmadığını soruşmuşdur. İbrahim Rövşəni tanımasa da, əvvəllər bulvar ərazisində gəzdiyini gördüyü üçün və Azərbaycanlı olduğunu bildiyi üçün Rövşənə nə üçün özünü türk kimi qələmə verərək yalan danışmasını soruşmuşdur. Rövşən İbrahimlə kobud danışaraq israrla türk olduğunu bildirmişdir. İbrahim Rövşən ilə söhbət edən zaman Bulvarın mühafizə xidmətinin tanımadığı əməkdaşı yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Rövşən bir neçə saniyə onlarla mübahisə etdikdən sonra onu və İbrahimin ünvanına nalayiq ifadə işlətmişdir. İbrahim Rövşənə tərəf gedən zaman Rövşən qaçmağa başlamışdır. Həmin vaxtı İbrahim ilə o, Rövşənin arxasınca qaçmağa başlamışdır. Rövşən qaçarkən yerə yıxılmış və yenidən ayaq üstə qalxıb qaçmağa başlamışdır. Həmin vaxtı İbrahim Rövşənin arxasınca təpik vurmaq istəsə də Rövşənə dəyməmişdir. Rövşən biraz qaçdıqdan sonra yenə yerə yıxılmışdır. Bundan sonra X2 qarın, ayaq və üz nahiyəsinə ayrı-ayrılıqda bir dəfə olmaqla cəmi üç dəfə vurmuşdur. Həmin vaxtı o, yumruqla bir dəfə Rövşənin baş nahiyəsinə vurmuşdur. Daha sonra Bulvarın mühafizə xidmətinin tanımadığı əməkdaşı onları ayırmışdır. Bundan sonra aralarında heç bir mübahisə olmamışdır. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, mübahisənin səbəbi Rövşənin onun və İbrahimin ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Mübahisə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yanında baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Mübahisə vaxtı orada Rövşənin yanında olan Türkiyə Respublikasının vətəndaşı olan, adını bilmədiyi bir nəfər şəxs, İbrahim və tanımadığı şəxslər olmuşdur. Onun dostları Hacıbaba və Əzizağa isə onlardan kənarda olmuşlar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən bildirmişdirki, o, yumruqla bir dəfə Rövşənin baş nahiyəsinə vurmuş, həmçinin İbrahim də təpiklə Rövşənin qarın, ayaq və üz nahiyəsinə ayrı-ayrılıqda bir dəfə olmaqla cəmi üç dəfə vurmuşdur. O, yumruqla bir dəfə Rövşənin baş nahiyəsinə vurmuşdur. Rövşən özü yıxılaraq xəsarət almış, sonra isə X2 qarın, ayaq və üz nahiyəsinə ayrı-ayrılıqda olmaqla cəmi üç dəfə vurmuşdur. Hacıbaba və Əzizağa isə mübahisəni sakitləşdirmək üçün gəlmişlər. Hacıbaba və Əzizağa Rövşəni vurmamışdır. Rövşən onu, İbrahim, Hacıbabanı və ya Əzizağanı vurmamış və xəsarət yetirməmişdir. Şahid2 və Şahid3 bir qədər aralıda olmuş, sonradan onları ayırmağa gəlmişlər. Rövşənin mobil telefonu sınmamış, qulaqcıq və qol saatı itməmişdir. O, hadisə yerində mobil telefon, qulaqcıq və qol saatına rast gəlməmişdir. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini bildirərək barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsinin ifadəsi, şahidlərin ifadələri, özlərinin təsdiqedici ifadələri, ibtidadi istintaq zamanı keçirlmiş ekspertiza rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində Türkiyə Respublikasının vətəndaşı olan Kaan adlı tanışı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən bulvar ərazisində gəzmişdir. Kaan türk olduğu üçün o, Kaan ilə türk dilində söhbət etmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektin 77 ünvanında yerləşən “Kukla” teatrının yanından keçən zaman əvvəllər tanıdığı, onu dəfələrlə təhdid edən İbrahim və sonuncunun yanında olan 3 nəfər şəxs ona yaxınlaşıb onunla məzələnməyə və söz atmağa başlamışdır. Həmin şəxslər ona bildirmişdilər ki, “sən niyə türk dilində danışırsan”. O isə türk olduğunu bildirmişdir. Həmin vaxtı İbrahim onun üzərinə gəlməyə başlamış, o, qorxduğu üçün üzünü əks tərəfə çevirərək qaçmağa başlamışdır. O, qaçdıqda həmin şəxslərin hamısı onun arxasınca qaçmağa başlamışdır. O, qaçarkən ayağı ilişmiş və yerə yıxılmışdır. Bu zaman həmin şəxslər ona çataraq bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vurmağa başlamışdır. Bundan sonra o, hurşunu itirmiş və gözünü açdıqda Polis Bölməsində olduğunu görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, İbrahim və digər şəxslərin onunla mübahisə etməyinin səbəbi İbrahimin onu əvəllərdə təhdid edərək geyim tərzinə və qulağında olan sırğaya qarşı etiraz etməsi olmuşdur. Mübahisə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektin 77 ünvanında yerləşən “Kukla” teatrının yaxınlığında yol kənarında, bulvar ərazisində olmuş və neçə dəqiqəsini oldmasını xatırlamadığını bildirmişdir. Mübahisə vaxtı orada tanımadığı şəxslər və Bulvar İdarəsinin mühafizəçiləri olsada lakin heç kim ona köməklik etməmişdir. O, qaçarkən yerə yıxıldığı zaman xəsarət almamışdır. Məhkəmə-tibbi ekspertizası rəyinə əsasən bildirmişdir ki, İbrahim və tanımadığı digər 3 nəfər şəxsin onu təpiklə vuraraq həmin xəsarət yetirdiyini bildirmişdir. Konkret olaraq kimin ona nə xəsarət yetirməsini bilmədiyini göstərmişdir. O, İbrahimə və digər şəxslərə nalayiq ifadə işlətməmiş, tanımadığı şəxs və İbrahim o, oradan qaçmaq istəyərkən onun dalınca qaçmış və o, həmin vaxt yerə yıxılmış, onu təpiklə vuran zaman ona dəyməməsi yadına gəlmir, çünki o, hurşunu itirmiş, mühafizəçilərində mübahisəni sakitləşdirməsini xatırlamır. Təqsirləndirilən şəxs1 tanımır, həmin şəxsin onu vurmasını xatırlamır, çünki o, həmin vaxt hurşunu itirmişdir. Şahid2 və Şahid3 tanımamış, heç kimi söyməmiş və onu da kimlərin vurmasını görməmişdir. Çünki həmin vaxt huşunu itmişdir. O, hadisə zamanı heç kimi vurmamışdır. Hadisə zamanına qədər Kaanla əlaqəsi olsada sonradan Kaan ilə əlaqəsi kəsilmiş, həmin şəxsin anket məlumatlarını və mobil nömrəsini bilmir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin hər biri ilə barışıq əldə etməsini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməsini, həmin şəxslərə qarşı şikayətinin olmamasını və bu barədə barışıq ərizələrini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxslərə hansı cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Rövşən 20 dekabr 2021-ci il tarixdə gecə saatlarında yaşadığı evə gələrək ona bildirmişdir ki, həmin tarixdə, təxminən saat 02 radələrində Türkiyə Respublikasının vətəndaşı olan Kaan adlı tanışı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən bulvar ərazisinədə gəzən zaman Kaan ilə türk dilində söhbət etmişdir. Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yaxınlığında tanıdığı İbrahim və tanımadığı 3 nəfər şəxs Rövşənə türk dilində danışmasını irad bildirirək Rövşəni döyüb xəsarət yetirmişlər. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə bir neçə dəfə məlumat vermişlər. Aparılan ilkin araşdırmanın nəticəsi ilə razı olmadığı üçün o, Bakı şəhəri Səbail rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid3 onun dostlarıdır. 20 dekabr 2021ci il tarixdə, təxminən saat 02 radələrində o, İbrahim, Teymur və Əzizağa ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yanından piyada keçən zaman tanımadığı iki nəfər şəxsin gəzişdiyini görmüşdür. Həmin vaxtı İbrahim onlara yaxınlaşıb siqaret istəmişdir. Həmin vaxtı İbrahim istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs türk dilində danışdığını eşidib, Rövşəndən türk olubolmadığını soruşmuşdur. İbrahim Rövşəni tanımasa da, əvvəllər bulvar ərazisində gəzdiyini gördüyü üçün və Azərbaycanlı olduğunu bildiyi üçün Rövşənə nə üçün özünü türk kimi qələmə verərək yalan danışmasını soruşmuşdur. Rövşən İbrahimlə kobud danışaraq israrla türk olduğunu bildirmişdir. İbrahim ilə Rövşən söhbət edən zaman Bulvarın mühafizə xidmətinin tanımadığı əməkdaşı yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Rövşən bir neçə saniyə İbrahim ilə mübahisə etdikdən sonra İbrahimin ünvanına nalayiq ifadə işlətmişdir. İbrahim Rövşənə tərəf gedən zaman Rövşən qaçmağa başlamışdır. Həmin vaxtı İbrahim ilə Teymur da Rövşənin arxasınca qaçmağa başlamışdır. Daha sonra Rövşən, İbrahim ilə Teymur qaçaraq Əzizağa və ondan uzaqlaşmışlar. Daha sonra Əzizağa ilə o, həmin istiqamətə getmişdir. Həmin vaxtı o, uzaqdan görmüşdür ki, İbrahim təpiklə bir dəfə Rövşənin qarın nahiyəsinə, iki dəfə isə təpiklə üz nahiyəsinə vurmuşdur. Teymur isə yumraqla Rövşənin baş nahiyəsinə vurmuşdur. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, mübahisənin səbəbi Rövşənin İbrahimin ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Mübahisə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yanında baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi üzrə bildirmişdir ki, hadisə vaxtı İbrahim təpiklə bir dəfə Rövşənin qarın nahiyəsinə, iki dəfə isə təpiklə üz nahiyəsinə vurmuş, Teymur isə yumraqla bir dəfə Rövşənin baş nahiyəsinə vurmuşdur. İbrahim ilə Teymur Rövşəni vurmuş, Əzizağa ilə o, Rövşəni vurub xəsarət yetirməmişdir. Rövşən onu və Əzizağanı vurmamış və xəsarət yetirməmişdir. Rövşənin İbrahim və Teymuru vurubvurmadığını bilmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxasınca qaçan zaman Əzizağa ilə o, sonradan onların arxasınca getmişdir. Rövşənin telefonu əlində olmuş və istifadə edərək zənglər etmişdir. Buna görə Rövşənin mobil telefonu sınmamış, qulaqcıq və qol saatı itməmişdir. O, hadisə yerində qulaqcıq və qol saatına rast gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid2 onun tanışlarıdır. O, Hacıbabanı təxminən 8 ildir ki, İbrahim və Teymuru təxminən 4-5 ay olar ki, tanıyır. 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 02 radələrində o, İbrahim, Teymur və Hacıbaba ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yanından piyada keçən zaman tanımadığı iki nəfər şəxsin gəzişdiyini görmüşdür. Həmin vaxtı İbrahim onlara yaxınlaşıb siqaret istəmişdir. Sonra İbrahim istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs türk dilində danışdığını eşidib, Rövşəndən türk olub-olmadığını soruşmuşdur. İbrahim Rövşəni tanımasa da, əvvəllər bulvar ərazisində gəzdiyini gördü üçün və Azərbaycanlı olduğunu bildiyi üçün Rövşənə nə üçün özünü türk kimi qələmə verərək yalan danışmasını soruşmuşdur. Rövşən İbrahimlə kobud danışaraq israrla türk olduğunu bildirmişdir. İbrahim ilə Rövşən söhbət edən zaman Bulvarın mühafizə xidmətinin tanımadığı əməkdaşı yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Rövşən bir neçə saniyə İbrahimlə mübahisə etdikdən sonra İbrahimin ünvanına nalayiq ifadə işlətmişdir. İbrahim Rövşənə tərəf gedən zaman Rövşən qaçmağa başlamışdır. Həmin vaxtı İbrahim ilə Teymur da Rövşənin arxasınca qaçmağa başlamışdır. Daha sonra Hacıbaba ilə o, həmin istiqamətə getmişdir. Bundan sonra X2 qarın, ayaq və üz nahiyəsinə ayrı-ayrılıqda olmaqla cəmi üç dəfə vurmuşdur. Həmin vaxtı Teymur yumruqla bir dəfə Rövşənin baş nahiyəsinə vurmuşdur. Daha sonra Bulvarın mühafizə xidmətinin tanımadığı əməkdaşı mübahisəni sakitləşdirmişdir. Bundan sonra heç bir mübahisə olmamışdır. Mübahisənin səbəbi Rövşənin İbrahimin ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Mübahisə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektin 77 ünvanında yerləşən “Kukla” teatrının yanında baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi üzrə bildirmişdir ki, X2 qarın, ayaq və üz nayihəsinə ayrı-ayrılıqda bir dəfə olmaqla cəmi üç dəfə vurmuş, Teymur isə yumruqla bir dəfə Rövşənin baş nayihəsinə vurmuşdur. Lakin Hacıbaba ilə o, Rövşəni vurmamışdır Rövşən onu və Hacıbabanı vurmamış və xəsarət yetirməmişdir. Rövşənin İbrahim və Teymuru vurub-vurmadığını görməmişdir. Rövşənin mobil telefonu sınmamış, qulaqcıq və qol saatı itməmişdir. O, hadisə yerində qulaqcıq və qol saatına rast gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2021-ci il tarixdən Dənizkənarı Bulvar İdarəsində mühafizəçi vəzifəsində işləyir. O, iki gün işdə olmaqla iki gün istirahət günüdür. 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 02 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən “Kukla” teatrının yaxınlığında ərazi üzrə xidmət aparan zaman istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında sözlü mübahisə yarandığını görüb onlara yaxınlaşıb sakitçiliyə riayət etmələrini xahiş etmişdir. Lakin həmin vaxtı onların aralarında bir anlıq yenidən münaqişə yaranmış və Zərərçəkmiş şəxs oradan qaçmağa başlamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da Rövşənin arxasıynca qaçmağa başlamışlar. Rövşən qaçarkən bir anlıq ayağı ilişib yerə yıxılmış və cəld ayağa qalyıb qaçmağa davam etmişdir. Həmin vaxtı X2 arxasınca vursa da Rövşənə dəyməmiş və onlar qaçmağa davam etmişlər. Bu vaxtı o da onların qaçdığı istiqamətə hərəkət edərək efir vasitəsilə Dənizkənarı Bulvar İdarəsinin növbə rəisinə məlumat vermişdir. Bundan sonra Rövşənin təkrarən qarşı tərəfdə qaçarkən yerə yıxıldığını, İbrahim və Teymurun Rövşəni vurmalarını görmüşdür. Lakin hadisə bir anlığında baş verdiyindən və həmin şəxslər ondan nisbətən uzaqda olduqlarından İbrahim və Rövşənin konkret olaraq bədəninin hansı nahiyəsinə vurmalarını görməsə də, təxminən Rövşənin üz nahiyəsinə vurduqlarını görmüşdür. Bundan sonra o, hadisə yerinə yaxınlaşmış və həmin vaxtı İbrahim ilə Teymur artıq oradan uzaqlaşmağa başlamışdır. O, Rövşənə yaxınlaşıb yerdən qaldırmışdır. Bu vaxtı Rövşənin burnundan qan gəlməsini görmüşdür. Həmin vaxtı Rövşən hadisə yerinin yaxınlığında kənarda bir daşın üzərində oturmuşdur. Bundan sonra hadisə yerinə hazırda adlarını xatırlamadığı Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri və polis əməkdaşları yaxınlaşmış, onları Polis Bölməsinə dəvət etmişlər. Sonradan həmin ərazidə heç bir mübahisə baş verməmişdir. Şahid2 və Şahid3 Rövşəni Didarini vurmalarını görməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 14 yanvar 2022-ci il tarixli 829 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - burun sümüklərinin repozisiyası (cərrahi müdaxilə) tələb olunan yerini dəyişən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı, eləcə də sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə xx.xx.2021-ci il tarixdə kənar şəxs ətərfindən burun nahiyəsinə yumruqla, sol baldır nahiyəsinə təpiklə vurma nəticəsində əgələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-1256 nömrəli kameralarından çıxarılmış 1 (bir) ədəd DVD formatlı video görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki: 1-ci fayl açıldıqda - iş üçün əhəmiyyət kəsb edən görüntü aşkar olunmadı. 2-ci fayl açıldıqda - görüntünün 03:21 dəqiqəsində Zərərçəkmiş şəxs bir nəfər şəxslə piyada gedib yolun ortasında dayanıb söhbət etməsi, sonra bir neçə nəfər şəxsin onlara yaxınlaşması, daha sonra bulvar mühafizə işçisinin oraya yaxınlaşıb yaranmış sözlü mübahisəni sakitləşdirməsi, görüntünün 07:30 dəqiqəsində Zərərçəkmiş şəxs bir nəfər bulvar mühafizə işçisi ilə qayıtması və yolun kənarında dayanıb söhbət etmələri, daha sonra həmin 4 nəfər şəxsin onların yanından keçərək bir qədər kənarda dayanıb söhbət etmələri, görüntünün 09:32 dəqiqəsində həmin 4 nəfər şəxsin Zərərçəkmiş şəxs yaxınlaşmaları, Zərərçəkmiş şəxs qazon sahədən digər tərəfə keçməsi, həmin şəxslər ona yaxınlaşdıqdan onun yerindən qazon sahənin üzəri ilə əks tərəfə cəld keçməsi, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərinə gələn zaman sonuncunun qaçması, Təqsirləndirilən şəxs2 də Zərərçəkmiş şəxs arxasınca qaçması, Zərərçəkmiş şəxs yıxılaraq cəld qalxaraq qaçması, Təqsirləndirilən şəxs2 qaçan vəziyyətdə Təqsirləndirilən şəxs2 arxasınca təpik atması, sonra ilk olaraq Zərərçəkmiş şəxs, arxasınca Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçması, həmçinin bulvar mühafizə işçisinin həmin istiqamətə getməsi, kameranın aydın şəkildə görünməyən kənar tərəfdə mübahisə yaranması və ətrafdan keçən şəxslərin də həmin istiqamətə getmələri müşahidə olundu. 3-cü fayl açıldıqda - görüntünün 09:30 dəqiqəsində dayanıb söhbət edən 4 nəfər şəxsin bulvar ərazisində piyada keçən iki nəfər şəxsə yaxınlaşması və aralarında sözlü mübahisə yaranması, sonradan oraya bulvar mühafizə işçilərinin yaxınlaşması, görüntünün 17:53 dəqiqəsində Zərərçəkmiş şəxs bir nəfər polis əməkdaşı ilə birlikdə yol kənarında dayanan avto patrul avtomobilinə tərəf getmələri müşahidə olunur. Şübhəli şəxsin tutulması haqqında 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 aprel 2022-ci il tarixdə saat 11:20-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 aprel 2022-ci il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Sumqayıt şəhər məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 62.1 və 85.2-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilmişdir və cərimə tam ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddənin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, əməlindən peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olumamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini nəzərə aralaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polis nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmçinin dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini nəzərə araq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini və 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin cəza təyin olunarkən nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs1 üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs2 üzərinə ünvan 6 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 258 (iki yüz əlli səkkiz) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 258 (iki yüz əlli səkkiz) manat “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar