Məhkəmə qərarları › İş №1(009)-129/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-129/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-129/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əli-zadə Aydın Arif oğlu və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X15-Zadə barəsində yuxanda sadalanan əsasları nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrilə cinayət işinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X15-zadəni “X3 Təzahürləri: Qədim Urartu və İran” başlıqlı X17 və X6 çap olunması üçün təqdim etdiyi - erməni Ədəbiyyatı, ölkəmizdə tanınmayan Xəritələr əsasında yazdığı “Parthia Tarixi və X16 Mədəniyyətinə Təsiri” adlı məqaləsində (çap etməmişəm!) qeyri-dövlətçilik, erməni maraqlarına uyğun mövqeyinə görə 2018-ci ilin oktyabr ayında Fəlsəfə və Sosiologiya institutunun direktorunun adına ciddi sübutlarla təqdimat yazaraq onu rəhbərlik etdiyi Multikulturalizm və Toleranrtlıq şöbəsindən kənarlaşdırmışdır. Bu məsələ, X10 da müzakirə olunub. O, ciddi arqumentləri EŞ üzvlərinin diqqətinə çatdıraraq Aydın Əlizadənin (o AMEA-da rəsmi şəkildə Əlizadə kimi tanınır və maaş alır) Plan işinin və məqaləsinin AMEA Tarix institutuna Rəyə göndərilməsinin labüd olduğunu bildirmişdir. Heç kim ona irad tutmayıb və tuta da bilməzdi. Çünki o, arqumentlərini faktlarla sübut etmişdir. Hələ həmin mövzunun ölkəmizdə ən ciddi tədqiqatçısından məqaləyə Rəy də alıb Təqdimatlarına əlavə etmişdir. Lakin direktor “nəyə görəsə” materialları Tarix institutuna göndərməyib və yeni yaranmış şöbənin ştatı ilə onu müdafiə etdiyi elmi sahənin tam ziddinə - Sosiologiya şöbəsinə keçirib. Bu A.Əli-Zadənin keçirildiyi 5-ci şöbədir... AMEA-da işçinin işə qəbulu elan əsasında olur. Elan verilir. İddiaçı 1 ay Elanı gözləyir, sonra Elmi Şurada və daha sonra AMEA-nm müvafiq bölməsi və Son olaraq AMEA X7 təsdiq olunduqdan sonra Qəbul olununr. Onu da qeyd edir ki, AR NK-ti hər bir şöbə üçün 14 ştat müəyyənləşdirib ki, Aydın Əli-Zadə həmin şöbəyə keçirildikdə orada 15-dən çox işçi vardı. Məntiqlə onun üçün Sosiologiya şöbəsinə elan verilə bilməzdi. Bu əsaslarla Aydın Əli-zadə Sosiologiya şöbəsinə, “Multikulturalizm və Toleranrtlıq şöbəsinin” ştat vahidini mənimsəməklə qanuna zidd şəkildə və keçirilib. X19-zadə 2018-ci ildən bu günə kimi “Multikulturalizm və Toleranrtlıq şöbəsinin” ştat vahidi ilə Sosiologiya şöbəsində işləyir. İnstitutun baş direktoru və Elmi katib onu 2023-cü ilin fevral ayında saxta sənədlərlə X12 almaqla AR Prezidenti yanında Ali Attestasiya Komissiyasına Professorluğa tövsiyyə ediblər. O, AMEA-da 40 ildir çalışır və onu şəffav fəaliyyətlə, dolğun elmi nailliyyətlərlə təkcə ölkədə deyil, xaricdə də tanınan və prinsipal mövqeli alim kimi tanıyırlar. O, Aydın Ali-Zadənin professorluğa saxta sənədlərlə tövsiyyə olunduğunu bildikdə özünün təsisçisi və rəhbəri olduğu - ölkədə yeganə Ulu öndər Heydər Əliyev haqqında ən yeni mövzularda geniş məqalələr yayımlayan cahanplus.com saytında 11 fevral 2023-cü il tarixində saat 17.50-də TANİŞ OLUN! SAXTAKARLİQLA AAK-a PROFESSOR ADİ ÜÇÜN TÖVSİYYE OLUNMUŞ AYDİN ƏLİZADƏ BUDUR başlıqlı tənqidi yazı yayımlamışdır. Əsas məsələ, Aydın Əli-zadə istər 2018-ci ildə onu rəhbərlik etdiyi şöbədən kənarlaşdırdığında, istərsə də 11 ay əvvəl yuxarıda qeyd etdiyim tənqidi yazısı yayımlandıqda susmuş, 2023-cü ilin 1 dekabr tarixində bu tənqidi yazısını əsas göstərməklə onun haqqında Xüsusi İttiham qaydasında həm də nə özünün, nə də yazının yayımlandığı saytın yerləşdiyi ünvanın aidiyyəti olmayan - Səbail rayon məhkəməsinə Şikayət vermişdir. Bu onun üçün təəccüblüdür ki, əgər o, haqsız idisə onu Xüsusi İttiham Qaydasında Şikayətlə məhkəməyə verən Aydın Əlizadə niyə 5 il susub oturub?! Yaxud da Dövlət əleyhinə və ya dövlət maraqlarının ziddinə sübutlarını media ilə və eləcə də 5, 10 səhifəsi olan facebook sosial şəbəkəsində, şəxsi saytında niyə təkzib etməyib?! Əgər o, ona həm də elə ağır - özünün qeyd etdiyi kimi “dövlətə qarşı cinayət” böhtan atmışdısa niyə onu 11 fevralda və o ərəfədə məhkəməyə verməyib?! Bunlar təsdiq edir ki, Aydın Əli-Zadə ciddi faktlarla olan tənqidi yazını da qəbul edib ondan nəinki Məhkəməyə, AMEA rəhbərliyinə, hətta dostu, hələ “nəyə görəsə” xüsusi müdafiəçisi, yüksək məmurları, ictimaiyyəti aldadaraq onu müdafiə edən, irəli çəkən Fəlsəfə və Sosiologiya institutunun direktoruna da şikayət etməyib, heç məqalə də yazmayıb, hətta Facebook səhifəsində status paylamayıb... Heç adəti üzrə ədəbsiz replikalrından da atmayıb. Aydın Əli-zadə Plan işini ilin sonunda təhvil verməkdənsə oktyabr ayında təhvil verib, məndən onun çap olunması üçün şöbənin iclasının çıxarışını tələb etmişdi. Azərbaycan milli mentalitetində kişi sözü mərdlik, cəsarət, qorxmazlıq mənalarını daşıyır. Qorxaq sözü də bəllidir hansı meyarları ehtiva edir. Sözün əsl mahiyyətində Aydın Əli-zadə yəni mərd-cəsarətli kişi idisə, dövlətdən qorxmurdusa çap etdirəydi. Kafqaz Albaniyası, Alban kilsəsi - İslamdan öncəki tariximizi danan mövqeli, Azərbaycan dövlətini kilsəyə sahiblənmək marağına görə ələ salan, türklərin “qırılmalı olduğunu”, “oğraş olduqlarını”, Azərbaycanlıların “oğraşlıqda çempion olduğunu” (və s.), şüursuz olduqlarını (bu və daha başqa təhqirləri erməni mediasında yazıb) Aydın Əli- Zadənin alnı açıqdırsa, 1 il maaşını aldığı dövlətin xeyrinədirsə yazdığı Plan işi, buyursun “müqəddəs kitabələrini” indi çap etdirsin!.. Hünəri var ölkəmizdə qəbul edlməyən - erməni saytından gətirdiyi Xəritəni, şəkli müdafiə eləsin!.. Pulu yoxdur?! Layiq olmadığı halda onun Professor kimi yüksək elmi dərəcəyə keçməsi üçün hətta saxta sənədlər (bu haqda növbəti yazılarda) vermiş İlham Məmmədzadə pul ayırar onun üçün. Onun məhz artıq 6 il sonra işdən çıxardığı, 11 ay əvvəl tənqid etdiyi halda indi onu bütünlüklə böhtan xarakterli “misallarla” məhkəməyə verməsini böyük ehtimallarla SİFARİŞ hesab edir. O, özünün ondan qisas almaq niyyətini kimlərinsə onun tənqidlərimə dözə bilməməsi vəziyyəti ilə birləşdirib məhkəməyə müraciət edib. Bundan da başqa o saxta sənədlərlə İnstitut EŞ-dan AAK-na professor tövsiyyəsi aldıqdan sonra AAK-a müraciət edib. AAK-a demək olar ki, kimin elmlər- fəlsəfə doktoru işi, dosent- professor dərəcəsi təsdiq üçün göndərilir çoxsayda şikayətlər olur. AAK şikayətlərə yox, işin vəziyyətinə qiymət verir. Onunla bağlı İnstitutun iddiası yoxlanılıb, əsaslı müddəa ilə o, professor aqdına təsdiqlənməyib. AAK-ı Məhkəməyə verib, Şikayəti təmin olunmayıb. Bəlkə də buna görə ondan qisas almaq istəyir. X18-Zadəyə professor adının verilməsinin düzgün olmadığını onu şöbəsindən çıxarmış professor Sakit Hüseynov və onunla xaricdə səfərdə olarkən dövlətimiz əleyhinə çıxışlarının şahidi olmuş, keçmiş Binəqədi YAP təşkilatının sədri, İnstitutun Sosial Fəlsəfə şöbəsinin müdiri professor Azər Mustafayev AR Prezidenti cənab İlham Əliyevə və AAK sədrinə vurduqları Teleqramda dolğun faktlarla sübut ediblər. Aydın Əli-Zadə bu şəxslərdən həm onu dövlət əleyhinə çıxışlarına görə AMEA-dan qovduracaqlarından və həm də kişi xeylağı olduqları üçün qorxur. Xahiş etmişdir ki, Aydın Əli-zadənin cəfəngiyyat olan məhkəmə iddiasının əsası kimi göstərdiyi 11 fevral 2023-cü il tarixli TANİŞ OLUN! SAXTAKARLİQLA AAK- a PROFESSOR ADİ ÜÇÜN TÖVSİYYE OLUNMUŞ AYDİN ƏLİZADƏ BUDUR-(https://cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-aprofessor-adi-ucun-tovsiwe-olunmus-aydin-elizade-budur.html)-https://atb.am/) tənqidi yazını və həmçinin də 2 hissədən ibarət onun Xüsusi İttiham Qaydasında Şikayət əsası - 15 “böhtan”ına cavab yazılarını oxuyasınız: İ HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALİSAN!.. “X20 Razı Gələr”...(https://cahanplus.com/ gun dem/ 52 31-aydin-elizade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html): İİ HİSSƏ, Aydın Əli- Zadə ÖZÜN İTTİHAM OLUNMALİSAN!.. “X20 Razı Gələr”. O, xx.xx.2024 tarixdə, saat 13.17-də cahanplus.com saytında yayımladığı https://cahanplus.corn/gundenV5252-lhammelimin-ilham-melimin-aydin-meliminin-aeli-zadenin-azerbaycan-dovletinin-elevhinevazilari-ve-cixislari.html-yazımda onunbaşliqdan da göründüyü kimi barəsində Xüsusi İttiham qaydasında şikayətində əsas götürdüyü müddəaları sübut olaraq təqdim etmişdir. Aydın Əli-Zadənin Ermənilərlə dostluğunu, erməni mediasında məqalə və çıxışını, Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli Bəyanatının Ziddinə milli əxlaq mentalitetimizin ziddinə məqalə və çıxışlarını, qardaşımız. Arxa-dirəyimiz Türkləri, öz xalqımızı alçaldan yazılarını da atrı-ayrı yazılarla mediada işıqlandıracaqdır. Eyni zamanda məhkəməyə onun barəsində Xüsusi İttiham Qaydasmda Şikayətimə əlavə edir. Aydın Əli-Zadə necə deyərlər eyibinə kor olmaqdansa son ümüid kimi yeni Facebook sosial şəbəkəsindəki səhifəsində (https://www.facebook.com/aydin.alizadeh2) haqqımda böhtan və təhqir yazaraq onu - Elmi və Siyasi ictimaiyyətdə Ulu öndər Heydər Əliyevin tədqiqatçısı kimi tanıyan, xalqın elmini xaricdə belə yüksək səviyyədə təmsil edən Xatirə Quliyevanı qəsdən nüfuzdan salmağa çalışmışdır: Hörmətli AMEA Fəlsəfə və Sosiologiya institutunun elmi işçiləri! "Multikulturalizm və tolerantlığın fəlsəfəsi" şöbəsinin müdiri Xatirə Quliyeva mənim tərəfimdən KİV-lərdə və sosial şəbəkələrdə böhtan və təhqirlər yağdırdığına, işgüzar nüfuzuna ləkə gətirdiyinə və AMEA rəhbərliyi qarşısında barəmdə yalanlar yaydığına görə məhkəməyə verilib. Aydın Əli- Zadə ölkə mediasına onun böhtançı olduğu barədə də məlumatlar verərək onu nüfuzdan salmağa çalışmışdır və bu onun səhhətimə və yaradıcılığına zərbə vurmuşdur. Beləki, Aydın Əli-Zadənin əvvəllər əxlaqsız yazılarını dərc etmiş Kult.az saytının baş redaktoru olan hazırda Qaynar info.az saytının əməkdaşı ona 2 dəfə zəng edib e.mehkeme portalında onun Xüsusi İttiham qaydasında məhkəməyə verildiyini ancaq kimin verdiyinin yazılmadığını deyib ondan məlumat istədi, Alnım açıq olduğu üçün faktları sıraladı. 1 saat sonra həmin saytda “AMEA-da yeni qalmaqal: Elmlər doktoru şöbə müdirini məhkəməyə verdi, həbsini istəyir” - başlıqlı yazı yayımlandı. Maraqlıdır. Aydın Əlizadəni guya tanımayan bu sayt əməkdaşları onu 1 saatın içində həm tapıblar, həm də materialı hazırlayıb yayıblar. Bundan başqa o, onlara Aydın Əlizadənin “fəaliyyəti” barədə media yazılarını və əsas da “İlham "məlimin" Aydın “MƏLİMİNİN” (A.Əli- Zadənin) AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ Yazıları və Çıxışları yazını yayımlamaq üçün göndərdikdə yayımlamadılar. Bu da onların Aydın Əlizadənin tərəfində olduğunu təsdiqləyir. Beləliklə, Qaynar info.az-m direktor müavininin köhnə dostunun xeyrinə məqsədli olaraq onu böhtançı. Yalançı, cəfənfıyyatçı adlandıran, təhqir edən, yaradıclığını ləkələyən, onu nüfuzdan salan məzmunda yaydığı məlumat qısa vaxtda bir çox saytlarda yayılmaqla dövlətə, xalqa xidmət edən alimi ölüm həddinə gətirmişdir. Bir neçə saytın adını təqdim edir. AMEA-da yeni qalmaqal: Elmlər doktoru şöbə müdirini məhkəməyə verdi, həbsini İstəyir. Lakin bütün saytların məlumatlarında onun fikri olaraq göstərdikləri “Mən necə dövlətə qarşı çıxa bilərəm?” -sualına “İlham "məlimin" Aydın “MƏLİMİNİN”(A.Əli-Zadənin) AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ Yazıları və Çıxışları(çox lakonik) https://cahanplus.com/gundem/5252-lham- melimin-ilham-meliminavdin-meliminin-aeli-zadenin-azerbavcan-dovletinin-elevhine- vazilari-ve-cixislari.html)yazını xatırladır. Eləcə də hörmətli məhkəmə hakimlərinin də bu sualın cavabı ilə bir vətəndaş olaraq bu yazıda tanış olmaqlarını xahiş edir. Aydın Əli-zadə mənim barəmdə ayda heç 50 baxışı olmayan cahanplus.com saytında haqqında əsaslı faktlarla yazdığı Xüsusi ittiham qaydasında məhkəməyə şikayət verir, həbsimi istəyir, ancaq ölkənin ən güclü saytlarından olan Qaynar info.az saytında (ondan götürülərək 10-dan çox saytda) haqqında böhtan, şəxsiyyətimi həbslə belə alçaldan məlumatlar yayımlayır! Erməni mətbuatında Azərbaycanlıları alçaldan adamdan gözlənilən hərəkətdir. Ancaq Məhkəmə bu məsələyə ədalət hissi ilə qiymət verməlidir. Bu mənada Aydın Əli-Zadə Facebook sosial şəbəkəsindəki səhifəsində onu nüfuzdan salan status paylaşmışdır o, Şikayətinə Facebok sosial şəbəkəsi haqqında rəsmi məlumatı əlavə etməklə orada paylaşılanların milyardlarla insana yetişmısinin reallığını diqqətə çatdıraraq onun onu bütün dünyada nüfuzdan salmaq niyyətini billdirir və cəzalanmasını istəyir. Özünü erməni mətbuatında bütünlüklə ermənilərdən aşağı səviyyəli qələmə verdiyi Azərbaycanlılar arasında super ağıllı hesab edən, professorluğa iddiaçı Aydın Əli-zadə və onun üçün Şikayəti yazmış vəkili yaxşı bilirlər ki, dünya təcrübəsinin statistikasında 147.2 və 148-ci maddələr üzrə mətbuat işçilərinin həbsi istisnadır. Bunu Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında_Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Q Ə R A R İ- nın məzmunu və müddəaları da təsdiq edir. Məsələn, “Azərbaycan Respublikasının məhkəmələrində 2012-2013-cü illərdə böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında baxılmış şikayətlərin təhlili göstərir ki, bu müddət ərzində 401 nəfər haqqında 249 şikayət ərizəsi daxil olmuşdur. Onlardan 44-ü (10,9%) jurnalistlər barəsində olmuş, bu müddətdə məhkum edilən jurnalist olmamışdır. Belə ki, 1 jurnalist barəsində bəraət hökmü çıxarılmış, 10-u barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilmiş, 33 nəfər barəsində isə şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir”. X13 özü haqqında Samarada Din əleyhinə çıxışına görə Cinayət işi açılıb 2 il sonra xitam verilib. Ancaq onun Dövlət əleyhinə, ermənilərlə əlaqəsi, erməniləri yüksək, Azərbaycanlıları aşağı tutması, türkləri alçaltması faktları danılmazdır və o həbs olunmalıdır, nəinki onu ifşa edən alim. Bundan başqa Səbayıl rayon məhkəməsində hazırlıq iclasına mənim X14 üzvlərinə elektron məktubumda onun haqqında yazdığım əsaslı bir cümlənin olduğu məktubu gətirib bunu özünə böhtan kimi göstərən Aydın Əli-Zadəyə məhkəmənin Plenumunun Qərarından aşağıdakı müddaənın da anlatmasını xahiş edirəm: Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə, Aydın Əli-Zadə haqqında verdiyi Xüsusi İttiham Qaydasında Şikayət Ərizəsində (əlavə edir) və həmçinin milyonlarla Azərbayan izləyicisi olan Facebook sosial şəbəkəsindəki yeni səhifəsində (https://www.facebook. com/aydin. alizadeh2) məqsədli olaraq onun böhtançı, şaiyələr yayan olduğunu paylaşdığı statusunda, habelə ölkədə çoxsaylı izləyiciləri olan Qaynar info.az (A.Əli- Zadənin əxlaqa zidd yazılarının çap edən Kult.az saytının redaktoru hazırda bu saytın direktor müavinidir) saytında 10 yanvar 2024-cü il tarixlində yayımlanmış məlumatda və qısa vaxtda bir çox saytın geniş şəkildə yayılmış məlumatlarda məqsədli olaraq onu böhtançı, şaiyələr yayan adlandırmaqla ölüm həddinə (tibbi sənədləri əlavə edir) gətirmişdir. 2023-cü ildə bitirməli olduğu “Heydərizm” kimi dünyada ilk olan mövzuda monoqrafiyasını bitirə bilmişdir. Digər mühüm elmi işləri yarımçıq qalıb. Bütün bunları yazaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 88-ci, 293.3.1,293.3.7-ci maddələrini rəhbər tutaraq məhkəmədən, X15-Zadə barəsində yuxanda sadalanan əsasları nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrilə cinayət işinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Əli-zadə Aydın Arif oğlu və onun müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdilər. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.3.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə, hərəkətlərindən şikayət edilən Əli-zadə Aydın Arif oğlunun əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçı X1-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizəsində onun məhz hansı hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Beləliklə, Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əli-zadə Aydın Arif oğlunun hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 90 (doxsan) manat “Access Bank”ın Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar