Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-129/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2000-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yerləşən “İnam” kafesinin xidmətçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1967-ci ildə Lerik rayonunun, Qendov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanda yerləşən “İnam” kafesinin sahibi işləyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bələ ki, o, X4 ilə birlikdə 24 sentyabr 2024-cü il tarixdə saat 00:30 radəlerində ünvan 1 ünvanda yerləşən “İnam” kafesinin həyətində bir qrup şəxs halında birləşib, müştəri qismində olan Zərərçəkmiş şəxs 22 sentyabr 2024-cü il tarixdə kafedə xidmətçi ilə səs-küy salaraq zərər vurması cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, əsassız mübahisə yaradaraq, ictimai yerdə kafenin normal iş fəaliyyətinin pozulması və digər müştərilərin də narahatçılığına səbəb olmaqla, öz şəxsiyyətlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, kafenin həyətində və qarşısına çıxaraq orada həmrəylik nümayiş etdirməklə bir qrup şəxs halında birləşdiyi kafenin sahibi Arif Feyziyevlə birlikdə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə müştəri Zərərçəkmiş şəxs hər biri bədənin müxtəlif nahiyyələrinə əl, diz və ayaq zərbələri vuraraq sonuncuya alın nahiyəsinin sağ və sol yarısının sıyırqları, üst dodağın sol yarsının şişkinliyi fonunda selikli qişasının ətraf qansızma ilə əhatə olunmuş əzilmiş yarası, boyunun sağ yan səthinin yuxarı və sağ arxa-yanı səthinin aşağı 1/3-nin sıyırıqları, sağ qoltuq büküşü proyeksiyasının qançırı, sağ saidin orta 1/3-nin ön, sol saidin orta 1/3-nin arxa sağ saidin aşağı 1/3-nin ön səthilərinin sıyırıqları, sağ diz oynağının ön səthinin qançırı kimi zərərçəkmiş şəxsin sağlamlığın dərəcələri təyin edilməyən sağlamlığa zərərvurmayana aid və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirib, bir şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişlər. X4 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə 24 sentyabr 2024-cü il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanda yerləşən “İnam” kafesinin həyətində bir qrup şəxs halında birləşib, müştəri qismində olan Zərərçəkmiş şəxs 22 sentyabr 2024-cü il tarixdə kafedə Xidmətçi ilə səs-küy salaraq zərər vurması cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, əsassız mübahisə yaradaraq, ictimai yerdə kafenin normal iş fəaliyyətinin pozulması və digər müştərilərin də narahatçılığına səbəb olmaqla, öz şəxsiyyətlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, kafenin həyətində və qarşısına çıxaraq orada həmrəylik nümayiş etdirməklə bir qrup şəxs halında birləşdiyi kafedə xidmətçi işləyən Təqsirləndirilən şəxs1lə birlikdə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə müştəri Zərərçəkmiş şəxsda hər biri bədənin müxtəlif nahiyyələrinə əl, diz və ayaq zərbələri vuraraq sonuncuya alın nahiyəsinin sağ və sol yarısının sıyırqları, üst dodağın sol yarsının şişkinliyi fonunda selikli qişasının ətraf qansızma ilə əhatə olunmuş əzilmiş yarası, boyunun sağ yan səthinin yuxarı və sağ arxa-yan səthinin aşağı 1/3-nin sıyırıqları, sağ qoltuq büküşü proyeksiyasının qançırı, sağ saidin orta 1/3-nin ön, sol saidin orta 1/3-nin arxa sağ saidin aşağı 1/3-nin ön səthilərinin sıyırıqları, sağ diz oynağının ön səthinin qançırı kimi zərərçəkmiş şəxsin sağlamlığın dərəcələri təyin edilməyən sağlamlığa zərərvurmayana aid və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirib, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirmişdir. Əməlindən peşmandır. İbtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, ona Azərbaycan Resupblıkası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək göstərmişdir ki, 2024-cü ilin avqust ayının əvəllərindən bu günə kimi ünvan 6 ünvanda yerləşən «İnam» kafesidə xidmətçi işləyir. Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 22 sentyabr 2024-cü il tarixdə saat təxminən 16:30 radələrində o, ünvan 6 ünvanda yerləşən «İnam» kafesində müştərilərə xidmət edərkən, həmin vaxt kafedə əvvəllər bir müştəri kimi tanıdığı, Hacı, Elnur və Rəşad adlı şəxslərə kafedə onlara kafedə işləyən digər xidmətçi Zaur tərəfindən xidmət etmişdir, onlar kafedə çörək yeyib və spirtli içki qəbul etdikdən sonra kafeni tərk edərək çıxıb gedərkən Rəşadla arasında mübahisələri olmuş və mübahisə zamanı Rəşad kafenin həyətində nəlayıq söyüşlər etdiyinə görə o, onlara yaxınlaşaraq Rəşada öz iradını bildirərək əli ilə onu kənara itələmişdir. Bundan sonra Rəşadı və Eİnur tərəfindən onun üzərinə hüçüm edərək yerə yıxaraq onu yerdə əlləri ilə bədəninin müxtəlif nahiyələrinə vurarkən, bu zaman kafenin müdiri Arif onlara yaxınlaşaraq Rəşadın yaxasından tutaraq onu kənara çəkmişdir. Bundan sonra Rəşad kafeni plaşmas materiallarla hasara alınmış plasmasını sındırmış və Arif isə ona öz iradını bildirmiş və həmin plasması yenidən bərpa olunmasını bildirmişdir. Bundan sonra onlar oradan çıxıb getmiş, elə həmin gün təxminən 1 saatdan sonra Hacı və Elnur kafeyə yenidən gələrək Arifə yaxınlaşıb ona Rəşad tərəfindən kafenin plasmas materialından olan hasarını sındırdığına görə səhəri günü onlar tərəfindən bərpa olunmasını bildirmişlər. Bundan başqa bildirmişdir ki, o, həmin vaxt heç bir xəsarət almadığına görə şikayət etməmişdir. Lakin səhərisi günü yəni 23 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində o, kafedə olan zaman Hacı, Elnur Rəşad adlı şəxslərlə birlikdə kafeyə gəlmişlər. Həmin vaxtı Arif onlarla görüşüb Arif Hacı ilə kafenin həyətinfə olan masada əyləşib onunla söhbət edən zaman Rəşad onların söhbətlərinə bir neçə dəfə müdaxilə edərkən Arif ona öz iradını bildirmişdir. Artıq kafedə müştərilər getdikdən sonra Arif kafedə olan zalın işıqlarını söndürmüş, lakin Rəşad bir qədər səs-küy salarkən Arif onu bir böyük kimi sakitləşdirmək məqsədi ilə kafedə olan digər otağa keçməsini təklif etmişdir. Lakin buna baxmayaraq Rəşad otağa keçməkdən imtina edərək daha da səs-küy salmağa başlamışdır. Hacı isə onun tərəfindən sındırılmış hasarı düzəldəcəyini Arifə bildirmiş, Arif isə artıq kafenin həyətindən onları yola salarkən, Rəşad kafedə onun üzərinə hüçüm edərək əli ilə baş nahiyəsinə vurmuş, lakin o, heç bir xəsarət almamışdır. Buna görə də o, şikayət etməmişdir. Bundan sonra Elnurda onun üzərinə hüçum edərək kafenin həyətində olan stolu götürüb onun üzərinə atmış və o kənara çəkilərək həmin stol ona dəyməmişdir. Həmin hadisə zamanı yenidən Elnur və Rəşad onun üzərinə hücum edərkən Arif Rəşadın boğaz nahiyəsindən tutaraq onu kənara çəkmişdir. Bundan sonra Hacı və Elnur Rəşadı ayıraraq kafedən kənarlaşdırmışlar. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə 24 sentyabr 2024-cü il tarixdə 00:30 radələrində ünvan 6 ünvanda yerləşən «İnam” kafesinin həyətində olmuş, hadisənin səbəbi isə müştəri Rəşad tərəfindən kafedə xidmətçinin onun ünvanına qarşı söyüb təhqir etməsinin üstündə olmuş, həmin hadisənin şahidləri Elnur, Hacı şəxslər və xidmətçi Zaur olmuşlar. Baş vermiş hadisə isə təxminən 3-5 dəqiqə davam etmişdir. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə zamanı Rəşad onun üzərinə hüçüm edərkən o, onu əli ilə onu kənara itələmiş, olabilsin ki, Rəşad bundan xəsarət alsın. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X4 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirmişdir. Bəraət olunmasını istəmişdir. Kafedə heç kim olmamış, mübahisə zamanı özü yıxılıb əzilib. Onun günahı olmadığından burda xuliqanlıq yoxdur. O kafenin sahibidir orda mübahisə olmağını istəməmişdir. Sübut kimi video görüntülər vardır. Əməlindən peşmandır. İbtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs X4 ifadəsində Azərbaycan Resupblikası CM-nin 221.2.1 -ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2024-cü il tarixdən bu günə kimi ünvan 6 ünvanda yerləşən «İnam» kafesinin sahibidir. O, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 22 sentyabr 2024-cü il tarixdə saat təxminən 16:30 radələrində o, ünvan 6 ünvanda yerləşən “İnam» kafesinə gələrkən, həmin vaxt kafedə əvəllər bir müştəri kimi tanıdığı, Hacı, Elnur, Rəşad və onların yanında olan tanımadığı daha 2 nəfər şəxslərlə kafenin həyətində olan ümumi masada oturub çərək yeyərək və spirtli içki qəbul edərkən, həmin vaxtı o, onları tanıdığı üçün onlarla görüşmüşdür. Bundan sonra həmin kafedə onun qonaqları olan fiziki məhdudiyyətli olan tanıdığı şəxslərin kafeyə yerləşən ümumi zala keçmişdir. Bu zaman o, bir qədər onlarla oturub çörək yedikdən sonra, kafenin həyətində səs-küyü eşidərək kefenin həyətinə çıxmış və orada müştərilər olan Rəşad, Hacı və Elnur tərəfindən kafedə xidmətçi işləyən Rəşadı və Zaurun ünvanlarına qarşı nalayiq küçə söyüşləri ilə söyüb təhqir edərək, müştərilər Rəşad, Hacı və Elnur tərəfindən xidmətçi Rəşadı yerə yıxaraq onu yerdə əlləri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdiklərini görmüşdür. Bundan sonra o, onlara yaxınlaşaraq müştəri Rəşadın yaxasından tutaraq kənara çəkmişdir. Bundan sonra müştəri Rəşad kafeni plasmas materiallarla hasara alınmış plasması sındırmış və o, isə ona öz iradını bildirərək həmin plasması yenidən bərpa olunmasını bildirmişdir. Bundan sonra onlar oradan çıxıb getmişlər. Elə həmin günü təxminən 1 saatdan sonra Hacı və Elnur kafeyə yenidən gələrək ona yaxınlaşıb Rəşad tərəfindən kafenin plasmas materialdan olan hasarını sındırdığına görə səhəri günü onu onlar tərəfindən bərpa olunmasını bildirmişlər. Bu zaman o isə onların sözlərini nəzərə alıb onlarla razılaşmışdır. Lakin səhərisi günü yəni 23 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində o, kafedə olan zaman Hacı, Elnur, Rəşad və onların yanında olan tanımadığı daha 2 nəfər şəxslərlə birlikdə kafeyə gəlmişlər. O, yenidən onlarla görüşüb və kafenin həyətində olan masada oturub çay içərkən, o, Hacı ilə kafenin həyətində olan masada əyləşib onunla söhbət edən zaman Rəşad onların söhbətlərinə neçə dəfə müdaxilə edərkən o, ona öz iradını bildirmişdir. Artıq kafedə müştərilər getdikdən sonra o, kafedə olan zalın işıqlarını söndürmüş, lakin Rəşad bir qədər səs-küy salarkən o, onu bir böyük kimi sakitləşdirmək məqsədi ilə kafedə olan digər otağa keçməsini təklif etmişdir. Lakin buna baxmayaraq Rəşad otağa keçməkdən imtina edərək daha da səs-küy salmağa başlamış, Hacı isə onun tərəfindən sındırılmış hasarı düzəldəcəyini ona bildirmişdir. Bundan sonra o, artıq onları kafenin həyətindən onları yola salarkən, müştəri Rəşad kafedə işləyən Rəşadın üzərinə hüçüm edərək əl ilə baş nahiyəsinə vurmuş bu zaman Elnurda Rəşadın üzərinə hücum edərək kafenin həyətində olan stolu götürüb Rəşadın bədəninə vurmuşdur. Həmin hadisə zamanı müştəri Rəşad xidmətçi Rəşadı yerə yıxaraq onun üzərində olarkən o, müştəri Rəşadın boğaz nahiyəsindən tutaraq onu kənara çəkmişdir. Bundan sonra Hacı, Elnur və digər şəxslər Rəşadı ayıraraq kafedən kənarlaşdırmışlar. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə 24 sentyabr 2024-cü il tarixdə 00:30 radələrində ünvan 6 ünvanda yerləşən «İnam» kafesinin həyətində olmuş, hadisənin səbəbi isə müştəri Rəşad tərəfindən kafedə işləyən xidmətçi Rəşadın ünvanına qarşı söyüb təhqir etməsinin üstündə olmuş, həmin hadisənin şahidləri Elnur, Hacı, onların yanında olan daha 2 nəfər şəxslər və xidmətçi Zaur baş vermiş hadisə isə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs kafeyə çörək yemək üçün getmişdir və ofisiantla mübahisə yaranmışdır. Yaranan mübahisəni xatırlamır. Çölə çıxıb sakitləşib gəlmişdir. Səhəri gün yenidən gəlmiş və bu dəfə Arif və Rəşad ilə aralarında mübahisə yaranmışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiqləmiş və unutduğunu bildirmişdir. Rəşad ilə Arif bir gün sonra barışığa gedən zaman yenidən arada mübahisə olmuş və xəsarət almışdır. Ayırmağa Hacı və Elnur kömək etmişdir. 24 sentyabr barışmaq üçün 7-8 radələrində işdən çıxıb kafeyə getmişdirlər. Orda oturub çay içərək saat 12 ni gözləmişdirlər ki, kafe boşalsın və müştərilər getsin. O plasmas qabı sındırmış Arif bunu düzətməsini ona bildirmişdir. O da dəymiş ziyan ödənildikdən sonra düzəldəcəyini demiş və sözləri üst-üstə düşməmişdir. Dəymiş ziyan olaraq köynəyi cırılmış və aralayan zaman xəsarətlər alaraq əzilmişdir. 25 sentyabrda ağrıları olmuş və həkimə getmişdir. Həkim polis çağıracağını bildirmişdir. Daha sonra həkim polis çağırmış və onu polislər apararaq hadisənin necə olduğunu soruşmuşlar. Olduğu kimi danışaraq ifadəsini vermişdir. İstintaq zamanı barışıq ərizəsi verilməsinə baxmayaraq heç bir ərizə alınmamışdır. Hadisə zamanı ətrafda heç kim olmamış, nalayiq ifadələr işlədilməmişdir. Barışıq üçün qarşı tərəf zərərçəkmiş şəxsin kafeyə gəlməsi deyilmiş və orada yenidən mübahisə yaranmışdır. Lakin hal-hazırda heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə saat təxminən 13 radələrində onun yaşadığı ünvandan bir qədər yaxınlıqda yerləşən ünvan 7 “İnam” kafesinə çörək yemək üçün o, dostu Hacı və yeznəsi Elnurla birlikdə getmişlər. Bundan sonra onlar kafedə çörək yedikdən sonra Hacı 47 manat hesabı kafenin xidmətçisi sonradan adını bildiyi Zaura ödəmişdir. Bundan sonra onlar kafeni tərk edərək çıxan zaman kafedə xidmətiçi işləyən Zaur ona razı qalıb-qalmamağını soruşmuş, o, isə ona cavab olaraq razı qaldıqlarının ona heç bir aidiyyatı olmadığını bildirmiş, lakin həmin xidmətçi isə ona razı qalmadıqlarını söyləyərək onu kafedən çölə çıxmağını və onunla söhbət edəcəyini bildirmişdir. Bundan sonra o, ona heç bir etiraz etməyərək kafenin kənar bir yerinə çıxaraq və orada o, həmin xidmətçi ilə söhbət edən zaman onlar arasında sözlə mübahisə baş vermiş, həmin vaxtı mübahisəyə həmin kafedə xidmətçi işləyən Rəşad adlı şəxs müdaxilə edərək onlara yaxınlaşaraq guya o, orada səs-küy saldığına görə onun sifətinə kəllə atarkən o, kənara çəkilmiş, lakin kəllə zərbəsi ona dəyməmiş, bunun nəticəsində o, heç bir bədən xəsarəti almamışdır. Bundan sonra həmin kafenin sahibi Arif adlı şəxs gələrək onun üzərinə hüçüm edib və onu yerə yıxan zaman, kafenin plasmasdan hasara alınmış plasmas hasara əli dəyərək sınmış, lakin o, heç bir xəsarət almamışdır. Bundan sonra Hacı və Elnur onları ayıraraq oradan evə gəlmişlər. Bundan sonra o, həmin vaxtı şikayət etməmişdir. Lakin 23 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə olan zaman Arif Hacının vasitəsilə onun özü ilə və kafedə işləyən xidmətçilərlə barışmaqları üçün kafeyə çağırmışdır. Elə həmin günü o, Hacı və Elnurla birlikdə kafeyə getmiş, Arif isə kafedə olan müştərilərin getdikdən sonra onun guya onunla və xidmətçisi ilə barışmağını bildirmişdir. Bundan sonra kafeni müştərilər tərk etdikdə, Arif, həmin kefedə işləyən xidmətçiləri Rəşad və Zauru kafenin həyətində onunla söhbət edərək guya o, onun xidmətçilərinə qarşı nalayiq söyüşlərlə söyüb təhqir etdiyini və onun kafenin kənarı hasara alınmış plasmas çəpərini sındırmağına görə iradını bildirmişdir. Bu zaman onlar arasında sözlə mübahisə baş verdi və mübahisə zamanı Arif və Rəşad onun ünvanına qarşı nalayıq küçə söyüşləri ilə söyüb təhqir etmiş, bundan sonra ilk olaraq Rəşad onun üzərinə hücum edərək kəllə ilə yəni başı ilə onun gözləmədiyi bir anda alın və sifət nahiyəsinə vurmuşdur. Bundan sonra isə Rəşad əli ilə onun boynunun sağ nahiyələrinə bir neçə dəfə vuraraq onu yerə yıxmış və yerdə isə yenidən və onu əl və ayaq zərbələri ilə onun sağ və sol qollarına vurmuşdur. Bundan sonra Arif bununla kifayətlənməyərək Arif yerdə dizi ilə onun sağ qoltuğuna vuraraq xəsarət yetirmişdir. Bu zaman hadisə yerində olan Hacı, Elnur və Zaur onu zorla Arifin və Rəşadın əllərindən almışlar. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə 24 sentyabr 2024-cü il tarixdə 00:30 radələrində ünvan 6 ünvanda yerləşən “İnam” kafesinin həyətində olmuş, hadisənin səbəbi isə guya onun həmin kafedə səs-küy salmasının və kafeyə zərər vurmağının üstündə olmuş, həmin hadisənin şahidləri Elnur, Hacı və Zaur olmuşlar. Baş vermiş hadisə isə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında Şahid1 bildirmişdir ki, anlaşılmazlıq olmuş və barışmışdırlar. Müstəntiq oxutmadan izahata qol çəkdirmişdir. İki tərəfdə əsəbi olmuş və bir-birlərini başa düşməmişdirlər. Barışıq gedən zaman bir-birlərinin yaxasından tutmuşdurlar. Onları ayırmışdırlar. Məhkəmə istintaqında Şahid2 bildirmişdir ki, aralarında anaşılmazlıq olmuş və növbəti gün barışıq üçün yenidən kafeyə gedilmiş, lakin yenidən anaşılmazlıq olmuş birbirlərini itələmişdirlər. Onları ayırmışdırlar. Nalayiq ifadələr işlədilməmişdir. Rəşadın əzilməsini çölə çıxan zaman bilmişdirlər. İtələyən zaman ola bilər harasa dəyib əzilmişdir lakin yerə yıxılıb təpik atmaq olmamışdır. Öz təşəbbüsləri ilə barışığa getmişdirlər. Arif əmi ilə münasibətləri həmişə olub. Əsəbi halda sözləri düz gəlmədiyi üçün belə olmuş ona baxmayaraq onlar barışmışdırlar. Ofisiantın “razı qaldınız” sözü Rəşadın xoşuna gəlməmiş aralarında mübahisə yaranmışdır. Rəşadın əli bilməyərək plasmasa dəymiş və qırılmışdır. Təqsirləndirilən şəxs2 qırılan plasmasın düzəltmək lazım olduğunu demiş və razılığa gəlinmişdir. Barışığa gedən gün yenidən mübahisə yaranmışdır. Rəşad yerə yıxılanda görməmişdir. Barışıq onun təşəbbüsü ilə olmuşdur. İstintaqda verdiyi ifadə düz deyildir. Hadisə zamanı heç kim narahat edilməmiş, asayiş pozulmamışdır. Feyziyev Arif tərəfindən zərərçəkmiş Rəşada qarşı heç bir xəsarət, hücum olmamışdır. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanması, və icraata qəbul edilməsi” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v. 1). İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirildiyi yer ünvan 1 ünvanda yerləşən “İnam” kafesidir. Baxış zamanı hadisə yerini qeydə alan videokamera müəyyən edilməmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək toplanmış materiala əlavə olunmuşdur (c.i.v.11-12). İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli 497 №-li məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər -alın nahiyəsinin sağ və sol yarısının sıyırqları, üst dodağın sol yarsının şişkinliyi fonunda selikli qişasının ətraf qansızma ilə əhatə olunmuş əzilmiş yarası, boyunun sağ yan səthinin yuxarı və sağ arxa-yanı səthinin aşağı 1/3-nin sıyırıqları, sağ qoltuq büküşü proyeksiyasının qançırı, sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrıqları, sağ dirsək oynağının iç səthinin qançırı, sağ saidin orta 1/3-nin ön, sol saidin orta 1/3-nin arxa, sağ saidin aşağı 1/3-nin ön səthilərinin sıyırıqları, sağ diz oynağının ön səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl, diz və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə üst dodağın sol yarısının şişkinliyi fonunda selikli qişasının ətrafı qansızma ilə əhatə olunmuş əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (c.i.v.23-26). İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.44). İş materiallarında olan “cinayət əməlinin tövsif edilməsi haqqında” 15 dekabr 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (c.i.v.91). İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli ittiham elan edilməsi üçün şəxsin tutulması barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tutulması üçün onun barəsində axtarış elan edilmişdir (c.i.v.105-106). İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.107-108). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir (c.i.v. 111). İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.113-114). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.132-134). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanovun 14 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.154-156). İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild c.i.v. 157-159). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.173-175). İş materiallarında olan 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.189-191). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 28 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (c.i.v.88). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 28 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, X4 əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir (c.i.v.89-90). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və X4 ilə barışıb. Onlara qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və iddiası olmayacaq. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxslərlər Təqsirləndirilən şəxs1 və X4 özlərini təqsirli bilməsələr də, ibtidai istintaqda verdikləri ifadələri, məhkəmə istintaqı zamanı etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə vermələrini və onlara qarşı elan olunmuş ittihamda özlərini təqsirli bilməmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeylərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin belə ifadə vermələri məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onların bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs1 və X1 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xulqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və X1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 törətdiyi cinayət əməlləri onların özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və X1 törətdiyi əməllərindən peşman olmalarını, zərərçəkmiş şəxs ilə barışmalarını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və X1 cəzlarını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və X2 cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışlarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və X3 cəmiyyətdən təcrid edilmədən islah olunmaları mümkündür, onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2025-ci il tarixdə saat 17:30-da axtarışda olan şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSYnə təhvil verilmişdir. 14 yanvar 2025-ci il tarixdə 16:10-da Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 13 yanvar 2025-ci il tarixdən14 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X1 üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və X1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1 məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına hər birinə 440 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Access Bank hesabına hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-129/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-129/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver