Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-13/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkumluğu olan, Tovuz rayonu, Əyyublu Ə/D, Əyyublu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 18, mənzil 17-də yaşamış, barəsində “həbs” qətimkan seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 X3 “Kia Soul” markalı avtomobili 6000 manat müqabilində gətirəcəyini vəd verib inandırmış, 02 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş **********458740 saylı əmək haqqı kart hesabından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********559137 nömrəli kart hesabına köçürülmüş 70 manat pulu, 03 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus həmin kart hesabından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********559137 nömrəli kart hesabına köçürülmüş 200 manat pulu, 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 23 saylı ünvnada yerləşən 50 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 5000 manat nəğd pulu alıb dələduzluq niyyətini pərdələmək üçün, aldığı pulun mahiyyətinə uyğun olmayan kredit müqaviləsi bağlamaqla, 2022-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 500 manat nəğd pulu alıb ələ keçirərək vədinə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 5770 (beş min yeddi yez yetmiş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bunda başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 birlikdə Zərərçəkmiş şəxs2 900 manat müqabilində sürücülük vəsiqəsini almaqda köməklik edəcəyini vəd verib Cavid Abdullazadə ilə aralarında qabaqcadan əldə olunmuş razılaşmaya əsasən onu Zərərçəkmiş şəxs2 təqdim edərək sürücülük vəsiqəsini almaqda köməklik edəcəyini inandıraraq, 2021-ci ilin oktyabr ayının əvvəlində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanın qarşısında sonuncudan 350 manat nəğd pulu, 22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş **********458740 saylı əmək haqqı kart hesabından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********559137 saylı kart hesabına köçürülmüş 98 manat pulu, 03 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus həmin kart hesabından, özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********559137 saylı kart hesabına köçürülmüş 170 manat pulu, 2021-ci ilin noyabr ayının sonunda Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 ayrı-ayrı vaxtlarda 100 manat və 130 manat nəğd pulları, 2021-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanın qarşısında sonuncudan 50 manat nəğd pulu alıb ələ keçirərək vədinə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 898 (səkkiz yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 ilə birlikdə 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 18000 manata aylıq 300-400 manat ödəməklə kredit şərti ilə Almaniya Federativ Respublikasından “Toyota Prius” markalı avtomobili ilkin ödəniş 1300 manat olmaqla gətirəcəyini vəd verib Cavid Abdullazadə ilə aralarında qabaqcadan əldə olunmuş razılaşmaya əsasən onu Şəmməd Abdullazadayə öz şəriki kimi təqdim edərək avtomobil gətirəcəyini inandıraraq, 2022-ci ilin fevral ayında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində “Valikov” parkının yaxınlıxında yerləşən kafedə Zərərçəkmiş şəxs1 500 manat nəğd pulu, 2022-ci ilin mart ayında Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi, Badamdar şossesində yerləşən “Bazar Store” marketin qarşısında Zərərçəkmiş şəxs1 800 manat nəğd pulu alıb ələ keçirərərk əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1300 (bir min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri eləcə də digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə “Toyota Prius” markalı avtomobillə “Bolt” şirkəti vasitəsi ilə taksi fəaliyyəti ilə məşqul olurmuş. Zərərçəkmiş şəxs2 müştəri kimi tanımışdır. Zərərçəkmiş şəxs2 Xırdalan şəhərində yerləşən məktəbə işə aparırmış. Vəfa həmin vaxt onun idarə tdiyi avtomobilin təmizliyindən xoşu gəlmişdir. Vəfa onun mobil telefon nömrəmi götürmüş və həmin vaxtdan sonra, taksi lazım olan zaman ona zəng vururmuş və o, onu evdən işə, elə vaxt olurmuş ki, işdən evə aparırmış. O, Vəfanı işə aparan zaman Vəfa avtomobil almaq istədiyini bildirmişdir. O, Vəfadan hansı avtomobil almaq istədyini soruşmuş, Vəfa ondan hansı avtomobilləri gətirdiyini soruşmuş, o,da ona avtomobillərin şəkillərini göstərmiş, Vəfa da “Kia Soul” markalı avtomobil almaq istədiyini bildirmişdir. O, Vəfaya demişdir ki, o, Amerikadan onun üçün avtomobil gətirə bilər. Vəfada onun istədiyi avtomobili hansı məbləğə gətirə biləcəyini ondan soruşmuşdur. O, X11 markalı avtomobili 6000 manata gətirəcəyini bildirmişdir. Vəfa də razılaşmışdır. 02 oktyabr 2021-ci il tarixdə o, Vəfanın mobil telefon nömrəsinə itifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömərsinin vatçapı vasitəsi ilə əlaqə saxlayıb avtomobili saxlatmaq üçün 100 manat pul göndərməsini bildirmişdir. Vəfa öz bank hesabından ona məxsus “Rabitə bank” tərəfindən verilmiş 5261 6333 3355 9137 saylı kart hesabına 70 manat pul göndərmişdir. Səhəri gün o, təkrar Vəfa ilə əlaqə saxlayıb avtomobili saxlatmaq üçün əlavə pul lazım olduğunu bildirmişdir. Vəfa da öz kartından onun kartına 200 manat pul göndərmişdir. O, həmin pulu götürüb öz təlabatına xərcləmişdir. 2 gün keçdikdən sonra o, təkrar Vəfayla əlaqə saxlamış və bildirmişdir ki, onun avtomobilin pulunu başqa avtomobilin pulundan ödəmişdir, buna görə də o, pulu tam ödəməlidir ki, o, gətirdiyi avtomobilləri də onun avtomobilini də tıra vurub gətizdirsin. Vəfada onun dedikləri ilə razılaşmışdır. 05 oktyabr 2021-ci il tarixdə Vəfa ona 5000 manat pulu hazırladığını və həmin pulu notarius vasitəsi ilə verəcəyini bildirmişdir. O, etiraz etməmiş və onlar birlikdə 50 saylı notariat kontoruna gedib orada borc müqaviləsi bağlamışlar. O, Vəfadan 5000 manat pulu almış və Vəfaya avtomobili 2 ay müddətinə gələcəyini bildirmişdir. Bundan sonra o, Vəfanı işə aparıb gətirən zaman Vəfa ona sürücülük vəsiqəsi almaq üçün kursa yazılacağını bildirmişdir. O, da fürsətdən istifadə edib yalandan Vəfaya demişdir ki, əgər sürücülük vəsiqəsini ala bilməsə gətirdiyi avtomobili gömrükdən keçirməyəcəklər və geri qaytaracaqlar, buna görə də sürücülük vəsiqəsini tez almaq lazımdır. Bundan sonra o, əsgər yoldaşı olmuş və onun kirayə yaşadığı evdə qalan X2 zəng vurub bir nəfər olduğunu və ona sürücülük vəsiqəsi düzəltmək lazım olduğunu demişdir. Caviddə ona problem olmadığını demişdir. O, əvvəlcədən Cavidə ona zəng vurub Cavid müəllim dediyi halda o, başa düşməliymiş ki, o, kimdənsə pul alır və onun köməyi lazımdır. Buna görə də o, Cavidə zəng vurub Cavid müəllim dediyi zaman o, onu başa düşüb onun dediyini təsdiq etməliymiş. O, Cavidlə danışdıqdan sonra Vəfaya sürücülük vəsiqəsini almaq üçün Cavidin 950 manat istədiyini ilkin olaraq 500 manat verəcəyini bildirmişdir. O, da 500 manatının olmadığını bir qismini verəcəyini bildirmişdir. Səhəri gün o, Vəfanı yaşadığı evin yanından götürən zaman o, ona 350 manat pul vermişdir. O, da həmin pulun üzərinə 150 manat qoyub Cavidə verəcəyimi bildirmişdir. 22 oktyabr 2021-ci il tarixdə o, təkrar Vəfa ilə əlaqə saxlamış Cavidin pul istədiyini bildirmişdir. Vəfada öz kartından onun kartına 100 manat pul göndərmişdir. Bundan bir neçə gün keçəndən sonra 03 noyabr 2021-ci il tarixdə o, Vəfaya zəng vurub Cavidin pulu istədiyini bildirmişdir. 03 noyabr 2021-ci il tarixdə Vəfa öz kartından onun kartına 170 manat pul göndərmişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında o, Vəfadan 100 manat bir, 130 manat pul bir almışdır. Sonuncu dəfə 2021-ci ilin dekabr ayında o, Vəfanın yaşadığı evini qarşısında 50 manat pul və şəklini almışdır ki, onun sürücülük vəsiqəsi hazırdı və səhəri gün götürəcəkdir. Səhəri gün Vəfa onunla əlaqə saxlamış və o, Vəfaya Cavidin 050 *** ** ** saylı mobil telefon nömrəsini vermişdir. Vəfa Cavidlə danışmağa başlamış, Cavid də on yalandan deyirmiş ki, onun sürücülük vəsiqəsi hazır olacaqdır. Cavid bir müddət Vəfa ilə danışdıqdan sonra onu bloka atmışdır. Bundan sonra Vəfa onunla əlaqə saxlamış və avtomobilin nə vaxt gələcəyini soruşurmuş. O, da hər dəfə Vəfaya yalan bəhanələr gətirərək avtomobilin Gürcustanda olduğunu orada problemlər yarandığını buna görə də avtomobillərin gəlmədiyini deyirmişdir. Daha sonra o, öz mobil telefonunun vatçapı ilə Vəfa ilə bacısının adı ilə danışaraq onun Gürcustanda saxlanıldığını yazırmış. 31 avqust 2022ci il tarixdə o, tutulduğuma görə Vəfa ilə əlaqəsi kəsilmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs1 7-8 il olar ki, tanıyır. X10 markalı avtomobillə taksi fəaliyyəti ilə məşqul olurmuş. 2022-i ilin fevral ayının əvvələrində o, Bakı şəhəri, Bayıl qəsəbəsində “Valikov” parkının yaxınlığında yerləşən Rəşadın işlətdiyi kafeyə gedən zaman orada Şəmmədlə söhbət edəndə X6 Prius markalı avtomobil gətirdiyini bildirmişdir. Şəmməd həmin avtomobili hansı məbləğə başa gəldiyini soruşmuş. O, ona 18000 manat avtomobil gətirib 3 il müddətinə hər ay 300-400 manat civarında pul ödəməklə həl olunduğunu demişdir. O, Şəmmədə demişdir ki, avtomobili həll etmək üçün 1200 manat verməlidir. Şəmmədə də razılaşmışdır. Bundan bir neçə gün sonra o, Cavidlə birlikdə həmin kafeyə getmiş və orada Şəmmədlə görüşmüşdür. O, Şəmmədə Cavidi təqdim etmiş və bildirmişdir ki, o, Cavid və başqa bir nəfər gömrükdə işləyən şəxslə birlikdə həmin avtomobilləri gətirir. O, Şəmmədə əvvəl dediyi şərtləri demiş Cavid də onun dediyini təsdiq etmişdir. Həmin vaxtdan bir neçə gün sonra o, təkrar tək Şəmmədlə Rəşadın kafesində görüşmüşdür. Orada Şəmməd ona 500 manat pul vermişdir. O, Şəmməddən pulu aldıqdan sonra 60 günə avtomobilin gələcəyini demişdir. Şəmməddə etiraz etməmişdir. Təxminən 10-15 gündən sonra Şəmməd ona məxsus “Rabitə bank” tərəfindən verilmiş 5261 6333 3355 9137 saylı kart hesabına 200 manat göndərmişdir. Bundan 3 gn sonra Bayıl qəsəbəsində Şəmmədlə görüşüb Bayıl qəsəbəsində 100 manat alımışdır. 2022-ci ilin aprel ayında o, Şəmmədlə və onun adını bilmədyni qonşusu ilə birlikdə Badamdar qəsəbəsinə getmişdir. Orada Şəmməd bir nəfər şəxslə görüşmüş və ona qızılları satıb ona 400 manat pul vermişdir. O, 400 manatı aldıqdan sonra Şəmmədə demişdir ki, avtomobil 2 ay gecikəcək. Şəmməd də razılaşmışdır. 2022-ci ilin avqust ayında o, avtomobili gətirmədiyinə görə Şəmməd pulunu geri istədiyinə görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Okean” marketdə quraşdırlmış milliön ödəmə aparatı vasitəsi ilə Şəmmədin səhv etmirəmsə "xxxx" tərəfindən verilmiş kart hesabına 300 və 400 manat pul ödəmişdir. 31 avqust 2022-ci il tarixdə onu tutmuşlar. O, Zərərçəkmiş şəxs2 5800 manat Amerikadan “Kia Soul” markalı avtomobil gətirmək üçün, 900 manat isə sürücülük vəsiqsəi almaq üçün almışdır. Zərərçəkmiş şəxs2 aldığı puldan 200 manat ona vermişdir. O, Zərərçəkmiş şəxs1 Almaniyadan Toyota Prius markalı avtomobil gətimək adı ilə 1200 manat almışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, hər iki zərərçəkmiş şəxslərə vurduğu ziyanları ödədiyini və onların şikayətçi olmamalarını, həmçinin atasının rəhməyə getdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 7 saylı tam orta məktəbdə İngilis dili müəlliməsi işləyir. 2021-ci ildə o, taksi xidmətindən istifadə edirmiş. Həmin ərəfədə Təqsirləndirilən şəxs “Bolt” taksi sürcüsünü də tanımışdır. Təqsirləndirilən şəxslə söhbət əsnasında o, ona avtomobil almaq arzusunda olduğunu bildirmişdir. Orxan da avtomobil alqısatqısı ilə məşqul olduğunu və avtomobil almaqda ona köməklik edə biləcəyini bildirmişdir. Orxan bir neçə dəfə ona avtomobil şəkilləri göstərmiş və ona “Toyota Prius” markalı avtomobil almağı təklif etmiş və “Bolt” şikətinə “Toyota Prius” markalı avtomobili özünün gətirdiyini bildirmişdir. O, Orxanın ona göndərdiyi avtomobil şəkillərindən “Kia Soul” markalı avtomobili seçmişdir. Orxan həmin avomobili 6000 manata Amerikadan alıb gətirəcəyini vergi rüsumunu isə hədiyə edəcəyini bildirmişdir. O, vergi rüsumunun ona hədiyə olmasının səbəbini soruşduqda, o, 10 avtomobil gətirdikdə 1 avtomobilin vergi rüsumunun ona hədiyə olunduğunu demişdir. O, avtomobilin pulundan 50% ödəyib, 50%-i avtomobili götürdükdən sonra ödəyəcəyini bildirmişdir. Orxan da razılaşmışdır. 02 oktyabr 2021-ci il tarixdə saat 22:01 dəqiqədə Orxan ondan avtomobili saxlatmaq üçün 100 manat istəmişdir. Həmin vaxt o, özünə məxsus "xxxx" tərəfindən verilmiş 5103 0714 4945 8740 saylı əmək haqqı kartından Orxanın ona göndərdiyi “Rabitə bank” tərəfindən verilmiş 5261 63 33 33559137 saylı kartına 70 manat pul göndərmiş. Səhəri gün yəni 03 oktyabr 2021-ci il tarixdə saat 17:15 dəqiqədə Orxan onunla əlaqə saxlayıb təkar avtomobili saxlatmaq üçün 200 manat pul göndərməsini bildirmişdir. O, da özünə məxsus "xxxx" tərəfindən verilmiş 5103 0714 4945 8740 saylı əmək haqqı kartında Orxana məxsus “Rabitə bank” tərəfindən verilmiş 5261 63 33 33559137 saylı kartına 200 manat pul göndərmişdir. 2 gündən sonra Orxan aavtomobilin pulunu tam ödəməyini bildirmiş, o, ondan səbəbini soruşduqda, o, ona bilmişdir ki, ona gətirdiyi avtomobilin pulunu başqa müştərinin avtomobilinin pulundan ödəmişdir, o, pulu tam ödəməlidir ki, onun avtomobili də digər avtomobillə birlikdə tıra yükləsinlər. 05 oktyabr 2021-ci il tarixdə o, Xırdalan şəhərində yerləşən "xxxx"-dan kredit götürmüşdür. O, Orxana bildirmişdir ki, ona verəcəyi 5000 manatı yalnız notariat qaydasında verə bilər. O, da etiraz etməmişdir. Buna görə də 05 oktyabr 2021-ci il tarixdə o, Orxanla birlikdə Bakı şəhəri, 50 saylı notariat kontoruna getmişdir. Orada o, 5000 manat pulu Orxana kredit müqaviləsi əsasında vermişdir. O, Orxandan müqavilədə 5000 manat pulun almasının səbəbini yəni, avtomobil gətirmək üçün ondann aldığını qeyt etməsini bildirdikdə, o etiraz etmiş və bildirmişdir ki, əgər müqavilədə 5000 manatı atvtomobil gətirmək üçün verdiyi qeyd olunsa o, vergi ödəməlidir. Buna görə də o, Orxanla razılaşmış və onlar aralarında kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Orxan ondan aldığı 5000 manatı 3 ay müddətinə geri qaytarcaqdır. Müqavilədə 3 ay müddət yazılmasının səbəbi Orxanın avtomobili 2 ay müddətinə gətirəcəyini deməsi və əlavə olaraq 1 ay möhlət götürməsi olmuşdur. Bir neçə gün keçdikdən sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində Orxan onu işə aparıb gətirən zaman o, sürücülük vəsiqəsi almaq üçün kursa yazılacağımı bildirmişdir. Bu zaman Orxan ona demişdir ki, sürücülük vəsiqəsini alması uzun çəkəcək, buna görə də avtomobili gömrükdən geri qaytaracaqlar, sürücülük vəsiqəsini tez həll etmək lazımdır. Orxan bu sozləri dedikdən sonra Cavid adlı şəxsə zəng vurub onunla danışmışdır. Orxan Cavid adlı şəxslə danışdıqdan sonra ona bildirmişdir ki, Cavid ona sürücülük vəsiqəsini almaq üçün 950 manat pul istəyir və ilkin olaraq 500 manat pul verməlidir. O, da Orxana 500 manat pulunun olmadığını bildirmişdir. Səhəri gün o, bacısı X5 bir qismini borc alaraq 350 manat düzəldib Orxanla birlikdə işə gedən zaman yaşadığı evin qarşısında avtomobilə oturan zaman Orxana vermiçşdir. Orxan ondan 350 manatı alıb üzərinə də 150 manat özü qoyub Cavid adlı şəxsə verəcəyini bildirmişdr. O, da Orxanın dediklərinə inanmışdır. 22 oktyabr 2021-ci il tarixdə Orxan Cavidin pul istədiyini güya kiməsə verəcəyini bildirmişdir. Buna görə də həmin gün saat 14:31 dəqiqədə yaşadığı evdə olan zaman öz əmək haqqı kartından Orxanın kartına 98 manat pul göndərmişdir. Bir müddət keçdikdən sonra Orxan ona bildirmişdir ki, avtomobillər gəmiyə yüklənməlidrilər və buna görə də o, 500 manat pul verməlidir. 2021-ci ilin oktayrb ayının sonlarında Orxan onu işə aparan zaman yaşadığı evin qarşısında Orxanın avtomobilinə oturan zaman 500 manat pulu Orxana vermişdir. 03 noyabr 2021-ci il tarixdə Orxan təkrar Cavidin pul istədiyini bildirdiyi üçün həmin gün saat 12:58 dəqiqədə yaşadığı evdən öz əmək haqqı kartından Orxanın kartına 170 manat pul göndərmişdir. Həmin ərəfədə o, Orxandan ona gətiriləcək avtomobilin nə vaxt gəlib çatacağını soruşmuşdur. Orxan ona bildirmişdir ki, güya yollar buzdur tırla çətin gəlirlər. Bundan başqa 2021-ci ilin noyabr ayında sürücülük vəsiqəsini almaq üçün Orxana 100 manat bir, 130 manat da bir vermişdir. Bundan başqa Orxan ondan müxtəlif vaxtlarda ümumilikdə 100 manat məbləğində borca pul almışdır. Sonuncu dəfə isə 2021-ci ilin dekabr ayının oratalarında Orxan onun yaşadığı evin qarşısına gələrək sürücülük vəsiqəsinə verməli olduğu 950 manat pulun qalan 50 manatını və onun 3x4 fotoşklini almışdır. Orxan ona bildirmişdir ki, “mənim sürücülük vəsiqəm çapa gedir, səhər saat 08 üçün katibədə olmalıdır”. O, da Orxanın dediklərinə inanmışdır. Bir neçə vaxt keçdikdən sonra o, Orxandan sürücülük vəsiqənin məsləsinin nə yerdə qaldığını soruşmuşdur. Həmin vaxt Orxan ona Cavidin istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsini vermişdir. O, da Cavidin istifadəisndə olan 050 *** ** ** saylı mobil telefon nömrəsinin “vatçap” ilə yazışmağa başlamışdır. Cavid də ona sürücülük vəsiqənin həll olacağını deyirmiş. Sonralar Cavid ona bidirmişdir ki, guya onu işdən çıxarıblar, o bir nəfərə köməklik edibdir, sonra onun telefonunu dinləməyə qoymuşlar. Daha sonra Cavid onu bloka atmışdır. O, Orxanla əlaqə saxladıqda o, ona bildirmişdir ki, güya Gürcustana avtomobilləri gətirmək üçün getmişdir. 2022-ci ilin yanvar ayında Orxan avtomobillərdə narkotik maddələrin tutulduğunu onları çağırdıqlarını və avtomobilləri geri aparmaq istədiklərini bildirmişdir. Orxan ondan fevral ayına qədər müddət sitəmişdir. Orxan ona 8 nəfər polis və 1 nəfər bələdçinin onu Gürcustana aprardığını, ona müştəriləri yubadmalarını heçnə deməmələrini dövlətin adına ləkə gələ biləcəyini bildirmişdir. Fevral ayında Orxan ona cavab verməmiş, mart ayının əvvəlində Orxan ona cavab verərək mart ayının 5-də avtomobili gətirəcəyini bildirmişdir. 2022ci ilin mart ayının 4-dən sonra Orxan ona cavab verməmişdir. Bundan sonra Orxanın istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinin “vatçapı” ilə bir nəfər şəxs özünü Orxanın bacısı kimi təqdim edərək ona demişdir ki, Orxan Gürcustanda tutulub onun barəsində 3 ay həbs seçiblər. O, da 3 ay gözləyə bilməyəcəyini bildirmişdir. Bu zaman Orxanın bacısı kimi özünü təqdim edən şəxs avtomobillərdə tutulmuş narkotiklərə görə onu da çağırmaq istədiklərini, lakin Orxanın buna imkan vermədiyini demişdir. Onların dediyi 3 ay müddət keçdikdən sonra o, təkrar Orxanın telefonun vatçapı ilə əlaqə saxladığı özünü Orxanın bacısı kimi onunla yazışan şəxs Orxanın məkəməsinin olacağını bildirmişdir. 2022-ci ilin avqust ayının sonlarında Orxan onunla əlaqə saxlamış və Gürcustanda olduğunu və onu buraxdıqlarını 1 həftədən sonra 22 avtomobillə Bakıda olacağını bildirmişdir. Orxanın dediyi 1 həftə keçdikdən sonra Orxanın telefonu söndürmüş və o, Orxanla əlaqə saxlaya bilməmişdir. O, Təqsirləndirilən şəxs Amerikadan “Kia Soul” markalı avtomobil gətirməsi üçün 5800 manat pul vermiş. Sürücülük vəsiqəsini alması üçün isə Təqsirləndirilən şəxs 900 manat pul vermişdir. Bundan başqa isə Orxan ondan hissə-hissə müxtəlif vaxtlarda ümumilikdə 100 manat pul borc almışdır. O, Təqsirləndirilən şəxs pul verən zaman bacısı Röya Məmmədovadan borc pul aldığına görə onun məlumatı olmuşdur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və həmin şəxsə qarşı şikayət və tələbinin olmamasını, həmçinin verdiyi mülki iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, tanıyırmış. O, X9 adlı dostunun vasitəsi ilə tanış olmuşdur. O, həmin ərəfədə şirkətə məxsus “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşqul olurmuş. O, Orxanla Bayıl qəsəbəsində “Valikov” parkın yanında yerləşən Rəşadın işlətdiyi kafedə olan zaman Orxan Cavid adlı tanışı ilə birlikdə ora gəlmişdir. Kafedə Orxanla söhbət edən zaman ondan nə qədər pul qazandığını soruşmuşdur. O, da Orxana bildirmişdir ki, şirkətlə 30 %-a işləyir. Orxan isə ona bildirmişdir ki, Cavid Gömrükdə işləyən bir nəfər şəslə birlikdə şərikli Almaniyadan avtomobillər gətirib kreditə satır. O, Orxandan Cavidgilin avtomobilləri hansı şərtlərlə satdığını soruşmuşdur. Orxan ona bildirmişdir ki, ona sərf edən avtomobil “Toyota Prius”dur, onlar “Toyota Prius” markalı avtomobili 18000 manata kreditlə satırlar. Həmin 18000 manatı 3 il müddətinə bölməklə hər ay təxminən 350-400 manat civarında kredit ödənilir. İlkin ödəniş kimi isə yalnız avtomobili gətirmək üçün 500 manat ödəməlidir. O, da Orxanın təklifinin sərf etdiyini düşünüb onunla razılaşmışdır. 2022-ci ilin fevral ayında Orxan Rəşadın işlətidiyi kafeyə gəlmişdir. O, orada Orxana 500 manat pul vermişdir. Orxan pulu ondan aldıqdan sonra ona bildirmişdir ki, avtomobil təxminən 50-60 günə Azərbaycana gələcək. O, da etiraz etməmişdir. Təxminən 40 gün keçdikdən sonra Orxana ona bildirmişdir ki, avtomobilin gətirilməsi yubanır, avtomobil gəmidə qalıbdır, buna görə də əlavə olaraq 800 manat da pul verməlidir. O, əvvəl narazı olmuş, lakin sonrdan fikirləşmişdir ki, Orxana 500 manat vermiş, 800 manatı verməsə 500 manatı batacaqdır. Buna görə də 2022-ci ilin aprel ayında pulu olmadığına görə evdən qızıl götürüb, satmaq üçün Orxana məxsus “Toyato Prius” markalı avtomobillə Badamdar qəsəbəsində Orxanın tanışının olduğu yerə getmişdir. Onlar həmin şəxslə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən “Bazar Store” marketin qarşısında görüşçüşdür. Orada o, 1 ədəd boyunbağı və 1 ədəd üzüyü 800 manata həmin şəxsə satmışdır. Həmin 800 manat pulu Orxana vermişdir. Orxan pulu aldıqdan sonra 15-20 günə avtomobilin gələcəyini bildirmişdir. Orxanın dediyi müddət gəlib çatdıqda o, Orxanla əlaqə saxlamağa başlamışdır. Orxan onun zənglərinə cavab verməmişdir. Bu zaman o, Cavidin istifadəsində 050 *** ** ** saylı mobil telefon nömrəsinə zəng vurmuş, o, da ona bildirmişdir ki, ona pul verməmişdir, pulu kimə vermişdisə ondan da istəsin. O, təkrar Orxana zəng vurmağa başlamışdır. Orxan onun zənglərinə cavab verməmiş, daha sonra telefonunu söndürmüşdür. Həmin ərəfədə bir nəfər hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona 1 dəfə zəng vurub özünü Murad kimi təqdim edib Orxanın dostu olduğunu və Orxanın işinin olduğunu və avtomobilin gələcəyini bildirmişdir. Bundan sonra o, Orxanı axtarsa da tapa bilməmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 1305 manat pul vermişdir. 1300 manat pulu Təqsirləndirilən şəxs vermişdir ki, o, Almaniya Respublikasıdan ona “Toyota Prius” markalı avtomobil gətirəcəkmiş. 5 manat isə Təqsirləndirilən şəxs ondan borc almışdır. O, Təqsirləndirilən şəxs pul verməsini kafeni işlədən dostum Rəşad, dostu Elmədin təsdiq edə bilərmiş. Cavid Orxanla danışıb razılaşan zaman orada olmuşdur. O, Orxana pulları verən zaman Cavid orada olmamışdır. Cavid və Muradın anket məlumatlarını bilmir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və həmin şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi ev 52-də yaşayır. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, Bayıl sakini kimi tanıyırmış. O, ünvan 4 ünvanda yerləşən “Xudmani” pub-restoranı icarə əsasında işlədirmiş. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 onun işlətdiyi pub-restoranda ofisiant işləyirmiş. 2022-ci ilin fevral ayında Şəmməd ona demişdir ki, Orxana 500 manat pul vermişdir ki, Orxan ona “Toyota Prius” markalı avtomobil gətirsin. O, Şəmməddən soruşmuşdur ki, sən Orxanın sənə avtomobil gətirəcəyinə inanırsanmı. Şəmməd də Orxana inandığını bildirmişdir. Bundan sonra Orxan onun işlətdiyi pub-restorana gələn zaman o, Orxanla danışmış və ona demişdir ki, o, inanmıram ki, sən Şəmmədə avtomobil gətirəcəksən. Orxan da and içib söyüş söymüşdür ki, o, Şəmməddə avtomobil gətirəcəkdir. Bir müddə keçdikdən sonra Şəmməd onunla söhbət edən zaman Orxana əlavə olaraq 800 manat pul verdiyini bildirmişdir. O, Şəmmədə Orxana inanmadığını və ona avtomobil gətircəyinə şübhə etdiyini bildirmişdir. Təxminən 1 ay 15 gün keçdikdən sonra Orxan yoxa çıxmışdır. Şəmməd Orxanı axtarsa da onu tapa bilmirmiş. Həmin vaxt Şəmməd başa düşmüşdür ki, Orxan onu aldadıbdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 1300 manat pul vermişdir ki, Orxan ona “Toyota Prius” markalı avtomobil gətirsin. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verdiyi yer Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən “Bazar Store” mağazasınının qarşısıdır. İş materiallarında olan “üzləşmə” protokolllarından görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsi təsidiq etmiş, əlavə olaraq Zərərçəkmiş şəxs1 aldığı puldan 600 manatı qaytardığını bildirmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona 600 manat qaytardığını təsdiq etmişdir. Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ifadəsini təsdiq etmiş əlavə olaraq Vəfa Məmmədodan aldığı puldan 50 manat qaytardığını bildirmiş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona 50 manat qaytardığını təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunan sənədlərdən 1 ədəd A4 kağızında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə notarial qaydada 5000 manat kredit müqaviləsinin bağlanması müqaviləsinin surətindən, 1 ədəd A4 kağızında Təqsirləndirilən şəxs məxsus "xxxx" tərəfindən verilmiş **********559137 nömrəli kartın fotoşəkilindən, 4 ədəd A4 kağızında "xxxx" tərəfindən verilmiş 510307******8740 kart hesabından 526163******9137 nömrəli kart hesabına pulların köçürülməsindən, 3 ədəd A4 kağızında 050 *** ** ** saylı mobil telefon nömrəsinin “vatçap”ı ilə Cavid adlı şəxslə yazışmalardan və 6 ədəd A4 kağızda 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxslə olan yazışmalardan və 8 ədəd A4 kağızda “Orxan bolt” adlı mobil telefon nömrəsinin “vatçap”-ı ilə Təqsirləndirilən şəxslə aparılan yazışmalardan ibarət sənədləri olduğu müəyyən olunmuşdur. Həmin sənədlərin surətləri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verməsini özünədə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 barın arxasında oturan kişi cinsində olan şəxs pul verir. Həmin şəxs Zərərçəkmiş şəxs1 pulu alıb arxa tərəf dönən zaman videogrüntüdən həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında və təqsirləndirilən şəxsin məhkum qismində istintaq təcridxanasında saxlanılmasının nəzərə alınması və barəsində qətimkan tədbirinin seçilməsi barədə 06 aprel 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və onun Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Astara Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 avqust 2019-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 17 aprel 2020-ci ildə cəzası başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı etiraf edici ifadələri, zərərçəkmiş və şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə və onlara dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmamalarını, həmçinin təqsirləndirilən şəxs tərəfindən əvvəllər də eynicinsli cinayət əməllərinin törədilməsinə görə məhkum edilməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha cidc cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmünə hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi il təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il avqustun 09-da Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbayca Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsi tətbiq olunub cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2020-ci il aprelin 17-də cəzası başa çatmış, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3.-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 02 il 06 ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 fevral 2023-cü ilədək qüvvədə olan 150.2.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq, cəzasının əvvəlinin 31 avqust 2022-ci ildən hesablanmaqla qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində Lerik Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarına əsasən əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmünə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 fevral 2023-cü ilədək qüvvədə olan 150.2.3-cü maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 fevral 2023-cü ilədək qüvvədə olan 150.2.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə bəraət verilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Bu səbəbdən, məhkəmə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü ilə nəzərə alınmış müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsini məqəsəduyğun hesab edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs barəsinə Lerik Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarına əsasən əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilməsinin nəzərə alınmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü ilə nəzərə alınmış 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Lerik Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-in Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-13/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-13/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver