Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-130/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, hüquq verən rəsmi sənəd hesab olunan sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış, qanunsuz hazırlamış və bu cür sənədi satmışdır. Belə ki, Təqsirləndirilən şəxs icbari sığorta almaq hüququ verən və rəsmi sənəd hesab olunan, üzərində "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyətinin möhür əksi olan TA 101128 nömrəli, original Beynəlxalq sığorta kartının blankını 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında skayner qurğusu vasitəsilə çap edərək həmin blankda X4 məxsus “DAF” markalı ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin guya "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 aprel 2021-ci ildən 07 aprel 2022-ci il tarixədək sığortalanması barədə yalan məlumatlar yerləşdirməklə tamah məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdırmış, həmin sığorta kartını çapdan çıxartdıqdan sonra sığorta kartının üzərində olan "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus möhürün üzərinə öz imzasını çəkmiş, beləliklə də, həmin beynəlxalq sığorta kartını istifadə etmək məqsədi ilə, yəni nəqliyyat vasitəsi ilə xarici ölkələrdə qəza törədildiyi hallarda icbari sığorta almaq üçün müvafiq hüquq-mühafizə orqanlarına təqdim edilməsi məqsədi ilə 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yaşadığı 20 nömrəli evin yanında nəqliyyat vasitəsinin sürücüsü Şahid1 satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 5 ildən artıqdır ki, bütün növ sığortalar üzrə broker fəaliyyəti göstərmişdir. Belə ki, müxtəlif şəxslər ona sığorta ilə bağlı müraciət etmiş, o da həmin şəxslərin müraciətlərini qəbul etmiş, onların nəqliyyat vasitələrini müxtəlif şirkətlər vasitəsi ilə sığortalamış, bu işinin əvəzində də ona müəyyən qədər faiz verilmişdir. Ona "xxxx" və "xxxx" şirkətləri vasitəsi ilə sığorta etməsi üçün yaşıl kart blankları verilmişdir. Həmin blanklar ona təhvil-təslim aktı ilə möhürlü şəkildə verilmişdir. Onun siğorta blanklarını siğortaçının adından imza atmaq və öz möhürü ilə möhürləmək hüququ vardır. “Can logistika” şirkəti ilə 4-5 ilə yaxındır əməkdaşlıq edir. Şahid1 isə həmin şirkətin nümayəndəsidir. 07 aprel 2021-ci il tarixdə “Can logistika” şirkətinə məxsus “DAF” markalı ** SX *** nömrəli maşını icbari sığorta bürosunun portalına ASAN imza vasitəsi ilə daxil olaraq "xxxx" ASC-də yaşıl kart sığortası ilə sığortalayıb həmin siğorta şəhadətnaməsinin orginalını onlara təqdim etmişdir. 1-2 həftə sonra “Can logistika” şirkətinin əməkdaşı Elçin həmin sığorta blankını itirdiklərini bildirmiş və yeni blank verməsini xahiş etmişdir. O, isə öncə həmin avtomobilin üç ay deyil bir illik aktiv siğortalı olduğunu yoxladıqdan sonra bir neçə sığorta şirkətlərinin yaşıl blanklarının arasından “Az sığorta” blankını "xxxx" blankı ilə səhv salaraq paşa sığorta blankının üstünə portalda dövlət reyestrində olan məlumatları çap etmiş və blankın dublikatını həmin şirkətə təqdim etmişdir. Daha sonra 2021-ci ilin noyabr ayında “Can logistika” şirkətindən ona bildirmişlər ki, onlara məxsus maşının dövlət qeydiyyat nömrəsi itdiyi üçün maşının nömrəsi dəyişdirilib və bu səbəbdən siğorta şəhadətnaməsini dəyişdirməsini ondan istəmişlər. O isə bildirmişdir ki, bununla bağlı blankın üzərindəki möhür hansı siğorta şirkətinə məxsusdursa həmin şirkətə müraciət etsinlər. Siğorta qarşılığında ona səhv etmirsə 440 manat məbləğində ödəniş edilmiş və ödənişlə bağlı onlara qəbz təqdim etmişdir. Həmin məbləği isə o, İcbari Siğorta Bürosuna köçürmüşdür. X19 ilə müqaviləsi olmuşdur, lakin sonradan bildirmişlər ki, qeyri-aktivlik olduğu üçün müqavilə dayandırılmışdır. Sonda Təqsirləndirilən şəxs ifadəsini təkrarlayaraq bildirmişdir ki, həm Azsiğorta, həm də Paşa siğortanın blankları ona möhürlü şəkildə təqdim edilmişdir. 07 aprel 2021ci il tarixdə “Can logistika” şirkətinə məxsus “DAF” markalı ** SX *** nömrəli maşını "xxxx"-ya məxsus yaşıl kart siğortası ilə siğortalayıb həmin şəhadətnamənin əslini dərhal həmin şirkətə təqdim etmişdir. Bundan 1-2 həftə sonra “Can logistika” şirkətindən bildirmişlər ki, siğorta şəhadətnaməsini itirmişlər. O isə bu səbəbdən həmin aktiv siğorta blankının dublikatının üzərinə aktiv dövlət reyestrda olan məlumatları daxil edib “Can logistika” şirkətinə təqdim etmişdir. Lakin bu proseduru edən zaman blankarı səhv salaraq həmin portalda olan məlumatları Az siğortanın blankına deyil, məhz Paşa siğortanın blankına daxil etmişdir. Dublikatı verən zaman heç bir ödəniş almamışdır. Bununla belə Təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə, təqsirləndirilən şəxs və şahid qismində dindirilərkən verdiyi ifadələrində və ilkin araşdırma zamanı qeyd etdiyi izahatında özünü qismən təqsirli bilərək göstərmişdir ki, 5 ildən artıqdır ki, bütün növ sığortalar üzrə broker fəaliyyəti ilə məşğuldur. Belə ki, müxtəlif şəxslər ona sığorta ilə bağlı müraciət etmiş, o da həmin şəxslərin müraciətlərini qəbul etmiş, onların nəqliyyat vasitələrini müxtəlif şirkətlər vasitəsi ilə sığortalamış, bu işinin əvəzində də ona müəyyən qədər faiz verilmişdir. 2021-ci ildə ona "xxxx" və "xxxx" şirkətləri vasitəsi ilə sığorta etməsi üçün yaşıl kart blankları verilmişdir. Həmin blanklar ona təhvil- təslim aktı ilə verilmiş, həmin ərəfədə Məmmədov Məhəmməd adlı müştəri ona müraciət edərək “DAF” markalı ** SX *** nömrəli maşını yaşıl kart sığortası ilə sığortalamasını xahiş etmiş, həmin maşının sürücüsü isə Şahid1 adlı şəxs olmuşdur. O da həmin maşını "xxxx" şirkəti ilə sığortalamış və həmin blankı 07 aprel 2021-ci ildə Abşeron rayonu Xırdalan şəhərində Elçinə vermişdir. Həmin maşın yük maşını olmuş, ölkələrarası yük daşınması məqsədi ilə istifadə olunmuşdur. Aradan bir müddət keçəndən sonra Elçin həmin sığorta blankını itirdiyini bildirmiş və yeni blank verməsini xahiş etmişdir. O, da icbari sığorta bürosunun portalına xüsusi asan imza vasitəsi ilə daxil olmuş, ** SX *** nömrəli yük avtomobilini icbari sığorta müqaviləsinin "xxxx" ASC-də sığortalandığını bilmişdir. O, təhvil-təslim aktları ilə aldığı bir neçə sığorta şirkətlərinin yaşıl blanklarının arasından "xxxx" blankını "xxxx" blankı ilə səhv salaraq paşa sığorta blankının üstünə sistemdə olan məlumatı çap etmişdir. Yəni 2021 -ci ilin noyabr ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanında "xxxx" ASC-yə aid olan blankın skan formasını hazırlamış, həmin blankı doldurmuş, qeyd edilən vaxtı, yəni 2021 -ci ilin noyabr ayının əvvəllərində yaşadığı evin yanında Elçinə vermişdir. Sənədi hazırladığı və Elçinə verdiyi günü dəqiq xatırlamamışdır, lakin dəqiq bilmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəlində olmuşdur. Bir müddət sonra Elçin həmin avtomobilin qeydiyyat nömrəsini itirmiş, yeni qeydiyyat nömrəsi almış, bu səbəbdən də Elçin onun verdiyi ikinci blankı, yəni Paşa sığortaya aid olan blankı 2021-ci ilin noyabr ayının ortalarında Paşa banka təqdim etmiş, nəqliyyat vasitəsinin yeni qeydiyyat nömrəsi ilə yeni bir yaşıl kart almaq istəmişdir. "xxxx" ASC-də Elçinin təqdim etdiyi yaşıl karta baxmışlar, bu zaman Elçinə verdiyi həmin yaşıl kartın saxtalaşdırılması, yəni skan edilməsi müəyyən olunmuşdur. Yəni əslində Elçinin maşını Paşa sığorta şirkətində sığortalanmamışdı, o isə Paşa sığorta şirkətinə aid olan həqiqi blankın skan versiyasını çap etmiş və həmin skan versiyada Elçinin maşınına aid məlumatları yazmış, yəni həmin blank onun tərəfindən saxtalaşdılmışdır. Onun həmin sığorta blankını saxtalaşdırmasından heç kimin xəbəri olmamış, Məhəmməd Məmmədov və Şahid1 həmin sığorta şəhadətnaməsinin saxta olduğunu bilməmişlər. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini, hazırki cinayət əməlini törətmədiyini, sadəcə olaraq siğorta blanklarını səhv saldığını və texniki səhv nəticəsində bu hadisənin baş verməsini bildirərək ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri şahidlərin ifadələri, ibtidai istintaq və ilkin araşdırma zamanı təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadə və izahatı, ekspertiza rəyi, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Paşa Sığorta ASC-də hüquq şöbəsinin müdiri işləmiş lakin bir aydır ki həmin şirkətdən ayrılmışdır. Təxmini 2021-ci ildə vətəndaş Şahid1 "xxxx" ASC-yə müraciət edərək onlara məxsus yük maşının nömrəsinin dəyişdirildiyini və bu səbəbdən siğorta blankında müəyyən dəyişiklik etdirmək istədiyini bildirmişdir. Təqdim edilmiş blanka baxış keçirilmiş və aşkar edilmişdir ki, həmin blank "xxxx" ASC-yə məxsus deyil lakin blankın üzərində "xxxx" ASC-nin mühürü var. Bununla bağlı o Təqsirləndirilən şəxs "xxxx" ASC-yə dəvət etmiş və sözü gedən blankın onda hardan olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, müstəri ona zəng edərək narazılıq etmiş, nəsə problem olmuş və o da bu səbəbdən belə bir qərara gəlmişdir ki, həmin sözü gedən blankı çıxararaq müstəriyə versin. O isə Fariz Abdullaydən bəs həmin blankda olan "xxxx" ASC-yə məxsus möhürü necə əldə etməyini soruşmuşdur. O isə ona bildirmişdir ki, “necəsə olub çıxıb” və izahat verməkdən imtina etmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs yazılı olaraq müraciət etmişlər. Sözü gedən işlə bağlı o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin Şahid2 bildirmişdir ki, müştəri tərəfindən "xxxx" ASC-yə təqdim olunan blankla, İcbari Siğorta Bürosu tərəfindən verilən blankların ölçüləri fərqlidir və görünür ki, yeni bir blank hazırlanmışdır. Bu səbəbdən balankın saxta olması qənaətinə gələrək, şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Can logistika” şirkətində müdürün sürücüsü işləmiş, şirkət Türkiyədən Azərbaycana müxtəlif növ yüklərin daşınması ilə məşğul olmuşdur. Həmin şirkətin xeyli sayda yük maşınları olmuş, həmin maşınlardan biri, yəni “DAF” markalı ** SX *** nömrəli maşın Məmmədov Məhəmməd adlı şəxsə məxsus olmuşdur. Həmin ərəfədə onlar qeyd olunan maşını yaşıl kart sığorta müqaviləsi ilə sığortalamaq istəmiş, buna görə də Təqsirləndirilən şəxs müraciət etmişlər. Fariz sığorta şirkətləri ilə broker fəaliyyəti ilə məşğul olmuş, yəni avtomobillərini sığorta etmək istəyən müştərilərlə sığorta şirkətləri arasında vasitəçilik rolunu oynamışdır. Onlar Farizdən həmin maşını sığortalamasını xahiş etmiş, Fariz də əvvəlcə maşını "xxxx" şirkəti ilə sığortalamışdır. Bir müddət keçəndən sonra sürücü, həmin sığorta şəhadətnaməsini itirmiş, ona görə də Farizdən yeni sığorta şəhadətnaməsi verməsini xahiş etmişlər. Fariz də bir ədəd sığorta şəhadətnaməsini onların şirkətinə göndərmiş, həmin şəhadətnaməni görmüş, lakin orada Paşa sığorta şirkətinin möhürü olmasına fikir verməmişdir. Daha sonra sürücü həmin yük avtomobilinin qeydiyyat nişanını itirmiş, bu səbəbdən də o, 2021-ci ilin sentyabr-oktyabr aylarında sığorta şəhadətnaməsini yeniləmək və yeni qeydiyyat nişanı ilə yeni sığorta şəhanətnaməsi almaq üçün Paşa sığorta idarəsinə getmiş, Farizin verdiyi sığorta şəhadətnaməsini Paşa sığorta idarəsinə təqdim etmişdir. Həmin şirkətin əməkdaşları onun verdiyi sığorta şəhadətnaməsinə baxmış və şəhadətnamənin saxta olduğunu müəyyən etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Paşa sığorta ASC-də X7 mütəxəssisi X8 ifadəsində bildirmişdir ki, 2021-ci ilin noyabr ayında Şahid1 "xxxx" ASC-yə yaxınlaşmış və maşının nömrəsinin dəyişdiyi üçün siğortada dəyişiklik etdirmək istədiyini bildirmişdir. Müraciəti üzrə araşdırma aparmışlar və aşkar etmişlər ki, digər siğorta şirkətinə məxsus blankın yəni, "xxxx" ASC-yə məxsus siğorta blankının üzərində "xxxx" ASC-nin möhürü var. Bununla bağlı ilk olaraq Mərkəzi Banka məlumat vermişlər. Daha sonra "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında olan əməkdaşlığa xitam verilməsi ilə bağlı Təqsirləndirilən şəxs məlumat verilmiş və əməkdaşlıq dayandırılmışdır. X8 həmçinin bildirmişdir ki, həmin sözü gedən blanklar İcbari Siğorta şirkəti tərəfindən təqdim olunur. "xxxx" ASC-nin möhürü Təqsirləndirilən şəxsda ola bilməz. Ümumiyyətlə həmin möhürü heç kimə əldə bilməz. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş "xxxx" ASC-də Siğorta Əməliyyatlarına dəstək xidmətinin mütəxəssisi X14 ifadəsində bildirmişdir ki, vətəndaş Şahid1 "xxxx" ASC-yə müraciət edərək onlara məxsus yük maşının nömrəsinin dəyişdirildiyini və bu səbəbdən siğorta blankında müəyyən dəyişiklik etdirmək istədiyini bildirmişdir. Əməkdaşları təqdim edilmiş blankı sistemə daxil etmək istəyən zaman həmin blank onların sistemində aşkarlanmamışdır. Daha sonra əməkdaşlar bu məsələ ilə bağlı onunla əlaqə saxlamış və mövcud vəziyyəti ona bildirmişlər. O isə əməkdaşlarına bildirmiş ki, onlara İcbari Siğorta Bürosundan ümumiyyətlə yüz min seriya nömrəsi ilə başlayan blank verilməmiş və ən son onlarda olan blankların seriya nömrəsi doxsan yeddi min ilə başlayandır. Bununla bağlı İcbari Siğorta Bürosu ilə əlaqə saxlamış və təqdim olunan blankdakı seriya nömrəsinin hansı siğorta şirkətinə aid olması ilə bağlı onlara məlumat verilməsini istəmişlər. İcbari Siğorta Bürosu isə bildirmişdir ki, həmin seriya nömrəsi ilə olan blank “Az Siğorta” şirkətinə məxsusdur. Daha sonra onlar “Az Siğorta” şirkəti ilə əlaqə saxlamışlar və “Az Siğorta” şirkəti tərəfindən onlara bildirilmişdir ki, sözü gedən seriyalı blank onlara məxsusdur və həmin blank hal-hazırda onların şirkətindədir. Bundan sonra onlar düşünmüşlər ki, əgər blankın əsli “Az Siğorta” şirkətindədirsə demək ki, onlara təqdim olunan blank saxtadır. Daha sonra o, bununla bağlı "xxxx" ASC-nin Xüsusi Risklər Departamentinə məlumat vermiş və məsələnin qalan hissəsi ilə həmin departament məşğul olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş "xxxx" ASC-nin Satış Departamenti Satış kanalları və nümayəndəliklərin idarəolunması şöbəsinin baş mütəxəssisi X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə "xxxx" ASC arasında təxmini 2019-2020-ci illərdən əməkdaşlıq olub. "xxxx" ASC tərəfindən brokerlərə təqdim olunan blanklar hər biri ayrı-ayrılıqda nömrəli və möhürlü formada təqdim olunmuşdur. X13 kimi xatırladığı müştəri tarixini xatırlamadığı vaxtda "xxxx" ASC-nin ön ofisinə yaxınlaşaraq yaşıl siğorta blankında olan avtomobil nömrəsinin dəyişdirmək istədiyini bildirmişdir. Əməkdaşları müştərinin təqdim etdiyi yaşıl siğorta blankını sistemə daxil etmək istəyən zaman təqdim olunan blank sistemdə aşkar edilməmişdir. Bu səbəbdən əməkdaşları baş vermiş məsələni aydınlaşdırmaq üçün "xxxx" ASC-də Siğorta Əməliyyatlarına dəstək xidmətinin mütəxəssisi vəzifəsində çalışan X9 müraciət etmişdir. X6 həmçinin bildirmişdir ki, cinayət işinin materiallarında olan yaşıl siğorta blankı standartlara uyğun gəlmir, belə ki həmin blank digər blanklara nisbətən daha qalındır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş İcbari Siğorta Bürosunun nümayəndəsi X10 ifadəsində bildirmişdir ki, İcbari Siğorta Bürosu informasiya sistemində X4 məxsus “DAF” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə, siğorta müddəti 07 aprel 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək, "xxxx" ASC-də siğorta vasitəçisi Təqsirləndirilən şəxs tərəfindən 07 aprel 2021-ci il tarixində rəsmiləşdirilmiş, GAZ********** nömrəli etibarlı Yaşıl Kart aşkar edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 19 sentyabr 2021-ci il tarixində dəyişdirildiyi üçün, "xxxx" ASC-nin əməkdaşı tərəfindən 05 oktyabr 2021-ci il tarixində İcbari Siğorta Bürosu informasiya sistemində Yaşıl Kart üzrə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ** SX ***-dən ** BR ***-a dəyişdirilmişdir. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 21 yanvar 2022-ci il tarixli 5/82 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X2 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartının blankı və üzərindəki möhür əksi hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Həmin möhür əksində "xxxx" ASC “Pasha İnsurance” OJSC sığorta şəhadətnamələri üçün № 1 məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş X2 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartının blankı ekspertizaya təqdim edilmiş Beynəlxalq Sığorta kartının blank nümunəsi ilə eynilik təşkil etmir. X2 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartında olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. X2 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartında əvvəl möhür əksi çap edilmiş, daha sonra isə imza edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan İcbari Siğorta Bürosundan Səbail Rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, İcbari Siğorta Bürosu informasiya sistemində X4 məxsus “DAF” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə, siğorta müddəti 07 aprel 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək, "xxxx" ASC-də siğorta vasitəçisi Təqsirləndirilən şəxs tərəfindən 07 aprel 2021-ci il tarixində rəsmiləşdirilmiş, GAZ********** nömrəli etibarlı Yaşıl Kart aşkar edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 19 sentyabr 2021-ci il tarixində dəyişdirildiyi üçün, "xxxx" ASC-nin əməkdaşı tərəfindən 05 oktyabr 2021-ci il tarixində İcbari Siğorta Bürosu informasiya sistemində Yaşıl Kart üzrə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ** SX ***dən ** BR ***-a dəyişdirilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərara əsasən, cinayət işi üzrə saxta TA 101128 nömrəli Beynəlxalq sığorta kartı maddi sübut kimi tanınanaq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 03 mart 2023-cü il tarixli 02 saylı MKİS tərəfindən verilmiş xasiyyatnamədən göünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və həmin yer üzrə müsbət xarakterizə olunur. 21 fevral 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmış və 21 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. 01 fevral 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. Üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Qeyd olunanlardan belə aydın olur ki, saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir, həmçinin bu cinayət əməli saxta olmayan rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi üsulu ilə də həyata keçirilir və bu hərəkətin nəticəsində həmin sənəd sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən məhkəmə istintaqı zamanı etiraf edilməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və ilkin araşdırma zamanı verdiyi izahatı, həm ittiham aktında adları çəkilən şahidlərin, həm də məhkəmə istintaqında əlavə şahid qismində dəvət olunan şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, aparılmış ekspertiza nəticəsində gəlinmiş rəy və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünü müdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Belə ki, müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən həm əsas həm, əlavə şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən 20 yanvar 2022-ci il tarixdə ilin araşdırma zamanı verilmiş izahatdan, 26 fevral 2022-ci il tarixdə şahid qismində və 01 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində törətmiş olduğu əməli qismən qəbul edərək, üzərində "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyətinin möhür əksi olan TA 101128 nömrəli, original Beynəlxalq sığorta kartının blankını 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında skayner qurğusu vasitəsilə çap edərək həmin blankda X4 məxsus “DAF” markalı ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin guya "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 aprel 2021-ci ildən 07 aprel 2022-ci il tarixədək sığortalanması barədə yalan məlumatlar yerləşdirməklə tamah məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdırmış, həmin sığorta kartını çapdan çıxartdıqdan sonra sığorta kartının üzərində olan "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus möhürün üzərinə öz imzasını çəkdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin maddənin 145.2-ci hissəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, iş materiallarında olan xasiyyatnaməyə əsasən qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunmasını və gənc olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hazırki hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və 353.4.11cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, maddi sübut saxta TA 101128 nömrəli Beynəlxalq sığorta kartının iş materiallarında saxlanılmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut saxta TA 101128 nömrəli Beynəlxalq sığorta kartı iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 62 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-130/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-130/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver