Məhkəmə qərarları › İş №1(009)-130/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-130/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-130/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, hazırda barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib sonuncunun “tap.az” elan saytında paylaşdığı özünə məxsus “Sinpak” markalı mopedi 1000 manata alaraq pulunu daha sonradan ödəyəcəyi adı ilə yalandan vəd verib xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanda yerləşən “Oazis” restoranının yaxınlığında Zərərçəkmiş şəxs 1000 manat dəyərində “Sinpak” markalı mopedi alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək bildirdi ki, mopedi hissə-hissə ödəməklə aldı amma çox çəkmədi ki, qəza keçirdi. Həmin qəzada telefonu sındığı üçün onunla əlaqə saxlaya bilmədi. Əli müəllimin ünvanına konum ilə getmişdi. O səbəbdən də əlaqə saxlaya bilmədi. Axtarışda olduğunu vəsiqəmi dəyişərkən bildi. Qəza mopedi götürdükdən 8-10 gün sonra baş verdi. İlkin razılaşma 2 ay ərzində pulu ödəmək idi. Əlaqə olmadığı üçün ödəyə bilmədi. Özünü pulu vermədiyi üçün təqsirli bilir. Moped yararsız hala düşmüşdü. Bir-birinin ünvanını bilmirdi. Qəzaya düşməyi ilə bağlı müstəntiq heç bir araşdırma aparmadı. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, “Tap.az”-da elanda mopedi qoyduqdan sonra onu yığdı, gəldi, görüşdülər. Dedi işləmək istəyir, əlildir, 2 aya pulu ödəyəcək. 2 aya ödəməyə razılaşdılar. Mopedi götürdü getdi. 1 saat keçmiş ona yığdı, amma heç birinə cavab vermədi. 30 dəqiqə sonra telefonu söndü. Üstündən bir müddət keçdi, pulun vaxtı gələndə yenə açmadı. Tapıldıqdan sonra atası ayda 100 azn verəcəyini dedi. 1 ay yarımdır pul verilib. Dünən yenə danışanda dedi ki, pulu verəcək. Tutulmasını istəmir, sadəcə pulunu versin. Ən geci 5 ay ərzində ödəyə bilirsə, ödəsin. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (c.i.v. 1). İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.30). İş materiallarında olan “ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.40). İş materiallarında olan “icraatın dayandırılması haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.41). İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Etiram oğlu xx.xx.2024-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir (c.i.v.44). İş materiallarında olan “cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 24002015 nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.45). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.63-64). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 03 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.79-80). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.81). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.85). İş materiallarında olan “icraatın dayandırılması haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.86). İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 25 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Etiram oğlu xx.xx.2025-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir (c.i.v.92). İş materiallarında olan “cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 24002015 nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.93). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (c.i.v.95). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X1 Publik Hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ” müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestic məlumatlar (əqli geriliklə aqədar hərbi xidmətdə olmaması, Azərbaycan Respublikası “Respublika Psixiatriya Xəstəxanasında Yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə, Anamnezində baş-beyin travması” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması və hal-hazırkı psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavablar verməsi, mühakimələrinin səthi olması, intellektual səviyyəsinin yaşına uyğun olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı səthi tənqidi münasibətinin olması və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs təfəkkürünün konkret olması, qavramasmda lənglik, adi həyat bilgilərinin və maraqlarının məhdudluğu, mücərrəd anlayışları dərk etməkdə çətinlik çəkməsi, diqqətinin konsetrasiyasının zəif olması aşkar olunmaqla əqli-intellektual imkanlarında yüngül əqli gerilik müəyyən edilir. Yaddaşında kobud pozuntular yaranmamışdır. O, iş üçün əhəmiyyət kəsb edəcək halları qavrayıb təsvir edə və bu barədə məlumat verə bilər. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır, yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, qeyd edilən cinayət hadisələrini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisələrini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, E.E. İsazadə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs təfəkkürünün konkret olması, qavramasında lənglik, adi həyat bilgilərinin və maraqlarının məhdudluğu, mücərrəd anlayışları dərk etməkdə çətinlik çəkməsi, diqqətinin konsetrasiyasının zəif olması və s. aşkar olunmaqla əqli inkişafında yüngül əqli gerilik müəyyən edilir. Yaddaşında kobud pozuntular yaranmamışdır. O, iş üçün əhəmiyyət kəsb edəcək halları qavrayıb təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs əqli inkişafındakı yüngül gerilik ilə əlaqədar yalan danışa bilər (c.i.v.88-91). Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 10 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər subutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs aldatmaqla etibarından sui-istifadə edib onun əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir, Təqsirləndirilən şəxs niyəti əvvəlcədən Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuiyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəll ənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam veriməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda göstərilən qanunvericlik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam ödədiyindən Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 50 saat, 475 (dörd yüz yetmiş beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 43.3, 156.4, 193, 197-198, 305, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilsin. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 50 saat, 475 (dörd yüz yetmiş beş) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar