Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-131/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində 09 sentyabr 2021-ci il tarixdə saat 11:00-da xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, “Təzə Pir” məscidin yanında sahibsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində, ünvan 1 ünvanda yerləşən binanın alt hissəsindən,həmin binanın həyətinə olan keçiddə qoyulmuş Zərərçəkmiş şəxs məxsus “BMW 735” markalı avtomobilin mühərrikinə aid ehtiyat hissələrini, hər birimin dəyəri 25 manat olan cəmi 100 manat dəyərində 4 ədəd raspredvalını.hər birinin dəyəri 40manat olan cəmi 320 manat dəyərində 8 ədəd mühərrikin porşenini, bir ədəd 120 manat dəyərində dinamonu, dəyəri 100 manat olan bir ədəd kondisionerin kompressorunu, dəyəri 70 manat olan mühərrikin provodkasını, dəyəri 150 manat olan bir ədəd rulevoyun nasosunu, dəyəri 50 manat olan bir ədəd karterini,dəyəri 40 manat olan bir ədəd mühərrikin üst qapağını, dəyəri 50 manat olan bir ədəd pompanı orada olan bir ədəd kardon yeşiyə yığıb apararaq-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1.000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, gündəlik Yasamal rayonun “Sovetski” adlanan ərazidə sökülmüş evlərdən topladığı əlvan metal qırıntılarını metal qəbulu məntəqəsinə aparıb təhvil verərək pul əldə etməklə dolanır. Belə ki, 28 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində, o, tək Bakı şəhəri, Səbail rayonu ərazisində “Axundov” bağından B.Sərdarov küçəsi ilə yaşadığı ev istiqamətində gedərkən, həmin küçədə yeləşən yaşayış binasına alt hissəsindən binanın həyətinə gedən yarı qaranlıq keçidin olmasını görmüş, həmin keçidə girmiş ki, orada lazımsız metal qırıntılarının olub-olmamasına baxsın. O, keçidə girib ətrafa baxdıqda, orada divarın dibində bir neçə avtomobilin metaldan olan işlənmiş ehtiyat hissələrinin olmasını görmüş, həmin əşyaları ele orada olan kardon yeşiyin içərisinə yığıb üstünü qapatmış, sonra da yeşiyi qucağına alıb oradan çıxmış,ele həmin binanın qarşısında yerləşən avtobus dayanacağından Yasamala gedən avtobusa minib, Yasamal rayonu ərazisində, “Kaktus” adlanan kafenin yaxınlığında yerləşən əlvan metalların qəbulu məntəsinə gətirib metal əşyaları təhvil verib cəmi 10 manat pul almış, həmin pulu özü üçün xərcləmişdir. O, metaldan olan avtomobilin işlənmiş ehtiyat hissələri məntəqənin işçisinə təhvil verərkən oğurluq olmasını deməmiş, həmin ehtiyat hissələr işlənmiş və köhnə olduğundan, məntəqədə işləyən şəxs də oğurluq olmasından şübhələnməmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, zərərçəkmiş şəxslə barışmasının, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o. valideyinləri ilə birlikldə Bakı şəhəri,Səbail rayonu, B.Sərdarov küçəsi, ev 12, mənzil 29-da yaşayır və rəsmi heç bir yerdə işləmir, yaşadığı binanın həyətinə olan keçidin içərisində, ailəsinə məxsus təsərrüfat əşyalarının saxladıqları yer var, həmin yerdə o, “BMW 735” markalı avtomobilin mühərrikinə aid müxtəlif ehtiyat hissələrini kardon yeşiyə yığaraq saxlamışdır.2 8 noyabr 2020-ci il tarixdə axşam üstü o, həmin yerə baxdıqda, avtomobilin ehtiyat hissələrini saxladığı yeşiyi yerində görməmiş, həmin keçiddə ailəsinə aid avtomobil və digər əşyalar saxladığı üçün oraya nəzarət etməsi məqsədi ilə əvvəlcədən keçidin girişində quraşdırdığı müşahidə kamerasına baxdıqda 28 noyabr 2020ci il tarixdə, saat 16 radələrində, həmin keçidə tanımadığı bir nəfər kişinin gəlib orada qoyulmuş avtomobilin ehtiyat hissələri olan bir ədəd yeşiyi götürüb apararaq oğurlamasını görmüşdür. Sonra o, bir müddət həmin oğurluq barədə polisə müraciət etməmiş, oğurluq edən şəxsin hardasa ətrafda yaşamasını, özü tapıb əşyalarını geri almasını fikirləşmiş, sonra həmin şəxsi tapa bilməmiş və 04 dekabr 2020-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-nə gedib şikayət ərizəsi verərək binanın keçidindəki yeşikdə saxladığı, hər birirnin dəyəri 25 manat olan cəmi 100 manat dəyərində 4 ədəd raspredval, bir ədəd 120 manat dəyərində dinamo, dəyəri 100 manat olan bir ədəd kondisionerin kompressoru, dəyəri 70 manat olan mühərrikin provodkası, dəyəri 150 manat olan bir ədəd rulevoyun nasosu, dəyəri 50 manat olan bir ədəd karter, dəyəri 40 manat olan bir ədəd mühərrikin üst qapağı,d əyəri 50 manat olan bir ədəd pompa,hər birinin dəyəri 40 manat olan cəmi 320 manat dəyərində 8 ədəd mühərrikin porşeni ümumilikdə cəmi 1000 manat dəyərində avtomobil mühərriyinin ehtiyat hissələri oğurlandığından ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən yataqxanada məskünlaşıb və Şərifzadə küçəsi 1 ünvanda yerləşən köşkdə.əlvan metal qırıntılarının qəbulu ilə məşğul olur. Həmin köşkdə gün ərzində vətəndaşların gətirdiyi müxtəlif alvan metal tullantılarını qəbul edib, hər metal qırıntısını qiymətinə uyğun ödəniş edərək qəbul edir.26 dekabr 2020-ci il tarixdə günün günorta saatlarında. o. işlətdiyi köşkdə olarkən oraya polis əməkdaşları ilə birlikdə sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs gəlib,onun işlətdiyi köşkü göstərib bir neçə metal əşya təhvil verib 10 manat pul almasını bildirmişdir. Həmin Təqsirləndirilən şəxs o, tanımamamış və göstərdiyi dövrdə metal təhvil almasını xatırlamamışdır. Sonra Təqsirləndirilən şəxs köşkün anbarına baxmış orada təhvil verdiyi metal əşyaları tapmamış, o, da sonuncu dəfə anbarda yığlmış metal qırıntıları 20 dekabr 2020-ci il tarixdə zavoda metal təhvil verməsini göstərmişdir. İfadənin yerində yoxlanması haqqında 26 dekabr 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində, ünvan 3 ünvandakı binanın keçidində qoyulmuş, metaldan ibarət avtomobilin işlənmiş müxtəlif ehtiyət hissələrini götürərək kardon yeşiyə yığdığı yeri, oradan çıxaraq avtobus dayanaçağından avtobusa mindiyi yeri və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanda yerləşən əlvan metalların qəbulu məntəqəsinə həmin metal hissələri təhvil verdiyi yeri əyani olaraq göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-portret ekspertizasının 15 mart 2021-ci il tarixli 3/395 Ns-li rəyindən görünür ki.tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətləri müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətindəki fotoşəkildə və 01 ədəd rəngli fotoşəkildə eyni bir kişi cinsli şəxs əks olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərardan görünür ki, 26 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunmuş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində 26 dekabr 2020-ci il tarixli qərara əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X3 barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olmamasını, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 05 iyul 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək, 02 (iki) ay 04 (dörd) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, bir ədəd CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 05 iyul 2021-ci il tarixdən 09 sentyabr 2021ci il tarixədək, 02 (iki) ay 04 (dörd) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 4 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-131/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-131/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver