Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-131/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam ali təhsilli, Ü.Hacıbəyov adına Milli Konservatoriyanın 4-cü kurs tələbəsi, X5 müəllim işləyən, əvvəllər məhkum olunmayan, Şuşa şəhəri, G.Əsgərov küçəsi, ev 18-də daimi qeydiyyatda olan, ünvan 1 ünvanda müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 11 fevral 2022-ci il tarixdə saat 20:15 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, sürücülük vəsiqəsi ilə idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ilə «Azneft dairəsi» istiqamətinə doğru saatda 70-75 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hisssinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq,yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən və avtomobili yaşayış məntəqələri daxilində saatda 60 km/saatdan çox olmayan sürətlə sürməli və hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyib həmin qaydaları pozmaqla Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ilə «Azneft dairəsi» istiqamətinə doğru yolun hərəkət hissəsində idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu soldan sağa keçən piyada 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan soldan gicgah sümüyünün kəllə əsasına keçən basılmış qəlpəli sınıqları, sağ said sümüklərinin aşağı 1/3- nin açıq sınıqları, sol gicgah nahiyyəsinin və sağ saidin aşağı 1/3-nin ön səthinin əzilmiş-cırılmış yaraları, sağ qaş, qarın nahiyyələrinin, döş qəfəsinin sol yarısının ön-yan səthinin, hər iki budun yuxarı 1/3-nin bayır səthinin, hər iki diz oynağı nahiyələrinin ön səthlərinin sol bazunun aşağı 1/3-nin arxa səthinin sıyrıqları xəsarətləri yetirmişdir ki, nəticədə Zərərçəkmiş şəxs sol gicgah sümüyünün kəllə əsasına keçən basılmış qəlpəli sınıqları nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar nəticəsində yol-nəqliyyat hadisəsi yerində ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə saat 20:10 radələrində idarə etdiyi «Chevrolet Cruze» markalı avtomaşınla Salyan şossesi ilə üzü «Bayraq Meydanı» istiqamətinə doğru 70-75 km/saat sürəti ilə idarə etmişdir. Avtomaşını yolun hərəkət hissəsinin orta hissəsi ilə soldan sağa doğru 3-cü hərəkət zolağı ilə hərəkətdə olarkən birdən yolun hərəkət hissəsinin soldan sağa doğru ikinci zolağı ilə üçüncü zolağının üstündə bir nəfər piyada qadının orta sakit addımlarla hərəkət etməsini görmüş, həmin vaxt piyada qadın onu görən kimi dayanaraq bir addım dala getmiş və sonra qabağa yəni soldan sağa doğru iki addım atdıqdan sonra o artıq onu vuracağını görüb onu vurmamaq üçün maşının sükanını tormoz etmədən sağa doğru çəkmiş, lakin buna baxmayaraq idarə etdiyi avtomaşının qabaq sağ yan hissəsi ilə həmin piyadanı vurmuş, zərbədən piyada bir neçə metr irəli, yolun sağdan sola doğru ikinci zolağına yıxılmış, o isə maşını bir neçə metr irəli sürüb saxlamışdır. Maşından düşüb piyadaya doğru getmiş, kənardan çoxlu sayda adamlar toplaşmış, o piyadanın yanında olarkən ətrafa yığışan şəxslərdən xahiş etmişdir ki, təcili yardıma və polis orqanlarına zəng edib hadisə barədə məlumat versinlər. Təxminən 5-6 dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışlar və təxminən 30 dəqiqədən sonra hadisə yerinə təcili yardım maşını yaxınlaşmış və həkim yerdə uzanmış vəziyyətdə olan piyada qadına baxıb artıq onun keçindiyini bildirmişdir. Əməlindən peşmandır. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 11 fevral 2022ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli, 2/5202 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan “DVD” diskə baxış keçirilməsi barədə 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidmətinin “TŞ 1-127” nömrəli videomüşahidə qurğusunun kameraları ilə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsinin görüntüləri olan bir ədəd “DVD” diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:15:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ilə «Azneft dairəsi» istiqamətinə gedən maşın yolunun işlək hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X9 Hüquqi Şəxsin 12 fevral 2022-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan soldan gicgah sümüyünün kəllə əsasına keçən basılmış qəlpəli sınıqları, sağ said sümüklərinin aşağı 1/3-nin açıq sınıqları, sol gicgah nahiyyəsinin və sağ saidin aşağı 1/3-nin ön səthinin əzilmişcırılmış yaraları, sağ qaş, qarın nahiyyələrinin, döş qəfəsinin sol yarısının ön-yan səthinin, hər iki budun yuxarı 1/3-nin bayır səthinin, hər iki diz oynağı nahiyələrinin ön səthlərinin sol bazunun aşağı 1/3-nin arxa səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 11 fevral 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah sümüyünün kəllə əsasına keçən basılmış qəlpəli sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddlər aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Şuşa şəhərindən məcburi köçkündür, Bakı şəhəri Xətai rayonu ərazisində məskunlaşmışdır. İş materiallarında olan X7 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerində, ictimai həyatda fəal iştirak edən qabaqcıl gənclərdən olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının 12 aprel 2022-ci il tarixli 8/768 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Chevrolet Cruze markalı, 99VP268 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili yaşayış məntəqsində 60 km/saat sürətdən artıq, yəni 70-75 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan 01 may 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə yol-nəqliyyat hadisəsinin görüntüləri olan bir ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Həmin qərardan görünür ki, istintaq sənədlərində Zərərçəkmiş şəxs qızının atasının adı “Telman” kimi oxunmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 01 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi qismində tanınması haqqında 04 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Zərərçəkmiş şəxs hüquqi varisi X3 nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki Təqsirləndirilən şəxs avtomobil qəzası zamanı vurduğu maddi ziyan X8 tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin, tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. İş üzrə 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-131/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-131/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver