Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-131/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Masallı rayonu,Köhnə Alvadı kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı,orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu,Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 iyun 2023-cü il tarixdə saat 12.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 təklifi ilə həmkəndlisi Zərərçəkmiş şəxs manatla olan pul vəsaitinin ABŞ dollarına konvertasiya etmə limiti bitdiyi üçün 17025 manat nağd pulu müvafiq bankda mübadilə edərək 10000 ABŞ dolları ilə əvəzləşdirməklə qaytarılması barədə etdiyi xahişlə bağlı, həmin pul məbləğini Təqsirləndirilən şəxs1 və digər tanışları X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirtmək məqsədilə, onun pul mübadiləsini aparacaq şəxs kimi Zərərçəkmiş şəxs təqdim ediləcəyi, Təqsirləndirilən şəxs1 və İsrail Kamilzadənin isə bankın kənarında gözləyəcəyi, o, həmin pulu ələ keçirdikdən sonra fürsət olan kimi Təqsirləndirilən şəxs1 verəcəyi, daha sonra əldə edilmiş pul vəsaitlərinin aralarında bölüşdürəcəkləri barədə sövdələşərək razılaşdıqdan sonra həmin cinayətkar niyyətlərini həyata keçirtmək üçün, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onunla tanış edərək pul mübadiləsini həyata keçirəcəyinə dair Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edərək yalandan vəd vermiş, 29 mart 2022-ci il tarixdə, saat radələrində Zərərçəkmiş şəxs onunla görüşüb Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında yerləşən “Bank Respublika” Bankının “Azneft” filialınm inzibati binasının qarşısına gəlmiş, orada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə valyuta mübadiləsini etməsi üçün, yəni 10.000 ABŞ dollarını bankdan adına sənədləşdirərək alması məqsədi ilə 17025 manat nağd pulu ona vermiş, daha sonra Zərərçəkmiş şəxs avtomobilini park etmək üçün bankın qarşısından bir qədər uzaqlaşda, o, Zərərçəkmiş şəxs aldığı pul ilə bank bihasına daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 onun arxası ilə banka daxil olaraq orada Zərərçəkmiş şəxs olmamasından istifadə edib bankın içində ondan 17025 manat nağd pulu alıb uzaqlaşaraq əldə etdiyi pulu daha sonra onunla və İsrail Kamilzadə ilə öz aralarında bölüşdürməklə verdiyi vədə əməl etməyib aldatmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 17025 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Köhnə Alvadı kəndində yaşayır. 2022-ci ilin yay aylarında işləmək üçün Bakı şəhərinə gəlmiş və orada Xətai rayonu, NZS qəsəbəsi ərazisində pivə zavodu yaxınlığında yerləşən kirayə evdə tək yaşayır, Bakı şəhərində müxtəlif yerlərdə fəhləlik edərək çörək pulu qazanmışdır. Onun qohumu Təqsirləndirilən şəxs1 Masallı rayonu Köhnə Alvadı kəndində yaşasa da, Təqsirləndirilən şəxs1 hərdən Bakı şəhərinə gəldikdə onun kirayədə qaldığı evinə gəlib qalmışdır. 29 mart 2022-ci il tarixdə saat 17 radələrndə o, kirayədə qaldığı evə gəldikdə qohumu Elşən evdə olmuş və kiminləsə telefonla danışdıqdan sonra ona Zaur adlı həmkəndlisinə dollar almaq üçün köməklik etmək lazım olmasını pul dəyişdirməyə görə zəhmət haqqı kimi 10 manat pul verəcəyini demişdir. O, Zauru bir neçə dəfə kənddə avtomobillə keçərkən görsə də, şəxsi tanışlığı olmamışdır. Sonra o, Elşənlə və digər həmkəndlisi, taksi fəaliyəti ilə məşğul olan İsraillə danışıb görüşmüş, İsrailin avtomobili ilə “Xalqlar Dostluğu” metrosu yaxınlığındakı parka Zaurla görüşməyə gedərkən yolda Elşən Zaurun ona dollar almaq üçün verəcəyi pulu özü götürüb aradan çıxmasını, o isə Zaura pulu səhv verildiyini, dəyişmək adı ilə Elşənin götürməsini deməsini, əldə etdiyi həmin pulu üçünün arasında bərabər bölüb xərcləməsini təklif etmişdir. O və İsrail əvvəlcə razılaşmasalar da, Elşən onlarlıq bir şey olmadığını, onun Zaura pulu Elşənin götürdüyünü deyəcəyini, cavabdeh özü olacağını demişdir. Bundan sonra o və İsrail razılaşmış, birlikdə İsrailin avtomobili ilə görüşəcəkləri parka getmiş, İsrail avtomobilində qalmış, o isə Elşənlə parka Zaurla görüşməyə getmişdir. O, Elşənlə parka gəldikdə saat 18 radələri olardı. Zaur artıq orada olmuş, Elşən onu tələsik Zaurla tanış etmiş, qohumu və həmkəndliləri olmasını, özünün işi olmasını deyib, onu Zaurun yanında qoyub çıxıb getmişdir. Sonra o, Zaurla onun avtomobilinə əyləşib və “Azneft” dairəsi yaxınlığına funikulyorla üzbəüz yerləşən üzərində “ATM” yazılan bankın qarşısına gəlmiş, avtomobildə Zaur ona 17025 manat nağd pul verərək banka gedib şəxsiyyət vəsiqəsi ilə 10000 ABŞ dollar alıb qayıtmasını, özü isə bankın qarşısında avtomobilin saxlanmasına icazə verilmədiyi üçün bir qədər irəlidə, avtomobili funiklyor tərəfdə saxlayıb içərisində gözləyəcəyini bildirmişdir. Eyni zamanda Zaur ona istifadəsində olan mobil telefon nömrəsini vermiş, problem olsa zəng edib çağırmasını demiş, həmçinin onun mobil telefon nömrəsini də götürmüşdür.O, Zaurun avtomobilindən düşüb bankın binasına daxil olmuş, pul dəyişmək üçün növbə üçün qəbz götürərək gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Elşən banka gələrək ondan pulu istəmiş və özü getdikdən beş dəqiqə sonra, Zaura zəng edib razılaşdırılmış kimi pulun səhv verilməsini, dəyişmək adı ilə Elşənin pulu götürdüyünü deməsini bildirərək çıxıb getmişdir. O da Elşən getdikdən sonra bir neçə dəqiqə gözləmiş və Zaura zəng edib razılaşdıqları sözləri deyərək, pulu Elşənin götürdüyünü bildirmiş, bundan sonra Zaur bankın qarşısına gəlib onun üstünə qışqıraraq, onun Elşənlə əlbir olmasını, pulu ona dəyişmək üçün verdiyini, nəyə görə pulu başqa şəxsə verməsini və nəyə görə Elşən getdikdən sonra, özünə zəng etməsini soruşmuşdur. O isə Elşənin sözlərinə inanıb pulu verməsini bildirmişdir. X6 mobil telefonuna zəng etsə də, telefonu bağlı olduğundan zəng çatmamış, sonra Zaur ona gedib haradan olursa-olsun Elşəni tapmasını və gətirib pulunu qaytarmasını, əks halda hər ikisi barədə polisə şikayət verəcəyini bildirib çıxıb getmişdir. Sonra o da Elşənə dəfələrlə zəng etsə də, telefonuna zəng çatmamış, həmin razılaşmada iştirak etmiş İsrailə zəng edib Elşən barədə soruşmuş, İsrail də Elşəni bankın qarşına avtomobili ilə gətirib düşürməsini və gözləməsini, Elşən isə razılaşdıqları kimi onun yanına dönməməsini, Elşənin haraya çıxıb getməsini və harada olmasını bilməməsini demişdir. Sonra o, kirayədə qaldığı evə dönmüş, çünki razılığa əsasən pulu götürdükdən sonra birgə kirayədə qaldıqları evə gəlib orada bölməli idilər. Lakin Elşən nə həmin günü, nə də sonrakı günləri evə gəlməmiş, onunla əlaqə saxlamamış, istifadə etdiyi mobil telefon isə daimi bağlı olmuşdur. Sonrakı günlər Zaur dayanmadan ona zəng edib Elşəni soruşmuş, o, isə Elşəni tapa bilmədiyi dedikdə Zaur polisə şikayət edəcəyi ilə onu hədələmişdir. Müəyyən müddət keçdikdən sonra o, Elşənin mobil telefonun “whatsapp” ilə əlaqə saxlamış, Elşənə nəyə görə onu və İsraili aldatmasını, Zaurun onu axtardığını və polisə şikayət edəcəyini bildirdiyini demişdir. Elşən isə Bakı şəhərində olduğunu, pulu özü götürdüyünü və Zaura da özü cavab verəcəyini demişdir. Bundan sonra Elşən iki dəfə onunla görüşməklə Zaurdan əldə etdiyi puldan 500 və 100 manat olmaqla, cəmi 600 manat ona vermişdir. Həmin puldan Elşən İsrailə nə qədər pul verməsini o bilməmişdir. Elşənlə görüşdüyü zaman o, əldə etdiyi pula “Volsvagen Passat” markalı avtomobil aldığını bilmişdir. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, həmçinin dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Köhnə Alvadı kəndində anası ilə birlikdə yaşayır, fəhləliklə məşğuldur. 2022-ci ilin mart ayının əvvəllərində o, Bakı şəhərinə işləmək üçün gəlmiş və Xətai rayonu NZS qəsəbəsi ərazisində yerləşən həyət evində kirayədə tək yaşayan anasının əmisi oğlu Təqsirləndirilən şəxs2 yanında qalmışdır. Həmin ərəfədə Bakı şəhərində qırmızı rəngli “Reno” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi İsrailin, onun tanıdığı digər həmkəndlisi Zərərçəkmiş şəxs bankdan millli pulla ABŞ dolları almaq üçün adam axtarmasını, valyuta kursuna uyğun verdiyi manata 10000 ABŞ dolları pul alana zəhmət haqqı kimi 10 manat pul verməsini bildirmiş, o, da bu təkliflə razılaşmış, İsrailin Zaura verdiyi onun mobil nömrəsinə zəng edərək onu görüşə çağırmış, o, da Zaurla “Xalqlar Dostluğu” metrosu yaxınlığında görüşmüşdür. Bundan sonra birlikdə Səbail rayonu, Azneft dairəsi yaxınlığında funikulyorun qarşısında yerləşən banka gətirmiş, Zaur ona bankın qarşısında avtomobildə 17025 manat pul vermiş, ona şəxsiyyət vəsiqəsilə banka gedib 10000 ABŞ dollar almasını bildirmiş,o da banka gedib həmin pula dollar alıb gətirib Zaura verib 10 manat zəhmət haqqını almışdır. Eyni zamanda Zaur ona yenə pul dəyişmək lazım olsa adam tapa biləcəyini soruşduqda, o, tapacağına söz vermişdir. 29 mart 2022-ci il tarixdə saat 13 radələrində o, qohumu Rizvan ilə bir yerdə kirayədə qaldıqları evdə olarkən, Zaur ona zəng edərək, milli pul müqabilində dollar almaq üçün adam lazım olmasını dəmiş, o da həmin vaxt yanında olan qohumu Rizvana təklif edərək, əvəzində 10 manat pul veriləcəyini demiş, Rizvan da razılaşmışdır. Sonra onun ağlına Zaurun verdiyi pulu Rizvandan alıb aradan çıxmaq fikiri gəlmiş, bu barədə tanışları Rizvan və İsrailə demiş, sonuncular da həmin təklif ilə razılaşmışlar. O, Rizvana Zaurun verdiyi pulu ələ keçirib aralarında bərabər bölməyi, əgər pulu götürə bilməsə Zaur özünə 10 manat zəhmət haqqı verəcəyini demişdir.Sonra o, İsrailin idarə etdiyi avtomobillə Rizvanı aparıb “Xalqlar Dostluğu” metrosu yaxınlığlında Zaurla görüşdürərək tanış etmiş, o, özü isə işinin olmasını bəhanə gətirərək Zaur və Rizvandan ayrılıb getmişdir. Sonra o,İsrailin idarə etdiyi avtomobil ilə əvvəllər Zaur üçün pul dəyişdiyi Funikulyorun yaxınlığında yerləşən bankın qarşısına gəlmiş, orada o, bir qədər kənarda İsrailin idarə etdiyi avtomobildə oturub gözləmiş, Rizvanla Zaurun oraya bankın qarşısına gəlmələrini görmüşdür. Rizvan Zaurun avtomobilindən düşüb banka getmiş, Zaur isə bankdan bir qədər aralı avtomobildə oturub gözləmişdir. Sonra o, Zaurun onu görmədiyindən əmin olub banka Rizvanın arxası ilə girmiş, bankın içərisində o, Rizvandan Zaurun verdiyi 17025 manat pulu alıb, bankdan gizlincə bayıra çıxıb oradan uzaqlaşmışdır. Həmin an o, ələ keçirdiyi pulu Rizvan və İsrail ilə bölüşməməyə qərar vermiş, buna görə bankdan çıxıb İsrailin olduğu avtomobilə getmədən oradan uzaqlaşmış, ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi mobil telefonu da söndürmüşdür ki, Rizvan və İsrail ona zəng edə bilməsinlər. Sonralar o, müxtəlif ünvanlarda yaşamış, Zaurdan ələ keçirdiyi pula “Turbo.az” saytında 10.500 manat 2008-ci il buraxılışlı “Volsvagen Passat” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin avtomobili idarə etməsi üçün sürücülük vəsiqəsi almaq məqsədi ilə adını sürücülük kurslarına yazdırmışdır. O, avtomobil idarə edə bilsə də,həmin dövrdə avtomobilin arxa hissəsini geriyə verərkən ağaca vurub əzmiş, bu zədənin təmiri üçün 400 manat xərcləmiş,sonra həmin avtomobilin mühərriki sıradan çıxıb dağıldığından təmirinə təxminən 1600 manat pul xərcləmiş, ələ keçirdiyi pul qurtardığından, avtomobili bir nəfər Elşən adlı şəxsin adına qeydiyyata salıb 4.700 manat pul almışdır. Sonra 2022-ci ilin may ayının ortalarında o,avtomobili idarə edərkən, Sumqayıt şossesindəki “Saray” adlanan DYP-nin postunta avtomobilini polis əməkdaşları saxlayıb sənədi olmadığından avtomobili duracağa qoymuşdur. Sonra o, yaşadığı Masallı rayonuna kəndinə getmiş,orada Zaurun qohumları ilə əlaqə saxlayıb görüşərək üzrxahlıq edərək xahiş etmiş ki, ona möhlət versinlər,o da işləyib Zaurun pulunu ödəsin. O, Zaurun pulunu ələ keçirdikdən sonra Rizvan və İsrail ilə həmin pulu bərabər bölməyə razılaşsa da, sonralar Rizvana iki dəfəyə 500 və 100 manat olmaqla cəmi 600 manat, İsrailə üç dəfə hissə-hissə cəmi 1000 manat Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşüb vermişdir. Zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qeydiyyatda Masallı rayonu,Köhnə Alvadı kəndində olsa da, faktiki olaraq ünvan 2 ünvanında kirayədə yaşayır, rəsmi heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, eyni zamanda işlənmiş avtomobillərin alqı-satqısı ilə məşğul olur. Əldə etdiyi nağd pulları isə ABŞ dolları şəklində saxlayır. Azərbaycan Respublikasında qəbul edilmiş qanuna əsasən hər bir Azərbaycan vətəndaşı ildə bir dəfə 10.000 ABŞ dolları Azərbaycan manatı ilə almasına icazə verildiyindən, o, əlində olan nağd Azərbaycan manatını ABŞ dollarına dəyişmək üçün tanışlarının köməyindən istifadə edir,o, həmin şəxslərə nağd pul verib məzənnəyə uyğun dollar aldırır, buna görə də həmin işə görə pulu alan şəxsə zəhmət haqqı kimi 10 manat pul verir. 2022-ci ilin mart ayının axırlarında o, tanışlarının vasitəsi ilə tanış olduğu həmkəndlisi Təqsirləndirilən şəxs1 bank məzənnəsinə uyğun 17025 manat nağd pul verib 10000 ABŞ dollarını çevirməsinə vasitəçi olmasını xahiş emişdir. Buna görə o, Elşənə 10 manat zəhmət haqqı kimi vermişdir. Eyni zamanda o, Elşəndən əlavə pul dəyişdirməli olsa adam tapa biləcəyini soruşduqda o da tapa biləcəyinə söz vermişdir. O, Elşənə pulu Bakı şəhəri, Səbail rayonu, Funikulyorun qarşısında yerləşən “Bank Respublika” bankın filialının qarşısında verib, birlikdə banka girib oradan 10000ABŞ dollarını onun iştirakı ilə Elşən öz şəxsiyyət vəsiqəsi ilə almış, pulu isə o götürmüşdür.Bundan sonra 29 mart 2022-ci il tarixdə,saat 15 radələrində o, Elşənin ***-***-**-** saylı mobil telefonuna zəng edib dollar almaq üçün adam lazım olmasını demiş, Elşən də belə bir tanışı olmasını deyərək, təxminən 17 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı parkda görüşmələrini bildirmişdir. O, razılaşdırılmış saatda həmin parka gəldikdə, orada Elşən başqa bir həmkəndliləri ilə əvvəllər tanımadığı Rizvanla onu tanış etmişdir.Təxminən beş dəqiqə söhnbət etdikdən sonra Elşən işi olduğunu bildirib, Rizvanı onun yanında qoyub çıxıb getmişdir. O da Rizvanı götürüb avtomobili ilə 24saat ərzində işləyən Funikululyorun qarşısında yerləşən “Bank Respublika” bankın filialının qarşısına gəlmiş, bu vaxt saat 19 radələri olmuş, hava tam qaralmışdır. O, bankın qarşısında avtomobilinin içərisində təklikdə 17025 manat nağd pulu Rizvana vermiş və gedib bankdan şəxsiyyət vəsiqəsini təqdim etməklə 10000 ABŞ dolları alıb qayıtmasına görə zəhmət haqqı kimi 10 manat pul verəcəyini demiş, Rizvan da onunla razılaşıb avtomobildən düşüb bankın binasına daxil olmuşdur. Bankın qarşı hissəsində “Avtomobillərin park edilməsi qadağandır” yol nişanı olduğundan və onun avtomobili cərimə edilməsin deyə, idarə etdiyi avtomobili bir qədər irəli Funikulyorun qarşısına verib saxlamış, Rizvan bank binasına getdikdən təxminən beş dəqiqə sonra onun mobil telefonuna zəng edərək bankın içərisində pul dəyişmək üçün növbə gözləyərkən oraya Elşən gələrək onun Rizvana verdiyi 17025 manat pulu səhv verilməsini bildirərək həmin pulu dəyişmək adı ilə alıb getməsini ona bildirmişdir, o dərhal avtomobildən düşüb qaçaraq bank binasının qarşısına getmişdir. Orada artıq Elşən olmamış, Rizvan tək olmuş, o, Rizvana “mən sənə pulu dollar almaq üçün vermişəm, nəyə görə pulu Elşənə vermisən və pulu Elşənə verdikdən sonra mənə zəng edib bu barədə deyirsən, əlbirsiniz” sözlərini demiş, Rizvan isə çaşqın vəziyyətdə heç nədən xəbəri olmadığını, pulu Elşənin geri aldığını durmadan təkrarlamışdır. Sonra o, Elşənin mobil telefonuna dəfələrlə zəng etmiş, lakin telefon bağlı olduğundan, Elşənin onun pulunu aldatma yolu ilə ələ keçirib getdiyini başa düşmüşdür. Sonra o, Rizvana gedib Elşəni haradan istəyirsə tapmasını, onun pulunu gətirib qaytarmalarını, əks halda polisə şikayət edəcəyini bildirmişdir. Rizvan isə hər dəfə Elşəni tapa bilmədiyini bəhanə gətirərək vaxtı uzatmış, o da məcbur olub baş vermiş hadisə barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət vermiş,həmin hadisə nəticəsində -Elşən və Rizvanın dələduzluq əməlləri nəticəsində ona 17025 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, onlara qarşı hər hansı şikayət və tələb yoxdur. 29 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs şikayəti əsasında toplamış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 30 iyun 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 07 iyul 2022-ci il tarixi qərarla Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 12 sentyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokola əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdı Masallı rayonu ərazisində yaxalanaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 13 sentyabr 2022-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Səbail rayon prokurorluğunun 14 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 14 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 30 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 19 yanvar 2023-cü il tarixli istintaqa könüllü gəlmə haqqında protokola əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə gələrək istintaqa özünü təqdim etmişdir. 19 yanvar 2023-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. 19 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunması qərara alınmışdır. 19 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilməklə ona CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. 19 yanvar 2023-cü il tarixdə saat 22.00-da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. 21 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Səbail rayon prokurorluğunun 21 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 21 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 11 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X4 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə X2 təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona dəymiş zərər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir. Onlarla barışmışdır, onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 30 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 dəymiş zərərin (600 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 150 manat ödəniş etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə onun aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 dəymiş ziyanının ona düşən 600 manat hissəsini qaytarmaqla həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir iddiası, tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 344-347,356,358 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-131/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-131/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver