Məhkəmə qərarları › İş №1(009)-131/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-131/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-131/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X3 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0.787 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 14:20 radələrində ünvan 3 ünvanında yerləşən “İçərişəhər” metrostansiyasının qarşısında Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin ünvan 5 ünvanında olan inzibati binasına gətirilib həmin gün saat 15:20-dan etibarən üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,787 qram, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Ümumillikdə, narkotik vasitə heroini Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir. Həmçinin heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur. Sonuncu dəfə 3-4 gün əvvəl psixotrop maddə heroindən istifadə etmişdir. Nəticə etibari ilə 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidən adını bilmədiyi lakin üzdən tanıdığım şəxsdən öz istifadəsi üçün 10(on) manat pulun müqabilində 1 (bir) büküm narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımışdır. Beləliklə də, 17 oktybar 2023-cü il tarixdə saat 14:20-da Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “İçərişəhər” metrostansiyasının qarşısında olduğu zaman özlərini polis əməkdaşı kimi ona təqdim edib xidməti vəsiqələrini göstərərək, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 olduqlarını bildirdilər. Həmin vaxt onun üzərində 1 (bir) büküm narkotik vasitə heroin olduğu üçün həyəcanlandı və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başladılar. Həmin vaxt o özünü polis əməkdaşlarına təqdim etdi. Bundan sonra polis əməkdaşları onu 9-cu Polis Bölməsinə dəvət etdilər. O polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 9-cu polis bölməsinə gəldi. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etdilər. O həmin zaman video çəkiliş aparılmasına etiraz etmədi. Bundan sonra Bakı şəhəri Səbail RPİ- nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı Toğrul Əsgərli tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Səbail rayon 12 saylı hüquq məsləhətxanasının vəkili X7 tərəfindən öz razılığı əsasında hüquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutuldu. Daha sonra 9-cu Polis Bölməsinin ünvan 6 ünvanında üzəriə video görüntü ilə baxış keçirildi. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verildi. Bundan sonra o üzərində saxlamaqla daşıdığı özünə məxsus, siqaret kağızına bükülmüş 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroini əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxararaq könüllü olaraq masanın üzərinə qoydu. Sorğu-sual zamanı o bildirdi ki, ondan aşkar edilmiş narkotik vasitə heroini 17 oktybar 2023-cü il tarixdə günorta saatlarında radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidən adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10(on) manat pulun müqabilində 1 (bir) büküm narkotik vasitə heroini öz şəxsi istifadəm üçün alaraq üzərində saxlamaqla daşımışdır. Üzərində başqa heçnə aşkar edilmədi. Ondan aşkar edilmiş narkotik vasitə heroini polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırıldı, qablaşdırılmış zərf 166 saylı möhürlə möhürləndi, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildi. Beləliklə də vəkili X5 iştirakı ilə aparaılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı.Onun üzərində olan narkotik vasitə olan heroindir. Hazırda etdiyi cinayət əməlimdən peşmandır. Həmçinin o, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq hərəkətləri olmamışdır. Üzəriтdə olan narkotik vasitə heroindən başqa heç bir ünvanda hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə saxlamır. Hazırda etdiyi cinayət əməlimdən peşmandır. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 14:20 radələrində polis baş leytenantı Şahid2 ilə ünvan 7 ünvanında yerləşən “İçərişəhər” metrostansiyasının qarşısında 1 (bir) nəfər şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin istifadəsində özünü şübhəli aparması ilə bağlı ona yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etdilər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdi etdi. Bundan sonra Təqsirləndirilən şəxs xahiş etdilər ki, özünü narkotik vasitələrin istifadəsində şübhəli aparması ilə bağlı onlarla bərəbar Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 6 ünvanda yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs bizə heç bir etiraz etmədən könüllü olaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə getməsinə razlıq verdi. Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 6 ünvanda yerləşən inzibati binanın xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında təhqiqatçısı X9 tərəfindən protokol tərtib edildi. Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçısı X9 tərəfindən hüquq və vəzifələri izah edildi. Həmçinin Təqsirləndirilən şəxs 12 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edildi. Həmin siyahıya əsasən Təqsirləndirilən şəxs hüquqlarının X7 tərəfindən müdafiə edilməsini xahiş etdi. Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs izah edildi ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim etsin. Beləliklə də, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 12 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 (bir) ədəd bükümü çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etdi. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə onun əynində olan paltarlarına baxıldı, lakin hər hansı bir qanunsuz əşya aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükülünü göstərərək “kakos” kimi tanınan maddə olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Kubinka” adlanan ərazidə 10(on) manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükülünün ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı leytenantı X9 tərəfindən zərfə qoyularaq qablaşdırıldı, Səbail RPİ-nin 9-cu PB-nin zərflər üçün nəzərdə tutulmuş 166 nömrəli möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Məhkəməyədək iclasında şahid qismində dindirilmiş polis baş leytenantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdirr. Məhkəmə iclasına “şəxsi axtarış və götürmə aparılması”nın əks olunduğu videogörüntüyə baxış keçirilmiş və çəkilişdə bir nəfər kişi cinsli səxsin üzərinə səxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması görünür. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən falqaya bükülmüş 01 (bir) ədəd bükümü çıxarıb təqdim edir. Aşkar edilmiş 01 (bir) ədəd büküm zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5614 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrəli 166 dairəvi möhür əksi, "şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,787qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən markotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,787 qram təşkil edir, ondan 0,05 tədqiqata sərf edildi, 0,737 qram qalıq qaldı. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 X8narkoloji X4 xx.xx.2023-cü tarixli 6850 Ns-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq barədə məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-131/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının 06 mart 2024-cü il tarixli müraciətindən görünür ki, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdşaları tərəfindən tsaxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”nın əks olunduğu videogörüntü, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxsnun 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, 29 fevral 2024-cü il tarixindən 16 may 2024cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X6-narkoloji X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 114 manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan – 0,737 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, 29 fevral 2024-cü il tarixindən 16 may 2024cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri,Yasamal rayonu,A.Sultanova küçəsi 34-də olan yaşayış yerini hər gün saat 23-00-dan 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,737 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (yüz altmış) manat pul tutulub, “Express Bank”-ın 21 saylı Vəkil Bürosunun Xətai filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar