Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-132/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 12 saylı yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq on altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,052 qram, 0,059 qram, 0,072 qram, 0,046 qram, 0,075 qram, 0,058 qram, 0,067 qram, 0,055 qram, 0,057 qram, 0,064 qram, 0,065 qram, 0,068 qram, 0,065 qram, 0,047 qram, 0,061 qram və 0,067 qram, ümumi təmiz çəkisi 0,978 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 18 dekabr 2020-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi, Salyan yolu 30 ünvanın qarşısında sərnişin kimi oturduğu “Mitsubishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildə müəyyən edilib şübhəli şəxs qismində saxlanılmışdır. ünvan 1 ünvanda yerləşən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki tünd göy rəngli gödəkçənin bayır sağ yan cibindən istifadə etdiyi “Mİ Fly 2” markalı mobil telefonun qara rəngli rezin materialdan olan üzlüyün arasından bir ədəd kağız parçasının bükümdə təmiz çəkisi 0,052 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və sərnişini olduğu “Mitsubishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildə cihazlar panelinin üstündə idman papağının altında gizlətdiyi göy rəngli, dəmir materialdan, üzərində “SENATOR” yazısı həkk edilmiş siqaret qutusunun içərisindən on beş ədəd kağız parçasının ayrı-ayrılıqda bükümlərində təmiz çəkiləri - 0,059 qram, 0,072 qram, 0,046 qram, 0,075 qram, 0,058 qram, 0,067 qram, 0,055 qram, 0,057 qram, 0,064 qram, 0,065 qram, 0,068 qram, 0,065 qram, 0,047 qram, 0,061 qram, 0,067 qram, cəmi təmiz çəkisi 0,926 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni ümumi təmiz çəkisi 0,978 qram narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir il olar ki, narkotik vasitə heroini qəbul edir. 2020-ci ilin dekabr ayının təxminən əvvəlində tanıdığı Şahin adlı şəxslə telefonla əlaqə saxlayıb narkotik vasitə “kokos” olub-olmamasını soruşmuş, sonuncu “kokos” adlanan narkotik vasitə heroinin olduğunu və bir qramını 20 manata ona təklif etmişdir. O, da Şahindən 15 qram heroin istəmiş, Şahin ona Bakı şəhəri,Səbail rayonu,20-ci sahə ərazisinə gəlib zəng edib əlaqə saxlamasını bildirmişdir. 11 dekabr 2020-ci il tarixdə o, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisinə gəlib Şahinlə əlaqə saxlayıb görüşmüşdür. Şahin gətirdiyi bir ədəd iri bükümdə narkotik maddə heroini ona göstərərək 15 qram olmasını demiş, həmin büküm üçün isə Şahinə 300 manat pul verib alaraq Bakı şəhəri, Qaradağ rayonu,Sahil qəsəbəsinə qayıtmışdır. Sonra Şahindən aldığı 15 qram heroini hissələrə bölüb, dəftər vərəqində 30 ədəd ayrı-ayrı bükümlərə bükmüş, həmin bükümləri isə dəmir siqaret qutusuna yığıb üzərində saxlamışdır. Sonra bir həftə ərzində həmin bükümlərdəki narkotik maddənin 14 ədədini, hər gün bir və ya iki bükümünü istifadə etmişdir. 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində, o, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan tanışı Farizin yaşadığı binanın həyətinə gedib, sonuncuya Bakı şəhəri, Səbail rayonu, 20 sahədə vacib işi olduğunu, avtomobilinə benzin tökəcəyinə vəd edib onu həmin yerə aparmasını xahiş etmişdir. Fariz etiraz etməmiş, idarə etdiyi “Mitsubishi” markalı,**-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında o, sərnişin kimi əyləşib Səbail rayonu, 20 sahə dairəsinə gəlmişdir. Orada Fariz avtomobili yol kənarında saxlayıb yaxınlıqdakı köşkə getmiş, özü isə avtomobildə qalmış, bu vaxt üstündə gəzdirdiyi, içərisində heroinin 16 ədəd bükümdən bir ədədini dəmir siqaret qutusundan götürüb, işlətdiyi mobil telefonun üzlüyünün içərisinə qoymuş, dəmir qutunu isə avtomobilin cihazlar panelinin üstünə olan idman papağının altına gizlətmişdir. Təxminən 3-5 dəqiqə sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olmalarını bildirərək, onu Səbail Rayon Polis İdarəsinə dəvət etmişdir. Onu avtomobilin yanına qayıdan Fariz ilə birlikdə polis idarəsinə gətirmişlər. Polis idarəsində təhqiqaqtçı tərəfindən həmin 2 nəfər polis əməkdaşının və dəvət olunmuş vəkilin iştirakı ilə mobil telefonla videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri izah edilmiş, üzərində olan əşyaları çıxarıb, masanın üstünə könüllü qoyması təklif edilmişdir. O, əynindəki tünd göy rəngli gödəkcənin bayır sol yan cibindən üzərində “Winchester” yazısı olan bir qutu,içərisində 6 ədəd siqaret və bir ədəd alışqanı, həmin gödəkcənin bayır sağ yan cibindən bir ədəd “Mİ Fly 2” markalı mobil telefonu masanın üzərinə qoymuş,təhqiqatçı tərəfindən mobil telefona baxış zamanı telefonun qara rəngli rezin materialdan olan üzlüyü çıxarılarkən, üzlüyün arxasına qoyduğu bir ədəd “kokos” adlanan narkotik maddənin bükümü aşkar edilmişdir. O, həmin bir büküm “kokos” adlanan narkotik maddə-heroini tanıdığı Şahin adlı şəxsdən bir həftə əvvəl Səbail rayonu, 20-ci sahədə, ümumilikdə bir büküm təxminən 15 qram çəkidə cəmi 300 manata, özü gündəlik istifadə etmək üçün aldığını və hissələrə bölüb 30 ədəd bükümə bükdüyünü, həmin bükümlərdən 14 ədədini həftə ərzində istifadə etdiyini, digər 15 bükümü isə Farizin idarə etdiyi avtomobildə gizlətdiyini, onun avtomobildə narkotik vasitənin bükümlərini gizlətməsindən Farizin məlumatının olmamasını bildirmişdir. Sonda polis əməkdaşı tərəfindən bir ədəd büküm zərfə qoyulub möhürlənmiş, həmin zərf və narkotik vasitənin bükümünün aşkar edilib götürülməsi barədə tərtib edilmiş protokol orada olan şəxslər və onun tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ona və tanışı Şahid1 “Mitsubishi” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmışdır. Axtarış zamanı avtomobilin cihazlar panelinin üstündə və qabaq sərnişin tərəfdə qoyduğu boz rəngli idman papağını qaldıraraq, həmin papağın altında olan dəmir siqaret qutusunu götürüb könüllü şəkildə təqdim edib, qutunun içərisində bükümlərin 15 ədəd “kokos” adlanan narkotik vasitə heroinin bükümləri olduğunu bildirmişdir. 15 ədəd bükümün hər biri açıldıqda içərisində açıq qəhvəyi rəngdə, toz şəkilli, “kokos” adlanan narkotik vasitə-heroinə bənzər maddə olması aşkar edilmişdir. Sonra həmin 15 ədəd büküm zərfə qoyulub möhürlənmiş, həmin zərf və narkotik vasitənin aşkar edilib götürülməsinə dair tərtib edilmiş protokol orada olan şəxslər və onun tərəfindən imzalanmışdır. O, aldığı narkotik vasitəni xırda bükümlərə yığmaqda məqsədinin gündəlik özü qəbul etmək üçün doza şəklində salması ilə izah etmiş, narkotik vasitə satmadığını bildirmişdir. Mobil telefonda olan mesajlarla bağlı bildirmişdir ki, həmin şəxslərlə zaraftı var, və həmin sözləri zarafatyana yazmışdır. Əməlindən səmimi peşimançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 18 dekabr 2020-ci il tarixdə, o, Bakı şəhər Səbail RPİ-də xidmətdə olarkən, Səbail Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan yolu 30 ünvanın qarşısına “Fərid” adlı şəxsin gəlməsi,narkotik vasitələrin qanunsuz olaraq oraya daşıyaraq qəbulu və satışı ilə məşğul olması barədə əldə edilmiş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə həmin tarixdə Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərar Səbail RPİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar əsasında əməliyyat qrupu təşkil edilmiş və o da həmin qrupa daxil edilmişdir. Sonra “Fərid” adlı şəxsi müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu 18 dekabr 2020-ci il tarixdə,saat 18 radələrində, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə,Salyan yolu 30 ünvanın qarşısına gəlib orada mövqe tutaraq gözləmiş, müəyyən vaxtdan oraya əvvəlcədən əldə olunmuş məlumata əsasən zahiri görünüşü “Fərid” adlı şəxsə oxşar şəxsi yol kənarında dayanmış “Mitsubishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildə şərnişin kimi oturması müəyyən edilmiş, əməliyyat müvəkkili Şahid2 birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirib vəsiqələrini təqdim edib,həmin şəxsə özünü təqdim etməsini təklif etdikdə, həmin şəxs özünü X4 olduğunu bildirmişdir. Bu zaman əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhə edildiyini, bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirərək, Səbail RPİ-nin inzibati binasına dəvət etmiş, sonuncu etiraz etmədi etməmiş, eyni zamanda Fəridin sərnişin olduğu avtomobilin sürücüsü Şahid1 da Səbail RPİ-yə dəvət edilib avtomobili ilə birlikdə Səbail RPİ-nin inzibati binasına gətirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmaqla müvafiq qərar qəbul edilməsi İdarənin təhqiqatçısı Cəlil Əsədova həvalə edilmişdir. Bundan sonra təhqiqatçı C.Əsədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim edilərək,Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələri izah etmiş, şəxsi axtarış və götürülmə aparılmasına dair qərar əsasında, onun, əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakları ilə videoçəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs “Mi Fly 2” markalı mobil telefonu masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış aparılmış və üzərində heç bir əşya aşkar edilməmiş, eyni zamanda təhqiqatçı onun masa üzərinə qoyduğu əşyalara baxış keçirərkən və “Mi Fly 2” markalı mobil telefonun qara rəngli rezin materialdan olan üzlüyü çıxarılarkən üzlük ilə telefon aparatın arasında bir ədəd kağız parçasının büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli toz şəklində narkotik maddəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin özünə məxsus “kokos” adlanan narkotik vasitə olan heroin olduğunu, həmin maddəni bir həftə əvvəl Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində Şahin adlı şəxsdən cəmi 30 ədəd bükümü 300 manata aldığını, həmin bükümlərin bir hissəsini özü çəkərək qəbul etdiyini, digər hissəsini isə yaşadığı Bakı şəhəri,Qaradağ rayonu, Sahil qəsəbəsindən qonşusu Fariz adlı şəxsin avtomobili ilə Bakı şəhəri, Səbail rayonu 20-ci sahəyə gələrkən avtomobildə gizlətdiyini,lakin avtomobildə narkotik vasitənin bükümlər olmasını Farizin bilmədiyini, həmin bükümləri təqdim edə biləcəyini göstərmişdir. Bundan sonra təhqiqatçı C.Əsədov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd narkotik vasitə heroinə oxşar kütlə olan boş zərfə qoyulub möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində narkotik vasitəyə oxşar bir ədəd bükümün aşkar edilib götürülməsi barədə təhqiqatçı C.Əsədov tərəfindən protokol tərtib edilmişdir. Sonra həmin günü təhqiqatçı C.Əsədov şübhəli şəxsin tanışı Şahid1 idarə etdiyi avtomobildə gizlətdiyi narkotik vasitələrin bükümlərini təqdim edə biləcəyini göstərməsinə əsasən sürücü Şahid1 idarə etdiyi “Mitsubishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılması qərarına əsasən, şübhəli şəxsin və onun müdafiəçisi Kamran Musayevin, həmçinin avtomobilin sürücüsü Şahid1, o və əməliyyat müvəkkili Şahid2 iştirakları ilə Səbail RPİ-nin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla, axtarış və götürməyə başlamazdan əvvəl şübhəli şəxsin və sürücü Şahid1 axtarış qərarı ilə tanış edilərək,avtomobildə olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənəd varsa könüllü surətdə təqdim etmələri təklif olunmuşdur. Bu zaman sürücü Şahid1 idarə etdiyi “Mitsubishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir qanunsuz əşya, predmet və maddə olmamasını bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə sərnişini olduğu həmin avtomobildə, cihazlar panelinin üzərində sərnişin oturan hissədə qoyulmuş boz rəngli idman papağının altında gizlətdiyi dəmir qutuda narkotik vasitənin bükümləri olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobilin salonuna keçərək həmin idman papağını cihazlar panelinin üzərindən qaldırıb altında olan dəmir qutunu təqdim etmiş, həmin qutu açıdıqda içərisində çox sayda kağız parçasının bükümləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs dəmir qutuda olan cəmi 15 ədəd kağız parçasının bükümlərini hər birini ayrı-ayrılıqda açıb göstərməklə içərisindəki açıq qəhvəyi rəngli toz şəklində olan narkotik maddəyə oxşar kütlənin özünə məxsus “kokos” adlanan narkotik vasitə olan heroin olduğunu, həmin maddəni bir həftə əvvəl Bakı şəhəri,Səbail rayonu, 20-ci sahə ərazisində Şahin adlı şəxsdən cəmi 30 ədəd bükümü 300 manata aldığını, həmin bükümlərin bir hissəsini özü çəkərək qəbul etdiyini, digər hissəsini isə üstündə gəzdirdiyini bildirmişdir. Axtarış və götürmədə iştirak edən sürücü Şahid1 sorğular zamanı sonuncu idarə etdiyi avtomobilində narkotik maddənin gizlədilməsindən məlumatı olmamasını,həmin maddəni Fərid xəbəri olmadan gizlətdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı C.Əsədov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi dəmir qutuda olan on beş ədəd narkotik vasitə heroinə oxşar kütlə olan kağız parçasının bükümləri boş zərfə qoyulub möhürlənmiş, həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan şəxsi axtarış və götürülmə aparılması, avtomobildə axtarış və götürülmə aparılması barədə CD formatlı disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki tünd göy rəngli gödəkçənin bayır sağ yan cibindən çıxarıb təqdim etdiyi birə ədəd “Mİ Fly 2” markalı mobil telefonun qara rəngli rezin materialdan olan üzlüyü çıxarılarkən,içərisindən bir ədəd kağız parçasının bükümdə narkotik vasitə heroinə oxşar kütlə olmasını aşkar edilmiş və həmin bükümün özü qəbul etmək üçün saxladığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs sərnişini olduğu “Mitsubishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildə cihazlar panelinin üstündə, idman papağının altında gizlədilmiş göy rəngli,dəmir materialdan,üzərində “SENATOR” yazısı həkk edilmiş siqaret qutusunun içərisində on beş ədəd kağız parçasının bükümlərində narkotik vasitə heroinə oxşar kütlə olmasını aşkar edilmiş və həmin bükümün özü qəbul etmək üçün saxladığı narkotik vasitə heroin olmasını bildirmişdir. 07 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı,həmçinin onun sərnişin olduğu avtomobildə axtarış aparılan zamanı çəkilmiş video görüntülər köçürülmüş iki ədəd “DVD” formatlı disklər iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 19 dekabr 2021-ci il tarixli 6/2751 saylı ekspert rəyinə əsasən “saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...”yazısı olan zərfdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,052qr açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində:“Mitsubishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avromibildən aşkar edilərək götürülmüş..”yazısı olan zərfdəki 15(on beş)ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,926qr (ayrı-ayrılıqda təmiz çəkiləri 0,059qr, 0,072qr, 0,046qr, 0,075qr, 0,058qr, 0,067qr, 0,055qr, 0,057qr, 0,064qr, 0,065qr, 0,068qr, 0,065qr,0,047qr, 0,061qr, 0,067qr) açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdəki heroin və “Mitsu-bishi Airtrek” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avromibildən götürülmüş 15 ədəd bükümlərdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. ekspertiza tədqiqatı zamanı avtomobildən və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin müvafiq olaraq ümumi təmiz çəkisi 0,926 qram və 0,052 olmuş, tədqiqata 0,15 qram və 0,04 qram sərf edilmiş, 0, 776 qr və 0,012 qram qalıq qalmışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114,0 (yüz on dörd) manatdır. 19 yanvar 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 0,052qram, “Mitsubishi Airtrek” markalı 90-MD- 293 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş on beş ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,926 qram, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 0,012qram və 0,776 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan “sms”mesajlarının siyahısına baxış zamanı: ***-***-**-** nömrədən 04.10.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə-“Yox vallah Allahaqi sen diyen yoxdu mende qiramnan çetnendi ancaq”; ***-***-**-** nömrədən 18.11.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə-“Mene imkan varsa bide çet ver varyoxun ++++(söyüş) sumuylerim tökülür çatira”; ***-***-**-** nömrədən 10.12.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə-“Exi axşamın xeyir tereziliy işin qutarsa imkan olsa götür qalx yuxa”; ***-***-**-** nömrədən 10.12.2020-ci il tarixdə ***-***-**-** saylı nömrəyə- “ikidene meyid tutmuşam hava qarala qaralda göz istəyir baxmaga” məzmunda; Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəyə: 23.09.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən-“Yetimce salam ac bidene duzemelli soz denende adboy versen mehlevuzdeydim pati cekirdim dedim gelib qonaq eliyerdim ta neyse”; 30.09.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən-“Ferid canim pis axriyir erkim sene catdi gelim goruwum senle ?”; 02.10.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən-“Ferid pisem qaqa ona gore yixiram”; 02.10.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən-“Bu ne soybet di .. sene atanin her bir weyin ++++(söyüş), senin 10 manatuva galmamiwam, sene Yaxshi mal vermiwem, sen onu duzgun istifade elemedin men neyniyi”; 04.10.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“exi neteridi qanalda neyse elemey olar 30 35 olsa var ee 05 veribler ancag mastinka kimidi axmir falqada veziyetden cixardir prosta zeher kimidi”; 04.10.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“neteri eliyek yuxudan durmaga birin pas atda 05 de alinamaz exi 20 liye”; 04.10.2020-ci tarixdə,***-***-**-** saylı nömrədən-“neteri eliyek yuxudan durmaga birin pas atda 05 de alinamaz exi 20 liye”; 06.10.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“biz on manat verib agrida qalan oglan olmamisiq agrida qaldiq bu bele sen olasan ne deyerdin”; 07.10.2020-ci il tarixdə,********** saylı nömrədən-“deyirEm ki kola olub ele se birinde mene gotur 30 manat varimdi”; 21.10.2020,01:27:16,***-***-**-** saylı nömrədən-“Qaaa menem malış 8 manatm var patprrss atxadnak verb ölləm senöl.ne”; 21.10.2020-ci il 055-688-9445--**********10-“se alınarsa vzv at gelm”; 30.10.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“sabah Hecnin yanina maşin gedir yungul yarasi var cekmeye atrava de”; 16.11.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“Qaqa menem maliw olirem pulda var.oyaqsansa vzv at.”; 20.11.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“exi sabahin xeyir.menem maliw.parpressnen kola deiwmey issesen zeng”; 27.11.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“Salam Aleykum haralardasa. dedim belke patin olar atxaniyaktayam gic kimiyem”; 28.11.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən- “dedim kola var idi belke patin olar atıb cekerdiy hə.”; 28.11.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“Qaldı ay qaqa.patı olsa xeber ele diri 10luq var”; 04.12.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən- “Yatmamisan sa ay əxi 10luqum var bidene qardasuva əl tutda puluynan”; 04.12.2020-ci il tarixdə,***-***-**-** saylı nömrədən-“İtin balasıdı pati eləmişdim özdə oda atxyadnak verib” məzmunda “sms” mesajlarının göndərilməsi aşkar edilmişdir. 07 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglər,“sms” mesajlarının siyahıları köçürülmüş bir ədəd “CD” disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. Respublika Narkoloji Mərkəzinin 23 dekabr 2020-ci il tarixli 3523 №-li saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hazırda abstinensiya, intoksiya əlamətlərinini olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqid vəziyyətinin olması nəzərə alınaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 19 dekabr 2020-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 20 dekabr 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 20 dekabr 2020-ci il tarixli qərarı ilə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o X3 həbsdən azad edilmişdir. 20 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 07 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 maddəsindən CM-nin 234.2 maddəsinə tövsif edilmişdir. 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-132/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tedbiri seçilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. 04 may 2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə tutularaq Səbail RPİ-nin X7 təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 dekabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 dekabr 2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir; 30.06.2016-cı il tarixdə AR Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarının təsir dairəsinə düşdüyü üçün qeydiyyatdan çıxarılmşdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır – 14.06.2013-cü il tarixli X5, 25.08.2020-ci il tarixli X6. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsini, narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etməsi işin halları, yəni aldığı narkotik vasitənin çoxsaylı bükümlərə yığması, onun mobil telefonuna gələn mesajların mətni, həmçinin narkomaniyadan məcburi müalicəyə ehtiyacın olmaması ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələrində nəzərdə tutulmuş əməl, yəni satış məqsədi ilə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahid ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları tamamilə sübuta yetirildi. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 18 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 04 may 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,012qram çəkidə, “Mitsubishi Airtrek” markalı 90-MD- 293 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,776 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş videogörüntülər əks olunmuş bir ədəd “DVD” formatlı disk, Təqsirləndirilən şəxs sərnişin olduğu “Mitsubishi Airtrek” markalı 90-MD- 293 dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zamanı çəkilmiş videogörüntülər əks olunmuş bir ədəd “DVD” formatlı disk və "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan zənglər, “sms” mesajlarının siyahıları köçürülmüş bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 18 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,012qram çəkidə, “Mitsubishi Airtrek” markalı 90-MD- 293 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,776 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş videogörüntülər əks olunmuş bir ədəd “DVD” formatlı disk, Təqsirləndirilən şəxs sərnişin olduğu “Mitsubishi Airtrek” markalı 90-MD- 293 dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zamanı çəkilmiş videogörüntülər əks olunmuş bir ədəd “DVD” formatlı disk və "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan zənglər, “sms” mesajlarının siyahıları köçürülmüş bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 ( bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-132/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-132/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver