Məhkəmə qərarları › İş №1(009)-133/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-133/2020

11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-133/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 5, mənzil 12-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə gecə saat 05:00 radələrində Bakı şəhəri, Səbail rayonu, “Bayraq Meydanı” ərazisində yerləşən “YARAT X9” X3 muzeyinin qarşısına gəlib orada qurlaşdırılmış “YARAT X9” İctimai Birliyinə məxsus 290 manat dəyərində bir ədəd “Samsung” markalı, “UE24H4070AUXRU” modelli, 32 diaqonallı televizoru, bir ədəd 20 manat dəyərində televizorun bərkidici tutacaq qurğusunu və bir ədəd 500 manat dəyərində televizorun açıq hava şəraitində saxlanılması üçün şüşə örtüklü metal çərçivəni gizli olaraq talayıb zərərçəkmiş “YARAT X9” İctimai Birliyinə cəmi 810 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, məlum cinayət hadisəsindən təxminən bir həftə əvvəl azyaşlı qızı Nəzrini yaşadığı evin yaxınlığında gəzdirən zaman qızının qaçıb “Bayraq Meydanı” ərazisində yerləşən “YARAT X9” X3 muzeyinin qarşısında olan taxtadan hazırlanmış tikilinin içərisinə daxil olmuş, bundan sonra həmin yerə yaxınlaşıb qızını oradan çıxaran zaman həmin taxta tikilinin içərisində qurğuya bərkidilmiş vəziyyətdə bir ədəd “Samsung” markalı televizoru görmüşdür. xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə həmin televizoru oğurlamaq məqsədilə evdən bir ədəd kəlbətin və vintaçan götürüb tək “YARAT X9” X3 muzeyinin qarşısına getmiş, oradan taxtadan qurlaşdırılmış tikilinin içərisinə girib kəlbətinlə televizorun kabelini kəsib ayırdığını, sonra televizorun bərkidilmiş qurğusunun şuruplarını açıb həm televirozu, həm də üzərində olan şüşə örtüklü metal çərçivəni və bərkidici tutacaq qurğusunu götürüb özü ilə gətirdiyi gödəkçəsinə büküb oradan yaşadığı evə getmişdir. Evdə anası Sahiləyə və həyat yoldaşı Nərgizə həmin televizorun dostuna məxsus olduğunu və dostunun pula ehtiyacı olduğundan satdığı üçün aldığını söyləmiş, ona görə də anasının və həyat yoldaşının onun həmin televizoru oğurladığını bilməmişlər. Həmin televizoru oğurlayıb evə gətirməkdə məqsədi istifadə etmək olmuşdur. Sonradan Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları onu dəvət edib bu oğurluqla bağlı söhbət etdiklərində onlara etmiş olduğu oğurluq hadisəsini etiraf edərək televizoru təqdim etmişdir. Himayəsində azyaşlı uşağının olduğunu, əməlindən peşman olduğunu, oğurlanmış əşyaları qaytardığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs “YARAT X9” İctimai Birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən “Bayraq Meydanı” ərazisində yerləşən “YARAT X9” X3 muzeyinin anbardarı işləyir. Həmin muzeydə beş nəfər gözətçi işləyir, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Covid 19” pandemiyası ilə əlaqədar mərkəzdə iş fəaliyyəti dayandırılmış, lakin mərkəzin gözətçiləri və qazanxana operatorlarının həmin müddət ərzində iş fəaliyyətlərini davam etdirilmişdir, xx.xx.2020-ci il tarixdə saat 09:45 radələrində gözətçi Şahid1 ona zəng vurub mərkəzə məxsus “Samsung” markalı televizorun oğurlanması barədə məlumat vermiş, bundan sonra bu barədə mərkəzin maliyyə şöbəsi ilə əlaqə saxlamış və həmin televizoru xx.xx.2019-cu il tarixdə alınaraq mərkəzin qarşısında taxta tikiliyə qurlaşdırılmışdır. Televizorun üzərində hava şəraiti ilə bağlı qoruyucu şüşə örtük bağlanmışdır. Həmin vaxt televizorda Neft Daşlarının inkişaf tarixinə aid slaydlar göstərilirdi. Həmin taxta tikiliyə istənilən şəxs sərbəst şəkildə daxil olub televizorda gedən slaydlara baxa bilər. Baş vermiş oğurluq nəticəsində “YARAT X9” İctimai Birliyinə 898 manat məbləğində ziyan dəymişdir. Həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək “YARAT X9” X3 muzeyindən oğurlanmış “Samsunq” markalı televizor, hava şəraitindən qorumaq üçün xüsusi qurğu və kranşteyn onlara qaytarılmış və hazırda şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən gündüz növbəsi olaraq “Bayraq Meydanı” ərazisində yerləşən “YARAT X9” X3 muzeyinin gözətçisi işləyir. Gündüz növbəsində həftənin 6 günü səhər saat 10-dan axşam saat 19-dək xidmətdə olur. xx xxx 2020-ci il tarixdə saat 08:30 radələrində gecə növbəsində işləyən Şahid2 ona zəng “YARAT X9” X3 muzeyinin qarşısına qurlaşdırılmış taxta tikilinin içərisində olan “Samsung” markalı televizorun oğurlandığını bildirmişdir. Bundan sonra o həmin yerə gəlib baxdıqda həqiqətən də televizorun və onun qoruyucu şüşə örtüklü çərçivənin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, bu barədə rəhbərliyə və DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2016-cı ildən gecə növbəsi olaraq “Bayraq Meydanı” ərazisində yerləşən “YARAT X9” X3 muzeyində gözətçi işlədiyini, xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixə keçən gecə gözətçi kimi xidmətdə olmuş, həmin günü gecə növbəsindən saat 03 radələrində xidmətdə olduğu zaman əraziyə baxış zamanı ictimai birliyin qarşısında taxta qurğunun içərisində olan “Samsung” markalı televizorun yerində olduğunu, xx xxx 2020-ci il tarixdə saat 07:10 radələrində xidməti otağında olarkən “Bayraq Meydanı” nın adını bilmədiyi iki nəfər mühafizəçilərinin ona yaxınlaşıb birliyə məxsus taxta qurğunun içərisinə qurlaşdırılmış bir ədəd “Samsung” markalı televizorun yerində olmadığını bildirmişlər. Bundan sonra həmin yerə gedib baxdıqda həqiqətən də televizorun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, bu barədə gündüz gözətçisi Şahid1 mobil telefonuna zəng vurub məlumat vermiş, bir müddət sonra Rüstəmin gəlib rəhbərliyə oğurluq faktı ilə bağlı məlumat vermişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1642 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Samsung” markalı, “UE24H4070AUXRU” modelli, 32 diaqonallı, istifadəyə yararlı televizor 290 manat, bir ədəd televizorun bərkidici tutacaq qurğusu 20 manat, bir ədəd televizorun açıq hava şəraitində saxlanılması üçün şüşə örtüklü metal çərçivəsi 500 manat olmaqla 3 adda əşyaların ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 810 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (bir yüz) manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, “YARAT X9” İctimai Birliyinə məxsus oğurlanmış bir ədəd “Samsung” markalı, “UE24H4070AUXRU” modelli, 32 diaqonallı televizor, bir ədəd televizorun bərkidici tutacaq qurğusu və bir ədəd televizorun açıq hava şəraitində saxlanılması üçün şüşə örtüklü metal çərçivə iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. xx xxxx 2020-ci il tarixdə zərərçəkmiş “YARAT X9” İctimai Birliyinə məxsus oğurlanmış bir ədəd “Samsung” markalı, “UE24H4070AUXRU” modelli, 32 diaqonallı televizor, bir ədəd televizorun bərkidici tutacaq qurğusu və bir ədəd televizorun açıq hava şəraitində saxlanılması üçün şüşə örtüklü metal çərçivə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmışdır. xx xxx 2020-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Səbail RPİ-nin X6 azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs “YARAT X9” İctimai Birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, “YARAT X9” X3 muzeyindən oğurlanmış “Samsung” markalı televizor, hava şəraitində qorumaq üçün xüsusi qurğu və kranşteyn onlara qaytarılmış və hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2017-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, dəymiş ziyanı aradan qaldırdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, himayəsində bir azyaşlı uşağının olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs “YARAT X9” İctimai Birliyinə məxsus oğurlanmış bir ədəd “Samsung” markalı, “UE24H4070AUXRU” modelli, 32 diaqonallı televizor, bir ədəd televizorun bərkidici tutacaq qurğusu və bir ədəd televizorun açıq hava şəraitində saxlanılması üçün şüşə örtüklü metal çərçivənin zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs X2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 04 (dörd) gün islah işləri cəzasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış tanınmış zərərçəkmiş şəxs “YARAT X9” İctimai Birliyinə məxsus oğurlanmış bir ədəd “Samsung” markalı, “UE24H4070AUXRU” modelli, 32 diaqonallı televizor, bir ədəd televizorun bərkidici tutacaq qurğusu və bir ədəd televizorun açıq hava şəraitində saxlanılması üçün şüşə örtüklü metal çərçivənin zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X4 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar