Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-133/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2arəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 dekabr 2021ci il tarixdə 16.00 radələrində Zərərçəkmiş şəxs məxsus və saxlanc yeri hesab olunan ünvan 3 ünvanda yerləşən yarımtikiliyə qanunsuz daxil olub oradan bir metrinin qiyməti 15 manat 60 qəpik təşkil edən 312 manat dəyərində 20 metr uzunluğunda elektrik kabelini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 yanvar 2022- ci il tarixdə saat 06.00 radələrində Zərərçəkmiş şəxs məxsus və saxlanc yeri hesab olunan ünvan 3 ünvanda yerləşən yarımtikiliyə qanunsuz daxil olub oradan bir metrinin qiyməti 15 manat 60 qəpik təşkil edən 468 manat dəyərində 30 metr uzunluğunda elektrik kabelini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 dekabr 2021-ci il tarixdə,saat 15-16 radələrində yaşadığı evin yaxınlığında İçəri Şəhərdə gəzəndə yarımtikilinin birində ətrafına baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin yarımtikilinin birinci mərtəbəsinə daxil olub elektrik kabellərini görmüş, tikinti işləri aparıldığı üçün oradan kəlbətinlə kabelin təxminən 20 metr hissəsini kəlbətinlə kəsərək, özü ilə yaşadığı evə aparmışdı. Həmin hadisədən 10 gün sonra, yeni 01 yanvar 2022-ci il tarixdə səhər saat 06 radələrində yenidən həmin yarımtikiliyə oğurluq etmək məqsədi ilə qayıtmış, orada birinci dəfə kəsdiyi elektrik kabelinin divarda borudan asılmış vəziyyətdə qalan hissəsini də, yəni təxminən 25-30 metr hissəsini də kəsib divardan sökərək özü ilə götürüb yaşadığı evin həyətinə aparıb yığmışdı. O, təxminən 1-2 gün sonra həmin yarımtikilidən iki dəfəyə oğurladığı və üstünün plastik hissəsini yandıraraq əritmiş, Səbail rayonu 20-ci Sahə yaşayış massivində əlvan və qara metal qəbulu ilə məşğul olan obyektə getmiş, əridib kisəyə yığdığı təxminən 2 kq çəkisi olan kabellərin məftillərini orada xatırlamadığı bir şəxsə, bir qadına satmış və əldə etdiyi ümumilikdə 80 manat məbləğdə pulu isə, şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin kabelləri evə gətirəndən sonra həyətdə həmin kabelləri rezin izolyasiyasını söküb metallarını kiçik hissələrə doğramış, yalnız bundan sonra metalları həmin metal qırıntıları yığan şəxsə satmış, həmin şəxsə də kabelləri oğurluq yolu ilə əldə etməyi barədə heç bir məlumat verməmiş, onları tapdığını demişdir. Ondan kabelləri almış qadın şəxsiyyət vəsiqəsini istəmiş, o, öz şəxsiyyət vəsiqəsini həmin qadına vermiş, sonra qadın onun vəsiqəsinin surətini çıxartmış və özünə qaytarmış, vəsiqəsinin surətini çıxartdığı vərəqə isə, ona əl yazıları ilə adını və başqa bir neçə sözləri yazmağını demiş və o da, qadının dediklərini yazmış və altına imza etmişdir. Kağız parçasının üzərində yazılmış «02 kq.-dı, satdığım mis məftillər mənə məxsusdur, Təqsirləndirilən şəxs oğ.» sözlərini yazmışdır. Törətdiyi əmələn səmimi peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə edib, ondan şikayəti olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən iki mərtəbəli mənzili 2015-ci ildə almış, mənzil təmirsiz olduğu üçün həmin mənzili aldığı gündən təmir etdirməyə başlamış, özü ara-sıra mənzilə gedərək baxmış, bəzən də vaxtı olmayanda sürücüsü Şahid1 onun xahişi ilə aldığı mənzilə gedərək, təmir işləri ilə maraqlanmışdır. Sonuncu dəfə o, həmin mənzilinə 2021-ci ilin noyabr ayının axırlarında getmiş və həmin vaxtı mənzildə təmir işlərinin davam etdiyini, hər şeyin qaydasında olduğunu görmüşdür. 12 yanvar 2022-ci il tarixdə gündüz saat 14:00 radələrində sürücü Şahid1 ona telefonla zəng edərək, təmir işlərinin aparıldığı mənzildən oğurluq baş verdiyini və işıq sayğacından mənzilə qədər uzanmış elektrik kabellərinin oğurlandığını bildirmişdir. O, Şahid1 demişdir ki, DİN- in 102 xidmətinə zəng edib oğurluqla bağlı məlumat versin. Ona məxsus mənzildən təxminən 50 metr uzunluğunda, 2021-ci ilin noyabr ayının əvvəllərində quraşdırılmış elektrik kabeli oğurlanmışdır, həmin elektrik kabelinin 1 metri 15 manata alınmışdır. Hadisə nəticəsində ona ümumilikdə 780 manat məbləğində maddi ziyan dəymişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək iş üzrə təqsirləndirilən şəxslə barışdığını, dəymiş zərərin hissə-hissə ödənilməsi barədə razılığa gəldiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Zərərçəkmiş şəxs sürücüsü işləyir. Zərərçəkmiş şəxs ünvan 5 ünvanda yerləşən iki mərtəbəli mənzili 2015-ci ildə almış, mənzil təmirsiz olduğu üçün həmin mənzili aldığı gündən təmir etdirməyə başlamış, özü arasıra mənzilə gedərək baxsa da, əksər vaxt mənzilin təmir işləri ilə o, məşğul olmuş, Zərərçəkmiş şəxs xahişi ilə aldığı mənzilə gedərək, təmir işləri ilə maraqlanmışdır. Sonuncu dəfə həmin mənzilə 2021-ci ilin noyabr ayının axırlarında getmiş və həmin vaxtı mənzildə təmir işlərinin davam etdiyini, hər şeyin qaydasında olduğunu görmüşdür. 12 yanvar 2022-ci il tarixdə gündüz saat 14:00 radələrində göstərilən ünvanda yerləşən mənzilə gedərkən, mənzildə oğurluq olduğunu, yəni təmir işlərinin aparıldığı mənzilin yanındakı işıq sayğacından mənzilə qədər uzanmış elektrik kabellərinin oğurlandığını aşkar etmişdir . Həmin vaxtı o, dərhal telefonla Zərərçəkmiş şəxs zəng edərək oğurluq barədə məlumat vermiş, sonra isə DİN-in 102 xidmətinə zəng edib oğurluqla bağlı şikayət etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən dəmir qırıntıları qəbul məntəqəsini işlədir. Həmin yeri rəsmi icazələr əsasında rəsmi qaydada işlədir. Məntəqədə müxtəlif dəmir, mis və diqər metalları qəbul edir, alınan metalların çəkisi 2 kiloqramdan artıq olduğu halda, kitabında qeydiyyatını aparır. xx.xx.2022-ci il tarixdə əvvəllər tanımadığı şəxs məntəqəyə gedərək, mis metal təhvil vermək istədiyini bildirmişdir. O, həmin şəxsi ilk dəfə gördüyü üçün və sonuncunun apardığı misin çəkisi iki kiloqramdan artıq olduğu üçün həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş, həmin şəxs heç bir etiraz etmədən şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarmış və həmin şəxs şəxsiyyət vəsiqəsinin kserosurətində satmaq istədiyi misin özünə məxsus oludunu yazaraq imza etmişdir. O, bundan sonra həmin şəxsin təhvil verdiyi mis metalı sonuncudan qəbul edib çəkisinə uyğun ödəniş etmiş, lakin həmin şəxsin gətirdiyi mis metalın çəkisini və sonuncuya neçə manat pul verməyini xatırlamır. 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 30 mart 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 23 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. 23 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 177.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir İş materiallarına əlavə ediliş Zərərçəkmiş şəxs ərizəsinə əsasən o təqsirləndirilən şəxslə barışmış və zərərin hissə-hissə ödənilməsinə razıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş və şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-133/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-133/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver