Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-133/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkil Nümayəndə1, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, ünvan 2 hökmü əsasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 ilə qabqcadan əlbir olub tanışı Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs “İcbari Tibbi Sığortaya” işə düzəldəcəyinə vəd verib aldadaraq vahid niyyətlə 2022-ci ilin iyun ayının 7-də Bakı şəhəri, Nizami rayonu, Bülbül küçəsində, İcbari Tibbi Sığortanın yanında 17500 manat, 2022-ci ilin iyun ayının 10-da Bakı şəhəri, Nərmanov rayonu, Mayakovski küçəsi 391 nömrəli “Ekologiya” liseyinin qarşısında 5000 manat, 2022-ci ilin iyul ayının 4-də Bakı şəhəri, Sabunçu rayonu Babək 53 ünvanda yerləşən Sabunçu RPİ-nin X5rşısında 5000 manat, 2022-ci ilin iyul ayının 6-da Bakı şəhəri Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində 2500 manat və 11 iyul 2022-ci il tarixdə 2000 manat pulu ünvan 4 ünvanında yerləşən “X9” yanında ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qızma qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda yəni, 32000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hicranı Ləman vasitəsi ilə tanımışdır. O, və tanışı Məhəmmədəli Hicranı İcbari Tibbi Sığortaya işə düzəltməyə söz vermişlər. Bununla bağlı onlar Hicran ilə Sığortanın yanında görüş təyin etmişlər. O, tanışı Umudvardan onu avtomobillə İcbari Tibbi Sığortanın ünvanına aparmağını xahiş etmişdir. Məhəmmədəli və Hicran İcbari Tibbi Sığortanın binasında gedib nəsə yazıb pozmuşdular. Bundan sonra Hicran 17500 manatı gəldiyi avtomobilin arxa oturacağında Umudvara vermişdi. Umudvar ona 17500 manat vermiş, o, da öz növbəsində 2500 manatı özünə götürmüş, 15000 manatı isə Məhəmmədəliyə vermişdi. O, Umudvardan Hicrandan pulu götürməyi xahiş etmişdir. Umudvarın heç nədən xəbəri olmamışdır. Məhəmmədəli Hicranı İcbari Tibbi Sığortanın rəhbəri Zaurun qəbuluna yazdırdığını demişdir. Lakin bu baş verməmişdir. Sonra Məhəmmədəli Hicranı İcbari Tibbi Sığortanın kadr şöbəsinin rəhbəri Fəridə ilə görüşdürməyə söz vermiş, lakin bu da baş verməmişdir. Hicran onlara ayrı-ayrı vaxtlarda 17500 manatdan başqa iki dəfə 5000 manat, 2500 manat və 2000 manat pul vermişdir. Hicran işə düzəlmək üçün onlara cəmi 32000 manat pul vermişdi. Bu puldan ona cəmi 3500 manat pul çatmışdır. O, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, İcbari Tibbi Sığortaya işə düzəlmək üçün bir neçə dəfə ora CV vermişdi. Qonşusu Ləman öz tanışının işin həll olunmasına kömək edə biləcəyini demişdir. 04 may 2022-ci ildə söhbət zamanı Ləman mobil telefon nömrəsi verib adının İlkin olduğunu və DTX-də işlədiyini demişdir. Həmin nömrəyə 05 may 2022-ci ildə zəng edərək İlkinlə danışmış, ona İcbari Sığortada işləmək istədiyini bildirmişdi. Bundan 3-4 gün sonra İlkin zəng edərək İcbari Tibbi Sığortada işə düzəlməyin qiymətinin 40000 manat olduğunu bildirmiş və işin DTX-də işləyən polkovnik əmisi vasitəsi ilə həll edəcəyini demişdir. O, həmin məbləğdə pulunun olmamasını demiş, İlkin isə bu işin 35000 manata həll edə biləcəyini bildirmişdir. Bundan sonra İlkinin mobil telefonunu bloka salmışdı ki, zəng edib narahat etməsin. Daha sonra söhbət zamanı Ləman İlkin tərəfindən işinin həll olunacağını ona demişdir. Bundan sonra anasına işə düzəlməsi ilə bağlı İlkinlə aralarında olan söhbəti demiş, anası maddi cəhətdən kömək edəcəyini demişdir. Bundan sonra İlkinə zəng edib razı olduğunu demişdir. 2022-ci ilin iyun ayında Samir adlı şəxsin idarə etdiyi taksi ilə anası ilə birlikdə İcbari Tibbi Sığortanın ünvanına getmişdir. İlkinin yanında həmin vaxt orada adlarını bildirdiyi Umudvar və Məhəmmədəli adlı şəxslər olmuşdur. Həmin vaxt İlkin Umudvarı əmisi polkovnik, Məhəmmədəlini də həkim kimi təqdim etmişdir. O, kiminlə kadr şöbəsinə gedəcəyini soruşduqda İlkin doktor Məhəmmədəli ilə gedəcəyini bildirmişdir. İcbari Sığortanın binasında Məhəmmədəliyə zəng gəlmiş və Məhəmmədəli Fəridə xanımın zəng etdiyini və bu gün Zaur Əliyevin qəbuluna düşə bilməyəcəyini demişdir. Qəbula yazılmaq üçün Məhəmmədəli ona ərizə yazdırmışdır. Oradan çıxdıqdan sonra Umudvar, İlkin və Məhəmmədəli narahat olmamasını 17500 manat pul Zaur Əliyevə çatandan sonra işin həll olunacağını ona bildirmişdir. Sonra o, avtomobildə əyləşmiş, anası, sonra da sürücü Samir təkrar 17500 manat pulu saymış və o, 17500 manat pulu Umudvara vermişdir. Bundan bir neçə gün sonra İlkinlə və Məhəmədəli əlaqə saxlayıb işi ilə bağlı soruşduqda onlar Təbibə və Nazirliyə ərizə vemək üçün əlavə 5000 manat pul lazım olduğunu demişlər. O, 17500 manat daxil olmaqla, onlara cəmi 32000 manat pul vermişdir. Bundan əlavə dörd dəfə pulu verdikdə Umudvar da orada iştirak etmişdir. X6 borcu olmasını bildirmişdir. Şikayətçidir, dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxslə aralarında heç bir barışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Səyyaf oğlu ifadəsində bildirmişdir ki, Mətləb İlkinlə onu tanış edən zaman İlkin DTX əməkdaşı olmasını bildirmişdir. O, oğlu Cavidanı evləndirmək istəyirdi, lakin evi olmadığına görə çətinlik çəkirdi. İlkinlə söhbət zaman İlkin ona kömək edəcəyini bildirmişdir. Ona görə də İlkinlə münasibət saxlayır, onu lazım olan yerlərə idarə etdyi avtomobillə aparırdı. Təxminən 07 iyul 2022-ci ildə X15 Sığortanın ünvanına avtomobili ilə aparmışdır. Sonradan adını bildiyi Hicran avtomobillə 2 nəfərlə birlikdə gəlmiş, onlardan biri Hicranın anası və digəri sürücü olmuşdur. Həmin vaxt İlkin, Hicran və Məhəmmədəli öz aralarında söhbət etdikləri üçün İlkin ona Hicranın gəldiyi avtomobilə əyləşib ondan pulu götürməyini demişdir. Ona görə də İlkinə heç nə demədən Hicranın gəldiyi avtomobilə əyləşib Hicrandan 17500 manat pulu sayıb alaraq orada pulların hamısını İlkinə vermişdi. Lakin belə bir işlə bağlı oraya gedəcəkləri barədə İlkin əvvəldən heç bir söz deməmişdir, ona görə də Hicrandan alıb İlkinə verdiyi pulun nə ilə bağlı olmasını həmin zaman bilməmişdir. Həmin vaxt İlkin Hicrandan alıb ona verilən həmin pulu Məhəmmədəliyə vermişdi. Bundan sonra İlkinlə birlikdə oradan ayrılmışlar. Bundan başqa heç nədən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İlkin onun anası ilə tanış olduğu üçün hərdən onların evinə gəlmişdir. Həmin ərəfələrdə də İlkin anasının kəsilmiş pensiyasını bərpa etdirməyə söz vermişdir. Hicranı qonşu kimi tanımış və Hicranla yaxın münasibət olmuşdur. Hicranla onun işə düzəlməsi ilə bağlı aralarında olan söhbət əsasında anasına kömək etmək istəyən İlkin haqqına demişdir. Hicran İlkinin telefon nömrəsini istəmiş o da vermişdir. Lakin Hicrana anasının işi həll olunandan sonra İlkinə müraciət etməyini demişdir. Bundan sonra Hicran ilə əlaqə kəsilmiş və bir müddət Hicrandan xəbəri olmamışdır. Hicranın işə düzəldilməsi ilə bağlı pul alınaraq aldadılmasını sonradan Hicrandan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Vüsal adlı tanışı vasitəsi ilə tanımışdır. İlkinlə tanış olarkən İlkin ona DTX-da zabit işləməsini demişdir. Oğlu Nurlanın 2-ci Qarabağ müharibəsində iştirak edərək qazi olduğuna görə onun dövlət xətti ilə müalicə və müayinə olunması məsələsində İlkin ona kömək edəcəyini demişdir. İlkinlə Məhəmmədəli adlı bir nəfər həkimin yanına getmişdir. Məhəmmədəli həkim Nurlanı müalicəyə yönləndirəcəyini vəd vermiş, lakin verdiyi vədə əməl etməmişdir. Umudvarı iyirmi ildi tanıyır. İlkinlə Umudvarı o, tanış etmişdir. Bundan sonra Umudvardan eşitmişdir ki, İlkinlə Məhəmmədəli Hicran adlı bir xanımdan işə düzəltmək adı ilə pul almış və verdikləri vədə əməl etməmişlər. Bundan başqa heç nədən xəbəri olmamışdır. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. Qızı qonuşu Ləman vasitəsi ilə tanıdığı İlkin adında şəxsin pul müqabilində onu İcbari Tibbi Sığortaya düzəltməsini vəd verdiyini bildirmişdir. O, da maddi cəhətdən qızına kömək edə biləcəyini demişdir. Bir gün qızı ilə Samirin avtomobili ilə Sığortanın ünvanına getmişlər. Orada adlarını bildirdiyi İlkini və Umudvarı görmüşdür. Qızı idarəyə gedib-qayıtdıqdan sonra Umudvar onun əyləşdiyi avtomobilin arxa oturacağına əyləşmişdir. İlkin avtomobilin açıq şüşəsindən işin həll olunması üçün pulun onlara verilməsini və narahat olmamasını ona demişdir. Həmçinin avtomobildə arxada əyləşən Umudvar da narahat olmamasını, Zaur Əliyevın qohumu olmasını və işin həll olunacağını ona demişdir. Bundan sonra o, 17500 manatı sayıb Umudvara vermişdir. Sonra qızının onların tərəfindən aldadılmasını və verdiyi vədi yerinə yetirilməməsini bilmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəs ilə cinayət işi başlanılmış, iş xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı işə düzəldilməsi üçün Təqsirləndirilən şəxs və Şahid4 tərəfindən pullarının alındığı yerləri əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan “DVD” diskə baxış keçirilməsi haqqında 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 arasında olan danışıqların əks olunduğu diskdə olan 55 ədəd səs yazıları olan video-fayllar açılaraq səs yazıları dinlənilən zaman Hicran Orucona həmin səs yazılarının özünə, Şahid4 və Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Qeyd olunan səs yazıları əks olunmuş diskdə zərərçəkmiş Zərərçəkmiş şəxs Vatssap ani səs yazısı şəklində mesajlaşma vasitəsi ilə Şahid4 və Təqsirləndirilən şəxs arasında olan danışıqlarda Zərərçəkmiş şəxs Tibbi Sığortaya işə düzəldilməsi üçün hissə-hissə olmaqla, cəmi 32000 manat pulu Təqsirləndirilən şəxs və Şahid4 verməsi, bunun müqabilində onlar tərəfindən işə düzəldilməsi ilə bağlı olaraq verilmiş vədə əməl etməmələri, həmçinin telefon danışıqları zamanı Şahid4 və Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs zənglərinə cavab vermədikləri, bundan əlavə Zərərçəkmiş şəxs işinin yaxın zamanda həll olunacağına dair vədlər verilməsi aşkar olunmuşdur. İş materiallarında olan “maddi sübut növü hesab etmək haqqında” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, Zərərçəkmiş şəxs İcbari Tibbi Sığortaya işə düzəldilməsi ilə bağlı olaraq Təqsirləndirilən şəxs və Şahid4 arasında mobil telefon vasitəsi ilə olan danışıqların səs yazıları köçürülmüş 01 ədəd disk sübut növü hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 28 avqust 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirlənidirilən şəxs qismində cəlb olunma haqqında 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası 178.2.4-cü maddəsi ilə təqsirləndirilən X2 tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli, 29 yanvar 2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və şahidlər Şahid2, Şahid3 Səyyaf oğlu və X4 arasında üzləşmə istintaq hərəkətləri keçirilmiş, bu zaman ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirlənidirilən şəxs qismində cəlb olunma haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 28 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan 29 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 Səyyaf oğlunun, X7 və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(060)- 113/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 1(105)-309/2023 saylı qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(060)-113/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 32 000 (otuz iki min) manat maddi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan mülki iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 32 000 (otuz iki min) manat maddi ziyan və 400 (dörd yüz) manat hüquqi yardıma görə ödənilmiş pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməlləri Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(060)-113/2023 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2022-ci ilin iyun-iyul aylarında törədilmişdir. Belə olan halda Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(060)-113/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2023cü il tarixli, 1(060)-113/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədildiyindən məhkəmə hesab edir ki, (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 16000 (on altı min) manat məbləğində maddi ziyan və 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16093 (on altı min doxsan üç) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk və foto şəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(060)-113/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(060)- 113/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 16000 (on altı min) manat məbləğində maddi ziyan və 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16093 (on altı min doxsan üç) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-133/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-133/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver