Məhkəmə qərarları › İş №1(009)-133/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-133/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-133/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 fevral 2024-cü il tarixdə saat 11.45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,246 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 16 nömrəli ünvana daşımış, etdiyi qeyriadekvat hərəkətlərlə əsaslı şübhələrə səbəb olduğundan həmin ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə saat 22:50 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 16 nömrəli ünvanda saxlanılaraq ünvan 3il Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 23:30-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,246 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol iç cibindən, içərisində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd 01 (bir) ml həcmli boş şpris aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Lakin hazırda istifadə etmir, dörd ay müalicə almışdır. Bu müddət ərzində heç bir narkotik vasitə istifadə etməmişdir. 17 oktyabr 2023-cü il tarixdə Bayıl qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Onun üzərində narkotik vasitə olmamış, yalnız boş şpris olmuşdur. O, həmin vaxtı dostunun yanına gedirdi, dostu narkotik vasitə istifadəçisi olduğundan onu müalicəyə aparmaq istəmişdir. Üzərindən çıxan şprisi isə dostundan götürmüşdür. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə həmkarı Şahid2 ilə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələr və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində olan bir nəfər şübhəli şəxsin bölməyə gətirildiyi, həmin şəxsin Təqsirləndirilən şəxs olması və onun şübhəli şəxs qismində tutulması barədə onlara məlumat verilmiş və onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi üçün xidməti otağa dəvət olunmuşlar. Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin iç cibindən bir ədəd boş şprisi çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə həmkarı Şahid1 ilə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələr və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində olan bir nəfər şübhəli şəxsin bölməyə gətirildiyi, həmin şəxsin Təqsirləndirilən şəxs olması və onun şübhəli şəxs qismində tutulması barədə onlara məlumat verilmiş və onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi üçün xidməti otağa dəvət olunmuşlar. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç cibindən bir ədəd boş şprisi çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspeltoru Şahid3 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid4 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərə yol verməsinin və özünü şübhəli aparmasının şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşan zaman onun hərəkətləri daha da qeyri-adekvat hal aldığından özlərini təqdim edib onun şəxsiyyətinə dair məlumatları dəqiqləşdirmişlər. Həmin vaxt qeyd edilən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Söhbət zamanı həmin şəxs səmimi olaraq narkotik vasitə və psixotrop maddə aludəçisi olmasını etiraf etmiş və hazırda da üzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bu zaman onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç cibindən bir ədəd boş şprisi çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspeltoru Şahid4 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Ülvi Mehdizadə ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərə yol verməsinin və özünü şübhəli aparmasının şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşan zaman onun hərəkətləri daha da qeyri-adekvat hal aldığından özlərini təqdim edib onun şəxsiyyətinə dair məlumatları dəqiqləşdirmişlər. Həmin vaxt qeyd edilən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Söhbət zamanı həmin şəxs səmimi olaraq narkotik vasitə və psixotrop maddə aludəçisi olmasını etiraf etmiş və hazırda da üzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bu zaman onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin iç cibindən bir ədəd boş şprisi çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyur. O, həmin bükümün içərisində metamfetamin olması və 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. Şəxsi axtarış zamanı həmçinin, onun əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol iç cibindən bir ədəd 1 (bir) ml həcmli şpris aşkar edilərək götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5597 saylı ekspert rəyindən görünür kİ, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,246 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqdim edilmiş 01 (bir) ədəd 01 ml həcmli boş şprisin içərisində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və təqdim olunmuş maddə ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Metamfetaminin təmiz çəkisi 0,246 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 0,196 qram. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Respublika Narkoloji Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli 6840 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 17 oktyabr 2023-cü il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Səbail rayon prokurorunun 19 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,246 qram, ekspert tədqiqatından sonra qalıq qalan 0,196 qram narkotik vasitə metafetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək CPM-in 39.1.11ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsi, iş materiallarında olan sənədlər, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cumaddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 19 oktyabr 2023-cü il tarixli 6840 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,196 qram (ilkin təmiz çəkisi 0,246 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması müddətinin bir günü iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,196 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 144 (bir yüz qırx dörd) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar