Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-134/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Füzuli şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, üç uşaq anası, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə verdiyi analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də özünə və ailə üzvlərinə 03 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 13 dekabr 2020-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində olan müvəqqəti yaşadığı bağ evini tərk edərək, daimi yaşadığı ünvan 4 istiqamətində hərəkət etməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. O, 29 noyabr 2020-ci il tarixdə günün ikinci yarısında dadbilmə qabiliyyətini tam itirmiş, “Covid 19” virusuna yoluxmaqdan şübhələnmiş, ona görə də, əri Şahid1la birlikdə yaşadığı ünvana X7 briqadasını çağırmışdır. Həkimlər ondan və əri Şahid1 “Covid 19” virusuna yoluxub-yoluxmamalarını bilmək üçün yaxma götürmüşlər. Qaynatası Şahid2 şəkər xəstəliyindən əziyyət çəkdiyindən və “Covid 19” virusuna şəkər xəstəsi olan şəxslərin yoluxduqda ağır nəticələr verəcəyini bildikləri üçün dərhal Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ evinə getməyi qərara almışlar. Həmin bağ evi boş olmuş və orada heç kim yaşamamışdır. O da “Covid 19”vurusuna yoluxmasından şübhələndiyi üçün özünü cəmiyyətdən təcrid etmək məqsədi ilə əri Rəşad və üç azyaşlı övladı ilə birlikdə həmin bağ evinə getmişlər. Bağ evində olarkən nə əri Rəşadla, nə də o evdən çıxmamışlar. Lazım olan gündəlik məhsulları da qohumları alıb evə gətirirmişlər. Sahə həkimi Şahid3 ilə əlaqə saxlamış və südəmər uşaqları olduğu üçün xəstəliyin müalicəsi ilə bağlı məsləhətlər almışdır. Ondan evi nə vaxt tərk edə biləcəklərini soruşanda Aygün həkim testin verildiyi gündən 14 gün ərzində yaşayış yerini tərk etməmələrini məsləhət gördüyü və 14 günün tamamında evi tərk edə biləcəklərini söyləmişdir. Onun xəstəliyə yoluxması barədə pozitiv cavab ona 03 dekabr 2020-ci il tarixdə sms vasitəsilə gəlmişdir. Bağda olan müddətdə polis əməkdaşı onun nömrəsinə zəng etmiş, əri Rəşad telefona açmış, polisin sualına cavab olaraq yaşadıqları Səbail rayonundakı ünvanda olmadıqlarını, özlərini təcrid vəziyyətində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində bağda olduqlarını bildirmişdir.Test verdikləri gündən 14 gün sonra, yəni 13 dekabr 2020-ci il tarixdə saat 23:00 radələrində bağ evindən çıxaraq yaşadıqları ünvan 4-ə gəlmişlər. Hətta Səbail rayonundakı evlərinə qayıtmamışdan əvvəl də, həkim Aygün xanımla əlaqə saxlamış, artıq evlərinə qayıtmaq istədiklərini, şikayətinin olmadığını bildirmiş, təkrar test verməli olubolmamasını soruşmuş, lakin Aygün həkim ona heç bir şikayətinin olmadığı halda testə ehtiyac olmadığını, artıq sağaldığını, yaxmanın 14 götürülməsindən 14 gün keçdiyini söyləmişdir. Ondan sonra, növbəti gün polis əməkdaşları ünvanına gələrək bu barədə ondan “Covid 19” virusuna yoluxduğu halda yaşayış yerini tərk etməsi ilə bağlı ondan izahat almışlar. O, həmçinin bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bağı evini tərk edərək yaşadığı ünvan 4-ə gəldiyi zaman ona “Covid 19” virusu ilə bağlı evdə özünü təcridetmə müddətinin bitməsi ilə bağlı hər hansı bir bildiriş göndərilməmişdir. Həmin məlumat onun mobil nömrəsinə 17 dekabr 2020-ci il tarixdə saat 14:12-də göndərilmiş, o, 29 noyabr 2020-ci il tarixdə “Covid 19” virusu ilə bağlı test vermiş, həmin gündən 14 gün sonra, yəni 13 dekabr 2020-ci il tarixdə qeyd etdiyi kimi evinə qayıtmışdır. Həmçinin, sahə həkiminin onlara 14 gün sonra yaşadıqları yeri tək edə biləcəklərini demiş, ona görə də, həmin məlumatı almadan qaldıqları bağ evini tərk edib yaşadıqları evə gəlmişlər. Sonradan bilmişdir ki, virusun pozitiv olması ilə bağlı mesaj göndərildiyi gündən 14 gün ərzində yaşayış yerini tərk etmək olmaz. Əvvəl məlumatı olsaydı qaldığı bağ evini tərk etməzdi. “Covid 19” virusuna yoluxduqdan sonra 29 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən xalasına məxsus bağ evinə getmiş, 13 dekabr 2020-ci il tarixdə saat 23:00 radələrində də bağ evindən çıxaraq yaşadığı ünvan 4-ə qayıtmışdır. Bundan sonra, həmin müddətdə, yəni 17 dekabr 2020-ci il tarixdə saat 14:12-də ona mesaj göndərilməyənə qədər yaşayış yerini tərk etməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşiman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ünvan 4-də ailə üzvləri və atası ilə birlikdə yaşadığını, özəl şirkətlərin birində mühəndis işlədiyini, Təqsirləndirilən şəxs onun arvadı olduğunu, 3 azyaşlı uşaqlarının olduğunu bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 29 noyabr 2020-ci il tarixdə arvadı Təqsirləndirilən şəxs qoxu və dadbilmə qabiliyyətini itirdiyi üçün evə təcili yardım maşını çağırmışlar. O, özündə yəni səhətində narahatçılıq hiss etməsə də, Elladan yaxma götürürlərkən o da yaxma analizi vermiş, atası Şahid2 şəhər xəstəliyinə meyilli olduğundan arvadı Ellanın “Covid 19” virusuna yoluxmasından ehtiyat edib verdikləri testin nəticəsi ilə bağlı cavabı gözləmədən Kürdəxanı qəsəbəsində olan qohumunun bağ evinə getmiş və 14 gün ərzində oradan heç bir yerə çıxmamışlar. Lazım olan ərzaq məhsulları da qohumları tərəfindən alınıb gətirilmişdir. Bağda olan müddətdə polis əməkdaşı Ellanın nömrəsinə zəng etmiş, telefonu o götürmüş, polisin sualına cavab olaraq yaşadıqları Səbail rayonundakı ünvanda olmadıqlarını, Ella və uşaqları ilə birlikdə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində bağda olduqlarını, heç bir yerə çıxmadıqlarını, 14 gün bitdikdən sonra yaşdıqları Səbail rayonundakı evlərinə qayıdacaqlarını bildirmişdir.13 dekabr 2020-ci il tarixdə saat 23:00 radələrində Kürdəxanı qəsəbəsindəki bağ evindən çıxıb yaşadıqları evinə qayıtmışlar. Səhəri gün 8-ci polis bölməsinin əməkdaşları gəlib arvadı Təqsirləndirilən şəxs izahatını almışlar. Həmçinin bildirmişdir ki, onun “Covid 19” virusuna yoluxması ilə bağlı ona sms gəlməmiş, 03 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə verdiyi testin cavabın pozitiv olması, 17 dekabr 2020ci il tarixdə isə yaşadığı yeri tərk edə biləcəyi ilə bağlı sms gəlmişdir. Sahə həkimi Aygün həkimin onlara 14 gün sonra yaşadıqları yeri tək edə biləcəklərini dediyi üçün qaldıqları bağ evini tərk edib yaşadıqları evə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ünvan 4-də oğlu Şahid1 və gəlini Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığını, arvadının rəhmətə getdiyini, işləmədiyini, təqaüd aldığını bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 29 noyabr 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar evdə olmamış, həmin gün saat 20 radələrində oğlu Rəşad ona zəng edərək gəlini Ellanın səhətində narahatçılıq olduğu üçün evə təcili yardım maşını çağırdıqlarını və yaxma testi verdiklərini, Ellanın “Covid 19” virusuna yoluxmasından şübhələndiklərini, o şəkər xəstəsi olduğundan oğlu Rəşad ona evə gəlməməsini, onlar evdən çıxıb getdikdən sonra gəlməsini məsləhət görmüş, o, həmin gecə evə gələndə artıq Rəşadın Ella və azyaşlı uşaqlarını götürüb çıxıb getdiyini görmüş, onlar 14 gün Kürdəxanı qəsəbəsində Ellanın xalasının bağ evində qaldıqdan sonra 13 dekabr 2020-ci il tarixdə evə qayıtmışlar. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 33 saylı Şəhər Poliklinikasında sahə həkimi işləyir. Testin nəticəsi gəldiyindən sonra ərazidə xəstə olması barədə məlumat alırlar və 14 gün ərzində xəstə ilə əlaqə saxlanılır. 14-cü gündə artıq xəstədə yaxşılaşma gedir. Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci i l tarixdə test üçün yaxma vermişdir. Həmin ərəfədə test verən şəxslər çox olduğundan testin cavabları gecikirdi. Hazırkı dövrdə isə testin cavabı ya nümunələrin götürüldüyü və ya növbəti gün bəlli olur, 2020-ci ilin noyabr-dekabr aylarında yoluxanların sayı çox olduğundan götürülmüş testlərin cavabı sıxlıqla əlaqədar 3-4 gün ərzində çıxırdı. Həkim kimi belə hesab edir ki, götürülmüş nümunənin cavablarının nə vaxt çıxmasından asılı olmayaraq, karantin hesab olunan 14 gün müddətinin əvvəlinin nəticənin çıxdığı gündən deyil, yaxmanın götürüldüyü gündən hesablanmalıdır. Hazırkı halda Təqsirləndirilən şəxs yaxmanın 29 noyabr 2020-ci il tarixdə götürüldüyünü nəzərə alınsa, onun karantin müddəti, yəni evdə özünü təcridetmə şəraitində qalmasının son günü 13 dekabrda bitir, 14 gün müddəti bitdikdən sonra, təkrarən yaxmanın götürülməsi məcburi deyil, əgər xəstə istədiyi halda könüllü olaraq hər hansı özəl tibb müəssisəində yenidən yaxma testi verə bilər. Xəstənin 14 günün sonunda hər hansı şikayəti, yəni boğulma, hərarəti, baş ağrıları, ürək bulanması və.s olmadığı halda sağalma, yaxşılaşma kimi qiymətləndirilir. Əgər xəstənin 14 günün tamamında şikayətləri olarsa, rentgen müayinəsinə göndərilir. Təqsirləndirilən şəxs adına olan arayışda yaxmanın 30 noyabr 2020-ci il tarixdə götürülməsinin qeyd edilməsini onunla izah etmişdir ki, ola bilsin təcili X2 məlumat 30 noyabr 2020-ci ildə verilmişdir. X7 Stansiyasının məlumatından sonra yaxma götürürlmüş şəxslə əlaqə saxlanılır, profilaktik məsləhətlər verilir, cavab pozitiv çıxdığı təqdirdə xəstəyə müalicə təyin edilir. Bəzi hallarda Covid-19 virusunua yoluxmuş xəstə xəstəliyin əlamətlərini hiss etdikdən 3-4 gün sonra yaxma verir və nəticədə neqativ çıxır, halbuki həmin şəxs Covid-19 xəstəsidir. Xəstə ola-ola nəticənin neqativ çıxmasının səbəbi onunla bağlıdır ki, xəstə əalmətləri hiss edir və dərhal testi getmir, ev şəraitində boğazını yaxalama və bunun kimi digər profilaktik müalicə tədbirləri görür, nəticədə virus boğazda qalmır. Təqsirləndirilən şəxs evdə özünütəcrid vəziyyətinin 14-cü günündə onunla əlaqə saxlayıb-saxlamamsını dəqiq xatırlamır, çünki həmin ərəfələrdə xəstələrin sayı çox olub. Ola bilsin ki, Təqsirləndirilən şəxs evdə özünütəcrid vəziyyətinin 14cü günün sonunda ona zəng edərək təkrar analizin verilməli olub-olmadığını soruşmuş, o isə əgər şikayətləri yoxdursa təkrar analizə ehtiyac olmadığını bildirmişdir. Aygün Əliyeva ifadəsində təkrarən bildirmişdir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə yaxma verdiyindən, onun özünütəcrid müddətinin əvvəli 29 noyabr 2020-ci il tarixdən hesablanmalıdır.Əlavə olaraq qeyd etmişdir ki, 2020-ci ilin iyul-avqust və noyabr-dekabr aylarında yoluixmanın sayı pik həddə çatmışdı, həmin ərəfələrdə cavablar gec gəlirdi, bəzən yaxmanın götürülməsi barədə poliklinikaya məlumat verilmiş xəstələr ona zəng edərək yaxma götürürlən gündən 3-4 gün keçməsinə baxmayaraq, cavabların çıxmadığını, yəni onlara məlumat gəlmədiyini bildirirmişlər, elə olan halda o, yaxma götürülmüş şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürərək operativ qərargahın “814” xidməti ilə əlaqə saxlayıb, həmin şəxslərin nəticələri barədə məlumat almışdır, neçə sayda şəxslərə testin nəticəsi ilə bağlı məlumat 4-5 günə göndərilmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir. Sahə inspektoru kimi xidmət etdiyi ərazidə “Covid 19” virusuna yoluxmuş şəxslərin siyahısı onda olmuş və həmin şəxslərlə bağlı tərəfindən nəzarət gücləndirilmiş, onların karantin rejimini pozmaması ilə bağlı tərəfindən profilaktik tədbirlər keçirilmişdir. Lakin buna baxmayaraq virusa yoluxmuş bəzi xəstələrin karantin qaydalarını pozmaqla yaşadığı evlərini tərk etmələri müəyyən edilmiş və onlar barədə tədbir görülməsi üçün tərəfindən raportla məruzə edilmişdir. Belə xəstələrdən biri də Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə “Covid 19” virusu ilə bağlı yaxma testi verməsi, həmin analizin nəticəsinin pozitiv olması, yaşadığı yerini tərk etməməsi, Təqsirləndirilən şəxs yaxma testini verdiyi gün özünü təcrid etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ evinə getməsi və 13 dekabr 2020-ci il tarixdə də yaşadığı ünvan 4 ünvanına geri qayıtması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə tərəfindən əlaqə saxlanılmış və 14 dekabr 2020-ci il tarixdə onun yaşadığı evinə gedib Təqsirləndirilən şəxs izahat almışdır. Ona görə də, tərəfindən raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 03 dekabr 2020-ci il tarixdə saat 14:36-da “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 29.11.2020-ci il tarixində “Covid-19” ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. tel:1542”, 17 dekabr 2020-ci il tarixdə saat 14:12-də “Hörmətli Təqsirləndirilən şəxs, siz və sizinlə eyni evdə yaşayan şəxslərin “Covid-19” ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun” məzmununda sms daxil olmuşdur. 06 yanvar 2021-ci il tarixdə Tibbi Ərazi Bölmələrini X3 Heyətinin sorğuya cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVİD 19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dəvlət qurumları arasında əlaqələndirilməsinə dair” Protokolun 2.4-cü yarımbəndinə əsasən, infeksiyaya yoluxma ilə bağlı aparılan laboratoriya test nəticəsi pozitiv olan şəxslər barədə eyni məlumatlar müəyyən edilmiş formada Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Müdafiə Nazirliyinə, TƏBİB-ə və rayon icra hakimiyyətlərinə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təqdim edilməkdədir. Bu səbəbdən şəxslərin infeksiyaya yoluxması ilə bağlı məlumatların əldə edilməsi üçün Daxili İşlər Nazirliyinin aidiyyəti struktur bölmələrinə müraciət edilməsi barədə tövsiyə edilmişdir. 26 yanvar 2021-ci il tarixdə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına “58724_B-S Yer Dəyişdirmə(Hamısı)-**********94” və “59003_Zəng Statistika (Qarşı Abunə)- **********94” adlı 2 ədəd fayl əlavə edilmişdir. “58724_B-S Yer Dəyişdirmə(Hamısı)-**********94” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 29 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində, 30 noyabr 2020-ci il tarixdə saat 13:05:42-dən başlayaraq 13 dekabr 2020-ci il tarixdə saat 16:41:02-yə qədər olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonunun müxtəlif anten dairələrində, 14 dekabr 2020-ci il tarixdə saat 00:18:21-dən başlayaraq 20.12.2020-ci il tarixdə saat 21:24:42-yə qədər olan müddət ərzində ünvan 5 ünvanında olan anten dairələrində qeydə alınmışdır. “59003_Zəng Statistika (Qarşı Abunə)-**********94” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında telefon zəngləri olmuş, həmin nömrə 30 noyabr 2020-ci il tarixdə saat 11:46:19-a qədər olan müddət ərzində ünvan 5 ünvanında, həmin tarixdə saat 13:29:07-dən başlayaraq 14 dekabr 2020-ci il tarixdə saat 11:25:29-a qədər olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonunun müxtəlif anten dairələrində, həmin tarixdən başlayaraq 20.12.2020-ci il tarixdə saat 21:10:17-yə qədər olan müddət ərzində sonra ünvan 5 ünvanında olan anten dairələrində qeydə alınmışdır. ünvan 6sında olan ambulator tibbi karta göndərilməklə verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əliyev küçəsi, dalan 2, ev 4, mənzil 1-də yaşayan 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdə Covid-19 PZR yaxma götürülmüş, PZR Covid-19 cavabı 03 dekabr 2020-ci il tarixdə pozitiv nəticələnmişdir. 03 dekabr 2020-ci il tarixdən 14 gün ərzində xəstə karantinə götürülmüşdür. Bu barədə xəstəyə məlumat verilmişdir. 30 noyabr 2020-ci il tarixdən xəstə Təqsirləndirilən şəxs ilə sahə həkimi Şahid3 tərəfindən hər gün mobil telefon ilə əlaqə saxlanılmış, 14 gün ərzində Təqsirləndirilən şəxs xəstəlik ilə əlaqədar tibbi şikayətləri olmamış və sorğu zamanı alınmış məlumata əsasən ağırlaşmalar qeyd olunmamışdır. Sahə həkimi tərəfindən xəstəyə özünü təcrid, Covid-19 haqqında müvafiq məsləhətlər verilmişdir. Covid-19 pozitiv çıxmış, şəxslərdən 14 gündən sonra karantin rejimindən çıxarılır və bunun üçün təkrar Covid-19 PZR testi götürülmür. Mobil sistem vasitəsi ilə “Təbib” portalından vətəndaşlara müvafiq SMS xəbərdarlıq verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya ETT birliyi” X6 12 mart 2021-ci il tarixli 199/KEŞ nömrəli rəyindən görünür ki,
1. 30 noyabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir.
2. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.
3. 33 nömrəli şəhər poliklinikasında tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdən “Covid-19” virus infeksiyası ilə əlaqədar evdə nəzarətə götürülmüş və 14 gündən sonra karantin rejimindən çıxarılmışdır.
4. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu və 29 noyabr 2020-ci il 22:59:52 tarixdən 13 dekabr 2020-ci il 22:59:52 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) informasiya sistemi 03 dekabr 2020-ci il 12:39:14 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin yaddaşına “Nömrənin_Məxsusluq_Tarixçəsi__**********2150__552909494”, “SMS_Tarixçəsi__**********2058__552909494”,“SMS_Tarixçəsi__**********2102__552909494 ”, “Zənglərin_Detallaşması__**********2218___552909494” və “Zənglərin_Məxsusluq_ Tarixçələri__**********2241___552909494_BKC” adlı 5 ədəd fayl əlavə edilmişdir. “Nömrənin_Məxsusluq_Tarixçəsi__**********2150__552909494” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. “SMS_Tarixçəsi__ **********2058__552909494” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 30.11.2020-ci il tarixdə saat 09:10:27-dən 04.12.2020-ci il tarixdə saat 18:51:13ə qədər olan müddət ərzində daxil olan sms-lər göstərilmişdir. 30.11.2020-ci il tarixdə saat 09:10:27-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “<#> OTP kod: 5761 a5dH3HsD/Fm” məzmunlu sms daxil olmuşdur. “SMS_Tarixçəsi__**********2102__552909494” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 04.12.2020-ci il tarixdə saat 13:23:03-dən 07.12.2020-ci il tarixdə saat 14:59:11ə qədər olan müddət ərzində çıxan smslər göstərilmişdir. Baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. “Zənglərin_Detallaşması__**********2218___552909494” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 28.11.2020-ci il tarixdə saat 02:14:18-dən 19.12.2020-ci il tarixdə saat 23:57:45-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, həmçinin, həmin nömrənin anten dairəsi göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 01 dekabr 2020-ci il tarixdə saat 13:24:03-dən başlayaraq 11 dekabr 2020-ci il tarixdə saat 17:40:46-ya qədər olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonunda Maştağa kəndi, Kürdəxanı kəndi və digər anten dairələrində, 14 dekabr 2020-ci il tarixdə saat 11:25:29-dan başlayaraq ünvan 5 ünvanında olan anten dairələrində qeydə alınmışdır. “Zənglərin_Məxsusluq_Tarixçələri__**********2241___552909494_BKC” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəngləri daxil olan və çıxan mobil telefon nömrələrinin sahiblərinin anket məlumatları göstərilmişdir. 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respuublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 mart 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, hazırki iş üzrə cinayət işinin başlanmasına əsas və səbəb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, dalan 2, ev 4, mənzil 1-də yaşayan xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə verdiyi “COVİD 19” testinin nəticələrinin pozitiv çıxmasına baxmayaraq həmin gün yaşadığı ünvanı tərk edərək Kürdəxanı qəsəbəsində olan bağ evinə ailə üzvləri ilə birlikdə getməsi, 13 dekabr 2020-ci il tarixdə yenidən Bayıl qəsəbəsində yerləşən evinə geri qayıtması, bununla da digər vətəndaşların qeyd olunan virusa yoluxma riskini artırması ilə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı Şahid4 14 dekabr 2020-ci il tarixli raportu və həmin raport əsasında toplanmış materiallar olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə günün ikinci yarısında dadbilmə qabiliyyətini tam itirdiyindən, “Covid 19” virusuna yoluxmaqdan şübhələnərək, əri Şahid1la birlikdə yaşadığı ünvana X7 maşını çağırmışlar. Həkimlər həmin tarixdə ondan və əri Şahid1 “Covid 19” virusuna yoluxubyoluxmamalarını bilmək üçün yaxma testi götürmüşlər. Qaytanatası Şahid2 şəkər xəstəsi olduğundan və “Covid 19” virusuna şəkər xəstəsi olan şəxslərin yoluxduqda ağır nəticələr verəcəyini bildikləri üçün dərhal Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən xalasına məxsus bağ evinə getməyi qərara almışlar. Həmin bağ evi boş olmuş və orada heç kim yaşamamışdır. 03 dekabr 2020-ci il tarixdə, saat 14:36 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 29 noyabr 2020-ci il tarixində “Covid-19” ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilersiniz” barədə xəbərdar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə onun verdiyi testin nəticəsinin pozitiv olmasına dair SMS 03 dekabr 2020-ci il tarixdə gəlsə də, həmin SMS-də onun 29 noyabr 2020-ci il tarixdə verdiyi testin nəticəsi pozitiv qeyd edilmişdir, yəni Təqsirləndirilən şəxs artıq 29 noyabr 2020-ci il tarixdən “Covid-19” xəstəliyinin daşıyıcısı olmuşdur. Belə olduğu halda isə Təqsirləndirilən şəxs təyin edilmiş 14 günlük karantində olma müddəti 13 dekabr 2020-ci il tarixdə bitmişdir. Qeyd edilənlərə əsasən isə Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində olan müvəqqəti yaşadığı bağ evini tərk edərək, daimi yaşadığı ünvan 4 istiqamətində hərəkət etməsi epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozması kimi qiymətləndirilə bilməz. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 14 günlük karantində olma müddətinin 13 dekabr 2020-ci il tarixdə bitməsi, işdə olan DİNin Baş İnformasiya və Kommunikasiya İdarəsinə verilmiş cavab məktubunda da öz əksini tapmışdır. ( i.v.56). Belə ki, həmin məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu və 29 noyabr 2020-ci il 22:59:52 tarixdən 13 dekabr 2020-ci il 22:59:52 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) informasiya sistemi 03 dekabr 2020-ci il 12:39:14 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Bundan başqa qeyd olunmalıdır ki, həkim Şahid3 da ifadəsində karantin müddətinin başlanğıcının yaxmanın götürüldüyü, yəni 29 noyabr 2020-ci il tarixdən hesablanmalı olduğunu bildirmişdir. Hazırki işdən isə görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 14 günlük karantində olma müddəti 13 dekabr 2020-ci il tarixdə bitməsinə baxmayaraq, 15 dekabr 2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova