Məhkəmə qərarları › İş №1(009)-134/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-134/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-134/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən, təzə pir məscid yaxınlığında olan ünvanında fərdi yaşayış evdə yaşayan, barəsində “həbs” qətimkan qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış təmiz çəkisi 0.615 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 02:50-də Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 3 ünvanda, yerləşən “KFC” qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin ünvan 5 ünvanında olan inzibati binasına gətirilib şəxsi axtarış keçirilən zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq əynində olan ağ rəngli gödəkçəsinin sağ cibində daşıdığı bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.615 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, polis nəfəri Şahid1 ilə bilrikdə 26 oktyabr 2023-cü il tarixdə saat 02:50 radələrində Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsi, 5 “KFC” restoranının qarşısında xidmətdə olduğu zaman bir nəfər qadın olan şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və üzərində olan polis xidməti vəsiqələrini təqdim edib Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslə ilkin olaraq aparılan söhbət zamanı və ona verilən suallara qeyri-adekvat cavablar vermiş və bununla da onlarda şübhə yaratmışdır. Bununla yanaşı həmin qadının narkotik vasitəsnin təsiri altında olduğunu visual müəyyən etmiş və onu 9cu Polis Bölməsinə dəvət etmişlər. 9-cu Polis Bölməsində həmin şəxs - xx.xx.1992-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 təzə pir məscid yaxınlığında olan fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edilmişdir. Bölmədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ cibindən bir ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən on manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərsində psixotrop maddə metamfetamin olan bir ədəd bükülü ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə zərfə qoyularaq möhürlənərək götürülmüşdür. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə, saat 02:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızana bükülü olan bükümü çıxararaq masanın üzərinə qoydu. Gümüşü rəngli siqaret kağızına bükülmıfıüş olan bükümü açıb içərisinə baxan zaman orada ağ sellofana bükülü ağ rənli narkotik maddəyə bənzər kristalşəkilli predmet aşkar edilərək götürüldü. Aşkar edilmiş ağ rəngli , kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə metonfetominə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə ölməsi soruşulduqda bildirdi ki, həmin gümüşü rəngli bükülünün içərisində olan ağ rəngli kristalşəkilli maddə narkotik vasitə hesab edilən “metanfetomindir” və həmin narkotik vasitəni üzdən tanımadığı və nnket məlumatlarını bilmədiyi şəxsdən 10 manata Kubinka adlanan ərazidən almış və şəxsi istifadəsi ımıqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfə qoyularaq qablaşdırıldı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 166 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənəədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5741 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-166” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs - imza, iştirak etdilər: üç - imza; Tərtib etdi: T.Əsgərli - imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,615 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in İ siyahısına daxildir. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən bir ədəd bükümdə 0.615 qram psixotrop maddə metamfetamin qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.565 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli 7075 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunmuş. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında 07 noyabr 2023-cü il tarixli olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.4.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş, və xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018cı il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan 12 dekabr 203-cü il tarixli “DVD kompakt diskə baxış keçirilməsi haqqında” qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04:35-dən, saat 04:50-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Səbail Rayon Polis İdarəsinin 9cu s bölməsinin təhqiqatçısı polis leytenantı X8 tərəfindən Bakı şəhəri Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin ünvan 5 ünvanında olan İnzibati binasında Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün tağım komandiri polis leytenantı Şahid1, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid2 və Bakı şəhəri, 3 saylı Büronun vəkili X3 iştirakı ilə - xx.xx.1992-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağsu şəhəri, Koroğlu küçəsi, 24 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Yasamal ayonu, təzə pir məscid yaxınlığında olan fərdi evdə yaşayan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin ünvan 5 ünvanında olan inzibati binasında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçəsinin sağ cibindən 1 (bir) ədəd bükümdə maddəni təqdim etmiş və cinayət təqibi üzrə sübut cəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı polis leytenantı Əsgərli Toğrul oğlu tərəfindən 1 (bir) ədəd kağızərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in Zərflər” üçün 166 möhür ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi ekspertizasının 26 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5741 nömrəli, məhkəmə narkoloji ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 7075 nömrəli ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi protokolu və digər istintaq sənədləri sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0.615 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, qalıq çəkisi 0.565 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Səbail RPİ-nə təhvil verilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-134/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 14 mart 2024-cü il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-7410 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə Xətai rayon ərazisində saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 16 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 1857/2024 nömrəli məktubundan görünür ki, X6 13 mart 2024-cü il tarixdə saxlanaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs na cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs nuna cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs na tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs na təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə saat 02:50-dən 27 oktyabr 2023-cü il tarixdə saat 13:55-dək tutulduğu 02(iki) gün müddət və 13 mart 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 06 (altı) ay 14 (on dörd) gün müddət cəmi 06 (altı) ay 16 (on altı) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs na narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.565 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs ndan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə saat 02:50-dən 27 oktyabr 2023-cü il tarixdə saat 13:55-dək tutulduğu 02(iki) gün müddət və 13 mart 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 06 (altı) ay 14 (on dörd) gün müddət cəmi 06 (altı) ay 16 (on altı) gün müddət bir günə iki gün hesablanaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.565 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. “Yasa” Vəkil bürosunun vəkili Müdafiəçi X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq “Yasa” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar