Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-135/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər X2 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşqul olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 26, mənzil 87-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu, Kristal Abşeron ev 3, mənzil 100-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1983-cü ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikas vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla, Səbail rayonu, 6-cı Bayıl, Lütfü Babayev küçəsi, ev 47-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş və saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz mənfəət əldə etmək məqsədi ilə əvəlcədən Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış sövdələşməyə əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində mehmanxana adı altında fəaliyyət göstərən “Ay” adlandırılan oteldə fahişəliklə məşğul olmaq üçün otaqlar təşkil edib bu məqsədlə saxlamış, sövdələşməyə əsasən “Ay” otelin gecə növbəsində qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs2 vasitəsi ilə gələn müştərilərə oteldə yerləşən otaqları cinsi əlaqədə olmaq üçün icarəyə verməklə hər otaqdan əldə olunan pulların cəmini növbəni təhvil verən zaman Təqsirləndirilən şəxs2 almaqla əxlaqsız yuva təşkil etmiş və saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 30 manat müqabilində Şahid6 Şahid7 ilə cinsi əlaqədə olması üçün otelin 611 nömrəli otağını icarəyə vermiş, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlar ifşa edilərək, Təqsirləndirilən şəxs1 icarə əsasında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 37-də yerləşən fərdi yaşayış evində mehmanxana adı ilə fəaliyyət göstərən “Ay” oteldə qabaqcadan əlbir olan bir qrup şəxs halında təşkil etidyi və saxladığı əxlaqsız yuva aşkar edilmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz mənfəət əldə etmək məqsədi ilə əvəlcədən Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış sövdələşməyə əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində mehmanxana adı altında fəaliyyət göstərən “Ay” adlandırılan oteldə fahişəliklə məşğul olmaq üçün otaqlar təşkil edib bu məqsədlə saxlamış, sövdələşməyə əsasən “Ay” otelin gecə növbəsində qeydiyyatçı işləyən Təqsirləndirilən şəxs2 vasitəsi ilə gələn müştərilərə oteldə yerləşən otaqları cinsi əlaqədə olmaq üçün icarəyə verməklə hər otaqdan əldə olunan pulların cəmini növbəni təhvil verən zaman Təqsirləndirilən şəxs2 almaqla əxlaqsız yuva təşkil etmiş və saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 30 manat müqabilində Şahid8 Şahid9 ilə cinsi əlaqədə olması üçün otelin 627 nömrəli otağını icarəyə vermiş, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlar ifşa edilərək Təqsirləndirilən şəxs1 icarə əsasında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 37-də yerləşən fərdi yaşayış evində mehmanxana adı ilə fəaliyyət göstərən “Ay” oteldə qabaqcadan əlbir olan bir qrup şəxs halında təşkil etidyi və saxladığı əxlaqsız yuva aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş və saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz mənfəət əldə etmək məqsədi ilə əvvəlcədən Təqsirləndirilən şəxs1 ilə öz aralarında razılaşdırılmış sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində mehmanxana adı altında fəaliyyət göstərən “Ay” adlandırılan oteldə fahişəliklə məşğul olmaq üçün otaqlar təşkil edib bu məqsədlə saxlamış, sövdələşməyə əsasən, o, gecə növbəsində qeydiyyatçı işlədiyi “Ay” otelə gələn müştərilərə oteldə yerləşən otaqları cinsi əlaqədə olmaq üçün icarəyə verməklə hər otaqdan əldə olunan pulların cəmini növbəni təhvil verən zaman Təqsirləndirilən şəxs1 verməklə əxlaqsız yuva təşkil etmiş və saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, 30 manat müqabilində Şahid6 Şahid7 ilə cinsi əlaqədə olması üçün otelin 611 nömrəli otağını icarəyə vermiş, xx.xx.2022ci il tarixdə saat 22 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlar ifşa edilərək, Təqsirləndirilən şəxs2 qeydiyyatçı işlədiyi Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 37-də yerləşən fərdi yaşayış evində mehmanxana adı ilə fəaliyyət göstərən “Ay” oteldə qabaqcadan əlbir olan bir qrup şəxs halında təşkil etidyi və saxladığı əxlaqsız yuva aşkar edilmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz mənfəət əldə etmək məqsədi ilə əvəlcədən Təqsirləndirilən şəxs1 ilə öz aralarında razılaşdırılmış sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində mehmanxana adı altında fəaliyyət göstərən “Ay” adlandırılan oteldə fahişəliklə məşğul olmaq üçün otaqlar təşkil edib bu məqsədlə saxlamış, sövdələşməyə əsasən, o, gecə növbəsində qeydiyyatçı işlədiyi “Ay” otelə gələn müştərilərə oteldə yerləşən otaqları cinsi əlaqədə olmaq üçün icarəyə verməklə hər otaqdan əldə olunan pulların cəmini növbəni təhvil verən zaman Təqsirləndirilən şəxs1 verməklə əxlaqsız yuva təşkil etmiş və saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o, 30 manat müqabilində Şahid8 Şahid9 ilə cinsi əlaqədə olması üçün otelin 627 nömrəli otağını icarəyə vermiş, xx.xx.2022ci il tarixdə saat 22 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlar ifşa edilərək, Təqsirləndirilən şəxs2 qeydiyyatçı işlədiyi Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 37-də yerləşən fərdi yaşayış evində mehmanxana adı ilə fəaliyyət göstərən “Ay” oteldə qabaqcadan əlbir olan bir qrup şəxs halında təşkil etidyi və saxladığı əxlaqsız yuva aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən “AY” otelini 2018-ci ildən icarə əsasında işlətmiş və 4 nəfər işçisi olmuşdur. Onlardan 1 nəfəri qeydiyatçı Təqsirləndirilən şəxs2, 1 nəfəri aşbaz Şahid10, 1 nəfəri ofisiant Sübhan, 1 nəfəri xadiməçi X5 olmuşdur. Səyavuş Şəfiyev oteli icarəyə götürdüyü vaxtdan oteldə işləmiş, digər işçilər isə sonradan işə düzəlmişlər. O, hər gün saat 10 radələrində otelə gəlmiş və saat 24:00-01:00 radələrinə qədər oteldə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində otelə gəlmişdir. Həmin gün saat 22 radələrində otağında olan zaman qeydiyatçı Səyavuş onun otağına gələrək Bakı şəhər baş polis idarəsindən polis əməkdaşlarının gəldiklərini və müdriyyəti istədiklərini bildirmişdir. O, otaqdan çıxıb gələn şəxslərlə görüşərkən onlar özlərini təqdim edib Bakı şəhəri Baş polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və oteldə əxlaqsızlıqla məşğul olan qızların olduğunu bildirmişlər. O, da polislərə “oteldə qız tapsanız mənə də deyərsiniz” demişdir. Polislər icazə aldıqdan sonra oteli axtarsalar da heç kimi tapmamışlar. Bundan sonra polis əməkdaşları ondan və Səyavuşdan oteldə neçə nəfər müştərinin olduğunu soruşmuşdur, Səyavuş da 3 otaqda müştərilərin olduğunu bildirmişdir. Polislər müştərilərin olduqları otağı göstərməyi təklif etmiş və onlarla birlikdə yuxarı mərtəbəyə qalxmağı bildirdikdə o, etiraz etməyib birlikdə yuxarı mərtəbəyə qalxmışdır. 2-ci mərtəbədə boş otaqlara baxdıqdan sonra otağın birinin qapısı bağlı olduğundan polis əməkdaşları müştəri olan otağın qapısını döymüşlər və otağın qapısı açılan kimi içəri daxil olmuşlar və həmin vaxt otaqda bir qız və bir oğlan olmuşdur. Polis əməkdaşları oğlandan qızın kim olduğunu soruşarkən o, da qızın tanışı olduğunu bildirmşdir. Bundan sonra polis əməkdaşları onlara aşağı düşməyi bildirmişlər. Daha sonra polis əməkdaşları digər mərtəbələrə qalxmışlar. Lakin o, onlarla birlikdə qalxmamışdır. Təxminən 15 dəqiqədən sonra polis əməkdaşları digər müştərilərlə birlikdə aşağı düşmüşlər. Bundan sonra otelə gələn Səbail rayon polis idarəsinin əməkdaşlarının dəvəti ilə onlarla birlikdə Səbail rayon polis idarəsinə getmişlər. Dindirilərkən oteldə neçə nəfər müştərinin olmasından məlumatının olmadığını bildirmiş, qeyiyyatçı Səyavuşdan oteldə neçə müştəri olduğunu soruşmuşdur. Belə ki, Siyavuş otelə gələn bütün müştərilərin qeydiyyatını aparmış, otelə gələn müştərilərin şəxsiyyət vəsiqələrinin şəkillərini telefon vasitəsi ilə çəkdikdən sonra printer vasitəsi ilə çap etmişdir. Oteldə olan və polis əməkdaşları tərəfindən otaqlarda müəyyən edilən 6 nəfər müştərinin əvvəllər oteldə olmaları barədə heç bir məlumatı olmamış, həmin müştərilərin heç birini tanımamışdır. O, qeydiyatçını otelə gələn müştəriləri qeydiyyata almasını təlimatlandırmışdır. Otağın 1 günü 60 manata müştərilərə verilmişdir. Otelə gələn və polislər tərəfindən müəyyən edilən müştərilərin otağa görə qeydiyatçıya 30 manat vermələri barədə məlumatı olmamışdır. Otelə gələn müştərilərdən alınan pullar 2-3 gündən bir ona verilmişdir. Növbənin sonunda otelə gələn müştərilərin siyahısını qeydiyyatçılar bir-birinə təqdim etmişlər. Gələn müştərilərin otelə nə vaxt daxil olduqlarını və çıxdıqlarını bilməmişdir. Qeydiyyatçının qeydiyyat kitabında apardığı qeydlərə əsasən oteldə yığılan pulların neçə otaqdan toplandığı məlum olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “AY” oteldə 2018-ci ildən qeydiyyatçı işləyir. Həmin oteldə onunla birlikdə gecə növbəsində 3 nəfər işçi işləmişdir. Onlardan 1 nəfəri aşbaz Şahid10, 1 nəfəri ofisiant Şahid13, 1 nəfər xadiməçi X5 olmuşdur. Elşən hər gün saat 09-10 radələrində otelə gəlmiş, gecə saat 01:00-03:00 radələrinə qədər oteldə olmuşdur. O, gündəlik olaraq 20 manat, xadiməçi 15 manat, ofisiant isə 10 manat pul almışdır. Onlardan başqa oteldə gündüz növbəsi də olmuşdur. Həmin növbədə xadiməçi Afət, aşbaz Məntiqə və qeydiyatçı Anar adlı şəxslər işləmişlər. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində otelə işə gəlmişdir. Həmin vaxt Elşən öz otağında olmuşdur. Saat 20 radələrində bir oğlan otelə daxil olmuş və otaq istəmişdir. O, oğlana otağın 12 saatının 30 manata olduğunu bildirmişdir. Oğlan ödəniş etmiş və 627 nömrəli otağa qalxmışdır. Təxminən 10-15 dəqiqə sonra bir nəfər şəxs otelə gəlmiş və otaq sifariş vermişdir. O, həmin şəxsə otağın 12 saatının 30 manata olduğunu bildirmişdir. Həmin şəxs 30 manatı ödəmiş və qonağının gələcəyini deyərək 626 nömrəli otağa keçmişdir. Təxminən 10-15 dəqiqədən sonra bir nəfər qadın gəlmiş və həmin qadın da 626 nömrəli otağa qalxmışdır. Bundan təxminən 30 dəqiqə keçmiş bir nəfər oğlan qəbul yerinə yaxınlaşmış və otaq istəmişdir. O, da otaqda 12 saat qalmaq üçün 30 manat pul ödəməli olduğunu həmin şəxsə bildirmişdir. Oğlan pulu ödəyib, bayıra çıxmış bir nəfər qızla geri qayıtmışdır. O, həmin oğlana 611 nömrəli otağı vermişdir. Oğlan qızı otağa yerləşdirib aşağı düşmüş və verdiyi pulunun qalanını istəmişdir. O, da pulu xırdalamaq üçün oteldən çıxmış və sonra otelə qayıdıb onun pulunun qalığını vermişdir. Saat 22 radələrində qeydiyyat yerinə bir neçə mülki geyimdə şəxs yaxınlaşaraq Bakı şəhər Baş polis idarəsindən gəldiklərini bildirmişlər. O, otelin müdiri Elşənin otağına gedib polisilərin gəldiklərini bildirərək onu çağırmışdır. Elşən gəlib onlarla görüşmüşdür. Onlar oteldə əxlaqsızlıqla məşğul olan qızların olduğunu Elşənə bildirmişlər və icazə aldıqdan sonra oteli axtarmışlar, lakin heç kimi tapmamışlar. Bundan sonra polis əməkdaşları ondan oteldə neçə nəfər müştəri olduğunu soruşmuş, o, da 3 nəfər müştəri olduğunu bildirmişdir. Onlar müştərilərin olduqları otağı göstərməyi təklif etmişdir. Razılaşaraq polis əməkdaşları 2-ci mərtəbədə müştəri olan otağa qalxmışlar. Elşən də onlarla birlikdə qalxmışdır. Daha sonra polis əməkdaşları digər mərtəbələrə onunla qalxmışlar. Onlar birlikdə 4-cü mərtəbəyə qalxmış və orada olan 4 nəfər şəxslə birlikdə aşağı düşmüşlər. Bundan sonra Səbail rayon polis idarəsinin əməkdaşları otelə gəlmişlər və oteldə olan və polis əməkdaşları tərəfindən müəyyən edilən müştərilərlə birlikdə onları Səbail polis idarəsinə aparmışlar. O, otelə gələn müştərilərin şəxsiyyət vəsiqələrinin şəkillərini telefon vasitəsi ilə çəkdikdən sonra printer vasitəsi ilə çap edərək qeydiyyatını aparmışdır. xx.xx.2022-ci il tarixdə onun növbəsində oteldə olan və polis əməkdaşları tərəfindən müəyyən edilən 6 nəfər müştərinin şəxsiyyət vəsiqələrinin şəkillərini çəkmək istəmiş, lakin alınmamışdır. Həmin ərəfədə əmisinin qırxı olduğundan fikirli olmuşdur. Oteldə olan və polislər tərəfindən müəyyən edilən 6 nəfər şəxsi əvvəllər oteldə görməmiş, həmin müştərilərin heç birini tanımamışdır. Əmisi vəfat etdiyindən fıkrili olmuş buna görə də qeydiyyatı gecikdirmişdir. Otaqları 1 gün üçün 60 manata vermişlər. Otelin otağında 12 saat qalmaq üçün 30 manata almışdır. O, gələn qızlarla oğlanların hansı məqsədlə otelə gəldiklərini bilməmişdir. O, müştərilərdən aldığı pulların hamısını növbəni təhvil verən zaman müdir Təqsirləndirilən şəxs1 təhvil vermişdir. O, otelə gələn müştərilərin qaldıqları otaqların siyahısını növbəni təhvil verən zaman müdirə, yəni Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsinin Şöbə rəisi vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Baş Polis idarəsində olan zaman ona etibarlı mənbədən Bakı şəhəri, Bibiheybət qəsəbəsində yerləşən “Ay” oteldə Təqsirləndirilən şəxs1 pul müqabilində şəxslərin cinsi əlaqədə olmaları üçün otaq verməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Baş İdarənin rəhbərliyinə məruzə edildikdən sonra həmin yerin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Bakı Şəhər Baş Polis İdarəsinin CAİ-nin bölmə rəisi Şahid1, CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, CAİ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid4, Şahid5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaradılmış əməliyyat qrupu “Ay” otelə getmişdir. Onlar birlikdə otelə daxil olmuşlar, otelin qəbul yerində 1 nəfər şəxs oturmuşdur. Həmin şəxsə vəsiqələrini təqdim edərək Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları olduqlarını bildirib həmin şəxsin şəxsiyyətini dəqiqləşidrdikə, həmin şəxs özünü Təqsirləndirilən şəxs2 olduğunu və otelin inzibatçısı olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 onun işlədyi oteldə əxlaqsız yuva təşkil olunması barədə daxil olmuş məlumatın yoxlanılmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 otelin müdiri Təqsirləndirilən şəxs1 çağırmışdır. Onlar Təqsirləndirilən şəxs1 da özlərini təqdim edərək otelə gəlmələrinin səbəbini izah edib otelə baxış keçirmək istədiklərini bildirib otelin neçə otağında müştəri olduğunu soruşumuşlar. Təqsirləndirilən şəxs1 da etiraz etmədiyini, otelin 3 otağında müştəri olduğunu bildirmişdir. Otelə baxış keçirdikdə Təqsirləndirilən şəxs1 da onlarla birlikdə baxışda iştirak etmişdir. Otelin ikinci mərtəbəsində yerləşən 611 nömrəli otağın qapısını döymüş və qapını bir nəfər kişi açmışdır. Həmin otaqda yerləşən iki nəfərlik çarpayıda isə bir nəfər qadın xalatda oturmuşdur. Onlar həmin qadından kim olduğunu və otaqda nə etdiyini soruşmuşlar, həmin qadın özünü Brilliyant kimi təqdim etmişdir. Həmin şəxslərin Şahid6 və Şahid7 olduğu müəyyən edilmişdir. Onlar Şahid6 otelə hansı məqsədlə gəldiklərini, qadının kim olduğunun soruşmuşlar. Nasir qadının tanışı olduğunu, 1 saat müddətdir ki, otelə gəldiklərini, otelə cinsi əlaqədə olmaları üçün gəldiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşağı düşmüş və onlar Təqsirləndirilən şəxs2lə birlikdə otelin digər otaqlarına baxış keçirməyi dəvət etmişlər. Otelin dördüncü mərtəbəsində 627 nömrəli otağa baxan zaman otaqda yerləşən 2 nəfərlik çarpayıda yarıçılpaq vəziyyətdə bir kişi və əynində hamam xalatı olan bir qadının oturduqlarını görmüşlər. Onların şəxsiyyətini dəqiqləşdirən zaman kişinin Şahid8 və qadının Şahid9 olduqlarını müəyyən etmişlər. Bundan sonra onlardan oteldə nə etdiklərini soruşduqda Urfan Gülnarın onun tanışı olduğunu və onunla cinsi əlaqədə olmaq üçün otelə gəldiklərini bildirmişdir. Onlarla baxışda iştirak edən Təqsirləndirilən şəxs2 otağı Urfan və Gülnara onun verməsi barədə sual verdikdə, Təqsirləndirilən şəxs2 otağı onun verdiyini və bunu müqabilində 30 manat aldığını bildirmişdir. Bundan sonra həmin mərtəbədə yerləşən 626 nömrəli otağa baxış keçirilən zaman otağın qapısını bir nəfər qadın açmışdır. Otağa daxil olduqda hamamda bir nəfər kişi olduğunu görmüşlər. Orada onların şəxsiyyətlərini dəqiqləşdirdikdə qadının X8 və kişinin X6 olduqları müəyyən edilmişdir. Pərvanə Eyvazova masaj məqsədi ilə otelə gəldiyini və İxtiyar Rəhimovla cinsi əlaqədə olmadığını bildirmişdir. İxtiyar Rəhimov da Pərvanə Eyvazovanın dediklərini təsdiqləmişdir. Baxış zamanı “Ay” otelin qeydiyyat kitabı götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi raportla Baş İdarənin rəhbərliyinə məruzə olunduqdan sonra araşdırma Səbail rayon polis idarəsinə həvalə olunmuş və oteldə olan şəxslər, videoçəkiliş və qeydiyyat kitabı Səbail rayon polis idarəsinin istintaq şöbəsinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid5 da oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Brilliyant adlı xanımla təxminən 4-5 ay olardı ki, “İnstaqram” şəbəkəsində tanış olmuş və bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərdə cinsi əlaqədə olmaq müqabilində Brilliyanta hər dəfə 50 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində o, Brilliyantla dəniz kənarı bulvarın yaxınlığında görüşmüş və Bibiheybətdə yerləşən “Ay” oteldə eyni məqsəd üçün əvvəllər olduğundan, Brilliyantla birlikdə olmaq üçün həmin otelə getmişlər. Otelə daxil olan zaman qəbul yerinə yaxınlaşaraq 30 manat ödəyib otelin 2-ci mərtəbəsində yerləşən otağa getmişlər. Onlar cinsi əlaqədə olduqdan sonra Brilliyant yuyunub xalatı geyinərək yataq otağına qayıtmışdır. Onlar otaqda olan zaman saat təxminən 22 radələrində otağın qapısı döyülmüş, qapını açarkən mülki geyimdə olan şəxslər polis əməkdaşları olduqlarını bildirərərk vəsiqələrini göstərib, otaqda cinayət məsuliyyətinə səbəb olan əxlaqsız hərəkətlərlə məşğul olunması barədə məlumat olduğunu demişlər. O, da polislərə həqiqətən də Brilliyant adlı qadınla pul müqabilində cinsi əlaqədə olmaq üçün “Ay” otelə gəldiyini bildirmişdir . Sonradan polislər onları izahat vermək üçün Səbail rayon polis İdarəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 da oxşar məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Gülnar adlı xanımla təxminən bir həftə idi ki, “İnstaqram” şəbəkəsində tanış olmuş və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Gülnarla “Dəniz Mall”-da, görüşüb birlikdə cinsi əlaqədə olmaq qərarına getmişlər. Bu məqsədlə də “instaqram” vasitəsi ilə Bibiheybətdə yerləşən “AY”oteli tapmış və ora taksi ilə getmişlər. O, əvvəllər “AY” oteldə olmamışdır. Onlar birlikdə otelə daxil olub qəbul yerində oturan şəxsə yaxınlaşaraq ona qızla gəldiyini və otaq istədiyini bilidirmişdir. Həmin şəxs ona heç bir problem olmadığını deyib otağa görə 30 manat pul verəcəyini demişdir. “AY” oteldə otaq götürən zaman ondan və Gülnardan vəsiqə istəməmişlər. O, pulu verib Gülnarla otağa qalxmışdır. Gülnar onunla bir dəfə cinsi əlaqədə olmaq müqabilində ondan 50 manat pul götürmüşdür. Onlar otağa daxil olduqdan təxminən 1 saat sonra otağın qapısı döyülmüşdür. Qapını açarkən bir neçə şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və vəsiqələrini göstərib, otaqda cinayət məsuliyyətinə səbəb olan əxlaqsız hərəkətlərlə məşğul olunması barədə məlumat olduğunu demişlər. Polis əməkdaşlarının sorğularına cavab verərək, həqiqətən də Gülnarla pul müqabilində cinsi əlaqədə olmaq üçün otelə gəldiyini və otaq üçün 30 manat pul verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona və Gülnara Səbail polis idarəsinə getməyi təklif etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 da oxşar məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, “AY” oteldə 2021-ci ilin noyabr ayından kababçı işləmiş və onunla birlikdə gecə növbəsində 3 nəfər işçi olmuşdur. Onlardan bir nəfəri qeydiyyatçı Təqsirləndirilən şəxs2, 1 nəfəri ofisiant Sübhan, 1 nəfər xadiməçi X4 olmuşdur. O, hər gün saat 19:00 radələrində işə gəlmiş və səhəri gün saat 07:00 radələində işdən çıxmışdır. Gündəlik işlədiyinə görə, otelin müdiri Təqsirləndirilən şəxs1 ona 20 manat pul vermiş və daima mətbəxdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində o, həmişkə kimi otelə gəlmiş, bu zaman müdir Təqsirləndirilən şəxs1 da işdə olmuşdur. Saat təxminən 22 radələrində mətbəxdə olan zaman polis əməkdaşları otelə gələrək ondan nə işlədiyini soruşmuşlar o, da kababçı işlədiyini bildirmişdir. Polis əməkdaşları onun məlumatlarını dəqiqləşdirdikdən sonra lazım olacağı halda polis idarəsinə dəvət olunacağını bildirmişlər. O, mətbəxdə olduğundan gələn müştərilərin kimlər olmaları barədə heç nə deyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, “AY” oteldə 1 ay olardı ki, xadimə işləmiş, onunla birlikdə gecə növbəsində 3 nəfər işçi olmuşdur. Onlardan biri inzibatçı Təqsirləndirilən şəxs2, digərləri isə ofisiant X7 və aşbaz Şahid10 olmuşdur. Hər gün saat 20:00 radələrində işə gəlmiş və səhəri gün saat 08:00 radələində işdən çıxmışdır. O, gündəlik işlədiyinə görə, Təqsirləndirilən şəxs1 ona 20 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində otelə polis əməkdaşları daxil olmuşlar və ondan oteldə nə etdiyini soruşmuşlar, O, da polislərə xadiməçi işlədiyini bildirmişdir. Polis əməkdaşları onun məlumatlarını dəqiqləşdirdikdən sonra lazım olacağı halda polis idarəsinə dəvət olunacağını bildirmişlər. O, gecə işlədiyi müddət ərzində 5-7 arası otaq təmizləmişdir. Belə ki, müştərilər gəlib bir neçə saat otaqda qalıb getdikdən sonra o, onların qaldıqları otağı təmizləmiş və otaqda istifadə edilən əşyaları təmiz əşyalarla dəyişmişdir. Gələn müştərilərdən sutkalıq qalanlar da, 2-3 saat qalanlarda olmuşdur. O, çox vaxt mətbəxdə olduğundan gələn müştərilərin kimlər olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, “AY” oteldə 2019-cu ildən, xadiməçi işləmiş, hər gün saat 08:00 radələrində işə gəlmiş və axşam saat 20:00 radələində işdən çıxmışdır. Gündəlik işlədiyinə görə, Təqsirləndirilən şəxs1 ona 15 manat pul ödəmişdir. Hər gün səhər vaxtı saat 08:00 radələrindən başlayaraq otaqda olan müştərilər getdikdən sonra otağı təmizləmiş, çarpayıların üzərində olan mələfələri, yastıq üzlərini, çexolları, dəsmalları və xalatları dəyişdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində o, həmişəki kimi otelə gəlmiş, saat 20 radələrində isə işdən çıxıb getmişdir. Axşam Anar ona zəng vurub otelin bağlandığını bildirmişdir. O, Anardan otelin bağlanmasının səbəbini soruşmuş, o, da səbəbini bilmədiyini demişdir. O, gündüz növbəsində işdə olan müddət ərzində 8-13 arası otaqları təmizləmişdir. Belə ki, müştərilər gəlib bir neçə saat otaqda qalıb getdikdən sonra o, onların qaldıqları otağı təmizləmiş və otaqda istifadə edilən əşyaları təmiz əşyalarla dəyişmişdir. Onun otelə gələn müştərilərin kim olmalarından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “AY” oteldə 2-3 ay olardı ki, gecə növbəsində ofisiant işləmiş, onunla birlikdə gecə növbəsində 3 nəfər işçi olmuşdur. Onlardan 1 nəfəri aşbaz Şahid10, qeydiyyatçı Təqsirləndirilən şəxs2 və xadiməçi X4 olmuşdur. O, gündəlik olaraq 10 manat pul almışdır. O, müştərilər otağa sifariş verən zaman sifarişi otaqlara aparmışdır. xx.xx.2022-ci il tarixdə otelə gələn iki nəfər kişi müştərini otaqlarına ötürmüşdür. Onlardan biri otağın pulunu ödəmək üçün 100 manat pul vermiş və oteldə xırda olmadığı üçün həmin pulu xırdalamaq üçün oteldən çıxmış və geri qayıdanda oteldə polislərin olduğunu bilmişdir. O, otelə gələn müştərilərin kimlər olduğunu bilməmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 244.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 mart 2022-ci il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 03 mart 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 03 mart 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-64/2022 saylı 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 01 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-65/2022 saylı 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 01 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 12 mart 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd DVD diskinə baxış keçirilərkən görüntüdə otelin otaqlarından birinin, yəni 611 nömrəli otağın qapısının bağlı olduğu və həmin otağın qapısının döyüldüyü, bir nəfər şəxsin əynində mayka ilə qapını açması müşahidə olunur. Həmin vaxt Təqsirləndirilən şəxs1 otağa dəvət olunur. Qapını açan şəxsin adının Nasir olduğu, həmin otaqda yerləşən qoşa çarpayıda 1 nəfər qadın cinsli şəxsin əynində xalatda oturduğu, həmin qadının şəxsiyyəti dəqiqləşdirdikdə özünü Brilliyant kimi təqdim etməsi məlum olur. Nasirdən xanımın kim olduğu və otelə hansı məqsədlə gəldiyi soruşulur. Nasir xanımın yəni Brilliyantın tanışı olduğunu və otelə əlaqədə olmaq üçün gəldiklərini bildirir. Bundan sonra polis əməkdaşları Nasir və Brilliyanta əynlərini geyinib aşağı düşmələrini bildirib otaqdan çıxıllar. Həmin faylardan 2 nömrə altında olan faylda 01 dəqiqə 33 saniyə, 4 nömrə altında olan faylda 02 dəqiqə 02 saniyə və 6 nömrə altında olan faylda 49 saniyə görüntülər olduğu müəyyən edildi. Diskdə olan görüntü oteldə qeydə alınaraq, Bakı şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının və Təqsirləndirilən şəxs2 Yaqnəli oğlu ilə birlikdə otelin otaqlarına baxış keçirilməs müşahidə olunur. Görüntüdə otelin otaqlarından birnin 626 nömrəli otağın qapısının bağlı olduğunu və həmin otağın qapısının döyüldüyünü bir nəfər qadın qapını açdığı görünür. Həmin otaqda bir nəfər kişi paltarsız əynində dəsmal bağlamış vəziyyətdə olması görünür. Qapını açan qadından şəxsiyyəti dəqiqləşdirilən zaman qadın özünü Pərvanə kimi təqdim edir və masajist olduğunun bildirir, kişi isə Kamil kimi özünü təqdim edir. Onlara paltarlarını geyinib aşağı düşmələri bildirilir. Bundan sonra həmin mərtəbədə diğər otağı yoxlamaq məqsədi ilə açılır. Həmin otaqda qoşa çarpayıda bir kişi cinsli və bir qadın cinsli şəxslər olduğu müşaidə olunur. Həmin şəxslərin şəxsiyyəti müəyyən edilən zaman kişinin adı Urfan qadının adı isə Gülnar olduğu müəyyən edilir. Onlradan otelə hansı məqsədlə gəlmələri soruşulduqda, əlaqədə olmaları üçün gəldiklərini bildirilər. Həmin vaxt Səyavuş Seyfıyeb otağa dəvət edilir və ondan otağı həmin şəxslərə kimi verdiyi dəqiqləşdirilən zaman Təqsirləndirilən şəxs2 30 manat müqabilində otağı otaqda olan şəxslərə verdiyini bildirir. Bundan sonra polis əməkdaşları Urfan və Gülnara əynlərini geyinib aşağı düşmələrini bildirib otaqdan çıxırlar. İş materiallarında olan 18 mart 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki “Ay” oteldən götürülmüş ,1 ədəd qeydiyyat kitabına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin kitabın üz qabığı göy rəngdədir, 1-ci səhfəsindən başlayaraq qeydiyyat aparılmışdır. Həmin qeydiyyatda vərəqlərin yuxarı hissəsində ayın tarixi, daha sonra vərəqin sol tərəfindən yuxarıdan aşağıya doğru olaqla sıra sayı, otağın nömrəsi, otağa giriş saatı və otağ kirayə verilmənin dəyəri qeyd edilmişdir. Otaqlardan çıxma saatları qeyd ediməmişdir. Təqdim olunmuş kitaba baxış zamanı kitabın 1-ci vərəqi xx.xx.2022-ci il tarixdən başlayır və xx.xx.2022-ci il tarixdə qurtarır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 25 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 10 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsindən həmin Məcəllənin 244.2.1 və 244.2.2-ci maddələrinə tövsif edilmişdir. Həmin qərardan görünür ki, 1 ədəd disk və 1 ədəd “Ay” oteldən götürülərək istintaqa təqdim edilmiş qeydiyyat kitabı maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 11 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 11 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010cu ildə anadan olmuş X9 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, xx.xx.2019-cu ildə anadan olmuş X3 atası Təqsirləndirilən şəxs2dur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməmələri, şahidlərin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə vermələrini və onlara qarşı elan olunmuş ittihamda özlərini təqsirli bilməmələrini onların hüququ kimi qəbul edir və onların dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri məhkəmə iclasında araşdırılmış, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, predmeti qismində isə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir. Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün Plenumun bu Qərarda qeyd etdiyi əlamətlər mövcud olduqda yaranır. Bununla belə, göstərilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tərkibini yaradır.Bu cinayət əməllərindən hər hansı birinin təkrar törədilməsi Cinayət Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətə, yəni həmin Məcəllənin 16.1-ci maddəsi ilə müəyyən edilmiş təkrarlılığa səbəb olur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, uzun müddət həbsdə olmaqla ailəsinin həyat şəraitinin pisləşməsini, belə halın davam etməsinin onun ailə vəziyyətinin daha da ağırlaşmasına səbəb ola biləcəyini, həyat yoldaşının işləməməsini və ailəsinin onun himayəsində olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, ailə vəziyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını mümkün sayır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 mart 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 11 (on bir) gün həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 11 (on bir) gün təyin olunacaq cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, uzun müddət həbsdə olmaqla ailəsinin həyat şəraitinin pisləşməsini, belə halın davam etməsinin onun ailə vəziyyətinin daha da ağırlaşmasına səbəb ola biləcəyini, həyat yoldaşının işləməməsini və ailəsinin onun himayəsində olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, ailə vəziyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 11 (on bir) gün həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 11 (on bir) gün təyin olunacaq cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk, 1 ədəd “Ay” oteldən götürülərək istintaqa təqdim edilmiş qeydiyyat kitabı və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 mart 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 11 (on bir) gün həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 11 (on bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 02 (iki) il 10 (on) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 10 (on) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 11 (on bir) gün həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 11 (on bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 02 (iki) il 10 (on) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 10 (on) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə 1 ədəd disk, 1 ədəd “Ay” oteldən götürülərək istintaqa təqdim edilmiş qeydiyyat kitabı və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-135/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-135/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver