Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-135/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X5 və onların müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, X2 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər, Kəpəz rayonu, Ü.Hacıbəyli Küc., 77B, 29 qeydiyyatda olan və yaşayan Namazova (Namazova) Nərmin Nərmayıl qızı və anası X9 xx.xx.2022 ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, X15 2e yerləşən və faliyyət göstərən KİV-si olan ARB telekanalnın Səni axtaram verlişində bir ünvanda yaşayan anası X9 ilə birlikdə iştirak edərək birlikdə Mənim foto şəklimi paylaşaraq admı familyamı qeyd edərək, Böhtan ataraq cinayyət törətməkdə'(adam oğurluqu və dələduzluqda) ittiham edərək şərəf və ləyaqətini ləkələmiş və nüfuzdan salmışdır. Aşaqıda qeyd olunan linkdə və işə əlavə olunacaq diskdə Xoşqədəm xx.xx.2022 videoda qeyd olunan vaxtlarda baxa bilərsiz 00:53:36 san 01:06:25 kimi 01:48:09 saniyədən 01:51:59 san kimi, 01.52:25. san-dən, 01:59:52. kimi https://www.youtube.com/watch?v=AAqfn7VaxWQ&t=7404s və Xoşqədəm xx.xx.2022 (2), Xoşqədəm xx.xx.2022 (3) tam videoda baxa bilərsiz. Təkrarən xx.xx.2022 ci tarixində yenidən yuxarıda qeyd olunan ARB telekanalnın Səni axtaram verlişində təkrar anası X9 ilə birlikdə iştirak edərək birlikdə mənim ünvanıma ağır ittihamlar səsləndirərək fasilə zamanı kütlə içərisində şərəf və əyaqətini ləkələmiş və nüfuzdan salmışdır.Həmin verlişin instagram səhfəsində həmin verlişin şərh bölümündə Namazova ( Namazova ) Nərmin Nərmayıl qızına məxsus həyatım 888 niki ilə mənim ünvanıma bilə bilə yalandan böhtanlar ataraq :əhqir edmiş şərəf və ləyaqətimi alcatdmışdır Məni ağır cinayyətlərdə ittiham etmişdir. Video 1 Xoşqedem instaqram, Xoşqedem İsdeqram 2, Xoşqedem isdeqram ZXoşqedem 4 dən Xoşqedem 11 kimi videosunda və əlavə olunmuş şəkillərdə baxa bilərsiz. Aşaqıda qeyd olunan lingdə və işə əlavə olunmuş Xoşqədəm 11.04 videoda qeyd olunan vaxtlarda baxa bilərsiz. 00:17:01-00:43:35 ,00:46:19-01:03:34, 01:13:38- 01:14:14,01:20:59-01:23:35 nttps://www.youtube.com/watch?v=3i4s2BEİ 44&t=3047s əmin verlişdə Namazova ( Namazova) Nərmin Nərmayıl qızı və anası X9 ilə birlikdə bəhs etdiyi mənim xeyrimə çıxarılmış qətnamələri saxta sənəd kimi qeyd edərək-məni rüşvətxorluqda və dələduzluqda böhtan/ataraq şərəf və əyaqətini ləkələmiş və nüfuzdan salaraq ittiham etmişdir Səncə şəhər Məhkəməsinin Qətnaməsi İş №si 2(043)-2337/2020 Gəncə Apelyasiya məhkəməsinin İş №si 2(104)-3519-/2020 Azərbaycan Respublikasının Ali Məhkəməsinin İş №si 2(102)-2984/2021 xx.xx.2022 ci il, xx.xx.2022 ci il,16.07.2Ç22 ci il, xx.xx.2022 ci il tarixlərində Sumqayıt şəhərində Zülfü Hacıyev küçəsində yerləşən , Sumqayıt Şəhər İcra Şöbəsində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin MTT(043)- 25/2022 saylı qərardadının icrası zamanı Namazova ( Namazova ) Nərmin Nərmayıl qızı anası Əmrahova Zümrüd man qızı ilə birlikdə icra idarəsində icra məmurlarının icra idarəsinin digər əməkdaşları , kutlə içərisində , az yaşlı övladım Anam və bacımın yanında şərəf və əyaqətini ləkələmiş və nüfuzdan salmışdır. Beləki xx.xx.2022 , xx.xx.2022 ci tarixlərində KİV-si olan ARB telekanalnın Səni axtaram verlişində, xx.xx.2022 ci il, xx.xx.2022 ci il,xx.xx.2022 ci 11,xx.xx.2022 ci il tarixlərində , Sumqayıt Şəhər İcra Şöbəsin tərtib etdiyi Aktalarda sübut olunurki Gəncə şəhər, Kəpəz rayonu , Ü.Hacıbəyli Küc., 77B, 29 qeydiyyatda olan və yaşayan Namazova ( Namazova ) Nərmin Nərmayıl qızı və anası Gəncə şəhər , Kəpəz rayonu , Ü.Hacıbəyli Küc., 77B, 29 qeydiyyatda olan və yaşayan X9 şərəf və ləyaqətini ləkələmiş və nüfuzdan salmışdır. Namazova Namazova ) Nərmin Nərmayıl qızı və anası X9 Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 147 ci maddəsinin 147.1 nəzərdə tutulan cinayyət tərkibini törədmişdir. xx.xx.2024 cü il tarixində tanışları sosial şəbəkə olan Tik-Tok-da X17 Birliyinə məxsus olan səhfədə Rəssam Təranə, Zəhra, GANJA _020_AZE,@allah bana yeter və NAMZ0VAminl9 nikləri canlı acaraq onun ad familyasını iş yerini qeyd edərək ağır cinayyət törətməkdə ittiham edərək şərəf və ləyaqətini alcadıcı ifadələr işlədmişlər və ünvanına təhqir edici ifadələr paylaşmışlar. Bundan elavə onun barəsisində xüsusi ittiham qaydasında şikayyət verilən şəxslə ailəli olduqu dövürdə evdə cekilmiş şəklini paylaşmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayyət verilən şəxs X6 Azərbaycan Məhkəmələri Haqqında mənfi fikirlər səsləndirmiş Ali Məhkəmənin sədri haqqında həqiqətə uyğun olmayan fikirlər demişdir. Bundan əlavə Namzova Nərmin mənim şəklimi paylaşaraq sağ qolunda Günel yazısını gösdərərək həqiqətə uyğun olmayan ifadələr işlədmişdir. Ərizəyə əlavə olunmuş qoşmalarda göründüyü kimi Xususi ittiham qaydasında şikayyət olunan şəxs X7 və qaynanası Namzova Təranə ilə birlikdə xx.xx.2023 cü il tarixində ARB tele kanalında yayımlanan Səni axtaram verlişinin YOU TUBE internet səhfəsində həmin tarixdə efirə gedmiş verlişin YOU TUBE yerləşdirilmiş video rolikində onun və ailəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Namazova (Namazova) Nərmin Nərmayıl qızını və anası X1 ataraq yəni yalan olduğunu bilə-bilə X3 şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydıqı üçün Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 147 ci maddəsinin 147.1 bəndi ilə cinayyət məsuliyyətinə cəlb etməsinə dair və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün cixarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X14 şikayətini müdafiə edərək, xüsusi ittiham qaydasında verdiyi şikayətini icraata qəbul edilməsini və X2 və X5 CM-nin 147.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsini, barələrində ittihamedici hökmün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X4 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X9 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X5 müdafiəçisi Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin qanunverciliyin tələblərinə uyğun olmamasını nəzərə alaraq icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X2 müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin qanunverciliyin tələblərinə uyğun olmamasını nəzərə alaraq icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri) göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin şikayət ərizəsinə mötəbər sübut və dəlil əlavə etməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətin məzmunundan, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, audio-video yazı ilə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bununla da, X8 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinin tələblərinə uyğun deyil, qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299, 300, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-135/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-135/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver