Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-136/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 14:25-də xx xxxxx 1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan barəsində “həbs” qəimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini “Papanin” adlanan ərazidən şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsdən 10 manata alıb, üzərində daşımaqla saxladığı, xx xxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesində yerləşən “Araz” marketin yanında özünü şübhəli apardığı üçün Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Səbail RPİnin Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 2 saylı ünvanda yerləşən 41-ci PB-nə gətirilmiş və xidməti otaqlarının birində üzərinə polis əməkdaşlarının və vəkilin iştirakı ilə mobil telefon kamerasının vasitəsilə videoçəkiliş edərək, baxış keçirilərkən, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üstündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd - təmiz çəkisi 0,822 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə olan heroin qəbul etmiş, 2018-ci ilin iyun ayında Salyan RPŞ-də barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi istintaq edilib və həbs olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 08 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həbsdən azad olunmuşdur. Cəzasını xx xxxx 2019-cu il tarixdə çəkib qurtarmışdır. Bir neçə müddətdir ki, Bakı şəhərinə gəlib Abşeron rayonunda Xırdalan şəhərində kirayədə yaşamışdır. Hərdənbir yenə də narkotik vasitə olan heroin qəbul etmişdir. 2-3 gün bundan əvvəl “Papanin” adlanan yerdə təsadüfən tanımadığı, arıq bədən quruluşlu 45-50 yaşlarında olan bir kişi ilə tanış olmuş və bu şəxs onun da narkotik vasitə qəbul etdiyini hiss etmiş və o da təsdiq etmişdir. Həmin kişidən ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş edib 10 manat pul vermiş, həmin şəxs çıxıb getmiş və təxminən 20 dəqiqədən sonra qayıdıb ona bir büküm heroin vermişdir. xx xxx 2020‑ci il tarixdə axşam saatlarında Badamdar qəsəbəsində “Araz” marketin yanına işi olduğu üçün gəlmiş və həmin vaxt 3-4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Səbail RPİ-nin CAŞ-nin əməkdaşları kimi təqdim etmişlər və şəxsiyyətini müəyyənləşdirməkdən ötrü 41-ci PB‑yə gətirmişlər, orada xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə mobil telefon kamerasının vasitəsilə videoçəkiliş edərək üzərində olan əşyaları təqdim etməyi dedikləri üçün əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızda bükülü vəziyyətdə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu maddənin nə olduğunu soruşduqda həmin maddənin narkotik vasitə olan heroin olduğunu, heroini Bakı şəhərində “Papanin” adlanan yerdən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını öz şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərindən özünə məxsus şəxsi əşyaları - 21 manat pul, metro və market kartı, habelə yazılı kağız halında olan dua çıxmışdır. Həmin duanın içində qəhvəyi rəngdə torpaq da olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş narkotik vasitə olan heroin ekspertizaya göndərilmişdir. Üzərindən aşkar olunmuş bir büküm heroini “Papanin” adlanan yerdən 1-ci dəfə gördüyü, tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün almışdır. Səbail RPİ-nin 41-ci PB-də olarkən, habelə hazırda ona qarşı heç bir fiziki-psixi təzyiq edilməyib, heç kimdən şikayəti yoxdur, heroin ona məxsusdur, istifadə etmək üçün üzərində gəzdirmişdir. Başa düşmüşdür ki, səhv etmiş və etdiyi bu səhv hərəkətə görə də qanun qarşısında cavab verməlidir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, himayəsində üç azyaşlı uşağın olmasının, cinayətinaçılmasındafəalköməketməsininvə gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1‑ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə əvvəllər də narkotik vasitə ilə məhkum olunmuş Loğman adlı şəxsin narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun satış məqsədi ilə narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə əməliyyat qrupu yaradılmış və xx xxx 2020-ci il tarixdə saat 21 radələrində, digər polis əməkdaşları Şahid2, Şahid4 və Şahid3 ilə birgə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesində yerləşən “Araz” marketin yanında Loğman adlı şəxsi görmüşlər. Bu zaman ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, onun qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilməsi üçün 41-ci PB-yə dəvət etmişlər. Orada xidməti otaqda şəxsin şəxsiyyətini müəyyənləşdirdikdə məlum olmuşdur ki, bu şəxs 1988-ci il təvəllüdlü Salyan rayon sakini Təqsirləndirilən şəxsdur. Həmin xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdi. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə olan tünd qəhvəyi rəngli narkotik vasitə olan heroin kimi bildiyi maddəni çıxardaraq təqdim etmişdir. Həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən və nə zaman adığı barədə soruşulduqda həmin vasitəni 2-3 gün bundan əvvəl Bakı şəhərində Papanin adlanan yerdə təsadüfən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddə isə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. MEM-dən alınmış rəydən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə - 0,822 qram çəkidə narkotik vasitə olan heroindir. Bundan sonra müvafiq sənədləşmə aparıldıqdan sonra toplanmış material şəxslə birlikdə Səbail RPİ-nə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Eldar oğlu, kiçik əməliyyat müvəkkili, polis sıravisi Şahid3 və Səbail RPİ 41-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında xx xxx 2020-ci il tarixli və diskə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üstündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd - təmiz çəkisi 0,822 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020‑ci il tarixli 6/624 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,822 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi - 0,822 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,772 qram). Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün rayon prokurorluğu qarşısında qaldırılmış vəsatət təmin edilməmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən dərhal azad olunmuşdur. Axtarışda olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarıxli protokoldan və Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarıxdə axtarışda olan şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi üzrə qalıq qalmış 0, 772 qram heroin saxlanılması üçün Səbail RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyinin Elektron Portalı Çıxarışından görünür ki, təqsirləndirilən şəxs X2 himayəsində xx xxxxxx 2013-cü il təvəllüdlü X4, xx xxxx 2015-ci il təvəllüdlü X8 və xx xxxx 2019‑ci il təvəllüdlü X7 var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X13 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X16 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124‑cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən və SəbailRayonMəhkəməsinin xx xxxxxxxx 2018-ciiltarixli hökmündən görünür ki, X1 rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinib, 8 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx xxxx 2019-cu il tarixdə cəzanı çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi X3 münasibətdə residiv müəyyən edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, 59.1.10-cu və 59.2‑ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqların olmasını, cinayətinaçılmasındafəalköməketməsinivə gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini, onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsini və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, həmçinin xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) ay 08 (səkkiz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) günü azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) ay 16 (on altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə‑narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1872 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Bu səbəbdən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ona təyin olunmuş narkomaniyadan məcburi müalicənin ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin iş üzrə maddi sübut olub, Səbail RPİ-nin saxlanc anbarında saxlanılan ekspertizadan sonra qalıq qalmış 0,772 qram heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, ekspertiza xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351‑356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1‑ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, həmçinin xx xxxx 2020ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) ay 08 (səkkiz) gün həbsdə saxlanıldığı müddətinin 02 (iki) (bir) günü 01 günü azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) ay 16 (on altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 7‑00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Salyan şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan aparılmış ekspertiza nəticəsində qalıq çəkisi tədqiqatdan sonra çəkisi 0,772 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 330 (üç yüz otuz) manat pul tutulub, “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-136/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-136/2020
14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver