Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-136/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, turizm sahəsində fərdi işlə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vdə qeydiyyatsız yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda psixotrop maddə - metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdar çəkidə 2,495 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlamış və 26 yanvar 2022-ci il tarixdə, saat 00:30 radələrində Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Nəsimi rayonu, R.Behbudov küçəsi- 30 ünvanının qarşısında saxlanılaraq 9-cu PB-in inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol cibindən «Rotmans» siqaret qutusunda saxlayaraq daşıdığı həmin 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan 2,495 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psoxitrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə yanvarın 25-dən 26-na keçən gecə şəhərin Rəşid Behbudov küçəsi 30, mənzil 24 A ünvanında polis əməkdaşları tərəfindən saxlanılıb Səbail RPİ-nin 9-cu Polis bölməsinə gətirilmişdir. Onun saxlanılma səbəbi bank kartından oğurluq məsələsinə görə barəsində aparılan araşdırma ilə əlaqədar axtarışda olması olmuş, narkotiklə əlaqədar saxlanılmamışdır. Bölmədə şəxsi axtarış zamanı üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Həmin narkotik vasitələri üzərində saxayaraq daşıdığı üçün törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, bank kartından olan oğurluqla əlaqədar Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-nin 9-cu Polis bölməsində araşdırması aparılan təhqiqat materialı üzrə Təqsirləndirilən şəxs bölməyə gəlmədiyindən bölmənin əməkdaşları tərəfindən o, R.Behbudov küçəsi-30 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-yə gətirilmişdir. Bölmədə onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 26 yanvar 2022-ci il tarixdə, saat 01:00 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhə edilən şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki boz rəngli şalvarın sol cibindən göy rəngli «Rothmans» markalı siqaret qutusunu, sağ cibindən isə 01 ədəd «Samsung» markalı mobil telefon cihazını çıxararaq təqdim etdi. Həmin siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli selofan kəsiyində ağ rəngli kristal şəkilli, psixotrop maddə-metamfetaminə bənzər kütlə və 01 ədəd siqaret kağızında spesifik iyə malik narkotik vasitə-qurudulmuş marixuanaya bənzər ot şəkilli maddə aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin psixotrop maddə-metamfetamin və marixuana olduğunu, onları tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılaraq möhürləndi. Baxış “Xiomi ReadMİ Note 7” markalı mobil telefon vasitəsilə videolentə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizanın 26 yanvar 2022-ci il tarixli, 6/499 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 166 dairəvi möhür əksi və «şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; iştirak etdi-imza; müdafiəçiimza; qablaşdırdı baş təhqiqatçı-imza; yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 2,495 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İİ siyahısına daxildir. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 26 yanvar 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən 01 ədəd şəffaf polietilen bükümdə 2,495 qram ağ kristal maddə qəbul edilmiş, 0,1 qram nümunə götürülmüş, 2,395 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməbioloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 7/69 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs......- yazılar və imzalar olan zərfdə 01(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.092 qram bitki mənşəli kütlə, tərkibində narkotik madələr oln çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatın dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 26 yanvar 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən 0,092 qram marixuanaya oxşar maddə qəbul edilmiş, 0,02 qram nümunə götürülmüş, 0,072 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 27 yanvar 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmənin keçirilməsinin videogörüntüləri olan diskdəki videogörüntülərə baxış keçirilməsi haqqında” 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl təhqiqatçı özünü və iştirakçıları təqdim edir və şəxsi axtarışı aparılacaq Təqsirləndirilən şəxs kimliyini soruşur, o da Təqsirləndirilən şəxs olduğunu bildirəndən sonra onun üzərində şəxsi axtarış aparılmasının səbəbini izah edir və sonra ona hüquq vəvəzifələri izah edilir, sonra şəxsi axtarışa başlanması elan olunmaqla ona üzərində, paltarlarında və ciblərində qanunla qadağan edilən əşyalar olub-olmaması və əgər vardırsa, onları könüllü olaraq təqdim etməsi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklifdən sonra əynindəki boz rəngli şalvarın sol cibindən göy rəngli «Rothmans» markalı siqaret qutusunu, sağ cibindən isə 01 ədəd «Samsung» markalı mobil telefon cihazını çıxararaq masanın üzərinə qoyur, cibindən çıxardığı siqaret qutusundan bir ədəd şəffaf rəngli selofan kəsiyi bükümünü masanın üzərinə qoyur, həmin bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə-metamfetaminə bənzər kütlə olması aşkar olunur, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs cibindən çıxardığı siqaret qutusunun içərisini axtararaq oradan siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoyur ki, həmin bükümdə də yaşıl rəngli ota oxşar, qurudulmuş marixuanaya bənzər kütlə olması görünür.qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ kağız bükümünü çıxarıb stolun üzərinə qoyur. Həmin bükümlərdəkinin nə olması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümlərin birində psixotrop maddəmetamfetamin, digərində isə narkotik vasitə - qurudulmuş marixuana olmasını, onları tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir, sonra polis əməkdaşları şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparırlar və üzərindən hər hansı qanunsuz predmet aşkar etmirlər. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs götülmüş narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olan büküm və psixotrop maddə- metamfetaminə bənzər kütlə olan büküm ayrı-ayrı zərfə qablaşdırılaraq möhürlənir və zərflər iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan Azərbaycan Respublikası Xəzər rayon icra hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə onun haqqında nümayəndəliyə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 12 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə Azərbaycan Respublikasının DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 11 fevral 2022-ci il tarixli, 665 nömrəli ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli “maddi sübut hesab etmək haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,495 qram psixotrop maddə-metamfetamin, 0,092 qram narkotik vasitə-qurudulmuş marixuana və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd disk maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına 0,1 qram tədqiqata sərf edildikdən sonra qalan 2,395 qram psixotrop maddə-metamfetamin və 0,02 qram tədqiqata sərf edildikdən sonra qalan 0,072 qram narkotik vasitə - qurudulmuş marixuana saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli “toplanmış sübutlara hüquqi qiymət verilməsi və cinayət işinin hissəvi xitam veilməsi haqqında” qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığı üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixunanın çəkisi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb olunan çəkidən, yəni şəxsi istehlak miqdarından az- 0,092 qram olduğu üçün ittihamdan xaric edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİ siyahısına görə metamfetaminin külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 2 qram hesab olunur. İş materialları ilə sübut olunur ki, Təqsirləndirilən şəxs külli miqdar çəkidə- 2,495 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib özündə saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda metamfetamini əldə edərək üzərində saxlaması törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini artırdığından cəzanın növü və həddini müəyyən edərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM- nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün həbsdə olma müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 2,395 qram psixotrop maddə-metamfetamin və 0,072 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 180 manat 46 qəpik (bir yüz səksən manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. 220020025 saylı cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 220020025 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 2,395 qram psixotrop maddə-metamfetamin və 0,072 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –180 manat 46 qəpik (bir yüz səksən manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-136/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-136/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver