Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-136/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546 saylı məhəllə, 11 saylı mənzildə qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 7-ci bina, 152-ci mənzildə yaşayan və barəsində Səbail Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,196 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:30-də Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2ndə yerləşən, yəni “Axundov” Bağının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 36 ünvanında olan inzibati binasına gətirilib şəxsi axtarış keçirilən zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq əynində olan göy rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,196 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir.Həmçinin qeyd etmişdir ki, ümumillikdə narkotik vasitə heroini o, Bakı şəhərinin müxtəlif rayonlarından pulu alaraq öz şəxsi istifadəsi üçün əldə edir.Həmçinin heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur.Bildirmişdir ki, sonuncu dəfə narkotik vasitə olan heroindən 3-4 gün əvvəl istifadə etmişdir.Nəticə etibari ilə xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, ‘Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirmişdir.Həmin heroini üzərində daşıyaraq ünvan 2ndə yerləşən, yəni “Axundov” Bağının qarşısına gətirmişdir ki, daha sonrakı günlərində istifadə edər.Beləliklə də xx.xx.2023-cü il tarixdə saat 12:30-də ünvan 2ndə yerləşən, yəni “Axundov” Bağının qarşısında qeyri rəsmi ər arvad münasibətlərində olduğu X21 qızı ilə olduğu zaman 2 (iki) nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları olduqlarını bildirmişdir. Həmin vaxt onun üzərində 1 (bir) büküm heroin olduğu üçün həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlamışdır.Həmin vaxt o, özünü polis əməkdaşlarına xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546 saylı məhəllə, 11 saylı mənzildə qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir.Bundan sonra polis əməkdaşları onu 9-cu Polis Bölməsinə dəvət etmişdir.O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 9-cu polis bölməsinə getmişdir.Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etmişdir.O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir.Bundan sonra ona Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X17 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Səbail rayon 3 saylı hüquq məsləhətxanasının vəkili X9 tərəfindən öz razılığı əsasında hüquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur.Daha sonra Bakı şəhəri Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə video görüntü ilə baxış keçirilmişdir.Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə ilkin olaraq sual verilmişdir.Bundan sonra o, üzərində saxlamaqla daşıdığı özünə məxsus 1 (bir) ədəd bükümdə olan heroini göy rəngli cins şalvarımın sağ cibindən çıxararaq könüllü olaraq masanın üzərinə qoymuşdur.Sorğu-sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş heroini xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmyan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla daşımışdır.Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 166 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir.Beləliklə də vəkili X4 itirakı ilə aparaılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandmlmışdır.Son olaraq bildirmişdir ki, əvvəlcədən özü bilmişdir ki, onun üzərində olan narkotik vasitə heroindir.Hazırda əməlindən peşman olduğunu və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman na qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, himayəsində körpə övladının olmasını və gənc olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən X12, 2023-cü il tarixdən Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin Cinayət X20 Müvəkkili vəzifəsində xidmət edir.Hazırda xüsusi rütbəsi polis leytenantıdır.Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Səbail rayon polis idarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru polis leytenantı Şahid2 ilə ünvan 2 ünvanında, yəni “Axundov” Bağının qarşısında birlikdə olmaqla inzibati ərazidə xidmətdə olduğu zaman 2 (iki) nəfər şəxsin özlərini qeyri adekvat aparmalarını görüb onlara yaxınlaşmış və həmin şəxslərə yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib onlardan şəxsiyyətləri barədə məlumat vermələrini xahiş etmişdir.Həmin şəxslər özlərini-xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan X21 qızı və xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546 saylı məhəllə, 11 saylı mənzildə qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir.Bundan sonra X21 qızı və Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özlərini şübhəli aparmaları ilə bağlı onlar ilə bərəbar Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 1 ünvanda yerləşən inzibati binasına getsinlər. X21 qızı və Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən könüllü olaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9cu Polis Bölməsinə getməsinə razılıq vermişdir.Beləliklə də o, və Səbail rayon polis idarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru polis leytenantı Şahid2 Səbail Rayon polis İdarəsinin 9-cu polis Bölməsinin rəisi, polis mayoru İlqar Qafarovun adına raport tərtib etmişdir ki, bölməyə şübhəli şəxs qismində dəvət edilərək gətirilən X21 qızı və Təqsirləndirilən şəxs barələrində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə aidiyyəti əməkdaşa göstəriş versin.Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı X13 həvalə edilmişdir.Beləliklədə Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 1 ünvanda yerləşən inzibati binanın xidməti iş otağında X21 qızı və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə təhqiqatçı X17 tərəfindən protokol tərtib edilmişdir.Həmin zaman X21 qızı və Təqsirləndirilən şəxs təhqiqatçı Toğrul Əsgərli tərəfindən hüquq və vəzifələri izah edilmişdi.Həmçinin Tağı-X18 və Təqsirləndirilən şəxs Səbail rayon 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edilmişdi.Həmin siyahıya əsasən Tağı- X15 hüquqlarının X11 tərəfindən müdafiə edilməsini və Təqsirləndirilən şəxs hüquqlarının X9 tərəfindən müdafiə edilməsini xahiş etmişdir.Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman X21 qızı və Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərlərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim edilsin.Həmçinin şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar “İphone” markalı mobil telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməsi barədə xəbərdarlıq edildi.Beləliklə də Tağı-X15 hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X7 iştirakı ilə əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etmişdi.Həmin zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə əynində olan göy rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etmişdi.Bütün bunlardan sonra Tağı-X15 və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdı.ilk öncə onların əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdi.Daha sonra X21 qızı və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək götürülmüş ayrıayrılıqda 2 (iki) ədəd bükülüləri göstərərək el içində narkotik vasitə olan heroin olduğunu bildirmişdilər.Tağı-X15 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilən ümumilikdə 2 (iki) ədəd bükülüləri hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdikləri sorğu-sual edilən zaman Nəzrin Tağı-Zadə bildirmişdir ki, sonuncu narkotik vasitə olan heroindən 3-4 gün əvvəl istifadə etmişdir.Nəticə etibari ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirdiyini bildirmişdi.Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs da bildirmişdir ki, sonuncu dəfə narkotik vasitə olan heroindən 3-4 gün əvvəl istifadə etmişdir.Yekun olaraq xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirmişdir.Bundan sonra Tağı-X15 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda ümumilikdə 2 (iki) ədəd bükülülərin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis leytenantı X17 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və 166 nömrə ilə möhürlənərək götürüləcəyi bildirilmişdi.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdi.Bundan sonra içərisində narkotik vasitə olan heroinə bənzər ümumilikdə 2 (iki) ədəd bükülülər zərfə qoyularaq Səbail RPİ-nin 9-cu PBnin zərflər üçün nəzərdə tutulmuş 166 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdı.Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdı.Nəticə etibari ilə Tağı-X15 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Toğrul Əsgərli tərəfindən kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edilərək rəy alınmışdı.Həqiqətəndə müəyyən edilmişdir ki, Tağı-X15 əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,162 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,196 qram narkotik vasitə heroin olmaları ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdı.Hazırda Tağı-X15 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək götürülmüş heroinlərin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən X12, 2022-cü il tarixdən Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir.Hazırda xüsusi rütbəsi polis leytenantıdır.Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Səbail Rayon Polis idarəsinin 9- cu Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X6 ilə ünvan 2 ünvanında, yəni “Axundov” Bağının qarşısında birlikdə olmaqla inzibati ərazidə xidmətdə olduğu zaman 2 (iki) nəfər şəxsin özlərini qeyri adekvat aparmalarını görüb onlara yaxınlaşmış və həmin şəxslərə yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib onlardan şəxsiyyətləri barədə məlumat vermələrini xahiş etmişdir.Həmin şəxslər özlərini-xx.xx.1998ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan X21 qızı və xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546 saylı məhəllə, 11 saylı mənzildə qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir.Bundan sonra X21 qızı və Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özlərini şübhəli aparmaları ilə bağlı onlar ilə bərəbar Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 1 ünvanda yerləşən inzibati binasına getsinlər.X21 qızı və Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən könüllü olaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9cu Polis Bölməsinə getməsinə razılıq vermişdir.Beləliklə də o, və Bakı şəhəri, Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X1 Rayon polis İdarəsinin 9-cu polis Bölməsinin rəisi, polis mayoru ilqar Qafarovun adına raport tərtib etmişdir ki, bölməyə şübhəli şəxs qismində dəvət edilərək gətirilən X21 qızı və Təqsirləndirilən şəxs barələrində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə aidiyyəti əməkdaşa göstəriş versin.Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı X13 həvalə edilmişdir.Beləliklədə Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 1 ünvanda yerləşən inzibati binanın xidməti iş otağında X21 qızı və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə təhqiqatçı X17 tərəfindən protokol tərtib edilmişdir.Həmin zaman X21 qızı və Təqsirləndirilən şəxs təhqiqatçı Toğrul Əsgərli tərəfindən hüquq və vəzifələri izah edilmişdi.Həmçinin Tağı-X18 və Təqsirləndirilən şəxs Səbail rayon 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edilmişdi.Həmin siyahıya əsasən Tağı-X15 hüquqlarının X11 tərəfindən müdafiə edilməsini və Təqsirləndirilən şəxs hüquqlarının X9 tərəfindən müdafiə edilməsini xahiş etmişdir.Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman X21 qızı və Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərlərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim edilsin.Həmçinin şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar “iphone” markalı mobil telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməsi barədə xəbərdarlıq edildi.Beləliklə də Tağı-X15 hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X7 iştirakı ilə əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etmişdi.Həmin zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə əynində olan göy rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etmişdi.Bütün bunlardan sonra Tağı-X15 və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdı. İlk öncə onların əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdi.Daha sonra X21 qızı və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda 2 (iki) ədəd bükülüləri göstərərək el içində narkotik vasitə olan heroin olduğunu bildirmişdilər.Tağı-X15 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilən ümumilikdə 2 (iki) ədəd bükülüləri hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdikləri sorğu-sual edilən zaman Nəzrin Tağı-Zadə bildirmişdir ki, sonuncu dəfə narkotik vasitə olan heroindən 3-4 gün əvvəl istifadə etmişdir.Nəticə etibari ilə xx.xx.2023cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirdiyini bildirmişdi.Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs da bildirmişdir ki, sonuncu dəfə narkotik vasitə olan heroindən 3-4 gün əvvəl istifadə etmişdir.Yekun olaraq xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirmişdir.Bundan sonra Tağı-X15 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda ümumilikdə 2 (iki) ədəd bükülülərin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 9cu PB-nin təhqiqatçısı polis leytenantı X17 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və 166 nömrə ilə möhürlənərək götürüləcəyi bildirilmişdi.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdi.Bundan sonra içərisində narkotik vasitə olan heroinə bənzər ümumilikdə 2 (iki) ədəd bükülülər zərfə qoyularaq Səbail RPİ-nin 9-cu PB-nin zərflər üçün nəzərdə tutulmuş 166 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdı.Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdı.Nəticə etibari ilə Tağı-X15 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə heroin olub-olmamasım müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Toğrul Əsgərli tərəfindən kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edilərək rəy alınmışdı.Həqiqətəndə müəyyən edilmişdir ki, Tağı-X15 əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,162 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,196 qram narkotik vasitə heroin olmaları ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdı.Hazırda Tağı-X15 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək götürülmüş heroinlərin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirildiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023cü il tarixli 3-16-16/2-6/5611 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs (imza) “ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,196 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən markotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. Qeyd: heroinin təmiz çəkisi: 0,196 qram, sərf edildi: 0,05 qram, qalıq: 0,146 qram. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 X16-narkoloji X5 19 oktyabr 2023-cü tarixli 6829 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” protokoluna əsasən Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,196 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış və götürmə aparılması” barədə tərtib edilən 01 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinin təmiz çəkisi : 0,196 qram, sərf edildi: 0,05 qram, qalıq: 0,146 qram narkotik vasitə heroin saxlanılması məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Qazax Qarnizonu hərbi polis taqımının komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Əsgər Təqsirləndirilən şəxs 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Qazax Qarnizonu Hərbi Polisində xidmət etmişdir. Əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi dövürdə özünü intizamlı bir əsgər kimi göstərmişdir. Belə ki, hərbi işi vicdanla öyrənmiş, öz xidməti vəzifəsini bacarıqla yerinə yetirmiş, hərbi nizamnamələrin tələblərini və komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirmişdir. Əsgər Təqsirləndirilən şəxs kollektiv arasında hörmət qazanmışdır. Komandirlərə və böyük rəislərə qarşı nəzakətlə davranmışdır. Öz silahını və texnikaları öyrənmiş, həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlamışdır. Əsgər Təqsirləndirilən şəxs xidmətdə olduğu zaman öz vəzifə borclarını layiqincə yerinə yetirmişdir. İctimai asayişi pozmamış və əhaliyə qarşı nalayıq hərəkətlərə yol verməmişdir. Vətənpərvərdir,mənəvi və Fiziki cəhətdən sağlamdır, hərbi geyimi sevir, səliqəli geyinmişdir. Hərbi və dövlət sirrini saxlamağı bacarır. İş materiallarında olan təşəkkürnamədən görünür ki, Silahlı Qüvvələrin sıralarında xidmət edən övladınız əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, tərbiyəli və vətənpərvər bir əsgər kimi göstərmişdir. Xidmətə başladığı gündən öz xidmətinə vicdanla yanaşaraq verilən əmrləri layiqincə yerinə yetirmiş, yoldaşları və komandirləri arasında hörmət qazanmışdır. Təvazökardır, məişətdə sadədir və böyük komandirlərə qarşı nəzakətlidir. Azərbaycan Respublikası Konusititusiyasına və Qanunlarına ciddi riayət edir, hərbi anda sadiq, hərbi nizamnamələrin tələblərini özünə rəhbər tutur, komandirlərin əmrlərinə sözsüz tabe olur, hərbi geyim qaydalarına hörmətik yanaşır. Vətəni Azərbaycana, öz xalqına və dövlətinə sədaqətlidir. Əsgər Təqsirləndirilən şəxs yaxşı xidməti göstəricilərini nəzərə alınaraq komandanlıq tərəfindən ona dəfələrlə təşəkkür elan edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tağı-zadə Cəsur Adil oğlu adənda 30 avqust 2019-cu il təvəllüdlü övladı vardır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş və həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 24 may 2024-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Səbail Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşllər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 oktyabr 2023-cü il tarixli tələbanməsindən görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Yasamal Rayon Məhkəməsi tərəfindən təqsirli bilinərək 2500 manat cərimə cəzası ilə hökm çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını, himayəsində bir azyaşlı övladının olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsi 08 aprel 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bu səbəbdən, məhkəmə, Yasamal Rayon Məhkəməsi 08 aprel 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli və təyin edilmiş 2500 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğunu, habelə 16 may 2024-cü il tarixdən 12 iyun 2024cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 X16-narkoloji X5 xx.xx.2023-cü tarixli 6829 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,146 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-224/2016 saylı, 08 aprel 2016-cı il tarixli hökmü ilə müəyyən olunmuş və ödənilməmiş 2500 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə birləşdirilsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2500 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, 16 may 2024cü il tarixdən 12 iyun 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2500 manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2500 manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron ərazi hüdudlarını tərk etməmək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 7-ci bina, 152-ci mənzildəki yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bəhlu oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,146 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-136/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-136/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver