Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-136/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X1 iştirakları ilə, xx xxxxxx 2006-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, Zəngilan rayon, Ağalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşayan, cinayət törədərkən yetkinlik yaşına çatmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 01 dekabr 2024-cü il tarixdə saat təxminən 01:30 radələrində X4 vətəndaşı X10 dəvəti ilə kirayə yaşadığı ünvan 2 ünvanda onunla 200 manat pul müqabilində görüşmək üçün gələrək, sonuncu mənzilin hamam otağına keçməsindən istifadə edərək mənzilin yataq otağında yerləşən çarpayıda olan döşəyin altından ona məxsus 4000 manat pulu gizli yolla talayaraq ələ keçirib zərərçəkmiş şəxs X14 ümumlikdə 4000 (dörd min ) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 1 (bir) ildir ki, 200 manat pulun müqabilində İnstqaramda tanış olduğu istənilən şəxslər ilə cinsi münasibətə girmişdir. Onun cinsi münasibətlərə girməyi maddi ehtiyacları ilə bağlı olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 30 noyabr 2024cü il tarixdə saat təxminən 21 radələrində o, tək Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən “Malakan” hotelinin yaxınlığında piayda özü üçün gəzərkən, həmin vaxtı sonradan polis bölməsində soyadı, adı atasının adı ona məlum olan X4 vətəndaşı X7 yaxınlaşaraq onunla ingilis dilində tanış olmağını bildirmişdir. Bu zaman o, isə ona etiraz etməyərək onunla tanış olmuş, bundan sonra ondan onun onunla əlaqə saxlamaq üçün ondan mobil telefon nöbmərəsini istəmiş, o, isə ona oz istifadəsində olan ***-***-**-** GSM mobil telefon nömərəsini verərək onunla sağolaşaraq ondan ayrılmışdır. Bundan sonra o, həmin ünvanın ətrafında bir qədər gəzərkən X6 istifadə etdiyi mobil telefona zəng edərək onun ünvan 2 saylı mənzildə tək olduğunu, onu mənzilə dəvət edərək onunla görüşmək istədiyini bildirmişdir. Bu zaman o, isə ona onunla pul müqabilində görüşməyi üçün ondan 250 manat pul istəmiş, o. isə ona 200 manat pul verəcəyini bildirərək onunla razılaşmışdır. Bunadan sonra təxminən 01 dekabr 2024-cü il tarixdə saat 01 radələrində o, onun qeyd etdiyi ünvana tək gəlmiş, X11 evdə tək olmuş, bu zaman mənzilin yataq otağında olan çaprayının altından ona 200 manat pul verərək, o, isə həmin pulları çarpayının altında olduğunu görmüşdür. Bundan sonra X16 yuyunmaq üçün mənzildə olan hamama keçərkən, o, həmin çarpayının alıtında olan pulları oğurlamaq qərarına gələrək və oradan 2 ədəd xarici pasortların olduğunu və hər birinin arasında 1000 manat pul olduğunu görərək həmin pulları pasportların arasından götürüb və pasportoları isə yerinə qoymuşdur. Bundan sonra X16 hamamdan çıxarkən, o, ona onun onunla görüşmək istəmədiyini bildirərək mənzili tərk etdikdə, onun ona verdiyi 200 manat pulu isə ona qaytarmaq istəyərək həmin 200 manat pulu götürməmişdir. Bundan sonra o. isə mənzili tərk edərək çıxıb həmin ünvanın həyətinə düşmüş və onun əvəllər tanışı olan taksi kimi fəaliyyət göstərən Xalidə zəng edərək onu yaşadığı Abşeron rayonu Xırdalan şəhərinə aparmasını bildirmiş, Xaliq isə həmin ünvanın qarşısına gələrək ona evə aparmışdır. Elə həmin günü X6 mobil telefonuna zəng edərək onun tərəfindən mənzilindən pul oğurladığını bildirmişdir. Bu zaman o, isə ona pul oğurlamadığını bildirmişdir. Lakin səhərsi günü yəni 02 dekabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində o, Binəqədi rayonu Dərnəgül şossesi ünvandan yaşadığı Abşeron rayonu Xırdalan şəhərinə Xalidin taksi kimi fəaliyyət göstərdiyi avtomobili ilə gedərkən onları yolada Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən saxlayaraq poiıs bölməsinə dəvət etmişlər. Bu zaman o, artıq başa düşmüşdür ki, onun tərəfindən X8rşı oğurluq etdiyi üçün onları saxladıqılarını, o, orada oğurluq hadisəsini tam səmimi olaraq etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşlarına X18,mandan oğurladığı 2000 manat pulu isə yaşadığı ünvanda olduğunu və onlara könüllü təqdim etmişdir. O, törətmiş olduğu cinayət əməlində peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı könüllü olaraq qismən ödədiyini və hal-hazırda hamilə olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 30 noyabr 2024-ci il tarixdə saat 17 radələrində o, və onun qaradaşı X9 ilə birlikdə X12 Afrabad şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gəzmək üçün gəlmişlər. Eə həmin günü yəni saat 18 radələrində isə ünvan 2 ünvanı kırayələdikdən sonra, saat 23 radələrində qardaşı ilə birlikdə gəzmək üçün ünvan 6 ünvanın həyətinə düşərək bır qədər gəzikdən sonra bir nəfər əslən azərbaycanlı olan X5 ilə tanış olmuşdur. Tanış olduqdan sonra bir-biriləri ilə əlaqə saxlamaq üçün mobil telefonlarının nömrələrinin vermiş, elə həmin günü yəni 30 noyabr 2024-cü il tarixindən, 01 dekabr 2024-cu il tarixinə keçən gecə saat təxminən 01 radələrində o, Zəhra adlı qadına zəng edərək onu onların kirayə yaşadıqları ünvan 7 ünvana qonaq kimi dəvət etmişdir. Bu zaman elə həmin günü təxminən 30 dəqəiqdən sonra Zəhra adlı qadın qeyd olunan mənzilə gəlmişdir. Həmin vaxtı mənzildə qardaşı isə mənzildə olmamış, onunla birlikdə şəhərə gəzməyə getsədə mənzilə gəlməmişdir. Bundan sonra Zəhranın razlığı ilə o, onunla cinsi əlaqə olmağının müqabilində 200 manat pula razılaşaraq, o, ona yataq otağında olan çaprayının alıtına qoyduğu ona məxsus 4100 manat puldan 100 manat pulu götürərək və üzərində isə 100 manat pulu çıxarıb ona 200 manat pul vermişdir. Bu zaman o, mənzildə olan hamama keçərək yuyunduqdan sonra mənzilin yataq otağına keçerək Zəhra ilə cinsi əlaqədə olmaq istəyərkən Zəhra onunla cinsi əlaqədə olmağından imtina edərək mənzildən getmək istədiyini bildirmişdir. Bu zaman o, isə ona heç bir etiraz etməyərək mənzili tərk edərkən, onun ona verdiyi 200 manat puluda özü istəməmişdir. Bundan sonra o, Zəhranın hərəkətlərindən şübhələnərək mənzilin yataq otağının çarpayının altına qoyduğu 4000 manat pula baxdıqda artıq pulun orada olmadığını və Zəhra tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi barədə DİN-nın 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Elə həmin günü onun kirayə yaşadığı ünvana Səbail RPl-nin 9-cıı PBnin əməkdaşları gəlmiş və baş vermiş hadisə barədə o, onlara məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis oölməsinə gedərək orada Zəhra barəsində şikayət ərizəsilə müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, Zəhra onun kirayə yaşadığı ünvana tək gəlmiş, məmzildən ondan və Zənradan başqa heç kəs olmamışdır. Həmin vaxtı Zəhra ona qarşı hər hansı bir fiziki zor tədbıq etməmişdir. Zəhranın əlində silah qismində əşya və ya hər hansı bir predmet olmamışdır. Onun Zəhraya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarından olan “hadisə yerinə baxış keçirilməsi haqqında” prptokoldan görünür ki, zərərçəkmiş X4 vətəndaşı X16, Təqsirləndirilən şəxs tərəfindən 4000 manat pulun oğurlandığı yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 2 ünvanın olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2000 manat dəymiş ziyan polis əməkdaşına könüllü təqdim etmiş, həmin 2000 manat ondan götürülərək baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Eyni zamanda həmin 2000 manat pul maddi sübut kimi tanınaraq, zərərçəkmiş şəxs X4 vətəndaşı X11 03 dekabr 2024-cü il tarixdə Səbail RPİ-nə ərizə əsasında məhkəmə baxışınadək saxlanılması üçün sonuncuya təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş X19 X20 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Ultrasəs Müayinəsindən görünür ki, o, 32 həftə 6 günlük hamilədir. İş materiallarından olan şübhəli şəxs qismində tutulmaq protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə Azərbayxan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 04 dekabr 2024-cü il tarixdə onun barəsində “yetkinlik yaşına çatmayam nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, X1 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X2 cəza təyin edərkən onun əməlini etiraf edərək peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, gənc olmasını, ziyanı qismən ödəməsini və hamilə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs X1 onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, təqsirləndirilən şəxs X1 ibtidai istintaq zamanı 03 dekabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respunblikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X5, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X1 03 dekabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X1 üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 9 ünvanındakı yaşayış yerini hər gün saat 23-00dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 385 (üç yüz səksən beş) manat pul tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun “Ekspress Bank”dakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və\ ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-136/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-136/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver