Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-137/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 nümayəndəsi X14, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 nümayəndələri və vəkilləri Nümayəndə2 Ağamməd oğlu və Nümayəndə1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 vəkili X5, Barəsində şikayət verilmiş şəxs X2, onun vəkilləri X10 və X3 iştirakları ilə, X25 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 nümayəndələri və vəkilləri Nümayəndə2 Ağamməd oğlu və X38 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və Olaylar.az xəbər saytının inzibatçısı X41 və həmin saytın təşkilatçısı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul xahiş etmişlər. Şikayətin onunla əsaslandırılmışdır ki, Olaylar.az xəbər saytının inzibatçısı X41 və həmin saytır təşkilatçısı X11 (bundan sonra məlumatları yayan şəxslə adlanacaqdır) yalan olduğunu bilə-bilə X16 və onun ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi informasiya ehtiyatında yaymaqla ona və ailəsinə böhtan (habelə ağır cinayətdə ittiham etməklə böhtan) atmış, həmçinin kütləvi informasiya vasitəsində və kütləvi informasiya ehtiyatında yaymaqla onun və ailəsinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, yəni X19 və onun ailə üzvlərinə rüşvət vermək, qaçaqmalçılıq və s. cinayətlər törətməkdə böhtan atmış, habelə onları erməni əsilli olmaqla, haram yollarla milyonlara sahib olmaqla, yüngül həyat tərzi keçirməklə və s. bu kimi nalayiq ifadələrlə təhqir etmişdir. Həmin cinayət əməlinin faktiki və hüquqi halları ondan ibarətdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 20.34-dən etibarən Olaylar.az internet xəbər saytında “Qarabağ qazisinin qanını pulla yumaq istəyirlər-sərt reaksiya” başlıqlı xəbər-yazı (bundan sonra yazı adlanacaq) yayımlanmış və yazıda qeyd olunanlar X19 və onun ailə üzvlərinə ünvanlanmış böhtan və təhqirlərdən ibarət olmuşdur. Belə ki, həmin yazının əvvəlində göstərilmişdir: Bakı-Sumqayıt şossesinin Yaşama rayonu ərazisinə düşən hissəsində X30 idarə etdiyi “Silverado minik avtomobili ilə Qarabağ əlili, 1975-ci il təvəllüdlü X31m vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. ..., sürücı saxlanılıb. Amma bu işdə müxtəlif müəmmalar ortaya çıxıb, iddialara görə, Qarabağ qazisinin ölümünə səbəb olan M.Bəşirov saxlanılsa da, o, külli müqdarda rüşvət verib Oarabağ qazisinin qanını pulla “yumağa” çalışır... Necə ola bilər ki, külli miqdardı vəsait verərək dinc şəraitdə hərbi xidmət keçməkdən boyun qaçıran M.Bəşirov kim imkanlı ailənin rəzil övladı XXL əsrdə, günün günorta çağında ərazilərimizin bütövlüyı uğrunda canını, qanını sipər etmiş qazinin qanını pulla yumağa çalışsın?!... Həmin yazının digər hissəsində qeyd olunmuşdur: Yuxarıda Qarabağ qazisiniı ölümünə fərman verən M.Bəşirovun hərbi xidmət keçmədiyini söylədik. Bəli, düz oxudunuz, bu adam heç vaxt hərbi xidmət keçməyib. Biz ..., M.Bəşirovun kimliyi ilə maraqlandıq. O və onun himayədarları ilə bağlı çox şübhəm, müdhiş məlumatlar əldc etdik. Həmin yazının digər hissəsində Mirzə Bəşirovun barəsində ... o qatilin həbsinə nail olmaq mümkün olacaq., ifadəsi qeyd olunmuşdur. Məlumatlarda qeyd olunmuşdur ki, ... A.Məmmədovu qətl edən M.Bəşirov rüşvət və korrupsiya yolu ilə özünü hərbi xidmətdən saxladıb. O, haram yollarla milyonlara sahib olan, yüngül həyat tərzi keçirən bir şəxsdir. Vedidən olan M.Bəşirov və atası X26 (red - yəni erməni əsilli) xaricdən qaçaqmalçılıq yolu ilə mal gətirirlər. Onlar bir neçə dəfə cinayət törətsələr də, sonda sudan “quru” çıxmağ bacarıblar. Çox keçməz ki, son hadisə ilə bağlı da “bəraət ” alarlar. Daha sonra məlumatları yayan şəxslər, yazıda Mirzə Bəşirovun anasının adına bankda yarım milyon pul vəsaitinin yatırıldığını bildirmiş, onların Sumqayıtdakı villada müxtəlif yollarla gizlədib satdığı təhlükəli, zəhərli qazdan nələr qazandığını bir Allah bilir. M.Bəşirov nişanlandığı qıza və ailəsinə kələk gələrək külli miqdarda pul “atıb” və buna görə, nişanı qayıdıb ifadələrini, M.Bəşirovun bacısı qarnında uşaq olduğunu bəhanə edərək sığındığı adamı atası ilə birləşib “soyublar”. Həmin oğlanın evini satdıraraq təzəsini öz adına alıb, onu da əlindən alıb, sonra da o oğlanı həbs etdiriblər. Bir sözlə onlar ailə deyil bir mafıoz qruplaşmadır və s. - bu kimi böhtan və təhqirdən ibarət ifadələr işlətmişdir. Daha sonra məlumatları yayan şəxslər, onlarla iş görən adamların həbsə alındıqlarından, Mirzə Bəşirovun atası İlqar Bəşirovun isə Türkiyəyə qaçaraq məsuliyyətdən kənarda qalmağını və rüşvər verərək işi bağlatdırmağı kimi yalan, böhtan xarakterli məlumatlar yazmışdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 saylı Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərşəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərində istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistika ekspertizası keçirmələ tövsiyə edilir. Sözügedən yazıda sözlər, söz birləşmələri və cümlələrin təhqir və böhtan xarakter olub-olmamasını linqvistik baxımdan müəyyən edilməsi üçün X4 müraciət edilmiş və bununla bağlı həmin təşkilat tərəfində xx.xx.2020-ci il tarixli, 228 saylı mütəxəssis rəyi (bundan sonra rəy adlandırılacaq tərtib edilmişdir. Rəydə qeyd edilmişdir: -...Yayımlanmış yazıda M.Bəşirovun çoxsaylı cinayət əməlləri törətdiyindən haram yollarla milyonlara sahib olmasından, zəhərli qaz satmasından, rüşvət verməl yolu ilə hərbi xidmətdən yayınmasından, xaricdən qaçaqmalçılıq yolu ilə mal gətirməsindən, soyğunçuluq etməsindən, qohumluq əlaqələrində olduğu şəxslərə kələk gələrək pullarını mənimsəməsindən danışılır. Məlumatlar ən kəskin üslubda nəql olunur. Mətndə neytral məlumatlandırma deyil, sərt ittiham xarakteri daha qabarıq müşahidə olunur. Mətnin təşkilində istifadə olunan linqvistik vahidlər birmənalı olaraq aid edildiyi şəxsin (şəxslərin kəskin mənfi obrazını yaratmağa xidmət edir. Yazıda eyni zamanda Bəşirovun yaxınlarının şəxsi həyatına da müdaxilə edən fikirlər yer alır, müxtəlif qeyri-etik rəy yaradıcı söz və ifadələrdən istifadə olunur. Bütünlükdə məlumatların aid edildiyi M.Bəşirov qeyri-şərtsiz qatı cinayətkar kimi təqdim edilir, çoxsaylı hüquqa zidd əməlləri olduğu qeyd edilir va bu zəmində özünün və ailə üzvlərinin əxlaqı da kəskin neqativ tərzdə qiymətləndirilir. Mətndə irəli sürülən fikirlər hər hansı ehtimal və şərtilikdən uzaq, dəqiq faktlar kimi göstərilir. Hər istiqamətdə şəxsin qatı cinayətkar, neqativ əxlaqlı portreti yaradılır. Rəyin nəticə hissəsində qeyd edilmişdir: Tədqiqat materialı olan “Qarabağ qazisinin qanını pulla “yumaq” istəyirlər!””adlı yazıda X16 və ailə üzvlərinin barəsində işlədilmiş bir çox söz və ifadələr-“rəzil övlad”, “mafioz”, “kələk gəlib”, “bacısı haqqında xoşagəlməz söz- söhbət gəzir”, “sırındığı adam”, “pul atıb”, “pulla şəxsiyyət qayırmaq istəyirlər”, “qatil” təhqir xüsusiyyətli sözlər və ifadələrdir. Tədqiqat materialı olan “Qarabağ qazisinin qanını pulla “yumaq” istəyirlər!””adlı yazıda X30 tərəfindən törədildiyi iddia edilən cinayət xarakterli məsələlər hüquqi təsdiqini tapmadığı halda şəxsin nüfuzunu, şərəf və ləyaqətini alçaltmaqla ləkələyən məlumatlar hesab olunur. Beləliklə sözügedən rəy mötəbər sübuti əhəmiyyət kəsb etməklə linqvistik baxımdan törədilmiş cinayət əməllərinin faktiki hallarının daha aydın şəkildə müəyyən edilməsinə imkan yaradır. Məlumatları yayan şəxslər, yazıda öncə, təqsirsizlik prezumpsiyasma zidd olaraq X20 “Qarabağ qazisinin ölümünə fərman verməkdə, səbəb olmaqda, onu qətl etməkdə, qatil” olmaqda, sonra isə onu bu işlə bağlı “külli müqdarda rüşvət vermədə ” (ağır cinayət törətməkdə) ittiham edilir. Rəydə “Qarabağ qazisinin ölümünə fərman verən M.Bəşirov...”-kiminsə “ölümün fərman verildiyi”nin bildirilməsi aid edildiyi şəxsin məqsədli olaraq cinayət törətdiyi adam öldürdüyü anlamını bildirir; “Qatil”-öldürən, adam öldürən, cani; “M.Bəşiro1 saxlanılsa da, o külli miqdarda rüşvət verib Qarabağ qazisinin qanını pulla yumağ çalışır”-pul gücünə məsuliyyətdən yayındığı bildirilir - kimi göstərilmişdiı Göstərilənlərə əsasən məlumatları yayan şəxslərin əməlində Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 147.2-ci maddəsindəki cinayətin tərkib əlamətləri mövcuddur. Sonra məlumatları yayan şəxslər, M.Bəşirovu “rüşvət və korrupsiya yolu il özünü hərbi xidmətdən saxladı ”, habelə “M.Bəşirov nişanlandığı qıza və ailəsinə kələ gələrək külli miqdarda pul “atıb” ” ifadələrini işlətmişdir. Rəydə “Rüşvət verib”- öz xeyrinə olaraq bir işi gördürmək xatirinə hər hansı bi vəzifəli şəxsə verilən pul və ya digər maddiyyat hüquqda eyni zamanda cinayət hesab olunur; “A.Məmmədovu qətl edən M.Bəşirov rüşvət və korrupsiya yolu ilə özünü hərb xidmətdən saxladıb”- rüşvət verməklə hərbi xidmətdən yayındığı bildirilir; “Pul atıb” jarqon sözü olub, xalq dilində birindən alman pulu mənimsəmək, danmaq, qaytarmama' kimi yozulur; “M.Bəşirov nişanlandığı qıza və ailəsinə kələk gələrək külli miqdarda pul atıb” şəxsin hiylə işlətmə, aldatma yolu ilə nişanlandığı ailədən pul əldə etdiyi bildirili - kimi göstərilmişdir. Nəticədə məlumatları yayan şəxslər M.Bəşirovu ağır cinayət törətməkdə ittiham etmişdir ki, bu hal da onların əməlində Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən cinayətin tərkib əlamətlərini olduğuna dəlalət edir. Sonra məlumatları yayan şəxslər, M.Bəşirovun barəsində “o, haram yollarla milyonlara sahib olan, yüngül həyat tərzi keçirən bir şəxsdir, ” ifadəsini işlətməklə onu təhqir etmişdir. Rəydə “O haram yollarla milyonlara sahib olan, yüngül həyat tərzi keçirən bu şəxsdir” - cümlədə iki istiqamətdə mənfi informasiya əks olunur. Şəxsin “haram”, yəni yasaq yolla pul qazandığı, digər məlumatda, yüngül həyat tərzi keçirməsi isə yəni mənəvi dəyərlərlə uzlaşmayan tərzdə yaşadığı bildirilir - kimi göstərilmişdir. Bu hal da məlumatı yayan şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 ci maddəsində göstərilən cinayətin tərkib əlamətlərinin olduğuna dələlət edir. Digər bir epizodda məlumatları yayan şəxslər, “ Vedidən olan M.Bəşirov və atası X26 (red -yəni erməni əsilli) xaricdən qaçaqmalçılıq yolu ilə mal gətirirlər. Onlar bir neçə dəfə cinayət törətsələr də sonda sudan “quru” çıxmağ bacarıblar ifadələrini işlətməklə onları qaçaqmalçılıq və bir neçə cinayət törətməkd ittiham etmişdir. Rəydə “Xaricdən qaçaqmalçılıq yolu ilə mal gətirirlər”- cinayət əməllərindən olub qanunazidd fəaliyyətdir; “Onlar bir neçə dəfə cinayətlər törətsələr də, sonda “sudan qur çıxmağı” bacarıblar” - nəzərdə tutulmuş şəxslərin törətdikləri cinayətlərə rəğmən cəzasız qalmağı bacardıqları bildirilir - kimi göstərilmişdir. Bu hal da məlumatı yaya şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən cinayətin tərkib əlamətlərinin olduğuna dələlət edir. Sözügedən yazıda məlumatları yayan şəxslər, “onların Sumqayıtdakı villada müxtəlif yollarla gizlədib satdığı təhlükəli, zəhərli qazdan nələr qazandığını bir Allah, bilir - ifadəsini, onlarla iş görən adamların həbsə alındıqlarından, Mirzə Bəşirovu atası ilqar Bəşirovun isə Türkiyəyə qaçaraq məsuliyyətdən kənarda qalmağını rüşvət verərək işi bağlatdırmağı” - kimi ifadələri işlətməklə onu hansısa cinayət törətməkdə, sonra da cinayət məsuliyyətindən yayınmaqda ittiham etmişdir. Rəydə “Müxtəlif yollarla gizlədib satdığı təhlükəli, zəhərli qazdan nələ qazandıqlarını bir Allah bilir” - pul qazanmaq məqsədi ilə insan sağlığına zərərli olan qazların satışını həyata keçirdikləri bildirilir - kimi göstərilmişdir. Bu hal da məlumat yayan şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-c maddəsində göstərilən cinayətin tərkib əlamətlərinin olduğuna dələlət edir. Məlumatları yayan şəxslər, onları “erməni əsilli adlandırmaqla, M.Bəşirovm bacısı qarnında uşaq olduğunu bəhanə edərək sırındığı adamı atası ilə birləşib "soyublar Həmin oğlanın evini satdıraraq təzəsini öz adına alıb, onu da əlindən alıb sonra da o oğlanı həbs etdiriblər. Bir sözlə onlar ailə deyil bir mafıoz qruplaşmadır ”ifadələrini işlətməkə onu və ailə üzvlərini təhqir etmişdir. Rəydə “M.Bəşirovun bacısı ilə bağlı da xeyli xoşagəlməz sözsöhbətlər dolaşır bu iddialara görə bacısı qarnında uşaq olduğunu bəhanə edərək sırındığı adamı atası il birləşib “soyublar”” - Şəxsin bacısının şəxsi həyatına aid məlumat olub, millimənəvi eyni zamanda əxlaqi dəyərlərə zidd hallar və xarakterlə təqdim olunur; “Onlar ailə deyil, mafıoz qruplaşmadır” - sözügedən ailənin tamlıqla mafıoz əməllərə malik olduqları və fəaliyyət göstərdikləri ifadə olunur - kimi göstərilmişdir. Bu hal da məlumatı yayan şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilən cinayətin tərkib əlamətlərinin olduğuna dələlət edir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyala Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli, ETX 01/132-20 saylı məktubuna görə X1 (Olaylar.az inzibatçısı X32r. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli **********4315000 saylı məktubuna görə “X8” MMC nin qanuni təmsilçisi X32r. X7 direktoru və “Olaylar.az” saytın inzibatçısı Yuni Oğuzun verdiyi arayışa görə X11 “Olaylar” İnformasiya Agentliyin direktor müavini və “Olaylar.az” saytının təşkilatçısı vəzifəsində işləyir. Yuxarıda bəhs edilən böhtan və təhqir xarakterli məlumatlar Olaylar.az xəbər saytında yayımlanmışdır. Sözügedən yazının müəllifinin məlumatları yayan şəxslər olduğunu təsdiq edən şahidlərdən biri X11 ilə ilk telefon danışığı aparan Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 21, mənzil 69-da qeydiyyatda olan, Miri Bəşirovun qohumu X17r. O, həmin yazıya öz kəskin etirazını bildirmiş, dərhal yazının saytdan götürülməsini tələb etmiş ona cavab verən Fatma Abbasquliyeva isə yazının müəllifi olduğunu bildirmiş, yazılanları təkzib edən faktları təqdim olunmadığı təqdirdə məqalənin təkrar yayımlanacağını və saytdan götürülməyəcəyini bildirmişdir. Həmin yazının müəllifinin məlumatları yayan şəxslər olduğunu təsdiq edən digər şahid X11 ilə telefon danışığı aparmış Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mkr., 499 M 16, mənzil 2-də qeydiyyatda olan, Mirzə Bəşirovun qohumu olan X18r. O da həmin yazıya öz kəskin etirazını bildirmiş, yazının saytdan götürülməsini tələb etmiş, ona cavab verən Fatma Abdullayeva isə yazının müəllifi olduğunu etiraf edərək yazılanları təkzib edən fakt təqdim olunmadığı təqdirdə məqalənin təkrar işıqlandırılacağını və saytda götürülməyəcəyini bildirmişdir. Mirzə Bəşirovun atası İlqar Bəşirov xx xxxxxx 2019-cu il tarixdə elektron qaydada ‘‘Olaylar” İnformasiya Agentliyinə müraciət edərək mənbə barədə məlumat verilməsiı xahiş etmiş, habelə həmin orqanın Baki şəhəri, M.Müşfiq küçəsi 4/4 ünvanında yerləşən ofisinə gedərək ərizə ilə müraciət edilməsinə baxmayaraq heç bir cavab almamış, günün iş saatlarında bir neçə dəfə ofisdə olsa da nə baş redaktor, nə də redaktoru yerində tapmamış, ofisdə olan qadın işçilər isə özlərini təqdim etməkdən yayınaraq özlərini təsadüfi şəxslər kimi aparmışlar. Sözügedən yazı Aqreqator.az saytında da yayımlanmışdır. X30 xx xxx 2020-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət ərizəsilə Bakı şəhəı Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Aqreqator.az saytının inzibatçısı Kazımov Ərəstun Əlövsət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsini 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittihan qaydasında şikayət verilmiş Kazımov Ərəstun Əlövsət oğlunun müdafiəçisi vəkil X33 və Aqreqator.az saytını təmsil edən X34 bildirmişlər ki, Aqreqator.az internet xəbər saytı “Qarabağ qazisinin qanın pulla yumaq istəyirlər-sərt reaksiya” başlıqlı xəbəri (yazını) mənbə kimi başqlıq internet xəbər saytından (Olaylar.az) götürmüş, həmin xəbərdə göstərilmiş məlumatların həqiqətə uyğun olmamaqla yanaşı böhtan və təhqir xarakteri olduğunu qəbul edirlər, bu xəbərə görə Aqreqator.az internet xəbər saytı xx.xx.2020-ci il tarixdə təkzib vermiş, şikayətçidən üzrxahlıq etmələri barədə yazıl müraciət tərtib edərək şikyətçiyə və məhkəməyə təqdim etmişlər. Qeyd olunanları, yəni məsələnin barışıqla nəticələndiyini nəzərə alaraq Mirzə Bəşirov xx xxx 2020ci il tarixli xüsusi ittiham qaydasında şikayətindən imtina etməli məhkəmədən şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qət edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)- 271/2020 saylı Qərarı ilə xüsusı ittiham qaydasında şikayət verən şəxs X30 şikayətindən imtina etdiyindən Kazımov Ərəstun Əlövsət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xx xxx 2020-ci il tarixli xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 1(001)-271/2020 saylı Qərarı ilə müəyyən olunan preyudisiyal hal ondan ibarətdir ki, həmin iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilə tərəf sözügedən yazıdakı məlumatların mənbə kimi Olaylar.az internet xəbər saytından götürüldüyünü və həqiqətə uyğun olmamaqla yanaşı böhtan və təhqir xarakterli olduğu etiraf etmişdir. Məlumat üçün bildirir ki, Mirzə Bəşirov sahibkarlıq fəaliyyəti ilə məşğul olub xəstəliyi üzündən həqiqi hərbi xidmətdə olmamışdır, Milli Atçılıq Federasiyasının üzvüdür, ölkəmizi beynəlxalq yarışlarda təmsil edir, hətta qaliblər kürsüsünə qalxaraq Respublikamızın bayrağını dalğalandırmışdır. Mirzə Bəşirovun atası, X26 ali təhsilli energetikdiı yanğindan təhlükəsizlik məsəslələri üzrə bir neçə layihələrin müəllifidir, ixtiralası mövcuddur, bu sahədə bir çox naliyyətlər qazanmışdır, dövlət əhəmiyyətli layihələrin hazirlanmasında iştrak edir, müvafiq nazirliklərdə keçirilən konfranslarda müşavirələrdə dəvət alaraq iştrak edir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, hazırda müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. İlqar Bəşirov əslən qərbi Azərbaycandandır (indiki Ermənistan), onun babas X21 Ermənistan SSR-nin Ali Sovetinin sədr müavini vəzifəsində işləmiş, uzun illər qərbi Azərbaycanda yaşayan soydaşlarımıza maddi və mənəvi dəstək vermişdir, onun 139 saylı deputat bileti hazırkı vaxtadək qorunub saxlanılmışdır. Mirzə Bəşirovun babasının adının Karlen olması Sovetlər birliyinin özlərinə ideal lider seçdikləri Karl Maks və Ulyanov Lenin adlarının (Kar-Len) birləşdirilməsindən yaranmış bir addır. Mirzə Bəşirovun əmisi X27 Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1994-cü ildə Ağdərə bölgəsində qəhramancasına şəhid olmuşdur, onun ailəsi şəhid ailəsidir, anasına şəhidlik vəsiqəsi verilmişdir. İlqar Bəşirov evlidir, həyat yoldaşı X22 evdar qadındır, iki övladı vardır, oğlu Mirzə Bəşirov və qızı Əsmər Bəşirova. Mirzə Bəşirovun bacısı Əsmər Bəşirova rəssamlıq fəaliyyəti ilə məşğul olur. Əsmər Bəşirova xx.xx.2014-cü il tarixdə X39 ilə ailə qurmuş, nigahdan xx.xx.2015-ci il təvəllüdlü oğlu Elmir Sadıqov dünyaya gəlmişdir. xx.xx.2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən onunla Elmin Sadıqov arasındakı nikaha xitam verilmiş, az yaşlı uşağın anasının yanında qalmaqla Elmin Sadıqovdan aliment tutulması qət edilmişdir. Nikahın ləğv olunmasını və ailənin dağılmasına səbəb Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Elmin Sadıqovun arvadına, yəni Əsmər Bəşirovaya işgəncə və əzab verməsi olmuşdur. xx.xx.2018-ci il tarixdə DTX-dən kənarlaşdırılan Elmin Sadıqov Bakı şəhər prokurorluğunda istintaq olunmuş cinayət işi üzrə xx.xx.2018-ci il tarixi qərara əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2018-ci il tarixli Səbail rayon məhkəməsinin qəararına əsasən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli ittiham hökmünə əsasəı X39 Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsiri bilinərək məhkum edilmiş və 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası almışdır xx xxxx 2019-cu il tarixdə gecə saat 23:00 radələrində Mirzə Bəşirov idarə etdiy nəqliyyat vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində 20 Yanvar körpüsünüı üzərində yolun piyada keçidi olmayan hissəsində hərəkətdə olarkən piyadanın ölümü il nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə ilə bağlı Yasamal rayoı ?İ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət iş başlanaraq istintaq aparılmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman hadisə yerind olan Mirzə Bəşirov hadisə yerinə dərhal təcili tibbi yardım çağırmış, hadisə barəsində .Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölən piyada X23r, o müharibə veteranı olaraq 2-c qrup əlildir. Yuxarıdakı məlumatları məhkəməyə bildirməkdə məqsəd odur ki məlumatları yayan şəxslər “Qarabağ qazisinin qanını pulla yumaq istəyirlər-sər reaksiya” başlıqlı xəbərləri yayımlamaqla həmin hadisələrə tamamilə fərqli, yalan don geyindirmiş, o cümlədən həmin vaxt cəmi ikicə gün əvvəl baş vermiş yol nəqliyyat hadisəsi üzrə ibtidai araşdırmanın yekunlaşmadığı, kiminsə təqsirini] müəyyən edilmədiyi halda, yol-nəqliyyat hadisəsinin absurd olaraq sanki qəsdə törədilməsi iddiasını irəli sürmüş, bununla da təqsirsizlik prezumpsiyasınıı tələblərini pozaraq ictimaiyyətdə çaşqınlıq yaratmış, habelə Mirzə Bəşirova və onun ailə üzvlərinə qarşı neqativ münasibət yaratmağa cəhd etmiş, nəticədə Mirzə Bəşirova və onun ailə üzvlərinə böhtan atmış, onları təhqir etmişdir. Həmin vax baş vermiş yol-nəqliyyat hadisəsinə veriləcək hər hansı hüquqi qiyməti nəticəsini gözləmədən Mirzə Bəşirov və onun yaxınları mərhumun ailə üzvlərinə baş sağlığ vermiş, hadisənin onlar üçün də çox üzücü olduğu bildirilmiş, tərəflər həmin yol nəqliyyat qəzasının hadisələrin təsadüfü axarı zəminində baş verdiyini dərk edərək bu bədbəxt hadisəni anlayışla qarşılamışlar. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəm təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 saylı Qərarının (bundan sonra - Qərar) giriş hissəsində qey olunmuşdur ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Göstərilənləri nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və Olaylar.az xəbər saytının inzibatçısı X41 və həmin saytın təşkilatçısı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 Ağamməd oğlu şikayəti müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və Olaylar.az xəbər saytının inzibatçısı X41 və həmin saytın təşkilatçısı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və Olaylar.az xəbər saytının inzibatçısı X41 və həmin saytın təşkilatçısı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi X26 şikayəti müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və Olaylar.az xəbər saytının inzibatçısı X41 və həmin saytın təşkilatçısı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X11 şikayətə etiraz edərək göstərmişdir ki, o, Olaylar.az internet saytının təşkilatçısı “Olaylar” İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyir. O, işlədiyi müddətdə “Qarabağ qazisinin qanını pulla yumaq istəyirlər-sərt reaksiya” başlıqlı yazı hazırlamayıb və belə yazını Olaylar.az internet saytında müəllif kimi dərc etməyib. Həmin başlıqlı yazının hansı mənbədən əldə edilməsində onda heç bir məlumat yoxdur. Hesab edir ki, şikayətçi tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X2 vəkili X24 şikayətə etiraz edərək şikayətçi tərəfindən şikayətində göstərilən dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X2 vəkili X12 şikayətə etiraz edərək şikayətçi tərəfindən şikayətdə göstərilən dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X25 vəkili X15 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 nümayəndələri və vəkilləri Nümayəndə2 Ağamməd oğlu və Nümayəndə1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq barəsində şikayət verilmiş şəxs X41 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş şəxs X25 iştirkı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə ilk olaraq şikayətin X13 aid hissədə qeyd etməyi zəruri hesab edir ki, işdə olan 1(009)-148/2019 saylı xüsusi ittiham qaydasında şikayətə dair materialdan görünür ki, X26 xüsusi ittiham qaydasında X6 qarşı şikayət verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)-148/2019 saylı qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə X26 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan narazı qalan X26 apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(103)- 1351/2019 saylı qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş X14 apelyasiya şikayəti təmin edilməmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə X26 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtinaya dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)-148/2019 saylı qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 və onun nümayəndələri və vəkilləri Nümayəndə2 Ağamməd oğlu və Nümayəndə1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(102)-328/2020 saylı qərarı ilə xüsusi ittihamçı X26 və onun nümayəndələri və vəkilləri Nümayəndə2 Ağamməd oğlu və Nümayəndə1 birgə verdikləri kassasiya şikayəti təmin edilməmiş, İ.K.Bəşirovun X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə X26 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması haqqında Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(009)- 148/2019 saylı hazırlı iclası qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(103)-1351/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə vurğulamağı vacib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibini istisna edən haldır. Göründüyü kimi hazırki işdə həmin işdə şikayətçi X35 olsa da, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 olmuş və şikayət mahiyyəti üzrə eyni olmaqla, yəni Olaylar.az xəbər saytında dərc edilmiş şərəf və ləyaqəti alçaldan yazı olmuş və bununla bağlı artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Belə ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş və ya iş materiallarına əlavə edilməmişdir. Halbu ki, məhkəmə araşdırması zamanı barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Olaylar.az xəbər saytında dərc edilmiş şərəf və ləyaqəti alçaldan, böhtan və təhqirlərdən ibarət yazının hansı mənbədən əldə edilməsi barədə onda heç bir məlumatın olmamasını qeyd etmiş, şikayətçilər tərəfindən isə həmin mənbənin ilk dərc edicisi Olaylar.az xəbər saytı olmasına dair sübut təqdim edilməmişdir. Bundan əlavə şikayətçilər barələrində şikayət verdiyi şəxslər X25 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsə də, sonuncuların hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını geniş fərqləndirməmişlər. Göründüyü kimi şikayət ərizəsində X36 və X6 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət ərizəsində göstərilən dəlillərin heç biri xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi üçün əsas deyildir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasəncinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 və X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X16 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən X2hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqsirləndirilən şəxs X25 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-137/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-137/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver