Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-137/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonu, Cəbrayıl şəhərində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, X5 küçəsi, ev ö/t-72 ünvanında müvəqəti yaşayan, barəsində “polisin nəzarəti” altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 24 aprel 2022-ci il tarixdə günorta saatlarında Səbail rayonu, 20-ci sahədə yerləşən “ibişin çay evi” kimi tanınan çay evində olarkən şəxsiyyəti istintaqa məlum olmayan “Mirmehdi” adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlayıb daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının əvvəlcədən əldə etdikləri əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı, 25 aprel 2022-ci il tarixdə saat 14:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində olan pul kisəsinin içində saxladığı açıq mavi rəngli kağıza bükülmüş bir ədəd içində 0,223 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Səbail rayonu, 20-ci sahə, X5 küçəsi, ev ö/t-72 ünvanında müvəqqəti olaraq anası və qardaşı ilə birlikdə yaşayır. Artıq uzun müddətdir, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli olaraq narkotik vasitələri müxtəlif üsullarla könüllü olaraq qəbul edir, buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən almış və bu cür əmələ görə əvvəllər məhkum olunmamışdır. 24 aprel 2022-ci il tarixdə günorta saatlarında Səbail rayonu, 20-ci sahədə yerləşən “Lombard”-ın yaxınlığındakı İbişin çay evi” kimi tanınan çayçıda tanışı Orxanın əsgər yoldaşı olan və Orxanın vasitəsi ilə tanış olduğu Mirmehdi adlı şəxs ilə oturmuş, orada Mirmehdinin siqaretindən istifadə etmək üçün ondan icazə almış və Mirmehdi siqaretin birini götürmək istədikdə demişdir ki, qutunun hamısını götürsün o özünə yenisini alacaq. O siqaret qutusunu götürmüş və çayçıdan çıxıb oranı tərk etmişdir. Sonradan siqaret qutusunun içərisinə baxdıqda orada gümüşü rəngli siqaret kağızına bükülmüş yandırılmış kokos adlanan “heroin” və mavi rəngli kağıza bükülmüş istifadə olunmamış heroini görmüş, istifadə olunmamış heroini oradan götürüb üzərində olan özünə məxsus pul kisəsinin içərisində qoyub istifadə etmək üçün üzərində saxlamışdır. 25 aprel 2022-ci il tarixdə saat 14:50 radələrində Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində gəzən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, onlara özü barəsində məlumat verdikdən sonra onlar onun narkotik aludəçisi olub-olmamağı barəsində maraqlanmışlar və o polis əməkdaşlarına narkotik istifadəçisi olduğunu dedikdən sonra onlar onu yaxınlıqdakı polis bölməsinə dəvət etmişlər və Polis Bölməsində olan zaman polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, cinayətin açılmasında fəal kömək etməsini, həbs olunacağı təqdirdə ağır xəstəlikdən əziyyət çəkən anasının köməksiz vəziyyətdə qalacağını, həmçinin ailənin yeganə qazanc gətirən şəxsi olmasını və gənc olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, özünün təsdiqedici ifadəsi, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə ondan və bölmənin baş əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzvləri ilə birlikdə əməliyyat məlumatında göstərilən ünvan 2 ünvanın ətrafında əməliyyat mövqeləri müəyyən edilmişdir. 25 aprel 2022-ci il tarixdə saat 14:50 radələrində ünvan 2 ünvanda zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, ona Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olması barədə məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə ünvan 3 ünvanında yerləşən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getməli olduğunu izah edib onu avtomobillə həmin ünvanda yerləşən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibində olan ağ rəngli, üzərində “Vinston” yazısı olan siqaret qutusunu və onunla birlikdə qara rəngli üzərində “Attenti” yazısı olan elektron izləmə cihazını təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış zamanı onun içərisindən 4 ədəd istifadə olunmamış siqaret dənəsi, bir ədəd bükülmüş formada bir manatlıq əskinas və gümüşü rəngli siqaret kağızına bükülmüş deməsinə görə istifadə etmək üçün sonradan yandırılmış narkotik vasitəyə bənzər maddə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd qara rəngli korpuslu, üzərində 070 və 055 prefiks kodlu ***-**-** saylı mobil nömrələr olan “Redmi” markalı telefonu və şalvarın arxa sağ cibində olan pul kisəsini təqdim etmişdir. Pul kisəsinin içərisinə baxış zamanı oradan bir ədəd Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd bir manatlıq Azərbaycan manatı olan əskinaslar, bir ədəd “BNA”-ya məxsus “Bakı kart” sərnişin kartı və həmin kartın arxasında olan açıq mavi rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə vətəndaş tərəfindən təqdim edilmişdir. Ardınca Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş və baxış zamanı gödəkçənin ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə sual olunduqda bükümün içində narkotik vasitə olduğunu və onu xx.xx.2022-ci il tarixdə günorta saatlarında Səbail rayonu, 20-ci sahə, Salyan yolu küçəsində yerləşən “Lombard”-ın yaxınlığında yerləşən “İbişin çay evi” kimi tanınan çayxanada Orxan adlı tanışının əsgər yoldaşı olan Mirmehdi adlı şəxsdən götürməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində olan pul kisəsinin içində saxladığı açıq mavi rəngli kağıza bükülmüş bir ədəd içində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş, məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2022-ci il tarixli 6/2388 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs....» sözləri olan zərfdəki bir bükümdə təmiz çəkisi 0,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd gümüşü rəngli folqa kəsiyinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,245 qram və 0,175 qram olmaqla ümumi təmiz çəkisi 0,420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,186 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməli və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,340 qram narkotik vasitə heroin və 0,136 qram psixotrop maddə metamfetamin saxlanılması üçün maddi sübut kimi tanınmış və saxlanca verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışından görünür ki, Səbail rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 1(009)-191/2021 saylı, 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırırlması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 8 ay 12 gün hissəsini çəkmiş və çəkilməmiş cəza müddəti 9 ay 16 gün təşkil edir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatə təmin edilməmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, cinayətin açılmasına fəal kömək etməsini, həbs olunacağı təqdirdə ağır xəstəlikdən əziyyət çəkən anasının köməksiz vəziyyətdə qalacağını, həmçinin ailənin yeganə qazanc gətirən şəxsi olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)- 191/2021 saylı, 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən cəzasının çəkilməmiş azadlığın məhdudlaşması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşması cəzası ilə birləşdirilməklə cəza təyin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2022-ci il tarixli 2161 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 81 (səksən bir) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan çəkisi 0,173 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-191/2021 saylı, 17 noyabr 2021ci il tarixli hökmünə əsasən cəzasının çəkilməmiş 08 (səkkiz) ay 29 (iyirmi doqquz gün) gün müddətinə azadlığın məhdudlaşması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşması cəzası ilə birləşdirilməklə ona 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, X5 küçəsi, ev ö/t-72 ünvanında olan yaşayış yerini hər gün saat 23-00-dən 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan çəkisi 0,173 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “AccessBank”ın 12 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-137/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-137/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver