Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-137/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızınını katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 sentyabr 2023-cü il tarixdə saat 14.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakın ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işə düzəlməsinə kömək edilməsi barədə tanışı Şahid1 xahiş etməsindən sonra, sonuncunun da digər tanışı Şahid2 bu işdə onlara köməklik etməsini xahiş etməsi, habelə Şahid2 da tanışı Şahid3 bu barədə xahiş etməsindən sonra o, sonuncundan bu barədə məlumat əldə etdikdən sonra, Zərərçəkmiş şəxs FHN-nə işə düzəldəcəyinə dair yalandan vəd verib 2019-cu ilin sentyabr ayının istintaqa məlum olmayan tarixində Şahid3 Zərərçəkmiş şəxs məxsus 9200 (doqquz min iki yüz) manat nağd pulu ünvan 3 ünvanda yerləşən Mərkəzi Univermağın qarşısında alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs Eldəniz Mmaedova 9200(doqquz min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid3 uzun müddətdir ki, tanıyır. 2019-cu ilin sentyabr-oktyabr ayında o, tanışı Şəmsiyə zəng vurub haləhval tutan zaman Şəmsi bir nəfər tanışının olduğunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işə düzəlmək istədiyini, bu məqsədlə pul almaq istədiyini demişdir. O da cavabında narahat olmamasını, 10.000 manat müqabilində istəyənləri Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bildiyini demişdir. Bundan bir neçə saat sonra Şəmsi ona zəng vurub onunla görüşmək istədiyini demişdir. Onlar görüşən zaman Şəmsi ona Eldəniz adlı şəxsin sənədlərini, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və atesstatının surətlərini, həmçinin Eldəniz adlı şəxs üçün 9200 manat pul verib, qalıq 800 manat məbləği iş həll olandan sonra verəcəyini demişdir. O da sənədləri götürmüş və 20-30 gün ərzində işlərin həll olunacağını və həmin şəxsin əmrinin veriləcəyini ona demişdir. Bundan sonra həmin 9200 manat məbləği aparıb hazırda vəfat etmiş olan X7 vermişdir. Həmin Arif adlı şəxs “Azərbaycan Kürd Mədəniyyət Cəmiyyətinin“ sədr müavini vəzifəsində çalışırdı, o, bir neçə dəfə Ariflə ayr-ayrı şəxslərin işə düzəlməsi məsələsini pul müqabilində həll etmişdir. Arif ondan pulları aldıqdan sonra gözləməyi demiş, lakin işi alındıra bilməmişdir. 2019-cu ilin sentyabrından 2020-ci il yanvar ayınadək olan müddət ərzində o, Arifin tapşırığına əsasən bir neçə dəfə Şəmsi vasitəsi ilə İlhama, Zərərçəkmiş şəxs Bakı şəhərinə dəvət gəlib FHN-nin DYMX-nin Xətai rayonunda yerləşən Baş İdarəsinə göndərməsini demişdir, lakin bununla əlaqədar heç bir müsbət nəticə olmamışdır. Həmçinin Arifin ona tapşırığı ilə Şəmsi vasitəsi ilə İlhama Eldəniz adlı şəxsi həkim komisiyyasından keçirməsi üçün Bakıya gəlməsini demişdir. Hər dəfə Şəmsi ondan bu barədə soruşanda o, Şəmsiyə işin həll olacağını demiş, lakin Arif işi həll edə bilməmişdir. İşin alınmağı gecikdiyi üçün İlham adlı şəxs ona zəng vurmağa başlamış, o da Arifdən niyə işin gecikdiyini soruşduqda o səbirli olmağını, həll olacağını demiş, lakin işi həll edə bilməmiş, bu qayda ilə Arif onu gecikdirmişdir. Nəhayət 2019-cu ilin sonlarında pandemiya baş vermiş,və həmin səbəbdən işin alınması uzanmaqda davam etmişdir. Sonda isə 2020-ci ilin sonlarında isə Arif vəfat etmiş və ona vermiş olduğu pulları geri almaq mümkün olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 2019-cu ilin yanvar ayında əsgərlikdən qayıtdıqdan sonra həmin ilin mart ayından özünə iş axtaramağa başlamışdır. İş tapa bilmədiyi üçün və FHN-də işləmək istədiyinə görə həmin nazirlikdə işləyən qohumu X2, özünü Kürdəmir rayonu üzrə FHN-nin müvafiq qurumuna işə düzəlməsinə kömək etməsini xahiş etmişdir. O isə özünün belə bir imkanı olmadığını, lakin tanışları ilə maraqlanıb ona bir cavab deyəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin avuqust ayında qohumu Aruz onunla əlaqə saxlayıb Şahid2 adlı tanışının olduğunu və onu FHN-nə işə düzəldə biləcəyini bu məqsədlə 10.000 manat pul lazım olacağını demişdir. O da ailə üzvləri ilə məsləhətləşmiş və bundan sonra anasının adına bankdan 9200 manat kredit götürüb şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və attestatının surəti ilə birlikdə Kürdəmir rayonunda Mollakəndə kəndində Aruza vermişdir. Bundan bir neçə gün sonra, yəni 2019-cu ilin sentyabr ayının ortalarında ona Şahid2 zəng etmiş və Bakıya gəlməli olduğunu, ona FHN-nin Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri, Xətai rayonunda yerləşən Baş İdarəsində general tərəfindən baxış keçiriləcəyini demişdir. O da İlhamın dediyi vaxtda Bakı şəhərinə gəlmiş və onunla görüşmüşdür. Görüş zamanı o özünü ona Azərbaycan Respublikası FHN-nin işçisi kimi təqdim etmişdir. Sonra isə onun işinin danışılıdığını və onu baş idarədə qəbul edəcəklərini deyib FHN-nin Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri, Xətai rayonunda yerləşən Baş İdarəsinə getməsini bildirmişdir. İlhamın dediyinə görə orada onu İdarəyə çağırıb qəbul edəcəklərdi. O da İlhamın dediyi yerə gedib bir neçə saat gözləsə də İlhamın dediyi kimi onu çağıran olmamışdır. Sonra o bu barədə İlhama məlumat vermiş, İlham isə onu qəbul etməyəcəklərini getməsini və deyiləndə yenidən gəlməsini ona bildirmişdir. O da oradan çıxıb İlhamla görüşüb və birlikdə yemək yemişdir. Təxminən bir ay sonra 2019-cu ilin oktyabr ayının ortalarında İlham onunla əlaqə saxlayıb yenidən həmin idarəyə getməsini, orada onu adı ilə çağıracaqlarını demişdir. O da İlhamın dediyi kimi FHN-nin Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri, Xətai rayonunda yerləşən Baş İdarəsinə getmişdir. Orada bir neçə saat gözləsə də ona çağıran olmamışdır. Sonra o, növbətçi hissəyə yaxınlaşmış, orada isə hazırda karantin olduğuna görə qəbul olmayacağını bildirmişdirlər. O da bu barədə İlhama məlumat vermişdir. İham isə cavabında heç narahat olmamasını evinə getməsini və işə qəbul olunmağı barədə əmri gözləməsini ona demişdir. O da İlhama inanıb getmişdir. Təxminən bir gün sonra İlham ona zəng vurub onun işini hazırda adını xatırlamadığı adamın həll edəcəyini və həmin şəxsin onunla əlaqə saxlayacağını demişdir. Bir neçə dəqiqə sonra İlhamın dediyi kişi ona zəng vurmuş və işini özünün həll edəcəyini və ona bu barədə mesaj gələcəyini bildirmişdir. 2019-cu ilin dekabr ayında ona məxsus olan nömrəyə FHN-nə etmiş olduğu müraciətin qeydə alınması barədə mesaj gəlmişdir. Bundan sonra o gözləməyə başlamışdır. Lakin heç bir yenilik olmamışdır. O hər dəfə İlhamla bu barədə danışanda İlham hər dəfə işin həll olacağını bir az da səbirli olmasını karantinə görə gecikdiyini demişdir. 2020-ci ilin aprel ayında İlham ona zəng vurub Bakıya gəlməli olduğunu onu həkim komissiyasından keçirəcəklərini demişdir. O da onun dediyi vaxta həmin İdarənin qarşısında olmuşdur. Bu zaman orada ondan əlavə üç nəfər adam olmuşdur. Onlar orada olan zaman adını bilmədiyi mülki geyimli bir şəxs onları özünün idarə etdiyi avtomobilə əyləşdirib Biləcəri qəsəbəsində yerləşən FHN-nin poliklinikasına aparmışdır. Orada onları müxtlif yoxlanışlardan keçirmişlər. Sonra isə onlar poliklinkadan çıxmış, bu zaman onları aparan şəxs öz adamlarına məlumat vermələrini onlara bildirmişdir. O da bu barədə telefonla İlhama məlumat vermişdir. Sonra isə o, İlhamla görüşmüş, İlham da 10 gün ərzində onun əmrinin olacağını və işə düzələcəyini demişdir. Lakin həmin müddət keçsə də heç bir yenilik olmamış və onun işə düzəlmək məsələsi uzanmışdır. O İlhamlla əlaqə saxlayıb 10 günün ötdüyünü, lakin özünün işə düzəlmədiyini İlhama demiş, o isə cavabında bir az da gözləməli olduğunu ona demişdir. Bu qayda ilə bir neçə ay onun işi uzanmışdır. Daha sonra 2-ci Qarabağ müharibəsi başlamış və İlham müharibəyə görə işin gecikdiyini demişdir. Lakin İlham hazıradək verdiyi vədinə əməl etməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, X3 2000-ci ildən tanıyır. 2019-cu ilin yay aylarında Aruz, Bakıda yaşadığına görə tanışının olacağını deyib ondan qohumu X4 əlində 10.000 manat pulunun olduğunu və onu İmişli rayonu, Məmmədli kəndində yerləşən 140 saylı YMB-nə yanğınsöndürən vəzifəsinə işə düzəltməsini xahiş etmişdir. O da cavabında Aruza, maraqlanıb bunun üçün nə qədər məbləğ lazım olacağını öyrənib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra o tanışı Fikrət adlı şəxsə bu barədə məlumat verib özünün tanışı olduğunu onu FHN işə düzəltməyə kömək etmək istədiyini demişdir. O da Hikmət adlı tanışının olduğunu ona bu barədə kömək edə biləcəyini demişdir. Bundan sonra Fikrət Hikmətlə görüşüb bu işlə bağlı ona məlumat vermiş, Hikmət də cavabında Fikrətdən xahişini etdiyi Eldənizi işə düzəlməyinə kömək edə biləcəyini deyib, işə düzəltmək üçün cəmi hər adama 10.000 manat məbləğdə pul və əlavə sənədlər (şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və atesstatının surətlərini) lazım olduğunu və pul verən şəxslərin üç ay ərzində yəni 2019-cu ilin dekabr ayınadək işə düzələcklərini demişdir. O da Hikmətin Fikrətə dedikləri ilə razılaşıb işə düzəlmək istəyənlərlə danışıb ona bir cavab deyəcəyini bildirmişdir. Bundan sonra o, Aruzla telefon vasitəsi ilə əlaqə saxlayıb işin həll üçün 10.000 manat pul lazım olduğunu və əlavə sənədlər lazım olduğunu və üç ay ərzində qohumunun İmişli rayonu, Məmmədli kəndində yerləşən 140 saylı YMB-nə yanğınsöndürən vəzifəsinə işə düzələcəyini demişdir. Aruz da həmin məbləğlə razılaşmışdır. Bundan sonra o 2019-cu ilin sentyabr ayında Aruzla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Antirkot” restoranında görüşmüş, görüş zamanı o Aruzdan Eldənizin şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, atesstatının surətilərini və 9200 manat pul almışdır. Aruz qalıq 800 manatı iş düzələndən sonra verəcəklərini ona demişdir. O da Aruzla razılaşmış və 9200 manat pulu almışdır. O bunları alıb Fikrətə bu barədə məlumat vermiş, Fikrət hazırda Hikmətin işi olduğunu ona görə bu işlə məşğul ola bilməyəcəyini demişdir. Bu zaman Fikrət ona pulun onda qalmasını və gözləməsini demişdir. Təxminən 2019-cu ilin oktyabr ayının sonlarında Hikmət, Şahid3 adlı tanışının olduğunu həmin şəxsin X6 mühafizəçisi olduğunu və tanışlarını FHN-nə işə düzəlməkdə kömək edə biləcəyini deyib Şəmsiyə məxsus olan telefon nömrəsini Fikrətə vermişdir. X9 özünün də Şəmsi vasitəsi ilə iş həll etdiyini, hazırda özünün vaxtı olmadığına görə Şəmsi ilə birbaşa əlaqə saxlamağını demişdir. Bundan sonra tanışı Fikrət Şahid3 ilə telefon vasitəsi ilə əlaqə saxlayıb Fikrətlə birlikdə görüşüb ona tanışı Elədənizi FHN-də işə düzəltmək istədiyini demişdir. Şəmsi də onlara kömək edə biləcəyini deyib işə düzəltmək üçün cəmi hər adama 10.000 manat məbləğdə pul və əlava sənədlər (şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və atesstatının surətlərini) lazım olduğunu və pul verən şəxslərin üç ay ərzində, yəni 2019-cu ilin dekabr ayınadək işə düzələcəklərini demişdir. O da Şəmsi ilə razılaşmışdır. Sonra isə Aruzdan aldığı pul barədə Şəmsiyə məlumat verib, Şəmsi ilə görüşmüşdür. O, Şəmsiyə olanları izah etmiş, Şəmsi də söz verdiyi kimi 2-3 ay içində, yəni 2019-cu ilin dekabr ayınadək Eldənizin işə düzələcəyini ona demişdir. Bundan sonra o, Şəmsi ilə birlikdə özünün yaşadığı binanın yerləşdiyi Nərimanov rayonu, X13 küçəsinə getmişdir. Orada Şəmsi onu gözləmiş və o, evə qalıxıb Eldənizin işə düzəltməyi üçün aldığı 9200 manat pulu və Eldənizə məxsus sənədlərin surətini gətirib cəmi Şəmsiyə 9200 manat pul vermişdir. Şəmsi də pulları götürüb tezliklə Eldənizi çağıracaqlarını ona demişdir. Sonra isə gözləməyə başlamışdır. O hər dəfə Şəmsidən işin nə yerdə olduğunu soruşmuş, Şəmsi də söz verdiyi kimi işin tezlikdə həl olacağını demişdir. 2019-cu ilin sentyabrından 2020-ci il yanvar ayınadək olan müddət ərzində o, Şəmsinin tapşırığına əsasən bir neçə dəfə Eldənizi Bakı şəhərinə dəvət gəlib FHN-nin DYMX-nin Xətai rayonunda yerləşən Baş İdarəsinə göndərsə də bununla əlaqədar heç bir müsbət nəticə olmamışdır. Bir müddət sonra 2020-ci ilin yanvar ayının sonu fevral ayının əvvəlində, Şəmsi Hüseyn adlı yaşlı bir nəfər şəxsin bu işi həll etdiyini 9200 manat pulu həmin şəxsə verdiyini deyib, onu Nərimanov rayonunda Həsən Əliyev küçəsində Hüseynlə görüşdürmüşdür. Söhbət zamanı o, Hüseyndən işini niyə həll olunmadığını soruşmuş, Hüseyn isə bir az səbirli olmağını tezliklə nəticə olacağını ona demişdir. Bundan sonra o, nə qədər bu barədə onlarla danışsa da onlar hər dəfə işi uzatmaqda davam etmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 1995-ci ildən 2016-cı ilədək FHN-nin nazirinin ailə mühafizəçisi işləmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, Şahid2 təxminən 3 il olar ki, tanıyır. 2019-cu ilin oktyabr ayında Hikmət adlı tanışı ona zəng vurub Fikrət adlı şəxsə onun nömrəsini verdiyini həmin şəxsin onunla əlaqə saxlayacağını, həmin şəxsin FHN-nə işə düzəltmək istədikləri tanışı olduğunu deyib alınarsa onlara kömək etməsini demişdir. O da Hüseyn adlı tanışının bu işdə ona kömək edə biləcəyini düşündüyündən Hikmət tərəfindən belə bir təklif ona edildikdə o da razılıq vermişdir. Bundan sonra ona məxsus olan mobil nömrəyə Fikrət adlı şəxs zəng vurmuş və onun nömrəsini Hikmətin verdiyini deyib görüşmək istədiyini bildirmişdir. O da onunla razılaşmış və danışıqlarından 2-3 gün sonra Yasamal rayonunda yerləşən Elmlər Akademiyasının yaxınlığındakı restoranlardan birində Fikrətlə görüşmüş və Fikrətlə birlikdə gəlmiş olan Şahid2 ilə orada tanış olmuşdur. Söhbət zamanı İlham bir tanışları olduğunu, həmin şəxsin FHN-in “Yanğından Mühafizə Xidməti"də işə düzəlmək istədiyini demiş, o da onlara kömək edə biləcəyini deyib işə düzəltmək üçün cəmi 8000-10000 manat məbləğdə pul və əlava sənədlər (şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və atesstatının surətlərini) lazım olduğunu və pul verən şəxslərin üç ay ərzində, yəni 2019-cu ilin dekabr ayınadək işə düzələcəklərini bildirmişdir. İlham da onunla razılaşmış və işə düzəlmək istəyənlərlə danışıb ona bir cavab deyəcəklərini bildirmişdir. Əslində Hikmət adlı şəxs xahiş etdiyi üçün o bu işdə Hikmətin tanışlarına kömək etmək istəmiş, onun məqsədi Hikmətin xahişini yerə salmamaq olmuşdur. Təxminən 1 həftə sonra İlham ona zəng vurub görüşmək istədiyini deyib Eldəniz adlı şəxsi işə düzəltmək üçün lazım olan pul və sənədləri aldığını onları ona vermək istədiyini, Eldəniz adlı şəxsin öz rayonlarındakı FHN-in “Yanğından Mühafizə Xidmətində işə düzəlmək istədiyini demişdir. O da İlhamla razılaşmış, sonra isə o, İlhamla birlikdə Nərimanov rayonunda yerləşən “Oscar” restoranında görüşmüşdür. İlham ona olanları izah etmiş və o da söz verdiyi kimi 2-3 ay içində, yəni 2019- cu ilin dekabr ayınadək bütün pul verən şəxsləri işə düzəldəcəyini ona demişdir. Bir az sonra İlham restoranın ayaqyoluna getmiş, bu zaman ona, 10 ilə yaxındır ki, tanışlığı olan Təqsirləndirilən şəxs adlı şəxs zəng vurub hal-əhval tutmuşdur. Söhbət zamanı o, Hüseynə baş verənləri danışıb bir nəfəri FHN-nə işə düzəltmək istədiyini demiş, Hüseyn də cavabında heç nəyə görə narahat olmamasını özünün bu işlə məşğul olduğunu 10000 manata istəyənləri FHN-nə işə düzəltdiyini demişdir. O da onunla görüşmək barədə razılaşıb telefonu söndürmüşdür. Sonra isə İlham gəlmiş və onlar birlikdə İlhamın yaşadığı binanın yerləşdiyi Nərimanov rayonu, X13 küçəsinə getmişlər. Orada o, İlhamı gözləmiş, İlham isə evə qalıxıb Eldəniz adlı şəxsin sənədlərinin surətlərini (şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və atesstatının surətlərini), həmçinin Eldəniz adlı şəxsə məxsus 9200 manat pulu gətirib ona verərək qalıq 800 manatı isə iş həll olduqdan sonra verə biləcəyini demiş, o da İlhamla razılaşmışdır. O da pulu və sənədləri götürüb tezliklə Eldənizi çağıracaqlarını İlhama demişdir. Sonra isə oradan Hüseynə zəng vurub harada olduğunu soruşmuş, Hüseyn isə Bakı şəhəri, Səbail rayonunda yerləşən Mərkəzi Univermağın qarşısında olduğunu ora gəlməsini ona demiş, o oraya getmişdir. Orada Hüseynlə görüşüb unimvermağın qarşısında 9200 manat pulu və sənədlərin surətlərini Hüseynə vermişdir. Qalıq 800 manatı isə iş həll olduqdan sonra verə biləcəklərini demiş, Hüseyn də onunla razılaşmışdır. Hüseyn də pulu götürüb, FHN-dəki tanışlarının vaitəsi ilə 15-30 gün ərzində işi həll edəcəyini ona demişdir. O da Hüseynə inanmışdır. Sonra isə gözləməyə başlamışdır. 2019-cu ilin sentyabrından 2020-ci il yanvar ayınadək olan müddət ərzində o, Hüseynin tapşırığına əsasən bir neçə dəfə İlhama, Eldəniz Məmmədovu Bakı şəhərinə dəvət gəlib FHN- nin DYMX-nin Xətai rayonunda yerləşən Baş İdarəsinə göndərməsini demiş, lakin bununla əlaqədar heç bir müsbət nəticə olmamışdır. Həmçinin Hüseynin tapşırığı ilə Eldəniz adlı şəxsi həkim komisiyyasından keçirməsi üçün Bakıya gəlməsini İlhama demiş, habelə, Hüseyn ondan İlhamın mobil nömrəsini, Eldənizi həkim komisiyyasından keçirən şəxsə vermək üçün istəyib almışdır. Bundan sonra işin həllini gözləməyə davam etsələr də, Hüseyn hər dəfə bir bəhanə ilə işi uzatmış hər dəfə İlham ona zəng vurub bu barədə soruşanda o, İlhama Hüseynin bu işlə məşğul olduğunu tezliklə həll olacağını demişdir. Daha sonra işlərin alınmadığını görüb İlham ondan niyə belə olduğunu soruşmuş o isə cavabında Hüseyinin onu gecikdirdiyini demişdir. Hüseyn işin alınmadığını bildirib, ona verilmiş olan bütün məbləği özünün qaytaracağını vəd etmişdir. 30 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 30 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 24 noyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Səbail rayon prokurorunun 25 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs" qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 30 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xəstəliyə yoluxası ilə əlaqədar cinayət prosesində iştirakı mümkün olmadığından ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 23 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 1200 manat Zərərçəkmiş şəxs qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-137/2023 saylı qərarı ilə xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. CinayətProsessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. CinayətProsessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1- 1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. CinayətProsessual Məcəlləsinin 106-1.4-cü maddəsinə görə ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinin tələblərinə əsasən bildiriş göndərilərək şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi, hüquqi varis qismində tanınmaq və cinayət təqibini davam etdirmək hüquqlarına malik olmaları barədə məlumat verilmiş, lakin bir ay müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs yaxın qohumlarından hər hansı biri hüquqi varis qismində tanınmaq barədə istəyini bildirməmişdir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.5, 41.3, 43.3-1, 321, 344, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (ik yüz qırx ) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-137/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-137/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver