Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-137/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun qanuni nümayəndəsi X5 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi X4 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağa-Zəki qızının iştirakları ilə, xx xxx 2004-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4ində qeydiyyatda olmaqla yaşayan, cinayət törədərkən yetkinlik yaşına çatmayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 2007-ci ildə Astara rayonu, Pənsər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Pənsər ərazi dairəsi. Pənsər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 14 mart 2024-cü il tarixdə saat 09.45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə yetkinlik yaşına çatmayan tanışları Təqsirləndirilən şəxs3 Nadır oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04.05.202.2-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu. “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin müahafizəsi miiəssisəsi”nə məxsus Dənizkənarı Milli Parkın Bayıl Bulvarı sahəsində yerləşən su hovuzunun su matoru olan trapların hər biri 725 manat, ümumi dəyəri 1450 manat təşkil edən 02 ədəd 2,10x0.70 metr ölçülü paslanmayan metaldan olan qoruyucu qapağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin müahafizəsi müəssisəsinə ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə yetkinlik yaşına çatmayan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04.2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin müahafızəsi müəssisəsi”nə məxsus Dənizkənarı Milli Parkın Bayıl Bulvarı sahəsində yerləşən sıı hovuzunun su matoru olan trapların hər biri 725 manat, ümumi dəyəri 1450 manat təşkil edən 02 ədəd 2,10x0.70 metr ölçülü paslanmayan metaldan olan qoruyucu qapağını gizli olaraq talayıb zərərçəkmis hüquqi şəxs “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin müahafızəsi müəssisəsinə ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə yetkinlik yaşına çatmayan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin müahafızəsi müəssisəsinə məxsus Dənizkənarı Milli Parkın Bayıl Bulvarı sahəsində yerləşən su hovuzunun su matoru olan trapların hər biri 725 manat, ümumi dəyəri 1450 manat təşkil edən 02 ədəd 2,10x0,70 nıetr ölçülü paslanmayan metaldan olan qoruyucu qapağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin müahafızəsi müəssisəsinə ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə yaşadıqları evin yaxınlığında topla oyun oynayarkən Nihat və Qadir ona yerdə su motoru olan yerin metal qapağının öz yerindən kənarda və lazımsız olduğunu bildirib onu oradan götürüb metal qəbulu yerinə pul qarşılığında satmağı təklif etmişlər. O, Nihata bildirmişdir ki, onlara problem yaranmasın deyə bu hərəkəti etməsinlər. Nihat isə ona bundan əvvəl Qadirlə oradan eyni cür qapaq oğurladıqlarını və heç bir problem olmayacağını bildirmişdir. 04 may 2022-ci il tarixdə saat 20 radələrində o, Nihat və Qadir birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən X10 yaxınlığına getmiş, oradan iki ədəd metal qapağı götürüb Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin yanında olan metal qəbulu yerinə aparmışlar. Orada həmin metal qapaqları tərəzidə çəkmiş və bir kiloqramını 1 manat 80 qəpikdən alacaqlarını bildirmişlər. Onlar həmin metal qapaqları metal qəbulu yerinə 60 manata satmışlar. Həmin puldan ona 20 manat pul çatmışdır. Əldə etdikləri pulu şəxsi tələbatlarına xərcləmişlər. 04 may 2022-ci il tarixdə o, Füzuli rayonuna ailəsinin yanına getmiş, may ayının 10-u rayondan Bakı şəhərinə qayıtmış, 11 may 2022-ci il tarixdə günorta saatlarında Bayıl qəsəbəsi, 2-ci mədən adlanan ərazidə dostları birlikdə olan zaman dostu oradan yerdə olan dəmir parçasını götürmək istəyən zaman “Socar” şirkətinin əməkdaşları onları saxlayaraq polisə məlumat vermişlər. Polis əməkdaşları oraya gələrək onları Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmış, bölmədə olan zaman onun Nihat və Qadirlə birlikdə törətdiyi oğurluq hadisələrini müşahidə kameraları vasitəsilə aşkar etdikləri üçün onlara həmin video görüntüləri göstərmişlər və onlar etdikləri əməlləri etiraf etmişlər. Oğurluq hadisəsi zamanı orada ondan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 başqa heç kim olmamışdır. Əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 iki-üç ildir ki, tanıyır və onunla yaxın ərazidə yaşayır. Təqsirləndirilən şəxs1 isə hadisədən 2-3 gün əvvəl, yəni 2022-ci ilin may ayında tanımışdır. Təqsirləndirilən şəxs1 bir neçə gün idi ki, onların məhəlləsinə köçüb orada kirayə yaşayırdı. 04 may 2022-ci il tarixdən bir gün əvvəl günorta saatlarında o, Nihatla birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən X10 yaxınlığında top oynamışlar. Həmin vaxt yerdə su motoru olan yerin metal materiallı qapağının kənarda olduğunu görmüşlər. O, Nihatla birlikdə həmin qapağın kənarının dəmirlərini qoparıb təxminən 300-400 metr aralıda Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən kafenin yanındakı metal qəbulu yerinə aparıb 5 manata satıb əldə etdikləri pulu şəxsi tələbatlarına xərcləmişlər. 04 may 2022ci il tarixdə saat 16 radələrində o, Atlıxan və Nihatla birlikdə yaşadıqları evin yaxınlığında top oynayan zaman Nihatla o, Atlıxana yerdə su motoru olan yerin metal qapağının öz yerindən kənarda və lazımsız olduğunu bildirib onu oradan götürüb metal qəbulu yerinə verib pul aldıqlarını demişlər. Onlar Atlıxana demişlər ki, bundan əvvəl birlikdə oradan eyni cür qapağın bir hissəsini götürüb aparıb satmış və heç bir problem olmamışdır. 04 may 2022-ci il tarixdə saat 20 radələrində onlar birlikdə yenidən qapağı götürdükləri yerə getmiş, məqsədləri yenidən həmin ərazidən qapaq götürüb metal qəbulu yerinə satıb pul əldə etmək olmuşdur. O, Atlıxan və Qadir həmin əraziyə getmiş, onlar qapağı götürmək istəyən zaman X8 Bulvarın mühafizəsi onlara tərəf gəlmiş, o, Qadirlə birlikdə qaçıb gizlənə bilmiş, Atlıxan həmin mühafizə ilə birlikdə mühafizənin otağına tərəf getmişdir. Təxminən 30 dəqiqədən sonra Atlıxan geri qayıtmışdır. Atlıxan onlara narahat olmamağı, mühafizəçinin onun yerlisi olduğunu, kameranın çəkmədiyini demişdir. Atlıxan onlara paslanmayan materialdan olan qapağı sataraq pul əldə edib, “playstation” oynamağı təklif etmişdir. Onlar da onunla razılaşmışlar. Atlıxan həmin qapağı əymiş, həmin qapağı götürdükləri yerdən 10-15 metr aralıda digər qapağın olduğunu və götürdükləri qapağın çəkisi az olduğundan metal qəbulu yerində onlara az pul verəcəklərini bildirərək digərini də götürməyi təklif etmişdir. Atılxan özü digər qapağının olduğu yerə getmiş və həmin qapağı da yerindən çıxarıb əymişdir. O isə Nihatla birlikdə Atlıxana kömək edərək həmin qapağı da əymişlər. Qapaqlar ağır olduğundan hərəsi qapaqların bir tərəfindən tutub həmin qapaqları oradan götürüb Bayıl qəsəbəsi ərazisində yerləşən kafenin yanında olan metal qəbulu yerinə 60 manata satıb əldə etdikləri pulu öz aralarında bölmüş və hərəsinə 20 manat pul düşmüşdür. Həmin pulu da öz şəxsi tələbatlarına xərcləmişlər. Bir neçə gündən sonra o, Atlıxanla birlikdə olan zaman Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları gəlib onları bölməyə aparmış, orada polis əməkdaşlarına törətdikləri əməlləri etiraf etmişlər. Metal qapaqları metal qəbulu yerinə satan zaman orada onlardan həmin qapaqların oğurluq olub-olmamasını soruşmamış, onlar da qapaqların oğurluq yolu ilə əldə edilməsi barədə heç nə deməmişlər. Əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 150 nömrəli məktəbin 10-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs3 iki ildir tanıyır və onunla yaxın ərazidə yaşayır. Təqsirləndirilən şəxs1la isə hadisədən 2-3 gün əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs1 bir neçə gün idi ki, onların məhəllləsinə köçüb orada kirayə yaşayırdı. 04 may 2022-ci il tarixdən bir gün əvvəl günorta saatlarında o, Qadirlə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “X12” kompleksin yaxınlığında top oynamış, həmin vaxt yerdə su motoru olan yerin metal materiallı qapağının kənarda olduğunu görmüşlər. O, Qadirlə birlikdə həmin qapağın kənarının dəmirlərini qoparıb təxminən 300-400 metr aralıda Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən kafenin yanındakı metal qəbulu yerinə aparıb 5 manata satıb əldə etdikləri pulu şəxsi tələbatlarına xərcləmişlər. Bu hadisədən bir gün sonra 04 may 2022-ci il tarixdə saat 20 radələrində onlar yenidən qapağı götürdükləri yerə getmiş, məqsədləri yenidən həmin ərazidən qapaq götürüb metal qəbulu yerinə satıb pul əldə etmək olmuşdur. O, Atlıxan və Qadirlə həmin əraziyə getmiş, qapağı götürmək istəyən zaman X8 Bulvarın mühafizəsi onların yanına gəlmişdir. O, Qadirlə birlikdə qaçıb gizlənə bilmiş, Atlıxan isə həmin mühafizə ilə birlikdə mühafizənin otağına tərəf getmişlər. Təxminən 30 dəqiqədən sonra Atlıxan geri qayıtmışdır. Atlıxan onlara narahat olmamağı, mühafizəçinin onun yerlisi olduğunu, kameranın çəkmədiyini demişdir. Atlıxan onlara paslanmayan materialdan olan qapağı sataraq pul əldə edib, “playstation” oynamağı təklif etmişdir. Onlar da onunla razılaşmışlar. Atlıxan həmin qapağı əymiş, həmin qapağı götürdükləri yerdən 10-15 metr aralıda digər qapağın olduğunu və götürdükləri qapağın çəkisi az olduğundan metal qəbulu yerində onlara az pul verəcəklərini bildirərək digərini də götürməyi təklif etmişdi. O, Atılxana demişdir ki, lazım deyil, problem yarana bilər. Atılxan isə heç nə olmayacağını bildirərək özü digər qapağın olduğu yerə getmiş və həmin qapağı da yerindən çıxarıb əymişdir. Qapaqlar ağır olduğundan hərəsi qapaqların bir tərəfindən tutub Bayıl qəsəbəsi ərazisində yerləşən kafenin yanında olan metal qəbulu yerinə 60 manata satıb əldə etdikləri pulu öz aralarında bölüşmüş və hərəsinə 20 manat pul düşmüşdür. Həmin pulu da öz şəxsi tələbatlarına xərcləmişlər. Sonradan ona məlum olmuşdur ki, Atlıxan və X11 Polis İdarəsinin 8-ci Polis Bölməsində saxlamışlar. Onlar polis əməkdaşlarına törətdikləri əməlləri etiraf etmişlər. Oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və ondan başqa heç kim olmamışdır. Əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. 01 avqust 2022-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə ********* nömrəli cinayət işi başlanmışdır. 01 sentyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. 01 sentyabr 2022-ci il tarixdə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 01 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs X3 barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 19 noyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X3 həmin tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 19 noyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Səbail rayon prokurorunun 21 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 21 noyabr 2022-ci il tarixdə X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 10 dekabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 10 dekabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 10 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. 10 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmaması nəzərə alınaraq onun anası X5 qanuni nümayəndəsi qismində tanınmışdır. 20 dekabr 2022-ci il tarixli qərarla “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizə müəssisəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, eyni tarixli qərarla Nümayəndə Möhübbət oğlu zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. 27 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir 27 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulutor məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 3324 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulutor məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 dekabr 2022-ci il tarixli 3438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etmir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 9/9315 №-li rəyindən görünür ki, mərkəzdə olan məlumatlardan və eləcədə tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli AKT-dan istifadə etməklə, ekspertizaya tədqiqatına təqdim edilmiş 02 ədəd 2,10x0,70 metr ölçülü paslanmayan metaldan olan qoruyucu qapağın istifadə olunması nəzərə alınaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 1450 (2x725) manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 24 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla 02 ədəd 2,10x0,70 metr ölçülü paslanmayan metaldan olan qoruyucu qapaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 11 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri oğurluq hadisəsinin tarixi xx.xx.2022-ci il saat 20.00 kimi oxunması qərara alınmışdır. 11 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 11 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. 11 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 11 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir 11 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 11 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs “Dənizkənarı Bulvar İdarəsi” Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizə müəssisəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, xx.xx.2022-ci il tarixində Dənizkənarı Bulvar İdarəsinin Bayıl Bulvarı ərazisində yerləşən su hovuzunun su matoru olan trapların iki ədəd paslanmaz metaldan olan qoruyucu qapaqlarının oğurlanması ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə 1450 (min dörd yüz əlli) manat maddi ziyan dəymişdir. Həmin maddi ziyan zərərverənlər tərəfindən tam olaraq ödənilmişdir. Dəymiş ziyanın ödənilməsini nəzərə alaraq, zərərverən şəxslər ilə bağlı heç bir iddiaları yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 4i ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayounun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs3 10 dekabr 2022-ci il tarixdə, yəni 01 (bir) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 12 yanvar 2023-cü il tarixli 9/9315 saylı ekspert rəyi hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təşkil edir. CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının 16,66 (on altı manat altmış altı qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 4i ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə 110 dekabr 2022-ci il tarixdə, yəni 01 (bir) gün müddətində, yəni 01 (bir) gün müddətində həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 16,66 (on altı manat altmış altı qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 264 (iki yüz altmış dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 216 (iki yüz on altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-137/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-137/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver