Məhkəmə qərarları › İş №1(009)-138/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-138/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-138/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X16 oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bərdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 9-da qeydiyyatda olan, Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1223/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edib saxlamış və daşımışdır. Belə ki, o, xx xxx 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Neapol” dairəsindən “Ukrayna” dairəsi istiqamətinə gedən küçədə şəxsiyyəti istintaqa məlum olmayan Nadir adlı şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 19,951 qram olan qurudulmuş marixuananı qanunsuz olaraq 210 manat müqabilində əldə edib xx xxx 2020-ci il tarixdə saat 14:10 radələrinə kimi özündə saxlayaraq ünvan 1 saylı ünvanın yaxınlığına qədər daşımış, həmin gün saat 14:10 radələrində Səbail rayon X11 Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb Səbail rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qırmızı rəngli idman gödəkçənin bayır sağ yan cibindən üzərində “AZZA” yazısı olan bir ədəd selofan torbanın içində damalı dəftər vərəqinə bükülmüş halda daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda, 6 (altı) ədəd böyük və 7 (yeddi) ədəd kiçik bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,980 qram, 2,750 qram, 2,970 qram, 2,660 qram, 2,640 qram, 2,771 qram, 0,480 qram, 0,410 qram, 0, 411 qram, 0,499 qram, 0,510 qram, 0,420 qram və 0,450 qram ümumi təmiz çəkisi 19,951 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 ildir ki, narkotik vasitə olan marixuananı və güclü təsiredici maddələri müxtəlif üsullarla könüllü qəbul edir. Bundan sonra yaşadığı ünvana qayıdıb fərdi qaydada sərnişin daşımaqla məşğul olmağa başlamışdır. xx xxx 2020-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Neapol” dairəsindən “Ukrayna” dairəsi istiqamətində səki ilə gedərkən 1 nəfər üzdən tanıdığı və adını Nadir kimi bildiyi, təxminən 45-46 yaşlı kişiyə yaxınlaşıb həmin şəxsdə narkotik maddə olan marixuana və güclü təsir edici maddəpreqabalin “Paden-300” həblərin olub-olmamasını soruşmuşdur. O, özündə marixuana və güclü təsir edici həblərin olduğunu bildirmişdir. Həmin şəxsə üzərində 210 manat pulunun olduğunu bildirib həmin pulun müqabilində marixuana və 6 ədəd “Paden-300” həblərdən ona satmasını xahiş etmişdir. Nadir adlı şəxs həmin yerdə gözləməyini bildirib onun yanından uzaqlaşıb getmişdir. Təxminən 15-20 dəqiqə sonra Nadir adlı şəxs ona yaxınlaşıb, selofan paketə bükülmüş şəkildə içərisində marixuana olan bir büküm və üzərində “Paden-300” yazısı olan 6 ədəd həbləri ona vermişdir. O, həmin maddələri Nadirdən 210 manata alıb cibinə qoymuşdur. Həmin gün və sonrakı günlərdə marixuanadan və “Paden-300” həbdən ikisini qəbul etmişdir. Bundan sonra Nadirdən aldığı bükümün içərisindəki marixuananı hissələrə bölmüşdür. Böldüyü hissələri dəftər vərəqinin kağızına büküb selofan torbaya qoyub həmin torbanı isə əynindəki idman gödəkçəsinin yan sağ cibində qoyub orada saxlamışdır. xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində Xətai rayonu, X.Məmmədov küçəsi ilə piyada gedərkən 2 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq onlarla birlikdə Səbail rayon polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə idarəyə getmiş, 2 nəfər polis əməkdaşının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda əynindəki qırmızı rəngli idman gödəkçənin sağ yan cibindən üzərində “AZZA” yazısı olan bir ədəd selofan torbanın içərisində 6 ədəd böyük və 7 ədəd kiçik olmaqla, ümumilikdə 13 ədəd dəftər vərəqinə bükülmüş şəkildə olan bükümləri, eləcə də üzərində “Paden-300” yazısı yazılan içərisində 4 ədəd həbi masanın üzərinə qoyduqdan sonra, kağız bükümləri açaraq həmin bükümlərin içərisindəki qurudulmuş ota oxşar maddənin narkotik maddə marixuana olmasını, həmçinin üzərində “Paden-300” yazısı yazılan içərisində 4 ədəd həb olan 1 ədəd fabrik qablaşdırılmasının içərisindəkinin güclü təsir edən maddə-preqabalin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı və güclü təsir edən maddəni haradan əldə etdiyini soruşduqda, həmin marixuananı və güclü təsir edən maddəni xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda Nadir adlı şəxsdən şəxsi istifadəsi üçün 210 manata aldığını və gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri və güclü təsir edici maddələri istifadəçisi olduğu və İİ qrup əlil olduğu üçün bədənindəki ağrıları götürmək məqsədi ilə istifadə etmək üçün almışdır. Narkotik vasitə olan marixuana aludəçisi olduğundan, hər birini bir dəfə qəbul etmək məqsədi ilə özünün rahatçılığına görə bölüb bükümlərə ayırmışdır. Əməlindən peşman olmasını, İİ qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon X11 Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə Səbail RPİ-nin NMBnə Elgiz adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi-7 ünvanda Elgiz adlı şəxsin küçə ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyəti barədə sual verdikdə o, Təqsirləndirilən şəxs olduğunu bildlirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Səbail rayon polis idarəsinə getmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs Səbail RPİ-nə gətirilmiş, vəkil dəvət olunaraq protokolla ona hüquq və vəzifələri izah edildikdən sonra Səbail RPİ-nin Təhqiqat şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişi vasitəsi ilə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli idman gödəkçənin sağ yan cibindən üzərində “AZZA” yazısı olan bir ədəd selofan torbanın içində damalı dəftər vərəqinə bükülmüş 6 ədəd böyük və 7 ədəd kiçik bükümdə olan narkotik vasitəyə bənzər maddələri və 1 ədəd fabrik qablaşdırılmada olan üzərində “Paden-300” yazısı yazılan içərisində 4 ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs 13 ədəd dəftər vərəqinə bükülmüş bitki mənşəli maddə narkotik vasitə olan marixuana və 1 ədəd fabrik qablaşdırmada olan üzərində “Paden-300” yazısı yazılan içərisində 4 ədəd həbin güclü təsir edən maddə-preqabalin olduğunu bildirmişdir. Həmin marixuananı və üzərində “Paden-300” yazısı yazılan içərisində 4 ədəd həbi xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda satış məqsədi olmadan öz istifadəsi üçün üzdən tanıdığı adını Nadir kimi bildiyi şəxsdən 210 manata almışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr qablaşdırılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Səbail rayon X11 Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD-R diskə xx xxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın olub-olmaması sual verilərək üzərində axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli idman gödəkçənin bayır sağ yan cibindən üzərində “AZZA” yazısı olan bir ədəd selofan torbanın içində damalı dəftər vərəqinə bükülmüş halda daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda, 6 (altı) ədəd böyük və 7 (yeddi) ədəd kiçik bükümdə olan narkotik vasitəyə bənzər maddələri və 1 ədəd fabrik qablaşdırılmasında olan üzərində “Paden-300” yazısı yazılan içərisində 4 (dörd) ədəd həbi, eləcə də, əynindəki cins şalvarın sağ yan cibindən çıxardığı kağız əskinaslardan ibarət ümumilikdə 1.311 manat 35 qəpiyi təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli idman gödəkçənin bayır sağ yan cibindən üzərində “AZZA” yazısı olan bir ədəd selofan torbanın içərisindən aşkar olunmuş maddəllər barəsində sual verildikdə sonuncu 11 ay 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda satış məqsədi olmadan öz istifadəsi üçün üzdən tanıdığı Nadir adlı şəxsdən 210 manata aldığını bildirir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/221 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar olan kağız paketdəki 13 kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,980 qram, 2,750 qram, 2,970 qram, 2,660 qram, 2,640 qram, 2,771 qram, 0,480 qram, 0,410 qram, 0,411 qram, 0,499 qram, 0,510 qram, 0,420 qram, 0,450 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 19,951 qram, tədqiqata sərf edildikdən sonra çəkisi 19,691 qram olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir . Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/239 saylı məhkəmə-bioloji ekspertizasının (əlavə) rəyindən görünür ki, təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 19,691 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 19,431 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/799 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərflər üçün №51” möhür əksi və “... X5 üzərindən....” yazılar olan zərfdə üzərində “PADEN 300” göstəriciləri olan 1 ədəd blister kəsiyindəki 04 ədəd kapsulda təsiredici maddəsi 1,2 qram olan güclü təsir edən maddə preqabalin müəyyən edildi. Ümumi 04 kapsul, tədqiqata sərf edildi 01 kapsul, qalıq 03 kapsul. Preqabalin xx xxxx 2016-cı il tarixli AR Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının” siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,9 (bir yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İbtidai istintaq zamanı yaranmış zərurətlə əlaqədar şahid qismində dindirilmiş Quliyev Mehman Möhübbət oğlundan akar olunmuş narkotik vasitə marixuananın Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin eyni tərkibli olub-olmamasını müəyyənləşdirmək üçün əlavə məhkəmə-bioloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 7/329 saylı məhkəmə-bioloji ekspertizasının (əlavə) rəyindən görünür ki, Quliyev Mehman Möhübbət oğlundan götürülmüş marixuana Təqsirləndirilən şəxs götürülmüş marixuanalardan fərqlənir. Marixuananın ümumi çəkisi 19, 431 qram(1-13№li obyektlər) və təmiz çəkisi 0,307 qram (14№li obyekt), tədqiqata sərf olundu 0, 28 qram ( hər obyektdən 0, 02 qram), qalıq 19,171 qram və 0,287 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir. xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,171 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail rayon polis idarəsinə təhvil verilmişdir. Eyn tarixli qərarla fabrik qablaşdırmada olan üzərində “PADEN300” yazısı olan ekspertiza tədqiqatından sonra 03 kapsulda tərkibində güclü təsirdən maddə olan preqabalin əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamış, lakin məhkəmə hökmü çıxarılana qədər saxlanılması üçün Səbail rayon polis idarəsinə təhvil verilmişdir. 13 iyul 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,2 qram təşkil edən preqabalin maddəsi ilə bağlı hissəyə CM-nin 240.1-ci maddəsinin tərkib əlamətləri müəyyən ounmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. 13 iyul 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Quliyev Mehman Möhübbət oğlundan 0,278 qram qurudulmuş marixuananın aşkar edilməsi faktına görəxx xxx 2020-ci il tarixdə Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3 (009) -869/2020 saylı qərarına əsasən Quliyev Mehman Möhübbət oğlu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə maddi sübut olan Quliyev Mehman Möhübbət oğlundan aşkar edilərək götürülmüş 0,327 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan şətənə 9kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın (kannabis) məhv edilməsi qərara alınmışdır. Respublika Narkoloji Mərkəzinin xx xxx 2020-ci il tarixli 1402 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından və psixotrop maddə olan “Paden-300”-dən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.10-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 18 may 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Mirzəyev X10 Saxlama Yerindən həbsdən azad olunmuşdur. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-138/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Lakin Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tutulduğundan Səbail Rayon Məhkəməsinin 1(009)-138/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı icra olunmamışdır. Nərimanov Rayon Məhkəməsinin 4(005)-1223/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Qərarın icrası 3 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Mirzəyev X12 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 20 gün müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 11 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(011)180/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 1(bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-129/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(011)180/2017 saylı hökmü dəyışdırilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası 1(bir ) il həddində müəyyən edilmiş, və onun həbsdə saxlanıldığı 10 (on ) gün müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı vardır – xx xxx 2003-cü tarixdə anadan olmuş X14. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Mirzəyev X12 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 20 gün müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 11 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad olunmuş, lakin iki il keçmədən xx xxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs 16 may 2020-ci il tarixdən 18 may 2020-ci il tarixədək tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı aparılır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(005)-1223/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və o hazırda 3 saylı stintaq Təcridxanasında saxlanılır. Məhkmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilsə də, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(005)-1223/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli icra olunmamışdır. Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(005)-1223/2020 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının 21 may 2020-ci il tarixli 1402 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,171 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Səbail rayon polis idarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş fabrik qablaşdırmada olan üzərində “PADEN300” yazısı olan ekspertiza tədqiqatından sonra 03 kapsulda tərkibində güclü təsirdən maddə olan preqabalin da hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının (məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası) xərci 319, 36 (üç yüz on doqquz manat otuz altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Səbail Rayon Məhkəməsinin 1(009)-138/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 1223/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,171 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Səbail rayon polis idarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş fabrik qablaşdırmada olan üzərində “PADEN 300” yazısı olan ekspertiza tədqiqatından sonra 03 kapsulda tərkibində güclü təsirdən maddə olan preqabalin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 319,36 (üç yüz on doqquz manat otuz altı qəpik) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 ( bir yüz səksən ) manat Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar