Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-138/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Verdiktum” Vəkil Bürosunun Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxx 1995-ci ildə Gürcüstan Respublikası, Marneuli şəhəri, Saral kəndində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gürcüstan Respublikası, Marneuli şəhəri, Saral kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olaraq təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 talama məqsədi olmadan 21 oktyabr 2020-il tarixdə saat 00:00 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21074 minik” markalı, 2011-ci il buraxılışlı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilə daxil olmuş, mühərriki hərəkətə gətirib oradan uzaqlaşmaqla qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında Bəhlul Səfərov həyətə darvazadan keçməklə qanunsuz daxil olub, qapını açmış, daha sonra Təqsirləndirilən şəxs1 içəri qanunsuz daxil olaraq həyətdən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 350 manat dəyərində qaynaq aparatını, 1 ədəd 150 manat dəyərində preparatoru, 1 ədəd 30 manat dəyərində kiçik ölçülü “Makita” markalı əl drelini, 1 ədəd 100 manat dəyərində lobziki, 1 ədəd 160 manat dəyərində enerji adapterli dreli, 1 ədəd 400 manat dəyərində uqlovez avadanlığını, 1 ədəd 4 manat dəyərində rezin çəkici, hər biri 3 manat olan 2 ədəd ümumi dəyəri 6 manat olan və 1 ədəd 5 manat dəyərində dəmir çəkici, 1 ədəd kiçik ölçülü 3 manat dəyərində yaşıl rəngli mismar çəkən aləti, 1 ədəd orta ölçülü 5 manat dəyərində qara rəngli mismar çəkən aləti, 1 ədəd 10 manat dəyərində və 1 ədəd 15 manat dəyərində 2 ədəd qaz açarını, 1 ədəd 15 manat dəyərində 2x4 mm ölçülü “Aknur Kablo” markalı, 16 metr uzunluğunda mis tərkibli, 3 keçiricili elektrik uzadıcısını, hər biri 1 manat olmaqla 2 ədəd 2 manat dəyərində və 1 ədəd 5 manat dəyərində kəlbətini, 1 ədəd 3 manat dəyərində və 1 ədəd 10 manat dəyərində 2 ədəd dəmirkəsən qayçını, 1 ədəd 20 manat dəyərində vintburan dəsti, 1 ədəd 2500 Vat gücündə 80 manat dəyərində “Bosch” markalı böyük laqondanı və 1 ədəd 180 Vat gücündə 40 manat dəyərində kiçik laqondanı, həyətin içərisindəki arxa qapıdan “Turan” mağazasının içərisinə daxil olmaqla mağazadan hər bir qutusu 3 manat 60 qəpik olan 10 qutu ümumi dəyəri 36 manat olan nazik “Kent 4”, hər bir qutusu 3 manat 40 qəpik olan 10 qutu ümumi dəyəri 34 manat olan nazik boz “Winston”, bundan başqa hər bir qutusu 2 manat olan 5 qutu ümumi dəyəri 10 manat olan nazik ağ “Magna” markalı siqaretləri, 10 manat dəyərində alışqanı, 10 manat dəyərində şirniyyatı və 150 manat dəyərində qəpiklərdən ibarət nəğd pulu talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1663 (min altı yüz altmış üç) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanında yerləşən “Təklə” marketin dəmir barmaqlıqlarını o və Bəhlul Səfərov sındıraraq mağazaya qanunsuz daxil olub, içəridən Zərərçəkmiş şəxs5 məxsus hər bir qutusu 3 manat 60 qəpik olan 75 qutu ümumi dəyəri 270 manat olan nazik “Kent 4” , hər bir qutusu 3 manat 90 qəpik olan 50 qutu ümumi dəyəri 195 manat olan nazik ağ “Sobrania”, hər bir qutusu 3 manat 60 qəpik olan 65 qutu ümumi dəyəri 234 manat olan “Kent 8”, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan nazik boz “LD”, hər bir qutusu 2 manat olan 80 qutu ümumi dəyəri 160 manat olan nazik boz “Magna”, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan nazik ağ “Magna”, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan boz “Magna Compact”, hər bir qutusu 2 manat 50 qəpik olan 70 qutu ümumi dəyəri 175 manat olan “Winchester”, hər bir qutusu 2 manat 50 qəpik olan 60 qutu ümumi dəyəri 150 manat olan “Pall Mall”, hər bir qutusu 2 manat olan 50 qutu ümumi dəyəri 100 manat olan “Vicheroy”, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan boz “Winston” markalı siqaretləri və 60 manat dəyərində qəpik pulları talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 2060 (iki min altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən mağazanın giriş qapısını o, sındıraraq mağazaya Bəhlul Səfərov və Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz daxil olub mağazadan İbiyeva Pərvanə Məmməd qızına məxsus hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 1” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan nazik “Kent 4” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 8” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 4“ siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 4 mentol’’ siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 20 qutu, ümumi dəyəri 72 manat olan “Kent 4 Compact” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik ağ “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın ağ “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik göy “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın göy “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik qara “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın qara “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 20 qutu, ümumi dəyəri 78 manat olan “Sobrania compact” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 30 qutu, ümumi dəyəri 102 manat olan nazik boz “Winston” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 40 qutu, ümumi dəyəri 136 manat olan boz “Winston Compact” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 20 qutu, ümumi dəyəri 68 manat olan göy “Winston Compact" siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 20 qutu, ümumi dəyəri 68 manat olan “Winston Mentol" siqareti, hər bir qutusu 3 manat olan 40 qutu, ümumi dəyəri 120 manat olan nazik boz “LD” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 8 qutu, ümumi dəyəri 20 manat olan “Karamelli "LD” siqareti, hər bir qutusu 2 manat 80 qəpik olan 30 qutu, ümumi dəyəri 84 manat olan ağ “LD Compact" siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan boz "Klassik” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan göy “Klassik" siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 30 qutu, ümumi dəyəri 66 manat olan boz “Klassik Compact” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan göy “Klassik Compact” siqareti, hər bir qutusu 2 manat olan 50 qutu, ümumi dəyəri 100 manat olan nazik boz “Magna" siqareti, hər bir qutusu 2 manat olan 50 qutu, ümumi dəyəri 100 manat olan nazik qara “Magna” siqareti, hər bir qutusu 2 manat olan 30 qutu, ümumi dəyəri 60 manat olan boz “Magna Compact” siqareti, hər bir qutusu 2 manat olan 30 qutu, ümumi dəyəri 60 manat olan göy “Magna Compact" siqareti, hər bir qutusu 2 manat olan 20 qutu, ümumi dəyəri 40 manat olan nazik ağ “Magna” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 50 qutu, ümumi dəyəri 125 manat olan boz “Rothmans Compact” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 50 qutu, ümumi dəyəri 125 manat olan göy “Rothmans Compact” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 30 qutu, ümumi dəyəri 75 manat olan “Rothmans Mentol” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan nazik boz “Want” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan nazik qara “Want” siqareti, hər bir qutusu 2 manat 40 qəpik olan 100 qutu, ümumi dəyəri 240 manat olan “Want Compact” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 100 qutu, ümumi dəyəri 220 manat olan “Want Mentol” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan nazik ağ “Want” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan nazik göy “Want” siqareti, hər bir qutusu 2 manat olan 40 qutu, ümumi dəyəri 80 manat olan “More” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 180 qutu, ümumi dəyəri 450 manat olan “Winchester” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 90 qutu, ümumi dəyəri 225 manat olan “Pall Mall” siqareti, hər bir qutusu 2 manat olan 20 qutu, ümumi dəyəri 40 manat olan “Vicheroy” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Davidoff” siqareti, 100 manat qəpiklərlə nağd pul, 30 manat dəyərində 30 ədəd 1 manatlıq sim kontur, 60 manat dəyərində 30 ədəd 2 manatlıq sim kontur, 10 manat dəyərində 1 ədəd 10 manatlıq sim kontur, 30 manat dəyərində 30 ədəd 1 manatlıq cin kontur, 60 manat dəyərində 2 manatlıq cin kontur, 25 manat dəyərində 5 ədəd cin kontur, 60 manat dəyərində 2 manatlıq 30 ədəd nar kontur, 25 manat dəyərində 5 ədəd nar kontur, 6 manat dəyərində spirtli içki olan “Kuller” pivəsini talamaqla Zərərçəkmiş şəxs2 5082 (beş min səksən iki) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 26 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “Qaçqınlar binası” nın yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus “Vaz 21074 minik” markalı, 2011-ci il buraxılışlı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 250 manat dəyərində 4 ədəd təkərlərini disklərlə birlikdə 1 ədəd 40 manat dəyərində sükanı, 1 ədədinin qiyməti 30 manat olmaqla 2 ədəd 60 manat dəyərində səsgücləndiriciləri, 4 ədəd 30 manat dəyərində ayaq altı rezinləri, 1 ədəd 30 manat dəyərində arxa saxlanc yerinin rezinini, 1 ədəd 150 manat dəyərində arxa oturacaqları talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 560(beş yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27.10.2020-ci il tarixdə saat 06 radələrində ünvan 5 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Kia Sportage” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsini sındırmaqla avtomobildən Zərərçəkmiş şəxs3 məxsus içərisində 2000 manat nəğd pul olan 20 manat dəyərində “LC WAİKİKİ” brendinə məxsus, 58 ölçüdə payız gödəkçəsini, 1 ədəd 10 manat dəyərində “Hoko” markalı modulyatoru, 70 manat dəyərində qranat daşlardan ibarət, 150 manat dəyərində gümüş daşlardan ibarət təsbehi, ümumi dəyəri 170 manat olan “Polaris” markalı 2 ədəd eynəyi, 1 ədəd 70 manat dəyərində “Hoko” markalı pover bankı, 1 ədəd 5 manat dəyərində 8 GB ölçüdə və 1 ədəd 3 manat dəyərində 4 GB ölçüdə USB kartları, 1 ədəd 80 manat dəyərində “Hoko” markalı qulaqcığı talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 2578 (iki min beş yüz yetmiş səkkiz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olaraq təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanının qarşısına gələrək orada Təqsirləndirilən şəxs2 yarana biləcək maneələri aradan qaldırmaq məqsədi ilə həyətin girişində dayanmış Bəhlul Səfərov darvazadan həyətə qanunsuz daxil olaraq həyətin qapısını açmış, daha sonra Təqsirləndirilən şəxs1 də həyətə daxil olaraq həyətdən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 350 manat dəyərində qaynaq aparatını, 1 ədəd 150 manat dəyərində preparatoru, 1 ədəd 30 manat dəyərində kiçik ölçülü “Makita” markalı əl drelini, 1 ədəd 100 manat dəyərində lobziki, 1 ədəd 160 manat dəyərində enerji adapterli dreli, 1 ədəd 400 manat dəyərində uqlovez avadanlığını, 1 ədəd 4 manat dəyərində rezin çəkici, hər biri 3 manat olan 2 ədəd ümumi dəyəri 6 manat olan və 1 ədəd 5 manat dəyərində dəmir çəkici, 1 ədəd kiçik ölçülü 3 manat dəyərində yaşıl rəngli mismar çəkən aləti, 1 ədəd orta ölçülü 5 manat dəyərində qara rəngli mismar çəkən aləti, 1 ədəd 10 manat dəyərində və 1 ədəd 15 manat dəyərində 2 ədəd qaz açarını, 1 ədəd 15 manat dəyərində 2x4 mm ölçülü “Aknur Kablo” markalı, 16 metr uzunluğunda mis tərkibli, 3 keçiricili elektrik uzadıcısını, hər biri 1 manat olmaqla 2 ədəd 2 manat dəyərində və 1 ədəd 5 manat dəyərində kəlbətini, 1 ədəd 3 manat dəyərində və 1 ədəd 10 manat dəyərində 2 ədəd dəmirkəsən qayçını, 1 ədəd 20 manat dəyərində vintburan dəsti, 1 ədəd 2500 Vat gücündə 80 manat dəyərində “Bosch” markalı böyük laqondanı və 1 ədəd 180 Vat gücündə 40 manat dəyərində kiçik laqondanı, həyətin içərisindəki arxa qapıdan “Turan” mağazasının içərisinə daxil olmaqla mağazadan hər bir qutusu 3 manat 60 qəpik olan 10 qutu ümumi dəyəri 36 manat olan nazik “Kent 4”, hər bir qutusu 3 manat 40 qəpik olan 10 qutu ümumi dəyəri 34 manat olan nazik boz “Winston”, bundan başaqa hər bir qutusu 2 manat olan 5 qutu ümumi dəyəri 10 manat olan nazik ağ “Magna” markalı siqaretləri, 10 manat dəyərində alışqanı, 10 manat dəyərində şirniyyatı və 150 manat dəyərində qəpiklərdən ibarət nəğd pulu talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1663 (min altı yüz altmış üç) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 oğlu və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanında yerləşən “Təklə” marketin qarşısına gəlmiş, yarana biləcək maneələri aradan qaldırmaq məqsədi ilə marketin dəmir barmaqlıqlarının yanında dayanmış, Təqsirləndirilən şəxs1 və Bəhlul Səfərov mağazanın dəmir barmaqlıqlarını sındıraraq birlikdə mağazaya qanunsuz daxil olub, içəridən Zərərçəkmiş şəxs5 məxsus hər bir qutusu 3 manat 60 qəpik olan 75 qutu ümumi dəyəri 270 manat olan nazik “Kent 4”, hər bir qutusu 3 manat 90 qəpik olan 50 qutu ümumi dəyəri 195 manat olan nazik ağ “Sobrania” , hər bir qutusu 3 manat 60 qəpik olan 65 qutu ümumi dəyəri 234 manat olan “Kent 8, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan nazik boz “LD”, hər bir qutusu 2 manat olan 80 qutu ümumi dəyəri 160 manat olan nazik boz “Magna”, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan nazik ağ “Magna”, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan boz “Magna Compact”, hər bir qutusu 2 manat 50 qəpik olan 70 qutu ümumi dəyəri 175 manat olan “Winchester”, hər bir qutusu 2 manat 50 qəpik olan 60 qutu ümumi dəyəri 150 manat olan “Pall Mall”, hər bir qutusu 2 manat olan 50 qutu ümumi dəyəri 100 manat olan “Vicheroy”, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan boz “Winston” markalı siqaretləri və 60 manat dəyərində qəpik pulları talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 2060 (iki min altmış) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən mağazanın giriş qapısını Təqsirləndirilən şəxs1 sındırdıqdan sonra qanunsuz daxil olub mağazadan İbiyeva Pərvanə Məmməd qızına məxsus hər bir bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 1” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan nazik “Kent 4” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 8” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 4“ siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Kent 4 mentol’’ siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 20 qutu, ümumi dəyəri 72 manat olan “Kent 4 Compact” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik ağ “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın ağ “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik göy “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın göy “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan nazik qara “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 30 qutu, ümumi dəyəri 117 manat olan qalın qara “Sobrania” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 20 qutu, ümumi dəyəri 78 manat olan “Sobrania compact” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 30 qutu, ümumi dəyəri 102 manat olan nazik boz “Winston” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 40 qutu, ümumi dəyəri 136 manat olan boz “Winston Compact” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 20 qutu, ümumi dəyəri 68 manat olan göy “Winston Compact" siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 20 qutu, ümumi dəyəri 68 manat olan “Winston Mentol" siqareti, hər bir qutusu 3 manat olan 40 qutu, ümumi dəyəri 120 manat olan nazik boz “LD” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 8 qutu, ümumi dəyəri 20 manat olan “Karamelli "LD” siqareti, hər bir qutusu 2 manat 80 qəpik olan 30 qutu, ümumi dəyəri 84 manat olan ağ “LD Compact" siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan boz "Klassik” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan göy “Klassik" siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 30 qutu, ümumi dəyəri 66 manat olan boz “Klassik Compact” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan göy “Klassik Compact” siqareti, hər bir qutusu 2 manat olan 50 qutu, ümumi dəyəri 100 manat olan nazik boz “Magna" siqareti, hər bir qutusu 2 manat olan 50 qutu, ümumi dəyəri 100 manat olan nazik qara “Magna” siqareti, hər bir qutusu 2 manat olan 30 qutu, ümumi dəyəri 60 manat olan boz “Magna Compact” siqareti, hər bir qutusu 2 manat olan 30 qutu, ümumi dəyəri 60 manat olan göy “Magna Compact" siqareti, hər bir qutusu 2 manat olan 20 qutu, ümumi dəyəri 40 manat olan nazik ağ “Magna” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 50 qutu, ümumi dəyəri 125 manat olan boz “Rothmans Compact” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 50 qutu, ümumi dəyəri 125 manat olan göy “Rothmans Compact” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 30 qutu, ümumi dəyəri 75 manat olan “Rothmans Mentol” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan nazik boz “Want” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 50 qutu, ümumi dəyəri 110 manat olan nazik qara “Want” siqareti, hər bir qutusu 2 manat 40 qəpik olan 100 qutu, ümumi dəyəri 240 manat olan “Want Compact” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 100 qutu, ümumi dəyəri 220 manat olan “Want Mentol” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan nazik ağ “Want” siqareti, hər bir qutusu 2 manat 20 qəpik olan 20 qutu, ümumi dəyəri 44 manat olan nazik göy “Want” siqareti, hər bir qutusu 2 manat olan 40 qutu, ümumi dəyəri 80 manat olan “More” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 180 qutu, ümumi dəyəri 450 manat olan “Winchester” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 90 qutu, ümumi dəyəri 225 manat olan “Pall Mall” siqareti, hər bir qutusu 2 manat olan 20 qutu, ümumi dəyəri 40 manat olan “Vicheroy” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 30 qutu, ümumi dəyəri 108 manat olan “Davidoff” siqareti, 100 manat qəpiklərlə nağd pul, 30 manat dəyərində 30 ədəd 1 manatlıq sim kontur, 60 manat dəyərində 30 ədəd 2 manatlıq sim kontur, 10 manat dəyərində 1 ədəd 10 manatlıq sim kontur, 30 manat dəyərində 30 ədəd 1 manatlıq cin kontur, 60 manat dəyərində 2 manatlıq cin kontur, 25 manat dəyərində 5 ədəd cin kontur, 60 manat dəyərində 2 manatlıq 30 ədəd nar kontur, 25 manat dəyərində 5 ədəd nar kontur, 6 manat dəyərində spirtli içki olan “Kuller” pivəsini talamaqla Zərərçəkmiş şəxs2 5082 (beş min səksən iki) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə axşam saatlarında tanışları Orxan və Bəhlul adlı şəxslərlə görüşmüşdür. Onlar birgə oğurluq etmək qərarına gəlmişlər və bu məqsədlə də Memar Əcəmi metrosu istiqamətinə getmişlər. Artıq 20-dən 21-nə keçən gecə saat 00:00 radələrində o, Orxan və Bəhluldan bir qədər kənarlaşmış və ünvan 2 ünvanında yol kənarında olan qara rəngli, “VAZ 21074” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşmışdır. O, avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Avtomaşına daxil olmuş, avtomobilin salonunda vintaçanı götürmüş və mühərriki çalışdırmışdır. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr istiqamətinə gedərək orada Orxanla Bəhlula zəng edib götürmüşdür. Həmin gecə, yəni 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində onlar maşınla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisində “Sentralni” adlanan yerə gəldikə orada “Turan” adlı ərzaq mağazasının olduğunu görmüşlər. Mağazanın qapısı bağlı olmuşdur. Şüşədən içəri baxdıqda mağazanın arxa qapısının olduğunu və həmin qapının açıq olduğunu görmüşlər. Mağazanın arxa hissəsi həyət evinin içəri həyət hissəsinə düşürmüş. Buna görə də onlar mağazaya daxil olmaq üçün həmin həyətin hasarından içəri daxil olmuş və mağazanın arxa qapısından içəri daxil olmuşlar. Mağazada boş qutulardan birini götürmüş və piştaxtada olan siqaretləri həmin qutuya doldurmuşlar. Sonra siyirmədən təxminən 20-30 manat dəyərində qəpikləri və içmək üçün 3 ədəd yarımlitrlik “Coca Cola” götürərək həyətə çıxmışlar. Həyətdə olarkən onlar həyətdə olan qaynaq aparatı və dreli də götürərək həyətin qapısını açmış və çölə çıxaraq həmin əmlakları avtomobilə yükləmişlər. Bundan başqa o, həyətdən lobzik və preparator götürmüşdür. Bundan başqa əmlak görməmişdir. Sonra həmin mağazanın yaxınlığında olan digər “Təklə” adlanan ərzaq mağazasının dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olmuşlar və mağazadan 2 ədəd boş qutu götürərək piştaxtada olan siqaretləri həmin qutulara doldurmuşlar. Daha sonra siyirmədən təxminən 50 manata yaxın qəpikləri götürmüşlər və marketdən çıxaraq həmin əmlakları da avtomobilə yükləmişlər. Sonra həmin avtomaşınla Nardaran qəsəbəsi istiqamətinə getmişlər. Həmin tarixdə saat 05 radələrində yol kənarındakı marketlərin birinin qapısının dəmir qıfılını sındıraraq içəri daxil olmuşlar və mağazadan 2 ədəd boş qutu götürərək həmin qutulara vitrindən siqaretlər doldurmuşlar, sonra təxminən 50 manata yaxın dəmir pullar, 2 ədəd 2 litrlik “Kuller” markalı pivə, 2-3 ədəd tum paketi götürmüşlər və avtomobilə yükləyərək Xırdalan şəhərinə qayıtmışlar. Xırdalan şəhərində o, avtomobili içərisində olan əmlaklarla birlikdə dayanacaqda saxlamış və onlar ayrılaraq hər biri öz yaşadığı ünvana getmişdir. Növbəti gün siqaretləri Xırdalanda müxtəlif marketlərə satmış və ümumilikdə əldə olunan 850 manat pulları üçü arasında bölmüşdür. Bundan sonra 26 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində o, Xırdalan şəhərində yaşadığı ünvanın yaxınlığında yəni Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “Qaçqınlar binası” nın yaxınlığında Elxan adlı bir tanışına demişdir ki, maşının təzə hissələrini dəyişib köhnələri ilə əvəz etsin. Elxan da özünə aid köhnə “VAZ 21” markalı avtomaşınını gətirib onunla birgə “ VAZ 21074” markalı **-ZR-*** markalı avtomobilin 04 ədəd diski təkərlərlə birgə, arxa oturacaqları, 1 ədəd sükanı götürərək əvəzinə köhnələrini və yararsız vəziyyətdə olanları bağlamışdır. Bundan başqa 02 ədəd səsgücləndiricini və 4 ədəd ayaqaltı rezinləri, 1 ədəd arxa saxlanc yerinin rezinlərini götürmüş, əvəzində isə heçnə qoymamışdır. 2 ədəd səsgücləndiricini, 2 ədəd arxa ayaqaltı rezinləri Elxanın avtomobilinə qoymuşdur. Qabaq ayaqaltı rezinləri və arxa saxlanc yerinin rezinlərini isə xatırlamadığı yerə tullamışdır. Həmçinin o, avtomobilin siqnalizasiya sistemini zərərsizləşdirmək üçün arxa yan qapıların üzlüklərini də qopardıb atmışdır. Elxan həmin maşını onun qaçırdığını bilməmişdir. O, Elxana demişdir ki, tanışınındır və kreditlə götürübdür, pulunu ödəyə bilmədiyi üçün qaytaracaq. Ona demişdir ki, hansı hissəsini istəyirsən dəyiş. Lakin heç bir pul və əvəzinə heçnə almamışdır. 27 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində o, Bəhlulla birgə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yol kənarında “KİA” markalı avtomaşının sağ şüşəsini sındıraraq maşından 1 ədəd eynək, pover bank, cərəyan yükləyən, qara rəngli parça gödəkcə, qulaqcıq, 2 ədəd təsbeh, 2 ədəd USB kart oğurlayaraq yenidən avtomaşınla Xırdalan şəhərinə qayıtmış və oğurladığı bu əşyaları xatırlamadığı tanışlarına pay vermişdir. Həmçinin bildirmişdir ki, gödəkçənin cibində heç bir pul vəsaiti olmamışdır. Həmin vaxt Orxan onlarla gəlməmişdir. Daha sonra 30 oktyabr 2020-ci il tarixdə saat 06:47-də yenidən avtomaşını Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanında yol kənarına qoyaraq evinə gəlmişdir. Binəqədi rayonunda yerləşən hər iki marketə daxil olarkən həmçinin birinci marketə daxil olmaq üçün mənzilin həyətinə daxil olduqda eləcə də Nardaran qəsəbəsində marketə daxil olarkən, həmçinin Səbail rayonu ərazisində avtomaşından əmlak talayarkən onları heç kəs görməmişdir və kənardan onları kiminsə gördüyünü hiss etməmişdir. Binəqədi rayonunda “Turan” adlı mağazanın arxa qapısı həyətin içərisində olduğundan əvvəlcə Bəhlul darvazanın üzərindən keçərək qapını açmış, sonra o, içəri daxil olmuş və Bəhlulla birlikdə mağazaya daxil olmuşlar. Orxan isə çöldə gözləmişdir ki, kimsə gəldikdə onlara xəbər versin. Binəqədi rayonunda yerləşən “Təklə” adlı marketin dəmir barmaqlıqlarını mismar çıxaranla sökmüşlər və o, Bəhlulla içəri daxil olmuşdur. Orxan isə yenə də çöldə dayanmışdır ki, kimsə gəldikdə onlara xəbər versin. Nardaranda yerləşən marketin dəmir qıfılını o, sındırmış və onlar hər üçü içəri daxil olaraq mağazadan oğurluq etmişlər. Səbail rayonu ərazisində olan avtomobilin şüşəsini o, sındırmış və əlini şüşədən içəri salaraq salonda olan əmlakları götürüb Bəhlula vermişdir. Həmin vaxt Bəhlul onun arxasında dayanmışdır. Nəsimi rayonu ərazisində avtomobili götürməkdə məqsədi ondan ibarət olmuşdur ki, həmin avtomobillə hərəkət edərək oğurluqları həyata keçirsinlər. O, həmin vaxt qabaqcadan Orxan və Bəhlula bir söz deməmişdir. Onlar əvvəlcədən oğurluq etmək barədə razılığa gəlmişlər. Lakin avtomobili o, Orxan və Bəhluldan kənarlaşıb təsadüfən görmüş və düşünmüşdür ki, həmin avtomobillə oğurluq edəcəkləri yerlərə getsinlər. Ona görə qismən təqsirli bilmişdir ki, Binəqədi rayonunda yerləşən “Turan” adlı market yerləşən həyətdən ona elan olunmuş ittihamdakı qədər tikinti alətləri talamamışdır. Həmçinin Sabunçu rayonu ərazisində mağazada ona elan olunmuş ittihamdakı qədər siqaretlər olmamışdır. Eləcə də Səbail rayonu ərazisindəki avtomobilin içərisində olan gödəkçənin cibində 2000 manat pul olmamış, həmçinin eynək də bir ədəd olmuşdur. O, həmçinin göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Əhəd Şəmsizadənin və Zərərçəkmiş şəxs1 ondan şikayət və tələblərinin olmamasını, atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim edərək CM-nin 185.1-ci maddəsi ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə saat 17-18 radələrində o, tanışları Rahib və Bəhlulla birlikdə Xırdalan qəsəbəsində kafedə oturub çay içirmişlər. Söhbət zamanı Rahib təklif etmişdir ki, metronun “ Memar Əcəmi” stansiyası yaxınlığına gedib, oradan mağazalardan oğurluq etsinlər. Bu təklifdən sonra o və Bəhlul Rahiblə razılaşmışlar. Sonra Xırdalandan taksi ilə “Şamaxinka” adlanan yerə gəlmiş və oradan isə məhlələrin arası ilə gəzə-gəzə “ Memar Əcəmi” metrosunun yaxınlığına gəlmişlər. Sonra Rahib və Bəhlul ondan uzaqlaşaraq məhlələrin arasına getmişlər. O, isə həmin vaxt 3-cü mikrorayon dairəsi ətrafında binalardan birinin blokunda dayanmışdır. Yarım saat sonra Bəhlul onun yanına gəlmişdir. O, Bəhluldan Rahibin harada olduğunu soruşduqda Bəhlul bildirmişdir ki, Rahib birazdan gələcək. Təxminən gecə saat 00:00 radələrində Rahib Bəhlula zəng vuraraq bildirmişdir ki, Bəhlulla o, 3-cü mikrorayon dairəsi yanında Rahibi gözləsinlər. O, Bəhlulla orada gözləmişdir. Bir qədər sonra Rahib qara rəngli “VAZ21074” markalı avtomobillə gəlmiş və həmin avtomobili yaxınlıqdakı həyətlərin birindən qaçırtdığını bildirmişdir. Sonra o, qabaqda əyləşmişdir. Bəhlul isə arxada əyləşmişdir. Daha sonra Rahib avtomobili idarə etmişdir. Onlar Binəqədi rayonu ərazisinə gəlmiş və Rahib həyət evlərinin arasında olan “Turan” adlı marketin qarşısında avtomobili saxlayaraq buradan oğurluq edəcəklərini bildirmişdir. Sonra onlar avtomobildən düşmüşlər. Həmin mağazanın şüşəsindən baxdıqda arxa qapısının olmasını və açıq olduğunu, həmçinin qapının həyətin içərisində olmasını görmüşlər. X18 həyətin darvazasından içəri daxil olaraq həyətin qapısını açmışlar. Daha sonra mağazanın arxa qapısından içəri daxil olmuşlar. Mağazadan iki qutu müxtəlif markalı siqaretləri gətirib avtomobilin arxa oturacağına boşaltmış və yenidən gedərək həyətdən drel, qaynaq aparatı gətirərək avtomobilə qoymuşlar. Həmin vaxt o, içəri daxil olmamışdır. Darvazanın girişində dayanmışdır ki, kimsə gəldikdə Rahiblə Bəhlula xəbər versin. Bu mağazadan sonra onlar bir qədər yaxınlıqda yerləşən “Təklə” adlanan mağazanın qarşısına getmişlər. X18 həmin mağazanın dəmir barmaqlarını mismar çıxaranla sökmüş və içəri daxil olmuşlar. İçəridən sellofan torbada müxətlif markalı siqaretləri gətirib avtomobilin arxa salonuna qoymuşlar. Həmin vaxt da o, dəmir barmaqlıqların qarşısında dayanmışdır ki, kimsə gəldikdə Rahiblə Bəhlula xəbər versin. Sonra onlar yenə də avtomobilə oturmuş və Rahib avtomobili idarə etmiş, onlar oradan uzaqlaşmışlar. Daha sonra onlar başqa bir marketin qarşısında dayanmış və Rahib həmin yerin Nardaran ərazisi olduğunu demişdir. Bundan sonra Rahib mağazanın kilidini sındırmış və onlar içəri daxil olmuşlar. X13 müxtəlif markalı siqaretləri qutuya doldurmuşlar. O, isə iki ədəd “Küller” pivəsi götürmüş və götürdükəri malları gətirib avtomobilə boşaltmışlar. Sonra həmin gecə saat 05-06 radələri olarkən onlar Xırdalan qəsəbəsinə qayıtmış və hərə öz evinə getmişdir. Götürdükləri əmlaklar isə avtomobildə qalmışdır.Səhəri gün isə Rahib ona 130 manat pul vermiş və bildirmişdir ki, həmin əmlakları satmışdır və əldə olunan gəliri 130 manat olaraq ona vermişdir. Növbəti gün Rahiblə Xırdalanda görüşəndə Rahib demişdir ki, avtomobil xarab olub və avtomobili aparıb götürdüyü yerə qoyacaq. Bundan sonra onun Rahibin avtomobili aparmasından və ya başqa cinayət törətməsindən məlumatı olmamışdır. O, yalnız Nardaranda olan mağazaya daxil olmuşdur. Digər marketlərdə isə marketin çöl hissəsində dayanmışdır. O, həmin siqaretlərin məbləğini təxmini yazmışdır. Binəqədidə “Sentralnı” adlanan yerdə olan mağazadan su götürməmişdir. 100 manat pul isə ümumi bütün mağazalarda olan qəpik pulların məbləği olmuşdur. Həmçinin Nardarandakı mağazadan yalnız 2 şüşə pivə götürmüş, siqaretlərin məbləğini təxmini qeyd etmişdir. Nardaranda olan mağazaya daxil olarkən əvvəlcə çöldə gözləmişdir. Çünki içəridə çox adam olması diqqəti cəlb edə bilərdi. İçəridən Bəhlulla Rahib siqaret və mobil telefon danışıqları üçün konturları ı qutuya yığıb ona vermişlər, o, aparıb avtomobilə qoymuşdur. Sonra o, içəri daxil olub iki şüşə “Kuller” pivəsi götürmüş və gətirib avtomobilə qoymuşdur. Nardarandakı mağazadan zərərçəkmişin dediyi məbləğdə əmlak götürməmişdir. Oradan o, yalnız iki butulka pivə götürmüşdür. Bəhlulla Rahib isə iki ədəd qutuya siqaret və konturları yığmışdır. Həmçinin qəpik pulları da Rahib götürmüşdür, Lakin zərərçəkmişin dediyi məbləğdə siqaret və kontur mağazada olmamışdır. Binəqədidə olan “Turan” marketdə siqaretlərin məbləğini deyə bilmir. Alışqan və şirniyyat olmasını xatırlayır. Həmçinin qəpik pulların məbləği 150 manat ola bilməzdi. Eləcə də tikinti alətləri hamısı bir qutunu içərisində olmuş, qutunu Rahiblə Bəhlul gətirdiyi üçün o, içindəkiləri konkret olaraq görməmişdir. Binəqədidə olan “Təklə” marketdə zərərçəkmişin dediyi siqaretlərin məbləğinin çox olduğunu, oradan yalnız bir ədəd sellofan torbada siqaret götürüldüyünü, qəpik pullar götürməyi xatırlamadığını bildirmişdir. Yadında olan yalnız odur ki, ümumi bütün mağazalarda olan qəpik pulların miqdarı 100 manat olmuşdur. Onlar qabaqcadan oğurluq edəcəkləri barədə razılaşmışlar. Razılaşmalarında hər hansı avtomobil götürəcəkləri barədə söhbət olmamışdır. Rahib avtomobili özü qaçırtmışdır. Ona görə ki, özünü qismən təqsirli bilmişdir ki, Binəqədi rayonu ərazisində olan “Təklə” marketdə, həmçinin Sabunçu rayonu ərazisində olan marketdə ona elan olunmuş siqaretlərin miqdarı çox göstərilmişdir. O, həmin miqdarda siqaretlərin mağazalarda olması ilə qətiyyən razı deyil. O, həmçinin göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 26 oktyabr 2020-ci il tarixdə gecə saat 23:30 radələrində yaşadığı ünvana gəlmiş və özünə məxsus olan “Kia Sportage” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvanın qarşısında saxlamışdır. Növbəti gün yəni 27 oktyabr 2020-ci il tarixdə işə getmək üçün avtomobilinə yaxınlaşdıqda avtomobilin sağ qabaq güzgüsünün sındırıldığını görmüş və avtomobilinin içərisinin dağınıq olduğunu görmüşdür. Avtomobilin arxa oturacağının üzərində qoyduğu gödəkçənin yerində olmadığını görmüşdür. Gödəkçənin cibində ona məxsus 2000 manat pul olmuşdur. Gödəkçənin cibində olan 2000 manat pulla o, özünə mobil telefon alacaqmış. Həmin gün unudaraq cibində saxlamışdır. Həmişə onun cibində bu qədər pul olmur. Ona məxsus avtomobildən 2000 manat puldan başqa bir ədəd modulyator, bir ədəd pover bank, iki ədəd eynək, 2 ədəd təsbeh, iki ədəd USB kart və bir ədəd qulaqcıq oğurlanmışdır. Modulyator “Hoko” markalı olmuş, qiyməti 10 manat olmuşdur. Eynəklərin hər ikisi “Polaris” markalı olmuş, ikisinin birlikdə qiyməti təxminən 170 manat olmuşdur. USB kartların markasını o, xatırlamır. Kartlardan biri 4 GB ölçüdə qiyməti 3 manat, digəri isə 8 GB ölçüdə qiyməti 5 manat olmuşdur. Pover bankın markası “Hoko” olmuş, qiyməti 70 manat olmuşdur. Qulaqcıq “Hoko” markalı olmuş, qiyməti 80 manat olmuşdur. Ona məxsus gödəkçə kişi cinsinə mənsub olan payız gödəkçəsi olmuş, “LC WAİKİKİ” brendinə məxsus, 58 ölçüdə, qiyməti 20 manat olmuşdur. Ona məxsus 2 ədəd təsbehin ölçüsü və çəkisi barədə bir söz deyə bilməmişdir. Təsbehlər gümüş və qranat daşlardan ibarət olmuş, qranat daşlardan ibarət təsbeh 70 manat, gümüş daşlardan ibarət təsbeh isə təxminən 150 manat olmuşdur. Gümüş daşlardan ibarət təsbehin əyyarı barədə heç bir fikri yoxdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 mart 2021-ci il tarixli 9/1249 nömrəli rəyinin onun əmlaklarına verdiyi qiymətlə razı olduğunu bildirmişdir. məhkəməyə mülki iddia ilə müraciət edərək mülki cavabdeh və Təqsirləndirilən şəxs1 qarşı Zərərçəkmiş şəxs həmçinin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, eləcə də ondan şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Həmçinin iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı 2578 (iki min beş yüz yetmiş səkkiz) manat məbləğində verilmiş mülki iddiadan imtina etdiyini və mülki iddia üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsi ev 1-in qarşısında mağazası vardır, həmin mağazanı da o, işlədir. Bundan əlavə ustadır, fərdi əməklə məşğul olaraq müxtəlif tikintilərdə fəhləlik edir. Həmin mağazanın çöldən də içəridən də qapısı vardır. İçəri tərəfdən qapı evin həyətinə açılır və daima açıq olur. 20 oktyabr 2020-ci il tarixdə axşam saatlarında o, mağazanın dəmir barmaqlıqlarını bağlamış və evə girmişdir. Darvazanın bağlanması üçün həm açardan həm də cəftədən istifadə edir. Eyni zamanda da evin dəmir darvazasını arxadan bağlamışdır. Belə ki, 21 oktyabr 2020-ci il tarixdə səhər saat 07 radələrində o, yuxudan oyanmış və həyətin içərisindəki qapıdan mağazaya girəndə mağazanın vitrinində siqaretlərin olmamasını görüb oğurluq hadisəsinin olmasını aşkar etmişdir. Belə ki, müxtəlif çeşidli siqaret, şirniyyatla yanaşı mağazadakı qəpik pullar da oğurlanmışdır. Bundan əlavə həyətdə qapının yanına yığdığı tikinti təmir işləri üçün nəzərdə tutulmuş alətlər də oğurlanmışdır. O, bayıra çıxıb mağazanın qapısına baxmış və görmüşdür ki, qapı bağlıdır, heç nə sındırılmayıb. Ona məlum olmuşdur ki, naməlum şəxslər evin dəmir darvazasının üstündən keçməklə həyətə daxil olmuşlar və darvazanın cəftəsini çəkməklə qapını açmışlar. Belə ki, darvazanın qapısının açarı üstündə olsa da o, qapını açarla bağlamamışdır, yalnız cəftəsini çəkmişdir. O, baş vermiş hadisə ilə bağlı dərhal polisə müraciət etmişdir. Oğurluq baş verən günü o, oğurlanmış siqaretlərin və qəpik pulların məbləğini təxminən yazmışdır, buna görə də Binəqədi RPİ-də təhqiqatda verdiyi izahatda məbləğlər az göstərilmişdir. Sonradan o, mağazanı təftiş etdikdən sonra ona dəymiş maddi ziyanın çox olduğunu müəyyən etmişdir. Belə ki, qəpiklərdən ibarət puların ümumi dəyəri 150 manatdır. Bundan əlavə 80 manat dəyərində “Kent”, “Vinston”, “Magna” markalı siqaretlər, 10 manat dəyərində alışqan, 10 manat dəyərində şirniyyat oğurlanmışdır. Bundan əlavə tikinti üçün nəzərdə tutulan alətlər 350 manat dəyərində qaynaq aparatı, 150 manat dəyərində preparator, 75 manat dəyərində drel, 100 manat dəyərində lobzik, 160 manat dəyərində enerji adapterli drel, 400 manat dəyərində uqlavez avadanlığı, 5 manat dəyərində rezin çəkic, hər biri 5 manat olan 3 ədəd dəmir çəkic, hər biri 7 manat olan 2 ədəd mismar çəkən alət, hər biri 15 manat olan 2 ədəd qaz açarı, 30 manat dəyərində elektrik naqili, hər biri 5 manat olan 3 ədəd kəlbətin, hər biri 10 manat olan 2 ədəd dəmirkəsən qayçı, 20 manat dəyərində vintburan dəsti, 2500 Vat gücündə 250 manat dəyərində böyük laqonda və 180 Vat gücündə 100 manat dəyərində kiçik laqonda oğurlanmışdır. O, yalnız böyük ölçülü laqondanın markasının “Bosch” olduğunu xatırlayır. Digərlərinin markasını tanımır. Ona məxsus alətlər ona təqdim olunsa əminliklə tanıya bilər. Ona görə ki, o, həmin alətlərlə illərdir ki, işləyir. Talanan siqaretlər hər bir qutusu 3 manat 60 qəpik olan 10 qutu ümumi dəyəri 36 manat olan nazik “Kent 4” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 10 qutu ümumi dəyəri 34 manat olan nazik boz “Winston” siqareti, bundan başaqa hər bir qutusu 2 manat olan 5 qutu ümumi dəyəri 10 manat olan nazik ağ “Magna” siqareti olmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 16.03.2021-ci il tarixli 9/1393 saylı rəyində təqdim edilmiş mallar üzrə 1 ədəd istifadədə olmuş 2x4 mm ölçülü “Aknur Kablo” markalı, 16 metr uzunluğunda mis tərkibli, 3 keçiricili elektrik uzadıcısının dəyərinin 15 manat, 1 ədəd istifadədə olmuş kiçik ölçülü yaşıl rəngli mismar çəkən alətin dəyərinin 3 manat, 1 ədəd istifadədə olmuş orta ölçülü qara rəngli mismar çəkən alətin dəyərinin 5 manat, 1 ədəd istifadədə olmuş rezin çəkicin dəyərinin 4 manat, 2 ədəd istifadədə olmuş dəmir çəkicin 1 ədədinin dəyəri 3 manat olmaqla 2 ədədi 6 manat, 2 ədəd istifadədə olmuş kəlbətinin 1 ədədinin dəyəri 1 manat olmaqla 2 ədədi 2 manat, 1 ədəd istifadədə olmuş tutacaqlı qaz açarının dəyərinin 10 manat, 1 ədəd istifadədə olmuş “Makita” markalı kiçik ölçülü drelin dəyərinin 30 manat, 1 ədəd istifadədə olmuş dəmirkəsən qayçının dəyərinin 3 manat olması, təqdim edilməyən mallar üzrə 1 ədəd 2500 vat gücündə “Bosch” markalı böyük laqondanın dəyərinin 80 manat olması, 1 ədəd 180 vat gücündə kiçik laqondanın dəyərinin 40 manat olması ilə bağlı qiymətlərlə razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizələr təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyannın ödənildiyini, ona görə də ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə saat 21:00 da işdən çıxıb öz məhəllələrinə gəlmişdir. X1 adına olan onun etibarnamə ilə idarə etdiyi **-ZR-*** dövlət qeydiyyat nişanlı qara rəngli “VAZ 21074” markalı avtomobilini ünvan 2 ünvanının qarşısında saxlamış və qapıları bağlayaraq yaşadığı mənzilə qalxmışdır. 21 oktyabr 2020-ci il tarixdə saat 05:15 radələrində işə getmək üçün yuxarıda qeyd etdiyi avtomobili saxladığı yerə gəlmişdir. Lakin avtomobilin yerində olmadığını gördükdə dərhal ətrafa nəzər gəzdirmiş, lakin avtomobil orada olmamışdır. Belə olan halda o, dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. Sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər. 30 oktyabr 2020-ci il tarixdə 07:00 radələrində o, işə getmək üçün yaşadığı ünvanın qarşısına gəldikdə ona məxsus avtomobilin orada olduğunu aşkar etmişdir. O, avtomobilə yaxınlaşdıqda qapıların dördünündə açıq vəziyyətdə olduğunu görmüşdür. O, avtomobilin xaricinə nəzər yetirdikdə disk-təkərlərin dördünün də dəyişdirilərək başqa disk təkər qoyulduğunu, həmçinin avtomobilin salonuna nəzər yetirdikdə sükanın və arxa oturacağın dəyişdirildiyini aşkar etmişdir. Avtomobilin 4 ədəd təkərləri disklərlə birlikdə, 1 ədəd sükanı, arxa oturacaqları dəyişdirilmiş və yerinə köhnələri qoyulmuşdur. Bundan başqa avtomobilin 2 ədəd səsgücləndiricisi, 4 ədəd avtomobilinin salonunda olan ayaq altı rezinləri və 1 ədəd arxa saxlanc yerinin rezinləri, arxa yan qapıların üzlükləri götürülmüşdür və yerinə heç nə qoyulmamışdır. 4 ədəd təkərlərin disklərlə birlikdə qiyməti 250 manat, 1 ədəd sükan 40 manat, 1 ədəd səsgücləndiricinin qiyməti 30 manat olmaqla iki ədədi 60 manat, 4 ədəd ayaq altı rezinlər 30 manat, arxa saxlanc yerinin rezinin qiymətinin 30 manat, arxa yan qapılarının üzlüklərinin qiyməti isə ikisi birlikdə 40 manat, arxa oturacaqların qiyməti isə 150 manat dəyərindədir. Bundan başqa avtomobilin körpüsü zədələnmişdir və bunun nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 mart 2021-ci il tarixli 9/1291 saylı rəyində yalnız sükanın qiymətinin 40 manat olması ilə razılaşmışdır. Rəydə göstərilən digər qiymətlərlə razılaşmamışdır. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənildiyini, eləcə də ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, yaşadığı evdən təxminən 100 metr aralıda “Təklə” market özünə məxsusdur. Mağazada ərzaq, siqaret və s. əşyalar satır. Səhər saat 07 radələrində mağazanı açır, axşam saat 22 radələrində mağazanı bağlayır. Belə ki, 21 oktyabr 2020-ci il tarixdə səhər saat 07 radələrində o, yuxudan oyanmış və mağazanın qapısını açmaq istəyəndə görmüşdür ki, vitrindəki siqaretlər oğurlanıb. Bundan əlavə mağazada dəmir qabın içinə yığdığı pullar da oğurlanmışdır. O, baş vermiş hadisə ilə bağlı dərhal 102 xidmətinə müraciət etmişdir. Sonra isə Binəqədi RPİ-nin 43-cü polis bölməsinə müraciət etmişdir. Mağazadan 2000 manat dəyərində siqaret oğurlanmışdır. O, ilkin ifadəsində siqaretlərin məbləğini təxmini yazmışdır. Bundan başqa 60 manat dəyərində qəpik pullar oğurlanmış və ona ümumi 2060 manat maddi ziyan dəymişdir. Mağazadan hər bir qutusu 3 manat 60 qəpik olan 75 qutu ümumi dəyəri 270 manat olan nazik “Kent 4” siqareti, hər bir qutusu 3 manat 90 qəpik olan 50 qutu ümumi dəyəri 195 manat olan nazik ağ “Sobrania” siqareti, hər bir qutusu 3 manat 60 qəpik olan 65 qutu ümumi dəyəri 234 manat olan “Kent 8” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan nazik boz “LD” siqareti, hər bir qutusu 2 manat olan 80 qutu ümumi dəyəri 160 manat olan nazik boz “Magna” siqareti, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan nazik ağ “Magna” siqareti, hər bir qutusu 2 manat olan 77 qutu ümumi dəyəri 154 manat olan boz “Magna Compact” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 70 qutu ümumi dəyəri 175 manat olan “Winchester” siqareti, hər bir qutusu 2 manat 50 qəpik olan 60 qutu ümumi dəyəri 150 manat olan “Pall Mall” siqareti, hər bir qutusu 2 manat olan 50 qutu ümumi dəyəri 100 manat olan “Vicheroy” siqareti, hər bir qutusu 3 manat 40 qəpik olan 60 qutu ümumi dəyəri 204 manat olan boz “Winston” siqareti, talanmışdır. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyannın ödənildiyini, ona görə də ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 8-ci dalanda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Dolanışıq məqsədi ilə təxminən iki ildir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi Ləhic bağlar massivində yerləşən ərzaq mağazasını icarəyə götürüb işlədir. 20 oktyabr 2020-ci il tarixdə saat təxminən 07 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən ərzaq mağazasına gəlmişdir. Həmin vaxt görmüşdür ki, mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən açılmış və mağazada satılan müxtəlif mallar oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Polis əməkdaşları gələrək onun iştirakı ilə mağazaya baxış keçirtmişlər. Onun və ailə üzvlərinin heç kimlə ədavətləri yoxdur. Baş vermiş hadisənin törədilməsində şübhəli bildiyi kimsə yoxdur. Qeyd olunan hadisə zamanı mağazadan müxtəlif markalı siqaretlər, 100 manat qəpiklərlə nağd pul, 30 manat dəyərində 30 ədəd 1 manatlıq sim kontur, 60 manat dəyərində 30 ədəd 2 manatlıq sim kontur, 10 manat dəyərində 1 ədəd 10 manatlıq sim kontur, 30 manat dəyərində 30 ədəd 1 manatlıq cin kontur, 60 manat dəyərində 2 manatlıq cin kontur, 25 manat dəyərində 5 ədəd cin kontur, 60 manat dəyərində 2 manatlıq 30 ədəd nar kontur, 25 manat dəyərində 5 ədəd nar kontur, 6 manat dəyərində spirtli içki olan “Kuller” pivəsi oğurlanmışdır. Oğurluq nəticəsində ümumilikdə ona 4300 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 21 oktyabr 2020-ci ildə icarə müqaviləsi əsasında işlətdiyi mağazadan oğurlanmış siqaret və digər əşyaların dəyəri 4300 manat təşkil edir. Əvvəllər dəqiq hesablamalar aparılmadığı üçün məbləği dəqiq deyə bilmirdi. O, həmçinin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın ödənildiyini, ona görə də şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid teleqramla məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı X7 mülkiyyətində olan “VAZ 21013” minik markalı **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 2020-ci ilin oktyabr ayının axırlarında o, Xırdalan şəhərində moykada olarkən tanışı Rahib adlı şəxs qara rəngli “VAZ 2107” markalı avtomobillə ona yaxınlaşmış və bildirmişdir ki, həmin avtomobili tanışı kreditlə götürmüşdür və pulunu ödəyə bilmədiyi üçün banka verəcəyini demişdir. Ona isə bildirmişdir ki, həmin avtomobilin üzərində müəyyən hissələr vardır ki, özü dəyişib xərc çəkib. Buna görə də həmin hissələri ona vermək istədiyini bildirmişdir. Belə olduqda o, Rahiblə razılaşmış və avtomobilin 4 ədəd təkərlərini disklərlə birlikdə, 1 ədəd sükanı və arxa oturacaqlarını eyni ehtiyat hissələri ilə dəyişmişlər. Bundan başqa 2 ədəd səsgücləndirici və 2 ədəd arxa ayaqaltı rezinləri onun avtomobilinə qoymuşlar, əvəzində isə heç bir ehtiyat hissəsi qoymamışlar. Təqsirləndirilən şəxs1 onun yanına tək gəlmişdir. Təqsirləndirilən şəxs1 ona avtomobili tanışının kreditlə götürdüyünü və pulunu ödəyə bilmədiyi üçün banka qaytaracağını demişdir. Dəyişdirilən və avtomobilinə qoyulan ehtiyat hissələrinin talanmış olması barədə məlumatı yoxdur. Rahib ona bu barədə heç bir söz deməmişdir. Dəyişdirilən və avtomobilinə qoyulan ehtiyat hissələrinin əvəzində o, Rahibə heç bir pul verməmişdir. O, həmin avtomobillə 2020-ci ilin noyabr ayında yol nəqliyyat hadisəsi törətmiş və hazırda avtomobil yararsız vəziyyətə düşmüş, hazırda Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında dayanmışdır və həmin ehtiyat hissələri də üzərindədir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2021ci il tarixli 9/1249 nömrəli rəyindən görünür ki, 1 ədəd “Hoko” markalı modulyatorun dəyərinin nəzəri qaydada 10 manat olması, 1 ədəd 8 GB ölçüdə USB kartın dəyəri 5 manat, 1 ədəd 4 GB ölçüdə USB kartın dəyəri 3 manat, “LC Waikiki” markalı 58 ölçüdə payız gödəkçəsinin qiyməti isə 20 manat göstərilmişdir. 4 adda malın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 38 manat müəyyən edilir. Polaris” markalı eynəklərlə qranat və gümüş daşlardan ibarət təsbeh haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 mart 2021ci il tarixli 9/1291 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mallar üzrə istifadədə olmuş VAZ 21074 markalı avtomobilə məxsus 4 ədəd “Belshina” markalı 175/70R13 82 T ölçüdə təkərlər diski ilə birlikdə bir ədədinin qiyməti 25 manat olmaqla ümumi dəyərinin 100 manat olması, istifadədə olmuş VAZ 21074 markalı avtomobilə məxsus 1 ədəd arxa oturacağın 30 manat, istifadədə olmuş “Pioneer” markalı TS-A69G5S model 1 ədəd səsgücləndiricinin 20 manat və istifadədə olmuş “Pioneer” markalı, TS-A6964S model 1 ədəd səsgücləndiricinin 20 manat, istifadədə olmuş rezin materialdan hazırlanmış 2 ədəd arxa ayaqaltının bir ədədinin qiyməti 5 manat olmaqla ümumi dəyərinin 10 manat olması, təqdim edilməyən mallar üzrə nəzəri qaydada istifadədə olmuş fotoşəkli təqdim edilmiş üzərində “Fiat” markalanma yazıları olan sükanın 1 ədədini 40 manat, 2016-cı il istehsalı “Kia Sportage” markalı avtomobilə məxsus sağ ön şüşənin 130 manat, istifadədə olmuş rezin materialdan hazırlanmış ön ayaqaltının 1 ədədinin qiyməti 5 manat olmaqla 2 ədədinin ümumi dəyəri 10 manat olması göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda malın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 180 manat, təqdim edilməyə 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 180 manat, digər təqdim edilməyən 3 adda mallar kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekspertizasının 16.03.2021ci il tarixli 9/1393 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mallar üzrə 1 ədəd istifadədə olmuş 2x4 mm ölçülü “Aknur Kablo” markalı, 16 metr uzunluğunda mis tərkibli, 3 keçiricili elektrik uzadıcısının dəyərinin 15 manat, 1 ədəd istifadədə olmuş kiçik ölçülü yaşıl rəngli mismar çəkən alətin dəyərinin 3 manat, 1 ədəd istifadədə olmuş orta ölçülü qara rəngli mismar çəkən alətin dəyərinin 5 manat, 1 ədəd istifadədə olmuş rezin çəkicin dəyərinin 4 manat, 2 ədəd istifadədə olmuş dəmir çəkicin 1 ədədinin dəyəri 3 manat olmaqla 2 ədədi 6 manat, 2 ədəd istifadədə olmuş kəlbətinin 1 ədədinin dəyəri 1 manat olmaqla 2 ədədi 2 manat, 1 ədəd istifadədə olmuş tutacaqlı qaz açarının dəyərinin 10 manat, 1 ədəd istifadədə olmuş “Makita” markalı kiçik ölçülü drelin dəyərinin 30 manat, 1 ədəd istifadədə olmuş dəmirkəsən qayçının dəyərinin 3 manat olması göstərilmişdir. Təqdim edilməyən mallar üzrə 1 ədəd 2500 vaxt gücündə “Bosch” markalı böyük laqondanın dəyərinin 80 manat olması, 1 ədəd 180 vat gücündə kiçik laqondanın dəyərinin 40 manat olması göstərilmiş, qaynaq apararı, preaparator, lobzik, enerji adapterli drel, uqlovez avadanlığı, vintburan dəsti, kəlbətin, dəmir çəkic, qaz açarı, dəmirkəsən qayçı barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 78 manat, təqdim edilməyən 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlinə uyğun olaraq orta azar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 120 manat müəyyən edilir. Digər təqdim edilməyən 10 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 12 mart 2021-ci il tarixli 3/464 saylı rəyindən görünür ki, təqdim edilmiş 04 ədəd daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 53,70 (əlli üç manat yetmiş qəpik) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 12 mart 2021-ci il tarixli 3/465 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxış izi və 2,3,4 saylı daktilolentlərdin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaqlarından qalmamışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 53,70 (əlli üç manat yetmiş qəpik) manatdır. Məhkəmə daktiloskopik ekspertizasının 18 mart 2021-ci il tarixli 3/528 saylı rəyindən görünür ki, təqdim edilmiş 3 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki papilyar naxış izi və 1, 2 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaqlarından qalmamışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 53,70 (əlli üç manat yetmiş qəpik) manatdır. 18 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, X3 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. 18 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X10 həmin maddələrlə təqirləndirilən şəxs qismində cəlb edilmişlər. Təqsirləndirilən şəxs1 ilə, Təqsirləndirilən şəxs2 həmin maddələrlə yenidən ittiham elan edilmiş, X3 istintaqa cəlb etmək mümkün olmadığından, barəsində axtarış elan edilməklə hazırki cinayət işinin materiallarından X3 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca ********* nömrəli iş ayrılmışdır. Həmin qərarla Zərərçəkmiş şəxs1 məxsus 4 ədəd disk təkər, 1 ədəd arxa oturacaq, 2 ədəd səsgücləndirici, 2 ədəd arxa ayaq altı rezinlər, Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd elektrik uzadıcısı, 2 ədəd mismar çəkən alət, 2 ədəd kəlbətin, 1 ədəd rezin çəkic, 2 ədəd dəmir çəkic, 1 ədəd qaz açarı, 1 ədəd drel və 1 ədəd dəmir kəsən qayçı maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 oğlu şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 4(006)-668/2020 saylı qərarı ilə vəsatət qismən təmin edilərək X12 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 4(006)-666/2020 saylı qərarı ilə vəsatət qismən təmin edilərək Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 4(009)-42/2021 saylı qərarı ilə vəsatət qismən təmin edilərək X8 həbsdə saxlama müddəti ibtidai istintaq müddəti həddində, yəni 31 mart 2021-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 4(009)-43/2021 saylı qərarı ilə vəsatət qismən təmin edilərək Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti ibtidai istintaq müddəti həddində, yəni 31 mart 2021-ci il tarixədək uzadılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1: Abşeron Rayon Məhkəməsinin 20.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 04.06.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.03.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 03 il sınaq müddəti müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü (CM 67.1) maddələri ilə təqsirli bilinərək 05 (beş ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.10.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26.04.2018-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 7 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, 10.12.2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.10.2015-ci il tarixli, 1(101)-692/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəzanınn çəkilməmiş hissəsi, yəni 1 (bir) il 8 (səkkiz) ay 9 (doqquz ) gün yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirirərək üzərində qəti olaraq 06 (altı) il 06 (altı) aymüddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 mart 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, hadisə nəticəsində onlara vurulmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən onlara dəymiş ziyan qismən ödənilib, Təqsirləndirilən şəxs1 şikayət və tələbləri yoxdur, eləcə də ona yüngül cəza verilməsini xahiş edirlər. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, 21.10.2020-ci il tarixdə icarə müqaviləsi əsasında işlətdiyi mağazadan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış siqaret və digər məhsulların dəyəri 4300 manat təşkil edir. Əvvəllər dəqiq hesablama aparılmadığı üçün məbləğini dəqiq bilməmişdir. İndi hesablamış və ona dəymiş ziyan 4300 manat təşkil edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 anası X9 və atası X4 2-ci qrup əlildir. Məhkəmə ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.1-ci maddələrindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilməlidir. Belə ki, işə əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, 21.10.2020-ci il tarixdə icarə müqaviləsi əsasında işlətdiyi mağazadan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış siqaret və digər məhsulların dəyəri 4300 manat təşkil edir. Əvvəllər dəqiq hesablama aparılmadığı üçün məbləğini dəqiq bilməmişdir. İndi hesablamış və ona dəymiş ziyan 4300 mnat təşkil edir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydində göstərilmişdir ki, CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu halda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı lakin əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi hazırki iş üzrə Zərərçəkmiş şəxs2 4300 manat maddi ziyan vurulmuşdur. Beləliklə təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olaraq təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaları iş materialları ilə sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxslərin əməli isə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri maddələri ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.1-ci və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı qeyd edir ki, hazırki işdə əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs1 qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, yəni Səbail rayonu ərazisindəki avtomobilin içərisində olan gödəkçənin cibində 2000 manat pulun olmaması, eynəyin də bir ədəd olması işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsini, yəni Binəqədi rayonu ərazisində olan “Təklə” marketdə oğurlanmış siqaretlərin dəyəri çox göstərilmiş, həmin miqdarda siqaretlərin mağazalarda olması ilə razı olmaması işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onların - özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanına qanunsuz daxil olub Zərərçəkmiş şəxs4 məxsus əşyaları oğurlaması, 21 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanında yerləşən “Təklə” marketdən oğurluq etməsi, 21 oktyabr 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən mağazadan oğurluq etməsi, 27.10.2020-ci il tarixdə saat 06 radələrində ünvan 5 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Kia Sportage” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurluq etməsi etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ittihamda qeyd olunmuş X10 gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə həmin şəxsin adı ilə bağlı hissə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməl, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olaraq təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq cinayətini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları tamamilə sübuta yetirildi. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 səmimi peşmançılıq çəkməsini, ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbinin olmamasını, mülki iddiadan imtina etməsini, valideynlərin 2-ci qrup əlil olduqlarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 16 noyabr 2020ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 səmimi peşmançılıq çəkməsini, ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 16 noyabr 2020ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsoinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı sürdüyü mülki iddiadan imtina etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd disk təkər, 1 ədəd arxa oturacaq, 2 ədəd səsgücləndirici, 2 ədəd arxa ayaq altı rezinlərin Zərərçəkmiş şəxs1, 1 ədəd elektrik uzadıcısı, 2 ədəd mismar çəkən alət, 2 ədəd kəlbətin, 1 ədəd rezin çəkic, 2 ədəd dəmir çəkic, 1 ədəd qaz açarı, 1 ədəd drel və 1 ədəd dəmir kəsən qayçının Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmaılıdır. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq və məhkəmə-daktiloskoik ekspertizalarının rəyləri istintaqı aparılan ********* nömrəli iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 311.10 (üç yüz on bir manat on qəpik) manat təşkil edir. AR CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2021-ci il tarixli 9/1249 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 mart 2021-ci il tarixli 9/1291 nömrəli rəyi və məhkəmə-daktiloskopik ekspertizasının 12 mart 2021-ci il tarixli 3/464 nömrəli rəyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 münasibətdə verildiyindən məhkəmə ekspertizalarının tədqiqatı xərci 153.7 (bir yüz əlli üç manat yetmiş qəpik) manatın 76, 85 (yetmiş altı manat səksən beş qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.03.2021-ci il tarixli 9/1393 nömrəli rəyi, məhkəmə-daktiloskopik ekspertizasının 12 mart 2021-ci il tarixli 3/465 saylı rəyi və məhkəmədaktiloskopik ekspertizasının 18 mart 2021-ci il tarixli 3/528 nömrəli rəyi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatı xərcinin 105 ( bir yüz beş) manat hissəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər bir şəxsdən 52,5 (əlli iki manat əlli qəpik) manat ) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 185.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda qeyd olunmuş X3 adı ilə bağlı hissə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunsun. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd disk təkər, 1 ədəd arxa oturacaq, 2 ədəd səsgücləndirici, 2 ədəd arxa ayaq altı rezinlərin Zərərçəkmiş şəxs1, 1 ədəd elektrik uzadıcısı, 2 ədəd mismar çəkən alət, 2 ədəd kəlbətin, 1 ədəd rezin çəkic, 2 ədəd dəmir çəkic, 1 ədəd qaz açarı, 1 ədəd drel və 1 ədəd dəmir kəsən qayçının Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 Rauf oğlunun mülki iddiası üzrə icraata xitam verilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2021-ci il tarixli 9/1249 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 mart 2021-ci il tarixli 9/1291 nömrəli rəyi və məhkəmə-daktiloskopik ekspertizasının 12 mart 2021-ci il tarixli 3/464 nömrəli rəyi üzrə tədqiqat xərcinin 76, 85 (yetmiş altı manat səksən beş qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.03.2021-ci il tarixli 9/1393 nömrəli rəyi, məhkəmə-daktiloskopik ekspertizasının 12 mart 2021-ci il tarixli 3/465 saylı rəyi və məhkəmədaktiloskopik ekspertizasının 18 mart 2021-ci il tarixli 3/528 nömrəli rəyi üzrə tədqiqatı xərcinin 105 ( bir yüz beş) manat hissəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər bir şəxsdən 52,5 (əlli iki manat əlli qəpik) manat ) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-138/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-138/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver