Məhkəmə qərarları › İş №1(009)-138/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-138/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-138/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-cı ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 mart 2022-ci il tarixdə, saat 16:30-da ünvan 1 ünvanında yerləşən “İçəri Şəhər” qala qapılarının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun əynində olan paltonun sol yan cibindən üzərində 5 manat dəyərində telefon qoruyucusu, 10 manat dəyərində ekran qoruyucusu və hər-birinin qiyməti ayrı ayrılıqla 6 manat təşkil edən cəmi 12 manat dəyərində olan 2 ədəd kamera qoruyucusu olan 1200 (min iki yüz) manat dəyərində (**********15755) İMEİ kodlu “İphone 12” markalı mobil telefonunu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.227 (min iki yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuşdur. 14 mart 2022-ci il tarixdə, saat 16 radələrində o, özü tək İçəri şəhər ətrafında piyada gəzdiyi zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs bir nəfər qadın və azyaşlı uşaqla gəzdiklərini görmüşdür. Həmin qadınlar avtomobil yoluna düşən zaman uşaq arabasını düşürtməkdə çətinlik çəkdiyini görüb onlara yaxınlaşmış və uşaq arabasının ön hissəsindən tutaraq səkidən düşürtməkdə kömək etmişdir. Sözü gedən (**********15755) İMEİ kodlu “İphone 12” markalı mobil telefonu isə həmin ərazidə avtomobilin üzərində görmüş və telefonun sahibsiz olduğunu düşünərək polisə təhvil vermək məqsədilə götürmüşdür. Təqsirləndirilən şəxs, sözü gedən telefonu zərərçəkmiş şəxsə qaytardığını və həmin şəxslə barışıq əldə etməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci il tarixdə X3 ilə rəsmi nigaha daxil olmuşdur. X7 Suriya Ərəb Respublikasının vətəndaşı olsa da o, Azərbaycan Respublikasının vətəndaşıdır və Bakı şəhərində anadan olmuşdur. 14 mart 2022-ci il tarixdə anası Şahid1 və azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «Tarqovıy» deyilən ərazidə gəzdikdən sonra həmin gün saat 16:30-da ünvan 1 ünvanında yerləşən «İçəri şəhər» Qala Qapılarının qarşısında uşaq arabasını qatlamaq üçün orada avtomobillərə gözətçilik edən yaşlı bir nəfər kişidən kömək istəmişdir. Həmin vaxtı əvvəllər tanımadığı, təhqiqat zamanı adını bildiyi Təqsirləndirilən şəxs yanında olduğunu görmüşdür. O, həmin şəxsə əhəmiyyət verməsə də ona kömək məqsədilə yaxınlaşdığını zənn etmişdir. Həmin vaxtı avtomobillərə gözətçilik edən yaşlı kişi uşaq arabasını qatlaya bilmədiyi üçün o, övladını saxlamaq üçün anasına vermişdir. Anası övladını saxlayan zaman o, əyilib övladının uşaq arabasını özü qatlamışdır. Bundan sonra o, həmin vaxtı əynində olan paltonun sol yan cibinə qoymuş olduğu üzərində 8 manat dəyərində telefon qoruyucusu, 10 manat dəyərində ekran qoruyucusu və hər-birinin qiyməti ayrı-ayrılıqla 6 manat olmaqla cəmi 12 manat dəyərində olan 2 ədəd kamera qoruyucusu olan 1.200 (min iki yüz) manat dəyərində olan **********15755 İMEİ kodlu açıq yaşıl rəngli «İphone 12» markalı mobil telefonun cibində olmadığını aşkar etmişdir. Bundan sonra o, əl çantasına baxış keçirsə də telefonun olmadığını müəyyən etmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, o, uşaq arabasını qatlamaq üçün əyilən zaman ona guya kömək etmək üçün yaxınlaşan Təqsirləndirilən şəxs ona məxsus mobil telefonu gizli şəkildə onun cibindən oğurlamışdır. Həmin mobil telefonu o, 2021-ci ilin sentyabr ayında almışdır. Oğurluq vaxtı telefonun üzərində mobil nömrə olmamışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.230 (min iki yüz otuz) manat maddi ziyan dəymişdir. O, qeyd olunan oğurluq barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs, ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Aydan 2022-ci il tarixdə Suriya Ərəb Respublikasının vətəndaşı X3 ilə rəsmi nigaha daxil olmuşdur. Lakin qızı Aydan Azərbaycan Respublikasının vətəndaşıdır və Bakı şəhərində anadan olmuşdur. 14 mart 2022-ci il tarixdə o, qızı Aydan və azyaşlı nəvəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «Tarqovıy» deyilən ərazidə gəzdikdən sonra həmin gün saat 16:30-da ünvan 1 ünvanında yerləşən «İçəri Şəhər» Qala Qapılarının qarşısında uşaq arabasını qatlamaq üçün orada avtomobillərə gözətçilik edən yaşlı bir nəfər kişidən kömək istəmişdir. Həmin vaxtı əvvəllər tanımadığı, təhqiqat zamanı adını bildiyi Təqsirləndirilən şəxs yanında olduğunu görmüşdür. O, hətta qızı Aydana həmin şəxsin nə üçün yanlarında dayanmasını soruşmuşdur. Qızı Aydan ilə o, həmin şəxsə əhəmiyyət verməsə də onlara kömək məqsədilə yaxınlaşdığını zənn etmişlər. Həmin vaxtı avtomobillərə gözətçilik edən yaşlı kişi uşaq arabasını qatlaya bilmədiyi üçün Aydan nəvəsini saxlamaq üçün ona vermişdir. O, Aydanın övladını saxlayan zaman Aydan əyilib övladının uşaq arabasını özü qatlamışdır. Bundan sonra Aydan həmin vaxtı əynində olan paltosunun sol yan cibinə qoymuş olduğu üzərində 8 manat dəyərində telefon qoruyucusu, 10 manat dəyərində ekran qoruyucusu və hər-birinin qiyməti ayrı ayrılıqla 6 manat olmaqla cəmi 12 manat dəyərində olan 2 ədəd kamera qoruyucusu olan 1.200 (min iki yüz) manat dəyərində olan (**********15755) İMEİ kodlu açıq yaşıl rəngli «İphone 12» markalı mobil telefonun cibində olmadığını aşkar etmişdir. Bundan sonra Aydan əl çantasına baxış keçirsə də telefonun olmadığını müəyyən etmişdir. Həmin vaxtı onlara məlum olmuşdur ki, Aydan uşaq arabasını qatlamaq üçün əyilən zaman onlara guya kömək etmək üçün yaxınlaşan Təqsirləndirilən şəxs qızı Aydana məxsus mobil telefonu gizli şəkildə Aydanın cibindən oğurlamışdır. Baş vermiş oğurluq nəticəsində Aydana ümumilikdə 1.230 (min iki yüz otuz) manat maddi ziyan dəymişdir. Aydan qeyd olunan oğurluq barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin şəxs oğurluq edən zaman Aydan ilə o, bunu hiss etməsə də, Aydan onun yanında dayandığı üçün o, məhz Təqsirləndirilən şəxs şübhələnir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildirki, ünvan 1 ünvanında yerləşən “İçəri Şəhər” Qala qapılarının qarşısında yol kənarında avtomobillərin parklanmasına nəzarət edir və aldığı pul ilə ailəsini dolandırır. 14 mart 2022-ci il tarixdə, saat 16:30-da o qeyd olunan ünvanda olduğu zaman, əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs, anası Şahid1 və azyaşlı övladı ilə birlikdə ona yaxınlaşmışdır. Həmin vaxtı Aydan azyaşlı övladının uşaq arabasını qatlamağa kömək etməyini xahiş etmişdir. O, sonuncunun xahişi ilə uşaq arabasını qatlamağa çalışsa da bunu bacarmamış və buna görə də kənara çəkilib avtomobillərə gözətçilik etməyə davam etmişdir. Həmin vaxtı oraya əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşmışdır. O, kənarda dayandığı zaman Aydan övladını anasının qucağına vermiş və özü uşaq arabasını qatlamışdır. Sonradan ona məlum olmuşdur ki, Aydan əyilib uşaq arabasını özü qatladıqdan sonra əynində olan paltosunun cibinə qoymuş olduğu 1.200 (min iki yüz) manat dəyərində olan açıq yaşıl rəngli “İphone 12” markalı mobil telefonun cibində olmadığını aşkar etmişdir. Məhkəmə iclasına məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermək üçün dəvət olunmuş, hazırki cinayət işinin istintaqını aparmış Səbail Rayon Polis İdarəsinin istintaq Şöbəsinin baş müstəntiqi Ceyhun Mircavadlı bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqirləndirilməsinə dair ********* saylı cinayət işinin ibtidai istintaqı onun icraatında olmuşdur. 14 mart 2022-ci il tarixdə, saat 16:30-da ünvan 1 ünvanında yerləşən “İçəri Şəhər” qala qapılarının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun əynində olan paltonun sol yan cibindən üzərində 5 manat dəyərində telefon qoruyucusu, 10 manat dəyərində ekran qoruyucusu və hər-birinin qiyməti ayrı ayrılıqla 6 manat təşkil edən cəmi 12 manat dəyərində olan 2 ədəd kamera qoruyucusu olan 1200 (min iki yüz) manat dəyərində (**********15755) İMEİ kodlu “İphone 12” markalı mobil telefonunu gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.227 (min iki yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, Təhlükısiz Şəhər Xidməti tərəfindən təqdim olunmuş video görüntülər və digər iş materialları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə iclasında hazırki cinayət işinin istintaqını aparmış Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Ceyhun Mircavadlının iştirakı ilə video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə daxil olmuş, 26 mart 2022-ci il tarixli, 003-5182-1222 saylı məktuba əlavə edilmiş, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin TŞ-1- 015,036 və 055 saylı Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarından sabit video görüntüləri götürülərək köçürülmüş 01 ədəd «DVD-R» formatlı diskə baxış keçirilərək 30 mart 2022-ci tarixli protokol tərtib edilmişdir. Baxış zamanı 1-ci faylı açıldıqda – 14 mart 2022-ci il, saat 16:44-də (görüntünün 01:30 dəqiqəsində) iş üzrə zərərçəkmiş şəxs X4 anası və azyaşlı övladı ilə birlikdə avtomobil yolunun kənarında dayanmış olan avtomobilin yanına gəlib dayanmaları, saat 16:46-da (görüntünün 03:07 dəqiqəsində) iş üzrə Təqsirləndirilən şəxs avtomobillərin arası ilə zərərçəkmiş şəxs Aydan Aylaseena arxadan yaxınlaşması, 1 dəfə cəhd etdikdən sonra 2-ci dəfə əlini sonuncunun paltosunun cibinə salaraq oğurluq etməsi və dərhal oranı tərk etməsi müşahdiə olundu. 2-ci faylı açıldıqda iş üçün əhəmiyyət kəsb edən görüntü aşkar olunmadı. 3-cü faylı açıldıqda üzrə zərərçəkmiş şəxs X4 anası və azyaşlı övladı ilə birlikdə avtomobil yolu istiqamətində piyada hərəkət etməli müşahdiə olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2022-ci il tarixli, 9/1981 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd yaşıl rəngli “İphone” markalı, “12” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 1.200 manat, 1 ədəd şəffaf rəngli qoruyucu üzlük 5 manat müəyyən olunur. Mobil telefonun üzərinə quraşdırılmış 1 ədəd polietilen üzlük (ekran qoruyucusu) və 2 ədəd kamera qoruyucusu təkrar istifadə üçün nəzərdə tutulmadığından qiymətsiz müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 16 mart 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Ceyhun Mircavadlının vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş arayışdan görünür ki,: Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 04 mart 1998-ci il tarixli hökmünə əsasən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhər Məhkəməsinin 08 mart 1998-ci il tarixli 04 mart 1998-ci il hökmü dəyişdirilərək cəzası 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 30 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 12 may 1998-ci il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 27 may 1997-ci il tarixli hökmünə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası 01 (bir) il müddətinə təxirə salınmış, Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 08 iyul 1999-cu il tarixli hökmünə əsasən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 26 oktyabr 2004-cü il tarixli hökmünə əsasən qəti olaraq 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli hökmü ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 26 oktyabr 2004-cü il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən birləşdirilərək o, qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarı ilə 03 (üç) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmünə əsasən 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini 19 may 2021-ci il tarixli hökmünə əsasən bəraət verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs qəsdən törətdiyi əmələ görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli hökmü ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 26 oktyabr 2004-cü il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən birləşdirilərək, qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarı ilə 03 (üç) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad olunduğunu və hazırki cinayət hadisəsinin isə 14 mart 2022-ci il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər eyni tipli cinayətlərin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və hal-hazırda əməlində residivinin müəyyən olunmasını, azyaşlı uşağı olan qadın zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi ilə bağlı cinayətin törədiləsində ittiham olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 01 (bir) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni 30 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Zərərçəkmiş şəxs məxsus “İphone 12” markalı mobil telefonun ona qaytarılmasının nəzərə alınmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət, ümumilikdə 01 gün müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 30 avqust 2022-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs məxsus “İphone 12” markalı mobil telefonun ona qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar