Məhkəmə qərarları › İş №1(009)-138/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-138/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-138/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosundan vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb şəxsi əlaqələrinin geniş olmasını, şəxsi əlaqələrinin geniş olması sayəsində onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 2000 (iki min) manat pul müqabilində özəlləşdirib Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda ünvan 3 ünvanında yerləşən tanışı Şahid2 işlədiyi alqı-satqı köşkündə Əlamdar Mirzəmmədovun 2000 (iki min) manat puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 14 mənzil 13-də yaşamış mərhum X3 ilə 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb şəxsi əlaqələrinin geniş olmasını, şəxsi əlaqələrinin geniş olması sayəsində onun yaşadığı ünvan 4 ünvanın həyətində yerləşən bir avtomobillik daşdan tikilmiş qarajını 2000 (iki min) manat pul müqabilində özəlləşdirilməsi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda həmçinin ünvan 5 ünvanında yerləşən tanışı Şahid2 işlədiyi alqı-satqı köşkündə zərərçəkmiş şəxs 24 aprel 2021-ci ildə vəfat etmiş mərhum Höküməli Məmmədovun 2000 (iki min) manat puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin sentyabr ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda mobil telefonla danışıb şəxsi əlaqələrinin geniş olmasını, şəxsi əlaqələrinin geniş olması sayəsində onun nəvəsi Şahid4 3000 (üç min) manat pul müqabilində Bakı şəhərində hər hansı bir Universitetə qəbul etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2021-ci ilin sentyabr ayının 12-də saat 13:59 dəqiqədə onun cinayətkar niyyətindən məlumatı olmayan oğlu Şahid3 məxsus 4098 0944 2005 6283 nömrəli “Unibank”a aid “Albalı” plastik bank kartına Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ruzi” marketin içərisindəki “MilliÖN” ödəmə terminalı aparatı vasitəsilə 1000 (min) manat, eyni niyyətlə həmin tarixdə vaxtı istintaqa məlum olmayan vaxtda 1000 (min) manat, eyni niyyətlə 13 sentyabr 2021-ci il tarixdə saat 10:47 dəqiqədə onun cinayətkar niyyətindən məlumatı olmayan oğlu Şahid3 məxsus 4098 0944 2005 6283 nömrəli “Unibank”a aid “Albalı” plastik bank kartına Bərdə şəhəri Ü.Flacıbəyov küçəsində yerləşən “Ruzi” marketin içərisindəki “MilliÖN" ödəmə terminalı aparatı vasitəsilə 505 (beş yüz beş) manat, eyni niyyətlə həmin gün saat 15:32 dəqiqədə onun cinayətkar niyyətindən məlumatı olmayan oğlu Şahid3 məxsus 4098 0944 2005 6283 nömrəli “Unibank”a aid “Albalı" plastik bank kartına Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ruzi" marketin içərisindəki “eManat” ödəmə terminalı aparatı vasitəsilə 402 (dörd yüz iki) manat olmaqla ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2907 (iki min doqquz yüz yeddi) manat puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs yazılı vəsatətlə məhkəməyə müraciət edərək, barəsində olan cinayət işinə baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs son əməlini Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ruzi" marketin içərisindəki “eManat” ödəmə terminalı aparatı vasitəsilə 402 (dörd yüz iki) manat olmaqla ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2907 (iki min doqquz yüz yeddi) manat puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətməklə, Bərdə rayonu ərazisində etməsində ittiham olunur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işinə son əməlin törədildiyi yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə, onun müdafiəçisinə və zərərçəkmiş şəxslərə təqdim edilsin. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar