Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-139/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, ev-5, mənzil-55 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə, xx xxxxxx 1993-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkum olunmuş, Lənkəran rayonu Liman şəhəri M.Müşfıq küçəsi, ev-8 ünvanında pasport qeydiyyatında olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və177.2.2ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən 4 nömrəli evin qarşısına gəlib orada saxlanılan, vət. Zərərçəkmiş şəxs2 məxsus dəyəri 2648 (iki min altı yüz qırx səkkiz) manat dəyərində olan “Skuterı Moon ZX50QT-7” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etdiyi müəyyən edilmişdir. Bundan başqa onun təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Səbail rayonu, Əhməd Cavad küçəsində olan 14 nömrəli evin həyətinə gəlib həmin evin 29 nömrəli mənzilində yaşayan Şahid1 Zərərçəkmiş şəxs1 icarəyə götürməklə həmin həyətdə saxladığı və sonuncunun mülkiyyətində olan dəyəri 1000 manat olan “Jonway” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən 4 nömrəli evin qarşısına gəlib orada saxlanılan, vət. Zərərçəkmiş şəxs2 məxsus dəyəri 2648 (iki min altı yüz qırx səkkiz) manat dəyərində olan “Skuter Moon ZX50QT-7” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etdiyi müəyyən edilmişdir. Bundan başqa onun təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Səbail rayonu, Əhməd Cavad küçəsində olan 14 nömrəli evin həyətinə gəlib həmin evin 29 nömrəli mənzilində yaşayan Şahid1 Zərərçəkmiş şəxs1 icarəyə götürməklə həmin həyətdə saxladığı və sonuncunun mülkiyyətində olan dəyəri 1000 manat olan “Jonway” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anası X5 ilə yaşayır. Bu hadisədən əvvəl 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə 2019-cu ilin mart ayının 19-da azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra məhkumluq həyatı yaşadığı üçün onu heç bir yerə işə qəbul etmirmişlər. Daşdımirlə çoxdan bir-birlərini tanıyırlar, əvvəllər məhlə uşağı olmuşlar, indi də münasibətləri var. Daşdəmir də onun kimi əvvəllər məhkumluq həyatı yaşamışdır. Daşdəmirlə o Səbail rayonunda olan Şeyx Şamil küçəsində yerləşən, Tağı adlı şəxsə məxsus evdə ayda 250 manat kirayə haqqı ilə kirayədə qalırmışlar. Maddi cəhətdən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlibmiş, ona görə də bu barədə Daşdəmirlə də danışıb razılaşıbmış. xx xxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Daşdəmirlə oğurluq etmək üçün Yasamal rayon ünvan 4 piyada olaraq gedirmişlər, küçə ilə gedən zaman Naxçıvani küçəsində yerləşən 4 saylı evin qarşısında sarı rəngli Scuter MOON ZX50QT-7 markalı mopedin saxlandığını görmüşlər, ikisi də həmin mopedi oğurlayıb satıb pul əldə etmək üçün öz aralarında razılığa gəlmişlər, ikisi də mapedi sakitcə itələyib oradan uzaqlaşdırmışlar. İkisi həmin mopedi aparan zaman Daşdəmir ondan qabaqda gedirmiş ki, yola nəzarət etsin. Oğurladıqları həmin mopedi aparıb kirayədə qaldıqları evin yaxınlığında saxlamışlar və həmin günün səhərisi o, Cavanşirin xatırlamadığı mobil telefon nömrəsinə zəng edib onunla danişaraq pul lazım olduğu üçün moped satmağı barədə demişdir. Satdığı həmin mopedin az sürülmüş moped olduğunu bildirib təcili pul lazım olduğu üçün satdığını demişdir. Aralarında olan həmin danışıq vaxtı satdığı mopedin qiymətinin 400 manat olmasını Cavanşirə deyibmiş. O Cavanşirlə mobil telefonda danışdıqdan sonra Daşdəmirlə birlikdə Yasamala gedib Cavanşirlə görüşərək orada oğurladıqları həmin mopedi 400 manata Cavanşirə satmışlar. Mopedi Cavanşirə satan zaman onun ona məxsus olduğunu demişdir. Daşdəmirlə o mopedi Cavanşirə 400 manata satdıqdan sonra aldıqları həmin pulu öz aralarında bölüb Bakı şəhərində beşmərtəbə deyilən ərazidən siqaret, yemək, geyim əşyaları və sair alaraq pulu xərcləmişlər. Bundan sonra Daşdəmirlə o yenə oğurluq etmək məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Səbail rayonu Əhməd Cavad küçəsində olan zaman sonradan ünvanını bildikləri 14 saylı evin ümimi həyətinə girib baxdıqda orada 1 ədəd mopedin olduğunu görmüşlər. İkisidə orada kənara baxdıqda heç kim olmadığını və sakitçilik olduğunu görüb həmin mopedi oğurlayaraq oradan itələyib çölə çıxarmışlar, çöldə mühərrikini işə salıb oradan uzaqlaşmışlar. Yolda mopedlə gedə-gedə o telefonla tanıdığı Cavanşirə zəng edib onunla danışaraq pula ehtiyacı olduğu üçün moped satmasını ona bildirmişdir. Həmin vaxt mopedi sürüb ikisidə Yeni Yasamala gəlib “Mega-Storun” yanında Cavanşirlə görüşmüşlər. Cavanşirlə görüşən zaman oğurladıqları mopedi özlərinə məxsus olmasını deyib 400 manata ona satmışlar. Mopedi Cavanşirə satan zaman həmin mopedin özünə məxsus olmasını demişdir. Oğurladıqları mopedin nömrəsi onu oğurlayan zaman olmamışdır. İkisidə mopedi 400 manata Cavanşirə satandan sonra həmin 400 manat pulu Daşdəmirlə aralarında bölmüşlər, yəni həmin günün səhəri ikisidə bildikdə açıq olan mağazalardan özlərinə paltarlar almışlar, İkisidə həmin pulu xərcləyib qurtarmışlar. Bundan sonra Daşdəmirlə o evə gələn zaman polis işçiləri onları saxlayıb 9-cu polis bölməsinə gətirmişlər. X6 ilə birlikdə mopedləri oğurlayan zaman həmin mopedlərin kimə məxsus olmasını əvvəldən bilməmişlər, həmin mopedləri əvvəllər haradasa görməmişdilər və həmin mopedlərin oğurlanması ilə bağlı əvvəlcədən kiməsə xəbər verməmişlər. Oğurladıqları mopedləri Cavanşirə satan zaman onun özünə məxsus olmasını demişdir, yəni mopedlərin oğurluq olması ilə bağlı Cavanşirə heç bir söz deməmişlər Təqsirləndirilən şəxs1 son sözündə zərərçəkmiş şəxslərlə barışmağa cəhd göstərməsinin, mopedlərin hər ikisinin qaytarılmasının, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bu hadisədən əvvəl Səbail Rayon Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqslirli bilinib 1 il 6 ay müddətində islah işləri cəzasına məhkum olunmuşdur, məhkum olunduğu üçün heç bir yer onu işə qəbul etmirmiş. Ağababa ilə çoxdan bir-birləri ilə tanışlıq münasibətləri vardır, əvvəl məhlə uşağı olmuşlar, indi də münasibətləri var. Ağababada onun kimi əvvəllər məhkumluq həyatı yaşamışdır. Ağababanın atası çoxdan rəhmətə gedib, o əvvəl anası ilə yaşasada son vaxtlarda Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən evdə kirayə qalırmış və ev sahibi Tağıya ayda 250 manat kirayə haqqı verirmiş. Onun maddi cəhətdən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və bu barədə Ağababa ilə danışıb razılaşmışlar. xx xxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Daşdəmirlə o, oğurluq etmək üçün Yasamal rayon ünvan 4 piyada gedirmişlər. Həmin küçə ilə gedən zaman Naxçıvani küçəsi-4 ünvanın qarşısında sarı rəngli Scuter MOON ZX50QT-7 markalı mopedin saxlandığını görmüşlər. İkisidə həmin mopedi oğurlayıb satıb pul əldə etmək üçün öz aralarında belə razılığa gəlmişlər ikisidə həmin mopedi sakitcə itələyib oradan uzaqlaşdırsınlar. Belə də etmişlər, yəni Ağababa ilə o həmin mopedi apapan zaman o Ağababadan qabaqda gedirmiş ki, yola nəzarət etsin. Onlar oğurladıqları həmin mopedi aparıb Ağababanın kirayədə qaldığı evin yaxınlığında saxlamışlar və həmin günün səhərisi Ağababa Cavanşirin, xatırlamadığı mobil telefon nömrəsinə zəng edib onunla danişaraq pul lazım olduğu üçün moped satmağı barədə ona demişdir. Ağababa satdığı həmin mopedin az sürülmüş moped olduğunu bildirib təcili pula ehtiyacı olduğu üçün satdığını demişdir. Aralarında olan həmin danışıq vaxtı satdıqları mopedin qiymətinin 400 manat olmasını Cavanşirə demişdir. Ağababa Cavanşirlə mobil telefonda danışdıqdan sonra o da Ağababa ilə birlikdə Yasamala gedib Cavanşirlə görüşərək orada oğurladıqları həmin mopedi 400 manata Cavanşirə satmışlar. Onlar mopedi Cavanşirə satan zaman onun Ağababaya məxsus olduğunu demişdir. Ağababa ilə o mopedi Cavanşirə 400 manata satdıqdan sonra aldıqları həmin pulu bölüb Bakı şəhərində beşmərtəbə deyilən ərazidən siqaret, yemək, geyim əşyaları və sair alaraq xərcləmişlər. Bundan sonra Ağababa ilə o yenə oğurluq etmək məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Səbail rayon Ə.Cavad küçəsində olan zaman Ağababa, sonradan ünvanı bildiyi 14 saylı ümimi evin həyətinə girib baxdıqda orada 1 ədəd mopedin olduğunu görmüşlər. İkisidə orada kənara baxdıqda heç kim olmadığını və sakitçilik olduğunu görüb həmin mopedi oğurlayaraq oradan itələyib çölə çıxarmışlar və çöldə işə salıb oradan uzaqlaşmışlar, yolda mopedlə gedə-gedə Ağababa telefonla tanışları Cavanşirə zəng edib onunla danışaraq moped satmasını ona bildirmişdir. Həmin vaxt mopedi sürüb ikisidə Yeni Yasamala gəlib “Mega-Storun” yanında Cavanşirlə görüşmüşlər. Cavanşirlə görüşən zaman oğurladıqları mopedi 400 manata ona satmışlar. Mopedi ona satan zaman Ağababa həmin mopedin özünə məxsus olmasını demişdir. Oğurladıqları mopedin nömrəsi onu oğurlayan zaman olmamışdır. Onlar ikisi də mopedi 400 manata Cavanşirə satandan sonra həmin 400 manat pulu Ağababa ilə aralarında bölmüşlər, yəni həmin günün səhəri ikisidə bilrlikdə açıq olan mağazalardan özlərinə paltarlar almışlar. Onlar ikisidə həmin pulu xərcləyib qurtarmışlar. Bundan sonra Ağababa ilə evə gedən zaman polis işçiləri onları saxlayıb 9-cu polis bölməsinə gətirmişlər. Mopedləri oğurlayan zaman onların kimə məxsus olmasını bilmirmişlər və onu əvvəllərdə görməmişlər. Həmin oğurluq barədə heç kimə əvvəldən və ya sonradan xəbər verməmişlər. Oğurladıqları mopedləri Cavanşirə satan zaman onun özlərinə məxsus olmasını demişlər, yəni mopedlərin oğurluq olması ilə bağlı ona heç bir söz deməmişlər. Cavanşirdə həmin mopedlərin oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs2 son sözündə zərərçəkmiş şəxslərlə barışmağa cəhd göstərməsinin, mopedlərin hər ikisinin qaytarılmasının, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə “Skuter Moon ZX50QT-7” markalı mopedi kreditlə “Maqnit! mağazalar şəbəkəsindən 2648 manata alıbmış və həmin kreditin 1400 manatını ödəyibmiş. xx xxxxx 2020-ci il tarixdə həmin mapedlə mühafizəçi işlədiyi Yasamal rayonu, Naxçıvani kiiçəsi- 4/8 ünvanında yerləşən “Şokaladnaya” şirniyyat evinin qarşısında saxlayaraq işə getmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində baxmış və görmüş ki, maped yerindədir, saat 08 radələrində yenidən baxan zaman görmüş ki, moped yerində yoxdur, naməlum şəxs tərəfindən oğurlanmışdır, sonra bu barədə polisə müraciət etmişdir. Həmin maped onundur və ona məxsusdur, mopedin oğurlanması nəticəsində ona ümumilikdə konkret olaraq 2648 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər barəsində şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərilmişdir ki, kuryer xidməti göstərməklə əlaqədar ayrı-ayrı şəxslərdən işlənmiş maped alıb ayrı-ayrı şəxslərə icarəyə verir və icarədən əldə etdiyi pula ailəsini dolandırır, hazırda 03 ədəd mopedi vardır ki, həmin mopedlərdən ikisini icarəyə vermişdir, biri isə mühərriki yağ yediyindən hazırda həyətindədir. İcarəyə moped verdiyi şəxsləri internet saytları vasitəsilə tapır, Şahid1 da internet saytları vasitəsilə tapmışdır. Dəqiq tarixini unutmuşdur, təxminən 3 həftə əvvəl Şahid1 gəlib həmin mopedlərdən “Monu” markalısını günü 10 manatdan icarəyə götürübmüş, həmin mopedi müqavilə əsasında Cəfərə veribmiş və mapedi Cəfərə verəndə mapedin mühərriki saz imiş, lakin bir müddət sonra Cəfər bildirmiş ki, mopedin mühərriki yağ yeyir, danışıb razılaşaraq xx xxxxx 2020-ci il tarixdə yenə də həmin şərtlərlə ona “Jonway” markalı mopedi icarəyə vermişdir, geri aldığı moped isə nasaz vəziyyətdə hazırda həyətindədir. Cəfərlə danışıqları belə olubmuş ki, hər günü 10 manatdan olmaqla hər həftə gətirib icarə haqqını ona versin. xx xxxxx 2020-ci il tarixdə Cəfər zəng edib bildirmiş ki, ona icarəyə verdiyi mopedi gecə həyətindən oğurlamışlar və maraqlanıb öyrənmiş ki, Cəfər mopedin oğurlanması barədə Səbail RPİ-nin 9-cu PB-nə məlumat vermişdir, o da gəlib bu barədə izahat vermişdir və sonra öyrənmiş ki, polislər mopedi oğurlayan şəxsləri və mopedin özünü tapmışlar, bölmədə mopedə baxmış və ona məxsus olmasını tanımışdır, lakin moped sökülmüş halda olmuşdur. Həmin mapedi internet sosial şəbəkəsi vasitəsilə işlənmiş halda 1200 manata alıbmış və mopedi işlətdiyindən oğurlanan vaxt onun dəyəri 1000 manat olarmış, ona görə də mopedin oğurlanması nəticəsində ona 1000 manat ziyan dəymişdir. Mopedi Şahid1 icarəyə versə də mpedin sahibi odur və mopedin oğurlanmasına görə maddi ziyan ona dəymişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsi, ev-14, mənzil-29 ünvanında qeydiyyatda olmaqla əvvəllər Latviyada, Riqa şəhərində yaşamışdır, atasının xəstəliyi ilə əlaqədar Bakı şəhərinə gəlmiş və hazırda dünyada hökm sürən Pandemiya ilə əlaqədar Riqa şəhərinə qayıda bilmir, 3 həftədir ki, “Volt” şirkətinə işə düzəlməklə kuryer kimi işləməyə başlamışdır, əvvəllər Zərərçəkmiş şəxs1 adlı şəxsdən moped icarəyə götürüb müştərilərə daşıma xidməti göstərirmiş, həmin mopedi günü 10 manatdan icarəyə götürübmüş və sifarişləri işlədiyi şirkətdən alırmış, həmin mapedin mühərriki yağ axıtdığından nasaz olduğu üçün danışıb həmin mopedi təhvil vermişdir. xx xxxxx 2020-ci ildə işlənmiş olsa da saz vəziyyətdə “Jonway” markalı mopedi günü 10 manatdan Zərərçəkmiş şəxs1 icarəyə götürmüşdür, hər gün səhər saat 11:00-dan axşam saat 19:00-a qədər işləyir və axşam mopedi yaşadığı evin həyətində saxlayırmış, açarını da özü ilə götürürmüş, mopedi hər hansı qıfılla bağlamadan, hər hansı bağlı yerə qıfıllamadan həyətdə açıq vəziyyətdə saxlayırmış, həyətin ümumi qapısı gecələr bağlı olduğundan arxayın imiş ki, heç kim mopedi oğurlamaz, xx xxxxx 2020-ci il tarixdə, aldığı gün həmin mopedlə işləyə bilməmişdir, başqa mopedlə işləmişdir, xx xxxxx 2020-ci ildə həmin mopedi gündüz işlədə bilməmişdir, mühərrik işləməmişdir, xx xxxxx 2020-ci ildə, saat 19:00-da balkona çıxıb siqaret çəkəndə baxmış ki, moped yerindədir, sonra saat 20:45-də yenə siqaret çəkmək üçün balkona çıxanda mopedin yerində olmadığını görmüşdür, tez düşüb həyəti yoxlamış, həyətdə olan Dini qurumlarla iş komitəsinin binasında olan polislərdən soruşmuş, onlar görmədiklərini demişlər, oradan Səbail RPİ-nin 9-cu PB-nə getmiş və ərizə vermişdir, mopedin oğurlanması barədə zəng edib Elnura məlumat veribmiş, sonra bilmiş ki, onun icarə ilə aldığı mopedi tapmışlar və Səbail RPİ-nin 9-cu PB-nə gedib həmin mopedi bölmədə görüb tanımışdır ki, moped onun icarəyə götürdüyü mopeddir, mopedin bütün hissələri yerində imiş, həmin mopedi Elnur adlı şəxsdən müqavilə ilə götürübmüş və imzalanmış həmin müqaviləni ərizəsinə əlavə etmişdir. Həmin mapedin oğurlanması nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhlə adamı kimi tanıyır və onlarla yaxşı münasibətləri vardır. xx xxxxx 2020-ci il tarixdə Ağababa, onun xatırlamadığı mobil telefonla zəng edib ona bildirmiş ki. satlıq mapedi var, özü üçün alıbmış, pula ehtiyacı olduğundan satır. Mopedə harada baxa biləcəyini soruşduqda Ağababa bildirmiş ki, mopedi məhləyə gətirə bilər. O, Ağababanın gətirdiyi sarı rəngli “Skuter Moon ZX50QT-7” markalı mapedə baxmış və 400 manat pulunun olduğunu bildirmişdir, Ağababa razılaşmış və o, 400 manat verib həmin mopedi almışdır. Onun heç vaxt mopedi olmamışdır, lakin həmişə həvəsi olmuşdur ki, mopedi olsun ki, onu sürsün, ona görə də Ağababadan mopedi almışdır, Həmin mopedin oğurluq olmasını bilməmişdir və polislər gəlib soruşan kimi həmin mopedi polislərə təqdim etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərilmişdir ki, Səbail RPİ-nin 9-cu PB-də əməliyyat müvəkkili vəzifəsində işləməklə Əhməd Cavad küçəsi onun xidməti ərazisidir. 2020-ci ilin aprel ayının 25-də bölməyə məlumat verilmiş ki, Əhməd Cavad küçəsində yerləşən 14 nömrəli evin həyətindən “Jonway” markalı moped oğurlanmışdır, əməliyyat müvəkkili kimi o da həmin hadisə yerində olmuş və məlum olmuş ki, həmin maped Suraxanı rayonu, Hövsan qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsusdur, Ə.Cavad küçəsi, ev-14, mənzil-29 ünvanında yaşayan Şahid1 icarəyə verilibmiş. Həmin mopedi oğurlayan şəxs və ya şəxslərin müəyyən edilməsi üzrə əməliyyat tədbirləri yerinə yetirilmiş, oğurluq baş verən əraziyə yaxınlıqda quraşdırılmış videomiişahidə və “TŞ” kameralarında olan görüntülərə baxış keçirilmiş, mopedi olan və moped satışı ilə məşğul olan şəxslərin dairəsi müəyyən edilmişdir, nəhayət həmin oğurluq hadisəsini əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmələri müəyyən edilmişdir, onların olduqları yerin müəyyən edilməsi istiqamətində yerinə yetirilmiş tədbirlərlə onların ikisinin də getdikləri ünvan müəyyən edilərək 27 aprel .2020-ci il tarixdə, günorta vaxtları “Təzə bəy” hamamının yanında saxlanılıb ikisi də 9-cu PB-nə gətirilib materialın araşdırılmasını aparan təhqiqatçıya təhvil verilmişlər. Onlarla aparılan əməliyyat xarakterli söhbətlər zamanı hər ikisi etiraf etmişlər ki, 2020-ci ilin aprel ayının 25-də, gecə vaxtı Əhməd Cavad küçəsi-14 ünvanından, həyətdən qara rəngli mapedi oğurlamışlar və tanışları Cavanşir adlı şəxsə 400 manata satmışlar, əldə etdikləri pulu da öz aralarında bölərək ehtiyaclarına xərcləmişlər. Onlardan mopedi alan Cavanşir adlı şəxsin kimliyini və ünvanını öyrənib onun xx xxxxxx 1997-ci ildə anadan olmuş, Bakı şəhəri Yasamal rayonu, 15-ci Nərimanov küçəsi, ev-20 ünvanında yaşayan və qeydiyyatda olan Şahid3 olduğunu bilib həmin ünvana getmişdir. Şahid3 evində tapıb Ağababa və Daşdəmirdən moped alıb-almadığını soruşduqda o etiraf etmiş ki, onlardan moped alimışdır və həmin moped həyətindədir, o mopedi göstərmişdir, qara rəngli, “Jonway” markalı, arxa sol oturacağın gövdəsi və arxa stopları sökülmüş halda imiş, o bu barədə bölmənin rəhbərliyinə mobil telefonla zəng edib məlumat vermiş və rəhbərliyin göstərişi ilə Şahid3 və həmin mopedi götürüb bölməyə gətirmişdir, Cavanşir və mopedi materialın araşdırılmasını aparan təhqiqatçı Mehman Dolxanova təhvil vermiş və bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edib bildirmişdir. İş materiallarında olan götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və qərardan görünür ki, Şahid3 könüllü olaraq təqdim etdiyi “Skuter Moon ZX50QT-7” markalı moped ondan götürülmüşdür. xx xxxxx 2020-ci il tarixli raportdan, ərizədən və xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, yerinə yetirilmiş əməliyyat-axtarış tədbirləri ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus moped Bakı şəhəri Yasamal rayonu, 15-ci Nərimanov küçəsi, ev-20 ünvanında yaşayan Şahid3 həyətində müəyyən edilərək oradan götürülmüş və istintaqa təqdim edilmişdir. Həmin mopedə baxış keçirilmiş və qara rəngli, işlənmiş “Jonway” markalı olması, arxa oturacağın gövdəsinin və stoplarının sökülmüş halda olması, qalan hissələrinin yerində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanarkən o, Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi-4 ünvanına gəlib həmin yerdə saxlanılmış və sahibi yanında olmayan sarı rəngli “Skuter Moon ZX50QT-7” markalı mopedi tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində oğurlayıb aparıb “Sovetski” adlanan ərazidə Cavanşir adlı şəxsə 400 manat müqabilində satmış və əldə etdikləri pulu aralarında bölmüşlər, sonra da pulu öz ehtiyaclarına xərcləmişlər. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanarkən o Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi-4 ünvanına gəlib həmin yerdə saxlanılmış və sahibi yanında olmayan sarı rəngli “Skuter Moon ZX50QT-7” markalı mapedi tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində oğurlayıb aparıb “Sovetski” adlanan ərazidə Cavanşir adlı şəxsə 400 manat müqabilində satmış və əldə etdikləri pulu aralarında bölmüşlər, sonra da pulu öz ehtiyaclarına xərcləmişlər. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən onun müşayiəti ilə Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 14 nömrəli evin həyətində Təqsirləndirilən şəxs1 ümumi istifadədə olan mopedi götürüb həyətdən çıxardıqları yeri, mopedin mühərrikini işə salıb mapedi apardıqları yeri və mopedi Cavanşirə satdıqları yeri əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs1 göstərdikləri ünvanlarda fotoşəkillər çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən onun müşayiəti ilə Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 14 nömrəli evin həyətində Təqsirləndirilən şəxs2 ümumi istifadədə olan mapedi götürüb həyətdən çıxardıqları yeri, mapedin mühərrikini işə salıb mapedi apardıqları yeri və mapedi Cavanşirə satdıqları yeri əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs2 göstərdikləri ünvanlarda fotoşəkillər çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1418 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli, 11761 km məsafə qət etmiş “Jonway” markalı mopedin istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə 2020-ci ili aprel ayına olan orta bazar qiyməti təxminən 1200,00 manat, hazırkı arxa sol oturacağın gövdəsi və stopu sökülmüş vəziyyətdə təxminən 1.000,00 manat müəyyən edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/2399 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 2019-cu il buraxılışlı, Çində istehsal edilmiş “Moon” markalı, “ZX50QT-7” model, mühərrik həcmi 50 kub.sm olan mopedin təyinatı üzrə istifadəyə yararlı olmaqla normal vəziyyətdə 2020-ci ili aprel ayına olan orta bazar qiyməti təxminən 1.000,00 manat müəyyən edilir. Həmin mopedin hansı səbəbdən qeyri-işlək vəziyyətdə olması məlum olmadığından hazırkı təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2‑ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında və məhkməyədək icraat zamanı Azərbaycan Respublikası DİN Növbətçi Hissələri İdarəetmə xidmətindən götürülmüş və Təhlükəsiz şəhər xidmətinin TŞ 1-078 videomiişahidə qurğusunun 1-ci və TŞ 1- 185 qurğusunun bütün kameralarının xx.xx.2020-ci il tarixli, saat 20:30-dan 20:45-dək olan müddətdəki videogörüntüləri köçürülmüş DVD-R disklərində olan görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasının yaxınlığında quraşdırılmış TŞ kamerasından çəkilmiş görüntülər göstərilir. Görüntülərdə avtomobillərin və sakinlərin tək-tək Nizami küçəsi ilə birtərəfli qaydada getmələri və ya Murtuza Muxtarov küçəsi ilə gəlib Nizami küçəsinə dönüb hərəkət etmələri görünür. Görüntüdə olan saat cihazında 20:42:13də DİN-nin inzibati binasının arxa tərəfində olan Zərgər Palan küçəsi ilə əks istiqamətdə gəlib sağ tərəfə Nizami küçəsinə dönərək düz hərəkət edən maped görüntülənir, gecə olduğundan maped işıqla hərəkət edir və həmin maped M.Muxtarov küçəsini keçərək saat 20:42:37-40 müddətində sağ tərəfdə olan ağacın altında sürəti azaldır və arxada olan avtomobilin işığında həmin mapeddə iki nəfər şəxsin əyləşməsi görünür, mapedi yavaş sürətlə idarə edib Baş Prokurorluğun inzibati binasının qəbul otağına çatmamış sağ tərəfə dönməsi görüntülənir və sonra maped kameranın görünüş bucağından itir. Sonrakı görüntüdə M.Muxtarov küçəsi görüntülənir, görüntülərin başlanmasınmn 00:55- ci dəqiqəsində, saat 20:30:55-də M.Muxtarıv küçəsinin sol tərəfində səkidə bir nəfərin mapedi əli ilə itələyərək yuxarı aparması görüntülənir, həmin şəxs mapedi M.Muxtarov küçəsində olan ümumi həyətin girişindən içəri salır; Sonrakı görüntüdə saat 20:40:42-də mapedin M.Muxtarov küçəsindən həyətə keçirildiyi yerdən bir nəfər çıxır, onun əlində mobil telefonun işığı yanır və o girişdən çıxaraq o tərəf, bu tərəfə baxıb piyada M.Muxtarov küçəsinə çıxır və piyada baş Prokurorluq binasına tərəf qalxır, ondan sonra isə həyətdən mapedi bir nəfərin idarə etməsi ilə işıqsız maped çıxır və ilk çıxan şəxsin yanından keçərək əks istiqamətdə Baş Prokurorluğun inzibati binasına tərəf qalxır, ilk çıxan piyada da onun arxasınca gedir və sonra hər ikisi kameranın görünüş bucağından itirlər. Başqa diskdə olan görüntülərdə M.Muxtarov küçəsi. Səadət sarayının girişinin pilləkənləri ilə üzbə-üzdə quraşdırılmış kamera görüntüləri görünür, saat 20:31:40-da bir nəfərin Əhməd Cavad küçəsi ilə Səadət sarayının giriş pilləkənləri tərəfə səki ilə mapedi itələyərək aparması görüntülənir və sarayın pilləkənlərinə az qalmış Ə.Cavad küçəsinin digər tərəfmə mapedi keçirib M.Muxtarov küçəsindən Ə.Cavad küçəsinə keçiddə olan piyada hərəkət zolağından M.Muxtarov küçəsinin digər tərəfinə aparması görüntülənir, sonra isə kameranın görünüş bucağı altına düşmədiyindən hara getməsi görünmür. Görüntülərə edilmiş baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Jonvay” markalı mapedi Ə.Cavad küçəsi-14 saylı ünvandan oğurlayıb əlləri ilə itələyərək Əhməd Cavad küçəsi ilə paralel olan Murtuza Muxtarov küçəsinə aparıb həmin küçədə olan həyətə salıb saxlayırlar, sonra mapedin mühərrikini işə salıb oradan çıxararaq hərəkətin əks istiqaməti ilə sürüb ZərgərPalan küçəsinə keçirlər, oradan isə sola, Nizami küçəsinə gedib həmin küçə ilə irəli aparır və Baş Prokurorluğun binasına çatıb sağa həyətə girirlər. Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Jonway” markalı moped Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsində yerləşən köhnə qədimi binalardan olan 14 saylı binanın 29-cu mənzilinin giriş qapısının sol tərəfində saxlalımışdır. Hadisə yerinin fotoşəkilləri çəkilib bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu-4 ünvanında yerləşən “Julius Meinl” şirniyyat evinin qarşısıdır. Şirniyyat evi 16 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir, zərərçəkmiş Zərərçəkmiş şəxs2 binanın qarşısında olan səkini göstərib hadisədən əvvəl mopedi orada saxladığını bildirmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Alqı-satqı müqaviləsinin, ödəniş cədvəlinin və alqı-satqı aktının kserosurətlərindən görünür ki, “Maqnit-Ekspress” mağazalar şəbəkəsi ilə Zərərçəkmiş şəxs2 arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış, 18 ay müddətinə ayda 136 manat ödənişlə 2648 manat ödəniş haqqı və ümumi dəyəri 2648 manatdır. Həmçinin satılan əşya üzərində mülkiyyət hüququ da alıcıya, yəni Zərərçəkmiş şəxs2 keçmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş qəbzdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ona məxsus sarı rəngdə mapedini sökülmüş halda təhvil almışdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 oğurlanmış “Skuter Moon ZX50QT-7” markalı və Zərərçəkmiş şəxs1 oğurlanmış “Jonway” markalı mapedlər maddi sübut kimi tanınmış, “Skuter Moon ZX50QT-7” markalı moped zərərçəkmişə qaytarılmış, “Jonway” markalı moped isə Səbail RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılır. Tutma haqqında xx xxxxx 2020‑ci il tarixli protokoldan və Səbail Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020‑ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur və xx xxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tutma haqqında xx xxxxx 2020‑ci il tarixli protokoldan və Səbail Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020‑ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur və xx xxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yasamal rayonu 24 saylı MKİS-dən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X9 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X12 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, özgə əmlakını talamasını, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını və əməlində cinayətin residivinin olmasını nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan X1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. xx xxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini 05 aprel və xx xxxxx 2020-ci il tarixlərində törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1 ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi üçün cəhd göstərməsini, mopedlərin geri qaytarılmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, məhkumluğu ödənilmədən və götürülmədən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışığa cəhd göstərməsini, mopedlərin qaytarılmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 69.3‑cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün islah işləri cəzasına məhkum edilmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 islah işləri cəzasını çəkməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.3-cü maddələrinə uyğun olaraq hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi birləşdirməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən bərabər tutulur. Belə olan halda Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin olunarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd gününə barəbər tutulmalı olduğu nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs2barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Əsgərzadə Daşdəmir Dövlət oğluna xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış “Jonvay” markalı maped Zərərçəkmiş şəxs1 qaytarılmasını, Skuteri Moon ZX50QT-7 markalı mopedin Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərinməhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- 356‑cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02(iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02(iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02(iki) il 03 (üç) aymüddətinəazadlıqdan məhrum etmə cəzası bir günə dörd gün hesablanmaqla əvvəlki hökmlə çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasıilə qismən birləşdirilərək üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Jonvay” markalı moped Zərərçəkmiş şəxs1 qaytarılsın, “Skuteri Moon ZX50QT-7” markalı mopedin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 50 (əlli) manat və Təqsirləndirilən şəxs2 50 (əlli) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 3 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doqsan) manat, X3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 210 (iki yüz on) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doqsan) manat, X2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180 (yüz səksən) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-139/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-139/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver