Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-14/2021 12.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Zərərçəkmiş şəxsin nümayəndəsi: Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybət” Neft və Qazçıxartma İdarəsinin böyük hüquq məsləhətçisi Nümayəndə, Müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videokonfrans formatında iştirakları ilə, xx xxxxxx 2021-ci il tarixdə saat 11:00-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 1986-cı ildə İmişli rayonu, Mirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, İmişli rayonu, Mirili kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 73-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2 maddələri ilə, xx xxxx 1991-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2ci Mədən küçəsi, ev 12-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2 maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2019-cu il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 3355 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx xxxxxx 2014-cü il tarixdə istismara daxil edilmiş, dəyəri 2.805 manat 26 qəpik olan bir ədəd 15 kv-lıq (Sap Ng 4158450) nömrəli elektrik mühərrikini-özgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Elçin Əzizov küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 3866 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx xxxxxx 2003-cü il tarixdə istismara daxil edilmiş, dəyəri 556 manat 26 qəpik olan bir ədəd 18.5 kv-lıq (Sap NQ 7017706) nömrəli elektrik mühərrikiniözgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 2487 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx xxxxxx 2004-cü il tarixdə istismara daxil edilmiş, dəyəri 1.943 manat 84 qəpik olan bir ədəd 15 kv-lıq (Sap Ng 7017575) nömrəli elektrik mühərrikini-özgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa, o,təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində, 2-ci Mədən adlanan sahədəki, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 2 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 2864 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx xxx 2014-cu il tarixdə istismara daxil edilmiş, dəyəri 2.805 manat 27 qəpik olan bir ədəd 15 kv-lıq (Sap JNg 4157877) nömrəli elektrik mühərrikini- özgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə,gecə saat 03 radələrində, Bakı şəhəri,Səbail rayonu,Bayıl qəsəbəsi, Elçin Əzizov küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 2467 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx.xx.2012-ci il tarixdə istismara daxil edilmiş, dəyəri 1.225 manat 53 qəpik olan bir ədəd 15 kv-lıq (Sap JNİe 4144946) nömrəli elektrik mühərrikini-özgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2019-cu il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 3355 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx xxxxxx 2014-cü il tarixdə istismara daxil edilmiş, dəyəri 2.805 manat 26 qəpik olan bir ədəd 15 kvlıq (Sap JMQ 4158450) nömrəli elektrik mühərrikini-özgənin əmlakını gizli olaraq talayıb “xxxx”Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi. Elçin Əzizov küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 3866 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx xxxxxx 2003-cü il tarixdə istismara daxil edilmiş, dəyəri 556 manat 26 qəpik olan bir ədəd 18.5 kv-lıq (Sap 7017706) nömrəli elektrik mühərrikini- özgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 2487 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, 01,01,2004-cü il tarixdə istismara daxil edilmiş, dəyəri 1.943 manat 84 qəpik olan bir ədəd 15 kv-lıq (Sap NQ 7017575) nömrəli elektrik mühərrikini-özgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa, o,təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində, 2- ci Mədən adlanan sahədəki, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 2 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 2864 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx xxx 2014-cu il tarixdə istismara daxil edilmiş, dəyəri 2.805 manat 27 qəpik olan bir ədəd 15 kv-lıq (Sap Nç 4157877) nömrəli elektrik mühərrikiniözgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə,gecə saat 03 radələrində, Bakı şəhəri,Səbail rayonu,Bayıl qəsəbəsi, Elçin Əzizov küçəsində yaşayış massivinin yaxınlığında, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsi ərazisində yerləşən 2467 saylı neft quyusu üzərində quraşdırılmış və fəaliyyət göstərməklə neft kəmərlərinə xam neftin hasilatını həyata keçirən, xx.xx.2012-ci il tarixdə istismara daxil edilmiş, dəyəri 1.225 manat 53 qəpik olan bir ədəd 15 kv-lıq (Sap № 4144946) nömrəli elektrik mühərrikiniözgənin əmlakını gizli olaraq talayıb “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinə maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2 maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, o, əvvəllər özünə məxsus olmuş sarı rəngli H 016 754 dövlət qeydiyyat nişanlı Vaz-2106 markalı avtomobillə taksilik faliyətilə məşğul olmuşdur. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 birlikdə 2019cu ilin may ayında müxtəlif tarixlərdə yəni may ayının ortasında bir neçə gün fərqi ilə ikinci dəfə,bir dəfə may ayının axırında,bir dəfə isə 2019-cu ilin iyun ayının axırında və sonuncu dəfə 2019-cu ilin avqust ayının axırında dəqiq günlərini xatırlamadığı tarix-lərdə,günün gecə saatlarında,Bakı şəhəri,Səbail rayonu, Bibiheybət və Bayıl qəsəbələri ərazisin-də yerləşən neft quyularından elektrik mühərrikləri oğurlayıb, özünə məxsus Vaz-2106 markalı avtomobillin baqajında,əvvəlcə yaşadıqları Suraxanı rayonun 2-ci Mədən küçəsində gətirib, avtomobili məhəllə də saxlayıb hər kəs öz evinə getmiş,sonra səhəri günü həmin mühərriki hər birirni ayrı-ayrılıqda Tərlanla birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi bazarında aparıb,orada mühərrik alveri ilə məşğul olan Aqşin adlı şəxsə müxtəlif qiymətlərə,mühərrikin vəziyyətindən, böyüklüyündən və gücündən asılı olaraq 120, 150, iki dəfə 200 və 250 manata satıb, əldə olunmuş pulları aralarında bölüb xərcləmişlər. Həmin oğurluqlar zamanı o, Tərlanla avtomobili ilə Səbail rayonu, Bibiheybət və Bayıl qəsəbələri ərazilərini günün gecə saatlarında gəzərək, heç kəsin olmadığı yerdə işlək vəziyyətdə neft quyusunu müəyyən edib yaxınlaşmış, mühərriki elektrik enerjisindən ayıraraq, birlikdə gətirdikləri açarlarla quyuya bərkidilmiş mühərrikin boltlarını açıb yerə atmış,sonra həmin mühərriki avtomobilinin baqajına qoyub apararaq Tərlanla birlikdə oğurlamışlar. Hər bir mühərriki eyni üsulla ayrı-ayrı günlərdə oğurlamışlar. O, ilkin istintaq zamanı tutulmaqdan qorxduğundan həmin oğurluqları törədərkən onunla və Tərlanla birlikdə, əvvəllər oğurluq cinayətini törətdiyinə görə məhkum edilmiş qonşusu Pünhan və Tərlanla birlikdə özündən uydurduqları Mübariz adlı şəxsdə iştirak etdiyini göstərmiş, həmin oğurluqlarda ondan və Tərlandan başqa heç kəs iştirak etməmiş, həmçinin oğurluq mühərrikləri bazarda Aqşin adlı şəxsə satarkən oğurluq olmasını birdirməmişdir. Təqsirləndirilən şəxs1 həmçinin zərərçəkmiş şəxslə barışdığının, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbi olmamasının, ziyanın tam ödənildiyinin, hazırki cinayəti ehtiyacdan törətdiyinin, himayəsində üç azyaşlı uşağının olmasının, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2 maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə 2019-cu ilin may ayında müxtəlif tarixlərdə yəni may ayının ortasında bir neçə gün fərqi ilə ikinci dəfə, bir dəfə may ayının axırında, bir dəfə isə 2019-cu ilin iyun ayının axırında və sonuncu dəfə 2019-cu ilin avqust ayının axırında dəqiq günlərini xatırlamadığı tarixlərdə, günün gecə saatlarında, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət və Bayıl qəsəbələri ərazisində yerləşən neft quyularından elektrik mühərrikləri oğurlayıb, tanışı Elnura məxsus və idarə etdiyi Vaz-2106 markalı avtomobillin baqajında, əvvəlcə yaşadıqları Suraxanı rayonun 2-ci Mədən küçəsində gətirib, avtomobili məhəllə də saxlayıb hər kəs öz evinə getmiş, sonra səhəri günü həmin mühərriki hər birirni ayrıayrılıqda Elnurla birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi bazarında aparıb, orada Elnurun tanıdığı mühərrik alveri ilə məşğul olan Aqşin adlı şəxsə müxtəlif qiymətlərə, mühərrikin vəziyyətindən, böyüklüyündən və gücündən asılı olaraq 120, 150, iki dəfə 200 və 250 manata satıb, əldə olunmuş pulları aralarında bölüb xərcləmişlər. Həmin oğurluqlar zamanı o, Elnurla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Səbail rayonu, Bibiheybət və Bayıl qəsəbələri ərazilərini günün gecə saatlarında gəzərək, heç kəsin olmadığı yerdə işlək vəziyyətdə neft quyusunu müəyyən edib yaxınlaşmış, mühərriki elektrik enerjisindən ayıraraq,birlikdə gətirdikləri açarlarla quyuya bərkidilmiş mühərrikin boltlarını açıb yerə atmış, sonra həmin mühərriki avtomobilinin baqajına qoyub apararaq Elnurla birlikdə oğurlamışlar. Hər bir mühərriki eyni üsulla ayrı-ayrı günlərdə oğurlamışlar. O, ilkin istintaq zamanı tutulmaqdan qorxduğundan həmin oğurluqları törədərkən onunla və Elnurla birlikdə, əvvəllər oğuluq cinayətini törətdiyinə görə məhkum edilmiş qonşusu Pünhan və Elnurla birlikdə özlərindən uydurduqları Mübariz adlı şəxsdə iştirak etdiyini, eyni zamanda həmin oğurluq edəcəkləri neft quyusunu neft şirkətinin mühafizəsində işləyən Xəyal adlı şəxs işarə verməsini və hər oğurlanan mühərrikə görə 30-40 manat pul istəməsini göstərmiş, lakin həmin oğurluqlarda ondan və Elnurdan başqa heç kəs iştirak etməmiş, oğurluq etmək üçün hər hansı bir quyunu heç kəs göstərməmiş və işarə verməmiş, həmçinin oğurluq mühərrikləri bazarda Aqşin adlı şəxsə satarkən oğurluq olmasını o, və ya Elnur bildirməmişdir. Təqsirləndirilən şəxs2 həmçinin zərərçəkmiş şəxslə barışdığının, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasının, ziyanın tam ödənildiyinin, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. “xxxx” NŞ-nin Zərərçəkmiş şəxs “Bibiheybətneft” NQÇİ-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl və Bibiheybət qəsəbələri ərazilərində yerləşən neft quyuları üzərində quraşdırılmış dörd ədəd 15 kilovatlıq və bir ədəd 18,5 kilovatlıq elektrik mühərriklərinin 2019-cu ilin may-avqust aylarında oğurlanması faktı üzrə başlanmış cinayət işlərinin istintaqı zamanı NQÇİ-nin qanuni nümayəndəsi kimi müəssisənin rəhbərliyi tərəfindən təhkim edilmişdir. Belə ki, 2019-cu ilin may ayının əvvəlində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçə-sində yaşayış massivinin yaxınlığında yerləşən 3355 saylı neft quyusu üzərində quraşdırılmış bir ədəd 2.805 manat 26 qəpik dəyərində 15 kv- lıq (Sap Ng 4158450) nömrəli elektrik mühərrikin, xx xxx 2019-cu il tarixdə, Bayıl qəsəbəsi, Elçin Əzizov küçəsində yaşayış massivinin yaxınlığında yerləşən 3866 saylı neft quyusu üzərində quraşdırılmış bir ədəd 556 manat 26 qəpik dəyərində 18.5 kv-lıq (Sap JVç 7017706) nömrəli elektrik mühərrikin, xx xxx 2019-cu il tarixdə, Bayıl qəsəbəsi, G.Əliyev küçəsində yaşayış massivinin yaxınlığında yerləşən 2487 saylı neft quyusu üzərində quraşdırılmış, bir ədəd 1.943 manat 84 qəpik dəyərində 15 kv-lıq (Sap NQ 4158450) nömrəli elektrik mühərrikin, xx xxxx 2019-cu il tarixdə, Səbail rayonu,Bibiheybət qəsəbəsi ərazisin-də, 2-ci Mədən adlanan sahə yerləşən 2864 saylı neft quyusu üzərində quraşdırılmış bir ədəd 757 manat dəyərində 15 kv-lıq (Sap N° 4157877) nömrəli elektrik mühərrikin və xx xxxxxx 2019-cu il tarixdə, Bayıl qəsəbəsi, E.Əzizov küçəsində yaşayış massivinin yaxınlığında yerləşən 2467 saylı neft quyusu üzərində quraşdırılmış bir ədəd 1.225 manat 53 qəpik dəyərində 15 kv-lıq (Sap Ne 4144946) nömrəli elektrik mühərrikin günün geçə saatlarında naməlum şəxslər tərəfindən gizli olaraq oğurlanması müəyyən edilərək polisə müraciət edilmiş, həmin oğurluq faktları ilə bağlı aparılmış istintaq zamanı oğurluğu törətmiş şəxslər müəyyən edilməklə, oğurladıqları cəmi beş ədəd elektrik mühərrikləri götürülüb müəssisəyə qaytarılmış, bununla da müəssisəyə dəymiş ziyan tam şəkildə ödənmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslər şəxslərin müəssisəyə dəymiş ziyanı tam ödədilklərini, təqsirləndirilən şəxslərlə barışıq əldə olunduğunu, onlara qarşı şikayət və tələblərinin olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 2 saylı Neft və Qazçıxarma sahəsinin rəisi vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə, səhər saat 06:10 dəqiqədə,ona Bibiheybət” NQŞİ-nin baş energetika xidmətinin rəisi Arif Əsədov zəng edərək, 2 saylı NQÇS-nin ərazisində xidmət aparan neft-qaz çıxarma operatorları 2-ci Mədən adlanan ərazidə yerləşən 2864 saylı neft quyusunun bir ədəd 15 kv- lıq (Sap JNg 4157877) nömrəli elektrik mühərrikinin oğurlanması barədə məlumat vermiş, o, dərhal həmin əraziyə getmiş və eyni zamanda oğurluq barədə DİN-nin “102” xidmətinə məlumat vermiş,müəyyən vaxtdan hadisə yerinə ərazi üzrə Səbail RPİ-nin 8-ci PB- nin əməkdaşları gəlib baxış keçirərək fotoşəkillər çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, “xxxx” MMC-də növbə rəisi vəzifəsində işləyir.Xidmət etdiyi ərazi Bakı şəhəri, Səbail rayonu,Bayıl və Bibiheybət qəsəbələrin ərazisində yerləşən “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və X2 və Qazçıxarma sahəsi olmaq-la ümumilikdə 950 hektar ərazidir.Xidmət iki növbədən ibarətdir, birinci növbə səhər saat 08:00-dan axşam saat 20:00dək və ikinci növbə isə axşam saat 20:00-dan səhər saat 08:00-dəkdir. xx xxx 2019ci il tarixdə, o, “Bibiheybətneft” NQÇİ-nin Neft və Qazçıxarma sahəsinin ərazisində xidmət aparan şəxsi heyyətə təlimat keçərək 2-ci növbə üzrə postlara təhkim etmiş, sonra növbə boyu ərazidə yerləşən 17 ədəd postları, yəni 6 ədəd səyyar, 11 ədəd stasionar postları həm piyada, həm də nəqliyyat vasitəsi ilə yoxlamış, həmin günü səhərə yaxın saat 05 radələrində,o, mühafizəçi Elvin Əliyevlə birlikdə xidməti avtomobillə postları yoxlayarkən, NQÇİ-nin növbə rəisi Məmməd Tarver-diyev zəng edərək 3 saylı Neft və Qazçıxarma sahəsinin Elçin Əzizov və Gülbala Əliyev küçələ-rinin ərazisində yerləşən neft quyularından ümumiilikdə iki ədəd elektrik mühərriklərinin oğurlanması barədə məlumat vermiş, o, həmin ərazidə səyyar piyada xidmət aparan mühafizəçi Mətin Məmmədova əlaqə saxlayıb həmin neft quyusu yerləşən əraziyə getməsini tapşırmış, o, oraya gəldikdə M.Məmmədov xidmətdə olarkən şübhəli hər hansı bir şəxs və ya nəqliyyat vasitəsi görmədiyini bildirmişdir. Müəyyən vaxtdan hadisə yerinə Bakı şəhəri,Səbail RPİ-nin 8-ci PB- nin əməkdaşları gəlib baxış keçirərək fotoşəkillər çəkmişdilər. Bundan başqa, xx xxx 2019-ci il tarixdə, səhər saat 08:00-da “Bibiheybətneft” Neft və X2 və Qazçıxarma sahəsinin ərazisinə xidmətə gələrkən, gecə növbəsinin rəisi Zaur Abbasquliyev NQÇİ-nin 3 saylı Neft və Qazçıxarma sahəsinin Elçin Əzizov küçəsində yerləşən 2487 nömrəli neft quyusundan bir ədəd elektrik mühərriki oğurlanması, bu barədə polisə xəbər verilib araşdırma getməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma sahəsinin rəisi vəzifəsində işləyir. İdarənin 3 saylı Neft və Qazçıxarma sahəsi Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ilə Elçin Əzizov küçəsinin ərazilərini əhatə edir. Həmin ərazidə 120 ədəd neft quyuları fəaliyyət göstərir. Həmin quyuların faliyətinə onun rəhbərliyi altında olan 33 nəfər müxtəlif vəzifə daşıyan işçiləri növbə ilə nəzarət edir. xx xxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində, o, iş yerinə gəldikdə növbədə olan Neft qaz hasilatı üzrə operatorlar Ramiz Piriyev, Əfrat Baxşəliyev və Amid Kərimli səhərə yaxın saat 05 radələrində, Gülbala Əliyev küçəsində yerləşən 3355 nömrəli və Elçin Əzizov küçəsində yerləşən 3866 nömrəli neft quyularının fəaliyyəti dayanmasını, həmin quyulardan bir ədəd 15 kv-lıq (Sap JVTe 4158450) nömrəli və bir ədəd 18.5 kv-lıq (Sap M №7017706) nömrəli elektrik mühərriklərinin oğurlanması barədə məlumat vermişlər. O, həmin oğurluq barədə həm NQÇİ-yə,həm də DİN-nin “102” xidmətinə məlumat vermiş, sonra da o, ərazi üzrə Səbail RPİ-nin 8-ci PB-nə gedib oğurluq barədə şikayət ərizəsi vermişdir. Sonra 8-ci PB-nin əməkdaşları gəlib onun iştirakı ilə neft quyularına baxış keçirib fotoşəkillər çəkmişlər. Bundan başqa, xx xxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində o, iş yerinə gəldikdə növbə olan Neft qaz hasilatı üzrə operator Əmirxan Hümbətov səhərə yaxın saat 06 adələrində, Səbail rayonu, Bayıl qəsəbəsi, Elçin Əzizov küçəsində yerləşən 2487 nömrəli neft quyusunun fəaliyyəti dayandırılmış, həmin quyuda quraşdırılmış bir ədəd 15kv-lıq (Sap M>4158450) nömrəli elektrik mühərriyi oğurlanması barədə məlumat vermiş, oğurluq barədə DİN-nin “102” xidmətinə məlumat verilmiş,müəyyən vaxtdan Səbail RPİ-nin 8-ci PBnin əməkdaşları gəlib neft quyusuna baxış keçirib fotoşəkillər çəkdilər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Əbülfət oğlu ifadəsində göstərmişdir ki, o, fərdi olaraq Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi dəmir bazarının 4 sahadə yerləşən icarəyə götürdüyü piştaxdada müxtəlif ölçülü elektrik mühərriklərin təmir-bərpa və pərakəndə satışı ilə təxminən iki ilə yaxındır ki, məşğul olur. O, Elnur adlı şəxsi təxminən bir ildir ki, tanıyır, sonuncu sarı şirkət nömrəli ilə tünd yaşıl rəngli Vaz-2106 markalı avtomobilli idarə edir. O, Elnurdan müxtəlif vaxtlarda gətirdiyi ümumilikdə cəmi beş ədəd 15 və 18,5 kilovatlıq elektrik mühərriklərini, həmin mühərriklər vəziyyətindən asılı olaraq 100-200 manat arası qarşılıqlı razılaşmaya əsasən almışdır. Sonralar həmin mühərrikləri söküb yenidən təmir etmiş, həm işlək, həm də təzə vəziyyətə gətirmiş ki, gələcəkdə müraciət edən müştərilərə pərakəndə satsın. Elnur və yanında gələn sonradan adı Tərlan olmasını bildiyi şəxs ona satdıqları böyük həcmli mühərrikləri konkret haradan əldə etdiklərini deməmiş, Elnur gilin mühərrikləri gətirdikləri avtomobil sarı nömrəli olduğundan o, şirkət-ə işləmələrini fikirləşmiş, eyni zamanda gətirilən mühərriklərin bəziləri tam köhnə olduğundan, o, həmin mühərriklərin istismardan çıxarılmasını fikirləşmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə o, işlədiyi dəmir bazarındakı yerinə Elnur polis əməkdaşları ilə birlikdə gəldikdə, onu və iş yerini göstərərək cəmi beş edəd elektrik mühərriklərini satmasını bildirdikdə, o, Elnurun dediklərini təsdiq etmiş, həmin vaxt polis əməkdaşlarından Elnurun ona satdığı mühərriklərin oğurluq olması bilmiş, Elnurun ona satdığı beş ədəd elektrik mühərriklərini, təmir edib tam saz vəziyyətə gətirsə də həmin mühərriklərə müştəri çıxmadığından sata bilmədiyindən, həmin beş ədəd mühərrikləri polis əmək-daşlarına təqdim etmiş, həmin mühərriklər protokolla götürülmüşdür. Elnurun hərdən tək hərdən tanışı Tərlanla birlikdə mühərriklərini ayri-ayrı günlərdə 2019-cu ilin may, iyun və avqust aylarında, ayın dəqiq günlərini xatırlamadığı tarixlərdə, hər dəfə birini gətirib ona satmasını, həmin mühərrikləri o, alarkən oğurluq olmasını bilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi İqtisad-Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 24893 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş elektrik mühərriklərinin malların texniki göstəricilərinə əsasən 2019-cu ilin may-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 4150 manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxxxx 2015ci il təvəllüdlü X3, xx xxxxxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 var. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə xx xxxxxxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx xxxxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilımişdir. Təqsirləndirilən şəxsin tutulması haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmə iclası zamanı həbs olunmaqla saxlanılması üçün saxlanıldığı Səbail RPİ-nin MSY təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuşdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin Zərərçəkmiş şəxs “Bibiheybət” Neft və Qazçıxartma İdarəsinin böyük hüquq məsləhətçisi Nümayəndə tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş qəbzdən görünür ki, 4 ədəd 15 kv-lıq və 1 ədəd 18.5 kv-lıq elektrik mühərrikləri saxlanılması üçün zərərçəkmiş şəxs xxxx NŞ-nin Zərərçəkmiş şəxs Bibiheybət NQÇİ-yə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özlərini təqsirli bilmiş və özlərinin müdafiəsi ilə əlaqədar dəlil gətirməmişlər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2 maddələri ilə düzgün tövsif edilmiş və onlar törətdikləri cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli Səbail RPİ-in CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, xx xxxxxxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il il tarixədək 3 (üç) ay həbsdə olduğu, müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli Səbail RPİ-in CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulandan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il il tarixədək 03 (üç) ay həbs olunduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, maddi sübutlar 4 ədəd 15 kv-lıq və 1 ədəd 18.5 kv-lıq elektrik mühərriklərinin zərərçəkmiş şəxs xxxx NŞ-nin Zərərçəkmiş şəxs Bibiheybət NQİ-yə təhvil verilməsi, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində, xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 3 (üç) ay həbsdə olduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzacəkmə müddətinin əvvəli axtarışda olan şəxs kimi tutulduğu xx xxxxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il il tarixədək 03 (üç) ay həbs olunduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzacəkmə müddətinin əvvəli axtarışda olan şəxs kimi tutulduğu xx xxxxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar 4 ədəd 15 kv-lıq və 1 ədəd 18.5 kv-lıq elektrik mühərriklərinin zərərçəkmiş şəxs xxxx NŞ-nin Zərərçəkmiş şəxs Bibiheybət NQÇİ-yə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkiıləri X1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 660 (altı yüz altmış) manat, X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 432 (dört yüz otuz iki) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-14/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-14/2021
12.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver