Məhkəmə qərarları › İş №1(009)-14/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-14/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-14/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, 04 avqust 1977-ci ildə Quba şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Quba şəhəri, Q.Musabəyov küçəsi ev 33-də qeydiyyatda olmaqla və Bakı şəhəri, Yasamal rayonu, ünvan 1-da yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Yusif qızının övladı X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İlkin İbrahimovun təqsirləndirildiyi maddənin daha yüngül maddə ilə dəyişdirəcəyinə yalan vəd verib aldadaraq onun etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin aprel ayından həmin ilin iyul ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsində yerləşən 3\6 saylı binanın 39 saylı mənzilinə gəlib 1-ci dəfə 3000(üç min) manat, 2-ci dəfə 1000(min) manat, 3-cü dəfə 1800 (min səkkiz yüz) dördüncü dəfə 1000(min) manat və sonuncu dəfə 700 (yeddi yüz) manat olmaqla, cəmi 7500 ( yeddi min beş yüz) manat pulunu ələ keçirib, verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs cəmi 7500 (yeddi min beş yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təsqirli bilərək göstərmişdir ki, 2019-cu ilin dekabr ayında “Bakı soveti” adlanan ərazidə qohumugilə qonaq gedən həmin ərazidə yaşayan Şahid2 ilə küçədə söhbət əsnasında tanış olmuşdur. Bir neçə dəfə görüşdükdən sonra 2020-ci ilin mart ayında həmin ərazidə Mütalib ilə söhbət əsnasında ona baldızı oğlu İlkin İbrhimov adlı şəxsin polislər tərəfindən narkotik satdığına tutulduğunu bildirib hazırda Kürdəxanı istintaq təcidxanasında saxlanıldığını bildirmişdir. Mütalib ondan İlkinin saxlanıldığı kameradan başqa kameraya köçürülməsinə kömək edib edə bilməyəcəyini soruşduqda o, cavabında maraqlanıb bir söz deycəyini bildirmişdir. 2020-ci ilin aprel ayında hazırda Türkiyə Respublikasında yaşayan Sahib adlı tanışı ilə əlaqə saxlayıb ondan bu barədə soruşmuş o isə tanışının olduğunu bizə kömək edə biləcəyini demişdir. Daha sonra Sahib onunla əlaqə saxlayıb işin həlli üşün 750 manat pul lazım olacağını demişdir. Bundan sonra o həmin gün Mütaliblə görüşüb ona işi həll edə biləcəyini bunun üçün cəmi 750 manat pul lazım olduğunu bildirmiş və Mütalib gətirib ona 750 manat pul vermişdir. O da həmin məbləği hazırda Türkiyə Respublikasında olan Sahib adlı tanışına vermişdir. Təxminən bir həftə sonra X2 kamerasını dəyişdirmişdirlər. Bundan bir müddət sonra Mütalib onunla əlaqə saxlayıb İlkinin anası Zərərçəkmiş şəxs onunla oğlunun işinin yüngülləşdirilməsi məsəsləsi ilə bağlı görüşmək istədiyini demiş, o da görüşməyə razılıq vermişdir. Onlar birlikdə Zərərçəkmiş şəxs yaşadığı “Axundov” bağının ətrafındakı evinə getmişdirlər. Orada yaşlı qadın olan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs söhbət zamanı ona oğlu İlkinə ağır maddə verildiyini bildirib İlkinə yüngül maddə verilməsinə kömək edib-edə bilməyəcyini ondan soruşmuş o isə cavabında İlkinə kömək edə biləcəyini deyib, işin həlli üçün lazım olacaq məbləği dəqiqləşdirdikdən ona məlumat verəcəyini bildirmişdir. Təxminən 4-5 gün sonra o, gəlib Zərərçəkmiş şəxs ilə evində görüşüb yalandan işin həlli üçün 10000 manat pul lazım olacağını bildirmişdir. Zərərçəkmiş şəxs onunla məbləğ barədə razılaşmışdır. Onların razılaşmasına əsasən oğlu İlkinin maddəsini daha yüngül maddəyə dəyişdirməyə ona kömək edəcəyini söz vermişdir. Sonra isə o, Zərərçəkmiş şəxs işə başlamaq üçün ilkin olaraq 3000 manat pul verməli olduğunu bildirmiş, Sədaqət İrahimova ona həmin gün ilkin olaraq 3000 manat pul gəlini Şahid1, qohumu Mütalib Abdullayev və qardaşı Rais Cəfərovun yanında vermiş və o, məbləği götürüb getmişdir. Həmin vaxt xeyli miqdarda borcları olduğu üçün o, həmin məbləği borclarına vermişdir. Təxminən bir həftə sonra o, Zərərçəkmiş şəxs ilə telefonla vasitəsi ilə əlaqə saxlaylıb evinə gəlmiş və işin həlli üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs onunla razılaşıb 1000 manat pulu gəlini Şahid1 və qardaşı Rais Cəfərovun yanında ona vermişdir. O, həmin məbləği götürüb neçə müddətdir qaytarmalı olduğu borcunu qaytarmışdır. Təxminən 15 gün sonra o, Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlaylıb onun evinə gəlmiş və işin həlli üçün əlavə olaraq 1800 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və 1800 manat pulu gəlini Şahid1 yanında ona vermişdir. O, həmin məbləği götürüb hamilə olan həyat yoldaşının xəstəxana xərclərinə sərf etmişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs ilə telefonla vasitəsi ilə əlaqə saxlaylıb həyat yoldaşı hamilə olduğu üçün pula ehtiyacım olduğundan ondan 1000 manat borc pul istəmiş, Sədaqət də ona həmin məbləği borc verə biləcəyini demişdir. Sonra isə o özü gələ bilməyəcəyini demiş və Mütalibi pulu götürmək üçün göndərmişdir. Mütalib pulu götürüb gətirib ona vermişdir. O, həmin məbləği xəstəxana xərclərinə sərf etmişdir. Təxminən bir həftə sonra o, Zərərçəkmiş şəxs almış olduğu 1000 manat pulun 800 manatını aparıb ona evində geri qaytarmışdır. Qalan 200 manatını isə tezliklə qaytaracağını qaytara bilməyəcəyi təqdirdə isə İlkinin işin həlli üçün lazım olan məbləğdən çıxacağını bildirmişdir və Sədaqət də onunla razılaşmışdır. Daha sonra o, həmin 200 manatı geri qaytara bilməmişdir. Təxminən 10-15 gün sonra o, Zərərçəkmiş şəxs ilə telefonla vasitəsi ilə əlaqə saxlaylıb İlkinin işinin həlli üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu demiş Sədaqət də həmin məbləği gəlini Şahid1 yanında ona vermiş və o məbləği götürüb getmişdir. Həmin məbləği də o, şəxsi məsrəflərinə sərf etmişdir. Sonuncu dəfə 2020-ci ilin iyul ayında o, Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayıb İlkini qan analizinə aparacaqlarını ona bildirib həkimdən müsbət rəy alınması üçün əlavə olaraq 700 (yeddi yüz) manat pul istəmişdir. Sədaqət də onunla razılaşmış və həmin məbləği gəlini Şahid1 yanında ona vermiş və o, məbləği götürüb getmişdir. Həmin pulu da o, evin kirayəsini gecikdiriyi üçün evdən çıxarılmasın deyə ev sahibinə vermişdir. Daha sonra isə İlkinlə bağlı heç bir iş görmədiyi üçün Zərərçəkmiş şəxs ilə onun arasında narzılıq yaranmış və bir müddət sonra onların əlaqəsi kəsilmişdir. Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, himayəsində iki azyaşlı övladının olmasının, təqsirini boynuna almasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2020-ci ilin fevral ayında oğlu X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs edilmişdir. O, İlkinin maddəsinin yüngülləşdirilməsi ilə əlaqədar olaraq tanışlarına məlumat verib ona kömək edə biləcək adam axtarmışdır. Bu zaman bacısının yoldaşı Şahid2 onunla görüşüb bu işdə onlara kömək edə biləcək Təqsirləndirilən şəxs oğlu adında tanışı olduğunu bildirmişdir. Mütalib həmin Yusif adlı şəxsin vasitəsi ilə oğlu İlkinin Kürdəxanı istintaq təcridxanasındakı qaldığı otağı dəyişdirməyə kömək etmiş və buna görə 750 (yeddi yüz əlli) manat pulu Mütalib vasitəsi ilə ona vermişdir. Bir müddət sonra o, Mütalibə Yusif adlı şəxsi evinə gətirməsini, onunla tanış olmaq istədiyini demişdir. Bundan sonra 2020-ci ilin aprel ayının əvvəllərində Mütalib Yusifi onun evinə gətirmişdir. O, Yusiflə görüşüb vəziyyəti izah etmiş və Yusifdən ona oğlunun maddəsini yüngülləşdirməkdə kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Yusif isə cavabında ona kömək edə biləcəyini deyib, işin həlli üçün ümumlikdə 12000 (on iki min) manat pul lazım olduğunu bildirmişdir. O, Yusifin dediyi rəqəmlə razılaşmışdır. Bundan sonra həmin gün yaşadıqları evdə ona ilkin olaraq 3000 (üç min) manat (500 ABŞ dolları və 21 ədəd 100 manatlıq əskinaslar olmaqla 1 ədəd 50 manatlıq) pul vermişdir. Bu zaman onun yanında gəlini Şahid1, qohumu Şahid2 və qardaşı Rais Cəfərov olmuşdur. Təxminən 1 həftə sonra Yusif ondan işin həlli üçün əlavə 1000 manat istəmiş və o həmin 1000 manatı (10 ədəd 100 manatlıq əskinaslar olmaqla) gəlini Şahid1 və qardaşı Rais Cəfərovun yanında Yusifə vermişdir. Təxminən 15 gün sonra işin həlli üçün əlavə olaraq o, 1800 manat pulu Yusifə gəlini Şahid1 yanında vermişdir. Bir müddət sonra Yusif ona zəng vurub yoldaşının hamiləliyi ilə əlaqədar pula ehtiyacı olduğunu bildirib ondan 1000 manat borc pul istəmiş, o da Yusifə həmin məbləği verə biləcəyini demiş Yusif isə adam gönədərəcəyini pulu ona verməsini xahiş etmişdir. O, isə cavabında tanımadığı adama pulu verməyəcəyini demişdir. Bundan sonra Yusif qohumu Mütalibi onun evinə göndərmiş və o Mütalibə 1000 manat pul vermişdir. Təxminən bir həftə sonra Yusif həmin məbləğin 800 manatını geri qaytarmış və qalan 200 manatını isə sonra qaytaracağını, qaytarmayacağı təqdirdə İlkinin işinin həlli üçün veriləcək puldan çıxacağını bildirmiş, lakin həmin məbləği geri qaytarmamışdır. Təxminən 10-15 gün sonra Yusif yaşadığı evə gəlib ondan işin həlli üçün əlavə olaraq 1000 manat istəmiş və o, gəlini Şahid1 yanında 1000 manat pulu ona vermişdir. Sonuncu dəfə 2020-ci ilin iyul ayında Yusif onun yaşadığı evə gəlmiş və onunla görüşüb bildirmişdir ki, İlkini qan analizinə aparırlar orada həkimlərə pul vermək lazımdır ki, ona müsbət rəy yazsınlar. O da onun təklifi ilə razılaşmış və 700 (yeddi yüz) manat pulu öz evində Yusifə vermişdir. Bir müddət sonra Yusif onunla əlaqəni kəsmiş və o Yusifdən pulu istədikdə ümumiyyətlə ondan qaçmağa çalışmışdır. O, bu zaman anlamışdır ki, Yusif söz verdiyi kimi heç bir iş görməyib, İlkinə heç bir kömək etməyib, onun maddəsi dəyişilməyib, bu zaman Yusifin onu aldatdığını başa düşmüşdür. O, ümumilikdə Təqsirləndirilən şəxs oğlunun işinə kömək etməsi üçün 2020-ci ilin aprel ayından iyul ayınadək olan müddət ərzində 7500 (yeddi min beş yüz) manat pul vermişdir. Zərərçəkmiş şəxs, məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, ona dəymiş ziyanının ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında həyat yoldaşı X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs edilmişdir. Qayınanası Zərərçəkmiş şəxs İlkinin maddəsinin yüngülləşdirilməsi ilə əlaqədar olaraq tanışlarına məlumat verib ona kömək edə biləcək adam axtarmağa başlamışdır. Bu zaman bacısının yoldaşı Şahid2 qayınanası ilə görüşüb bu işdə onlara kömək edə biləcək Təqsirləndirilən şəxs oğlu adında tanışı olduğunu bildirmişdir. Mütalib həmin Yusif adlı şəxsin vasitəsi ilə əri İlkinin Kürdəxanı istintaq təcridxanasındakı qaldığı otağı dəyişdirməyə kömək etmiş və buna görə 750 (yeddi yüz əlli) manat pulu Mütalibin vasitəsi ilə Yusifə qayınanası Sədaqət vermişdir. Bir müddət sonra qayınanası Sədaqət qohumu Mütalibə Yusif adlı həmin şəxsi evlərinə gətirməsini onunla tanış olmaq istədiyini demiş, bundan sonra 2020-ci ilin aprel ayının əvvəllərində Mütalib Yusifi onların evinə gətirmişdir. Onlar Yusiflə görüşüb vəziyyəti izah etmişlər və ondan İlkinin maddəsini yüngülləşdirməkdə kömək edib-edə bilməyəcəyini soruşmuşdurlar. Yusif isə cavabında İlkinə kömək edə biləcəyini deyib, işin həlli üçün ümumlikdə 12000 (on iki min) manat pul lazım olduğunu bildirmişdir. Qayınanası Yusifin dediyi rəqəmlə razılaşmışdır. Bundan sonra həmin gün yaşadıqları evdə qayınanası Zərərçəkmiş şəxs ona ilkin olaraq 3000 (üç min) manat (500 Abş dolları və 21 ədəd 100 manatlıq əskinaslar olmaqla 1 ədəd 50 manatlıq) pul vermişdir. Bu zaman orada özü, qohumuları Şahid2 və Rais Cəfərov olmuşdur. Təxminən 1 həftə sonra Yusifin istəyi ilə əlavə olaraq 1000 manat pulu (10 ədəd 100 manatlıq əskinaslar olmaqla) onun və Rais Cəfərovun iştirakı ilə qayınanası Zərərçəkmiş şəxs Yusifə işin həlli üçün vermişdir. Təxminən 15 gün sonra işin həlli üçün əlavə olaraq 1800 manat pulu Yusifə onun iştirakı ilə qayınanası Zərərçəkmiş şəxs vermişdir. Bir müddət sonra Yusif qayınanası Zərərçəkmiş şəxs zəng vurub yoldaşının hamiləliyi ilə əlaqədar pula ehtiyacı olduğunu bidirib ondan 1000 manat borc pul istəmiş, qayınanası Sədaqət İbrahinmova da Yusifə həmin məbləği verə biləcəyini demişdir. Bundan sonra Yusif qohumuları Mütalibi onların evinə göndərmiş və qayınanası Mütalibə 1000 manat pul vermişdir. Təxminən bir həftə sonra Yusif həmin məbləğin 800 manatını geri qaytarmış və qalan 200 manatını isə sonra qaytarcağını, qaytarmayacağı təqdirdə İlkinin işinin həlli üçün veriləcək puldan çıxacağını bildirmişdir. Təxminən 10-15 gün sonra Yusif yaşadıqları evə gəlib Zərərçəkmiş şəxs işin həlli üçün əlavə olaraq onun yanında əlavə olaraq 1000 manat pul almışdır. Sonuncu dəfə 2020-ci ilin iyul ayında Yusif onların yaşadıqları evə gəlmişdir. Onlarla görüşüb bildirmişdir ki, İlkini qan analizinə aparırlar orada həkimlərə pul vermək lazımdır ki, ona müsbət rəy yazsınlar. Qayınanası Zərərçəkmiş şəxs da onun təklifi ilə razılaşmış və 700 (yeddi yüz) manat pulu öz evində ona vermişdir. Bir müddət sonra Yusif onuna əlaqəni kəsmiş və onlar Yusifdən pulu istədikdə ümumiyyətlə ondan gizlənmişdir. Bu zaman Yusifin onları aldatdığını başa düşmüşdürlər. Onlar ümumilikdə Təqsirləndirilən şəxs əri İlkinin işinə kömək etməsi üçün 2020-ci ilin aprel ayından iyul ayınadək olan müddət ərzində 7500 (yeddi min beş yüz) manat pul vermişdirlər. Məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında qohumu Zərərçəkmiş şəxs övladı X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs edilmişdir. Qohumu Zərərçəkmiş şəxs İlkinin maddəsinin yüngülləşdirilməsi ilə əlaqədar olaraq tanışlarına məlumat verib İlkinə kömək edə biləcək adam axtarmışdırlar. Bu zaman o, Sədaqətlə görüşüb bu işdə İlkinə kömək edə biləcək əvvəlldən tanıdığı Təqsirləndirilən şəxs oğlu adında tanışı olduğunu bildirmişdir. Belə ki, o, əvvlləcədən Yusiflə söhbət edən zaman İlkin barəsində Yusifə məlumat verib İlknə kömək edə bilib-bilməyəcəyini ondan soruşmuş, Yusif də öz növbəsində ona tanışları olduğunu bu işin həllində istəyərlərsə onlara kömək edə biləcəyini demişdir. Bundan sonra isə Yusiflə əlaqə saxlayıb görüşmüş və ondan İlkinin Kürdəxanı istintaq təcridxanasındakı qaldığı otağı dəyişdirməyə kömək etməsini xahiş etmiş və Yusif də kömək edə biləcəyini demişdir. Daha sonra o, Sədaqətdən aldığı 750(yeddi yüz əlli) manat pulu bu məqsədlə Yusifə vermiş və Yusif İlkinin Kürdəxanı istintaq təcridxanasındakı qaldığı otağı dəyişdirməyə kömək etmişdir. Bir müddət sonra Sədaqət ona Yusifi evlərinə gətirməsini onunla tanış olmaq istədiyini demişdir. Bundan bir müddət sonra 2020-ci ilin aprel ayının əvvəllərində o, Yusifi Sədaqətin evinə aparmışdır. Sədaqət Yusiflə görüşüb ona vəziyyəti izah etmiş və Yusifdən İlkinin maddəsini yüngülləşdirməkdə kömək edib-edə bilməyəcəyini soruşmuş, Yusif cavabında İlkinə kömək edə biləcəyini deyib, işin həlli üçün ümumlikdə 12000 (on iki min) manat pul lazım olduğunu bildirmişdir. Sədaqət Yusifin dediyi rəqəmlə razılaşmışdır. Həmin gün Sədaqətin evində Yusifə ilkin olaraq 3000(üç min) manat (500 ABŞ dolları və 21 ədəd 100 manatlıq əskinaslar olmaqla 1 ədəd 50 manatlıq) pulu onun, Şahid1 və Rais Cəfərovun iştirakı ilə Sədaqət vermişdir. Bir müddət sonra Yusif ona zəng vurub Sədaqətin evinə getməyini Sədaqətin verəcəyi 1000 (min) manat pulu götürüb özünə gətirməyini xahiş etmişdir. O da Yusiflə razılaşmış və Sədaqət İbrahinmovanın evinə gedib həmin 1000 manat məbləği alıb gətirib Yusifə vermişdirm. Bundan sonra Yusiflə Zərərçəkmiş şəxs arasında pulların verilməsi prosesində o, işitirak etməmişdir. Amma sonradan Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Yusif onları aldaraq onun 7500 manat pulunu ələ keçirib lakin İlkinin işini həll etməmişdir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə iclasında video görüntüyə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 3\6 saylı binanın 39 saylı mənzilinə gələrək Zərərçəkmiş şəxs gəlini Şahid1 və qardaşı Rais Cəfərovun yanında məbləği görünməyən miqdarda pul alır. Bu zaman baxışda iştirak edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, qapıdan içəri daxil olan qara ayaqqabı, ağ şalvar və sarı köynək geyinmiş başına üst hissəsində qara rəngli gözlüklər keçirilmiş olan şəxs özüdür, həmin gün Sədaqət İbrahimodan 1000 (yüz) məbləğdə pul almışdır. Təqsirləndirilən şəxs Fərhad oğlu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 3\6 saylı binanın 39 saylı mənzilinə gələrək Zərərçəkmiş şəxs gəlini Şahid1, qohumu Şahid2 və qardaşı Rais Cəfərovun yanında 3000(üç min) manat pul alır və söz verir ki, İlkin İbrahimovun işinin həllinə köməklik göstərəcəkdir. Bu zaman baxışda işitirak edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, stolda sağ tərəfdə əyləşmiş olan(videgörüntüdə soldan sağa) əynində qara rəngli jilet, sarı rəngli uzunqol köynək və göy rəngli cins şalvar geyinən şəxs özüdür, həmin gün Sədaqət İbrahimodan 3000 (üç min) manat məbləğdə pul almışdır Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Elektron Məhkəmə Sistemindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 15 aprel 2013-cü il təvəllüdlü X6 və 03 noyabr 2010-cu il təvəllüdlü X11 adlı övladları vardır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X3 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 avqust 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Y.F.Abbasov Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən çəkilməmiş qalan 2 il 11 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək 16 iyun 2004-cü il tarixdə azad olunmuşdur. Bundan başqa Y.F.Abbasov Quba Rayon Məhkəməsinin 02 iyun 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 67-ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16 fevral 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Y.F.Abbasov Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 69.3-cü maddələri ilə 1 il 3 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsindən 08 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktub və qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu ıl tarixli, 1(006)-7 saylı hökmü ilə təyin edilmiş aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla, 01 il 03 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Abasov X14 rayon İcra və Probasiya Şöbəsinin 13.12.2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən ona təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs oğlu 24 dekabr 2021-cı il tarixində Quba rayon İcra və Probasiya şöbəsinin qeydiyyatında çıxarılmışdır Göründüyü kimi Təqsirləndirilən şəxs oğluna münasibətdə cinayətlərin residivi müəyyən edilməmişdir. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 09 iyun 2021ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında protokoldan və şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, 10 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunmuş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 13 oktyabr 2021-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY təhvil verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırki cinayəti ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini boynuna almasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla Təqsirləndirilən şəxs oğlunun 09 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 13 oktyabr 2021-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək, 04 (dörd) ay 09 (doqquz) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablandığı nəzərə alınaraq, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə bir ədəd CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun 09 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 13 oktyabr 2021-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək, 04 (dörd) ay 09 (doqquz) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, yəni 04 (dörd) ay 10 (on) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Kapital Bank” 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYE

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar