Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-14/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Qəbələ rayonu Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Məlikli Ərazi Dairəsi Məlikli kənində qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "X14" markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri, Səbail rayonu, Bakı-Salyan şossesi ilə Bakı şəhəri istiqamətində 57 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən ‘'Bibiheybət Məscidi"nin qarşısını keçdikdən sonra "Yol hərəkəti" haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməmiş, yəni 1.3 üfüqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv qoşa üfüqi nişanlama xətti) kəsib keçmək qadağan olduğu halda, göstərilənlərə əməl etməyərək yol hərəkəli qaydalarını pozmuş, idarə etdiyi avtomobili əks hərəkət istiqamətinə çıxarmaqla ehtiyatsızlıqdan qarşıdan gələn sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşaraq Zərərçəkmiş şəxs alın nahiyəsinin sıyrığı, sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, qəlpəli yerinidəyişən sınığı, sol dirsək sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, burunun sol qanadının əzilmiş-cırılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, habelə sonuncunun mülkiyyətində olan “Hyundai Elantra” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9600 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM- nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona qarşı Azərbaycan Respublikası CMin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində o, dostu Orxanın mülkiyyətində olan “X14” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün götürüb Şıxov qəsəbəsindən Bakı-Salyan şosessi ilə üzü Bibiheybət məscidi istiqamətində 20-ci sahəyə doğru hərəkət etmişdir. O, avtomobili saatda 57 km/saat surətlə hərəkət etdirib həmin yolun “Bibiheybət” məscidi qarşısına çatdıqda 20-ci sahəyə qısa yolla getmək üçün hərəkət istiqamətlərini ayıran qoşa xətti sola doğru kəsmiş, əks istiqamətli yola çıxmışdır. Bu zaman əks tərəfdən gələn ağ rəngli “Hyundai Elantra" markalı avtomobilin qabaq hissəsi ilə onun avtomobilinin qabaq hissəsi toqquşmuşdur. Toqquşma nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən əvvəl idarə eldiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı spirtli içki qəbul etməmiş, narkolik vasitə və psixotrop maddə istifadə etməmişdir. Avtomobili müvəqqəti idarə etmək üçün götürdüyü üçün etibarnaməsi olmamışdır. Lakin “B" və “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində o, mülkiyyətində olan “X12" markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu ərazisində Bakı Salyan yolunda Şıxov qəsəbəsi istiqamətində iki zolaqlı yolun birinci hərəkət zolağı ilə saatda təxminən 50 km/saat sürətlə hərəkət ederkən “Bibiheybət" məscidinin qarşısına çatmamış, əks tərəfli yoldan metalik rəngli minik avtomobilinin hərəkət hissələrini ayıran qoşa xətti kəsərək hərəkətdə olduğu yola keçib onun üzərinə gəldiyini görmüşdür. O, avtomobili sağa tərəf yönəltmişdir. Buna baxmayaraq onun avtomobilinin qabaq hissəsi ilə həmin avtomobilin qabaq hissəsi toqquşmuşdur. Zərbədən sonra o, ayaq və qol nahiyələrində sınıq xəsarətləri almışdır. Avtomobilinə isə maddi ziyan dəymişdir. Hadisədən əvvəl onun idarə eldiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə günü spirtli içki qəbul etməmişdir. Hadisə zamanı o, avtomobildə tək olmuşdur. Hadisə baş verən zaman avtomobilin hərəkət surəti təxminən 50 km/saat olarmış, hesab edir ki, kompleks məhkəmə avtotexniki və videotexniki ekspertizasının rəyində qeyd olunan sürət həddi ilə avtomobili idarə etməmişdir. Təqsirləndirilən şəxlə barışmamış, ziyanı ödənilməmişdir və o,şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, təxminən 2020-ci ilin əvvələrində "X14" markalı avtomobil almışdır. Alqı-satqını etibarnamə əsasında həyata keçirmişdir. Buna görə də nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində nəqliyyat vasitəsinin sahibi Namiq Şəkəralıyev qeyd olunsa da, avtomobil faktiki olaraq onun mülkiyyətində olmuşdur. 01 oktyabr 2021-ci il larixdə saat 16 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində olduğu zaman tanışı Təqsirləndirilən şəxs yanına gələrək, şəxsi işi ilə əlaqədar bir neçə dəqiqəlik Səbail rayonu, 20-ci sahə istiqamətində gedib gələcəyini bildirərək avtomobili verməyini istəmişdir. O, da Sadiqi tanıdığı və sürücülük vəsiqəsinin olduğunu bildiyi üçün avtomobilinin açarlarını vermişdir. Sadiq avtomobilinə tək əyləşib sürüb getmiş və təxminən 10-15 dəqiqə sonra ona məlum olmuşdur ki, Sadiq “Bibiheybət" məscidini keçdikdən sonra yol nəqliyyat hadisəsi törətmiş, qarşıdan gələn digər avtomobillə toqquşmuş, nəticədə Sadiq özü və digər avtomobilin sürücüsü xəsarət almışdır. Hadisədən qabaq ona məxsus “X14” markalı avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, O, avtomobili idarə etmək üçün açarlarını versə də, həmin vaxt Sadiqə rəsmi etibarnamə verməmişdir. Hadisədən sonra avtomobilinə dəymiş maddi ziyanın məbləği ilə bağlı şikayət və tələbi yoxdur. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilərək cinayət işinin başlanması haqqında” 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə başlanmış və istintaq aparılması üçün Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında, “Bibiheybət” məscidinin yaxınlığında üzü Şıxov istiqamətinə gedən yolda baş vermişdir. Hadisə baş verən yer quru, üfüqi, asfalt örtüklü olmaqla iki tərəflidir və əks istiqamətli nəqliyyat axınları 1.3 üfüqi nişanlama xətli ilə ayrılır. Bakı istiqamətində iki hərəkət zolağı olmaqla sağ zolağın eni 3.2 metr, sol zolağın eni isə 3.9 metrdir. Şıxov istiqamətində isə sol zolağın eni 3.6 metr, sağ zolağın eni isə 2.6 metr olmaqla sağ tərəfdən birləşən 20-ci sahədən gələn yolun hərəkət hissəsinin ümumi eni 7.7 metrdir. Hadisə yerinin fotoşəkilləri və hadisə yerinin sxemi tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X15 Səbail rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 660 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin sıyrığı, sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, sol dirsək sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, burunun sol qanadının əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 oktyabr 2021-ci il tarixli yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X15 Səbail rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 661 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişmiş qəlpəli sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə idarə eldiyi avtomobilin hərəkətdə olan digər avtomobillə qarşı-qarşıya toqquşması nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 8/2700 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Renault Megane markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cı maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət elməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Hyundai Elantra markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduğundan, sürücü Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 noyabr 2021-ci il tarixli qərar ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X15 canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli T 81/2022 saylı rəyindən görünür ki, vətəndaş S.Ə.Kazmovda sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişmiş qəlpəli sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə idarə etdiyi avtomobilin hərəkətdə olan digər avtomobillə qarşı-qarşıya toqquşması nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs alın nahiyəsinin sıyrığı, sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, qəlpəli yerinidəyişən sınığı, sol dirsək sümüyünün orla 1/3-nin qapalı yerdəyişən sınığı, burunun sol qanadının əzilmişcırılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə idarə etdiyi aviomobilin hərəkətdə olan digər avtomobillə qarşı-qarşıya toqquşması nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 05 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 may 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin X5 Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli 003- 15671-1221 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin içərisində 01 ədəd “TŞ1-117.2-2021-10-01_16h 14min00s00ms” adlı video-fayl vardır. Video-fayıl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, müşahidə kamerası Bakı şəhəri, Səbail rayonu, Şalyan şossesində “Bibiheybət” məscidinin qarşısında sabit vəziyyətdə olmaqla üzü Bakı şəhəri istiqamətində yönəlməklə şossedə hərəkətdə olan nəqliyyat vasitələrinin qeydiyyatını aparır. Video görüntü açıldıqda ekranın sağ üst hissəsində ”xx/xx/2021 16:13:59” rəqəmləri əks olunmuş, çəkilişin vaxt axını həmin saatdan başlamaqla "03” dəqiqə müddətindədir. Baxış zamanı görüntüdə saat 16:14:53də, görüntünün 00:54 saniyəsində Şıxov qəsəbəsi istiqamətindən 1-ci hərəkət zolağı ilə hərəkət edən “Renault Megane" markalı avtomobilin əvvəlcə ikinci hərəkət zolağına keçməsi, saat 16:14:54-də, görüntünün 00:55 saniyəsində əks istiqamətli hərəkət yollarım ayıran üfüqi nişanlama xəttini kəsərək əks yola çıxması, saat 16:14:55-də, görüntünün 00:56 saniyəsində qarşıdan gələn “Hyundai Elantra" markalı avtomobillə qarşı-qarşıya həmin hərəkət istiqamətinin 1-ci zolağının sağ kənarında toqquşması, hər iki avtomobilin üzü yolun sağ kənarı istiqamətində dayanmaları müşahidə olunur. Bundan başqa videogörüntüdən görünür ki, yolun hərəkət hissəsinin sağ kənarında quraşdırılmış yol nişanının tələbinə əsasən yolda hərəkət surəti 80 km/saatdır. İş materiallarında olan “zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 14 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-soğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4005 saylı rəyindən görünür ki, tədqiq edilən 2011-ci il buraxılışlı “Hyudai Elantra” markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9600 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə avtotexniki və videolexniki ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1426-4/859 saylı rəyindən görünür ki, 1. ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLl'N” markalı DVD-R diskdə qeydə alınmış “TŞ1-1 17 2-2021 -10-01 16h 14min00s000ms” adlı laylda olan videoyazının kadr tezliyi 25 kadr/san-dir. Videoyazıda təkrarlanan və boş kadrlar qeydə alınmamışdır, zaman generatorunun göstərişi real zamana uyğundur. “Hyundai Elantra” markalı avtomobilin tədqiq olunan məsafədə orta surəti 73 km/saat olmuşdur. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə qeydə alınmış “TŞ1-117 2-2021 -10-01_16h 14min00s000ms” adlı faylda olan videoyazıya görə “Hyundai Elantra” avtomobil təhlükə yaranma anından toqquşma yerinə kimi məsafəni 0.760 saniyəyə qət etmişdir. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə qeydə alınmış “TŞ1-117 2-2021-10-01_16h14min00s000ms” adlı faylda olan videoyazıya görə “Hyundai Elantra” markalı avtomobil təhlükə yaranan anda toqquşma yerindən 15.4 metr məsafədə olmuşdur. 4. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə qeydə alınmış “TŞ1-117 2-2021-10-01_16h14min00s000ms” adlı faylda olan videoyazıya görə “Renault Megane” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs təhlükə yaranma anından toqquşma yerinə kimi məsafəni 0.760 saniyəyə qət elmişdir. 5. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə qeydə alınmış “TŞ1-117 2-2021-10-01_16h 14min00s000ms” adlı faylda olan videoyazıya görə “Renault Megane” markalı avtomobil təhlükə yaranan andan toqquşma yerinə kimi 12 metr məsafə qət etmişdir. 6. Hyundai Elantra markalı 99HS608 dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. 7. Renault Megane markalı 01CB890 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X15 03 iyun 2022-ci il tarixli 02/660 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli 660 saylı məhkəmə-tibbi ekspertizası rəyinə və qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatlara əsasən Vət. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərdə onun xəstəxanaya daxil olarkən spirtli içki qəbul edib-etməməsi (sərxoş vəziyyətdə olması) barəsində hər hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X15 03 iyun 2022-ci il tarixli 03/661 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli 661 saylı məhkəmə-tibbi ekspertizası rəyinə rəyinə və qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatlara əsasən Vət. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədlərdə onun xəstəxanaya daxil olarkən spirtli içki qəbul edib-etməməsi (sərxoş vəziyyətdə olması) barəsində hər hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi, Zərərçəkmiş şəxs əmlakına vurulan 9600 manat maddi ziyanla bağlı Zərərçəkmiş şəxs iş üzrə mülki iddiaçı kimi tanınması qərara alınmışdır. İş materialarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan elektron məhkəmə sisteminin çıxarışından görünür ki, xx.xx.1991-ci ildə anadan olmuş X1 Sadiq Əfqan oğlunun həyat yoldaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X13 şöbəsinin müayinə raportundan görünür ki, X3 vəzi karsinoması xəstəsidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə iddia tələbinə əlavə ərizə verərək cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat pulun və ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edilir. 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri ləğv olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 156,0 manat dövlət rüsumu Dövlət Büdcəsindən geri qaytarılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 378 (üç yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisisnin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumu Dövlət Büdcəsindən ona geri qaytarılsın. İş üzrə maddi sübut - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –378 (üç yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-14/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-14/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver