Məhkəmə qərarları › İş №1(009)-14/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-14/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-14/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi, Təqsirləndirilən şəxs, X9 iştirakları ilə, 03 mart 1992-ci il tarixdə Pakistan İslam Respublikasının İslamabad şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, urdu milliyyətinə mənsub, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Pakistan İslam Respublikasının İslamabad şəhəri, zona 7/2, küçə 5, ev 12/6-C ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikasına gələnədək həmin ünvanda yaşamış, barəsində “həbs qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 318-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhərində olarkən ona tanışları vasitəsi ilə Avropa İttifaqına üzv dövlətlərdən birində işləmək üçün müraciət edən həmyerlisi Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) ilə aralarında yaranmış etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasına dəvət edərək gələ biləcəyi halda, 5500 ABŞ dolları pul vəsaiti müqabilində qeyd olunan köməkliyin ona göstərilməsi barədə yalandan vəd etməklə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) 11 avqust 2023cü il tarixdə Multan-Dubay-Bakı aviareysi ilə həmin gün Azərbaycan Respublikasına qanuni yolla gəlməsinə nail olmuşdur. Aralarında yaranmış etibarı daha da inandırıcı şəkildə nümayiş etdirmək məqsədilə Heydər Əliyev adına X3 X12 (Zərərçəkmiş şəxs Muhammad Faqeeri) qarşılayaraq Baki şəhəri, Səbail rayonu ərazisində yerləşən “Happy Hostel” adlı qonaq evinə aparıb orada yerləşdirmiş, cinayətkar niyyətini başa çatdırmaqdan ötrü növbəti gün, yəni 12 avqust 2023-cü il tarixdə saat 20 radələrində həmin qonaq evinə gələrək foyedə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) ilə görüşüb öhdəsinə götürdüyü işin icrası üçün əvvəlcədən vəd verdiyi kimi Avropa İttifaqı ölkələrindən biri olaraq onu məhz Albaniya Respublikasında işlə təmin edəcəyi və viza rəsmiləşdirilməsini təşkil edəcəyinə dair ona yalan vədlər verməklə Zərərçəkmiş şəxs Muhammad Fəqirdən (Zərərçəkmiş şəxs Muhammad Faqeerdən) xidmət haqqı, bilet pulu və vizanın rəsmiləşdirilməsi adı ilə ilkin olaraq 1000 manat və 3912 ABŞ dolları, 18 avqust 2023-cü il tarixdə isə saat 15 radələrində “Sahil” metrostansiyasının yaxınlığında eyni məqsədlə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) ilə görüşüb aralarındakı danışığa əsasən 1000 ABŞ dolları məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) məxsus 5500 ABŞ dolları pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs (X14 Zahid) törətmiş olduğu cinayət əməlini ört-basdır etməklə ifşa olunmasının qarşısını alaraq cinayət məsuliyyətindən yayınmaqdan ötrü cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) Azərbaycan Respublikası ərazisində qanuni qalmasına hüquq verən vizanın müddətinin bitməsinə 1 gün qalmış, yəni 09 sentyabr 2023-cü il tarixdə sonuncunun Azərbaycan Respublikası ərazisindən qanunsuz getməsini təşkil etmək məqsədi ilə ona Albaniya Respublikasına yola düşməsi üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportuna getməsini tapşırmış, yolda olan zaman Azərbaycan Respublikası ərazisini tərk etmək üçün ona bilet və vizanın şəklini votsap mobil telefon tətbiqi vasitəsi ilə göndərəcəyini bildirmiş, onun tapşırığı əsasında Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) həmin tarixdə hava limanına gedərək orada olan zaman həmin gün saat 16 radələrində özünün istifadəsində olan votsap mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) istifadəsində olan votsap mobil tətbiqinə istintaqa məlum olmayan üsulla, vaxtda və şəraitdə qanunsuz hazırladığı guya Albaniya Respublikasına 04 sentyabr 2023cü il tarixdən 03 dekabr 2023-cü il tarixədək getmək hüququ verən elektron vizanın və 09 sentyabr 2023-cü il tarixli Bakı-Dubay-Tirana aviareysinə elektron biletin şəklini göndərmiş, Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) həmin vizanı və bileti qeydiyyat zamanı təqdim edərək istifadə edərkən Heydər Əliyev adına Beynəlxalq Aeroportunun əməkdaşları tərəfindən vizanın və biletin saxta olması müəyyən edildiyindən birbaşa qəsdlə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb əcnəbinin Azərbaycan Respublikasından qanunsuz getməsini, yəni qanunsuz miqrasiyanı təşkil etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs (X14 Zahid) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 318-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İttiham aktının tərtibi 29 fevral 2024-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasında, xidməti otağımda başa çatmışdır. Azərbaycan Respublikası CPM-in 290-cı maddəsinə əsasən cinayət işi ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə təqdim edilməlidir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 318-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulumuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 318-1.1 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, son 4 il ərzində Azərbaycan Respublikasında yaşamışdır. O, Paksitan İslam Respublikasının vətəndaşıdır, əslən həmin Respublikasının İslamabad şəhərindəndir. Pakistan İslam Respublikasında ingilis dilində ali təhsil almışdır. Pakistan İslam Respublikasında müxtəlif markalı avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Ağır xəstəliyi olmamış, narkotik maddə istifadəçisi olmamış, psixoloji durumu sağlamdır. Azərbaycan Respublikasına gəldikdən sonra Sumqayıt şəhərində yerləşən “Əşya bazan” deyilən bazarda müxtəlif markalı avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuş, son bir neçə ay işləri yaxşı getməmişdir. O, Bakı şəhəri, Tbilisi prospekti, Ə.Hüseynov 5/7 ünvanında Nuray adlı qadınla birgə sonuncunun evində qalmış, Nuray dul qadın olmuş, onunla təxminən bir il bir yerdə, qeyri rəsmi ər-arvad kimi yaşamışdır. xx.xx.2023-cü il tarixdə onun Azərbaycan Respublikasında qanuni qalma müddəti bitmiş, həmin ərəfədə o, müddətin artırılması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, sənəd problemi yarandığı üçün həmin müddəti uzada bilməmişdir. Buna görə də son 3-4 aya qədər Sumqayıt şəhərində qeyd etdiyi işi ilə bağlı yalnız vahid marşrutla hərəkət etmişdir ki, hüquq mühafizə orqanları onu ifşa etməsin. Lakin sonuncu dəfə həmyerlisi Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) qarşı dələduzluq etdiyinə görə sonuncunun şikayəti əsasında yeri müəyyən edilərək saxlanılmış və Dövlət Miqrasiya Xidmətinin X1 Mərkəzinə yerləşdirilmişdir. Belə ki, 2023-cü ilin avqust ayının əvvəllərində soyadını bilmədiyi Umar adlı həmyerlisi və tanışı hazırda xatırlamadığı nömrədən onun həmin zaman istifadəsində olan vottsap nömrəsinə zəng edərək Pakistand İslam Respublikasında qonşusu olan Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) Avropa ölkələrindən birində işləmək istədiyini və ona kömək etməsini xahiş etmişdir. Daha dəqiq ümumi söhbət edərkən Umar ondan Azərbaycan Respublikasında iş olub-olmaması ilə maraqlanmış, o, isə Avropa ölkələrindən birində işin daha yaxşı olmasını dedikdə Umar qonşusu ondan Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) Avropa ölkələrinin birində işləməyə kömək edə bilib-bilməcəyi ilə maraqlanmışdır. O, da işsiz olduğuna görə pul qazanmaq üçün bunun bir fürsət olduğunu fikirləşib bu işlə məşğul ola biləcəyini Umara bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) onun votsap nömrəsinə zəng edib onunla danışmış, aralarında bu mövzuda dəfələrlə səsli və sənədli məlumat mübadiləsi olmuşdur. Yadında qaldığı qədər Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) ona demişdir ki, Albaniya Respublikasında bir tanışı var, bu səbəbdən məhz həmin ölkəyə getmək istəyir. Telefon danışdıqları əsasında Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeeri) Bakı şəhərində dəvət edərək 11 avqust 2023-cü il tarixdə sonuncunu Bakı şəhərində Heydər Əliyev adına Beynəlxalq Aeroportda qarşılamışdır. O, Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeeri) Bakı şəhəri, Nizami küçəsində yerləşən “Happy Hostel” adlı qonaq evinə aparmışdır. Çünki, Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) ona ən ucuz yerdə qalmaq istədiyini dediyindən o, booking.com saytında həmin qonaq evini tapmışdır. İlk dəfə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeeri) hava limanında görüb tanımışdır. 0, çalışmışdır ki, işlə bağlı yalnız Umarla telefonla danışsın, çünki Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) etibar etməmişdir. Zərərçəkmiş şəxslə (Zərərçəkmiş şəxs Muhammad Faqeerlə) bu işi 5500 (beş min beş yüz) ABŞ dolları müqabilində edəcəyi ilə razılaşmış və o, həmin pulu sonuncudan xatırladığı qədər 12 və ya 13 avqust 2023-cü il tarixdə, həmçinin 18 avqust 2023-cü il tarixdə hissələrlə almışdır. Hər dəfə nə qədər məbləğdə pul alması yadında qalmamışdır. Bundan sonra xatırladığı qədər 2023-cü ilin sentyabr ayının əvvəllərində xatırlamadığı internet saytından Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) adına xx.xx.2023-cü il tarixli aviabilet rezervasiya (bron) etmiş, buna görə ödəniş etməmiş, çünki, aviabiletin rezervasiyası ödənişsiz olmuş, həmin saytda bunun üçün bank kartı tələb olunmadığına görə kart nömrəsi qeyd etməmişdir. Həmin ərəfədə xx.xx.2023-cü il tarixli bron bileti xx.xx.2023-cü il tarixinə öz noutbukunda adını unutduğu xüsusi proqramla hazırlayaraq biletdə sadəcə tarixləri xx.xx.2023-cü il tarixə dəyişərək uyğunlaşdırmış, həmçinin eyni yolla və üsulla saxta olaraq guya Albaniya Respublikasında Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək yaşamaq hüququ verən A**********8e nömrəli viza da hazırlamışdır. Vizanın nümunəsini isə təsadüfi internet saytından götürmüşdür. Qeyd etdiyi saxta elektron sənədləri dəqiq xatırlamadığı tarixlərdə gizli şəkildə təklikdə hazırlamış, bu barədə heç kimə deməmiş və heç kim bilməsin deyə vizanı və bileti Bakı şəhərində müxtəlif təsadüfi kafelərdə həmin zaman istifadəsində olan noutbukunda hazırlamış, həmin kafelərin yeri və adları yadında qalmamışdır. Saxta viza ilə saxta bileti hazırladığı noutbukunu isə xatırlamadığı tanışları vasitəsi ilə Pakistan İslam Respublikasına ailəsinə yollamışdır. Əvvəllər hansısa sənəd saxtalaşdırmamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) votsapla zəng edərək artıq biletinin və vizasının hazır olduğunu deyərək aeroporta getməsini, yolda ona həmin sənədləri votsapla atacağını demiş, həmçinin Albaniya Respublikasına çatan zaman ona zəng etməsini tapşırmışdır. Lakin qısa müddət sonra Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) ona geri tez-tez zəng etməsinə görə fikirləşmişdir ki, sonuncu aeroportda sərhəddi keçə bilməmişdir. Bu səbəbdən telefonunu söndürüb onun Pakistan İslam Respublikasına deportasiya olacağı vaxtı gözləmişdir ki, onu tapa bilməsin. Belə ki, Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) Azərbaycan Respublikasında qalma müddəti artıq yekunlaşmaq üzrə olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) Pakistan İslam Respublikasına qayıtmışdır. Bir daha Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) 2023-cü ilin oktyabr ayında Bakı şəhərinə gələrək ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir və buna görə yeri müəyyən olunaraq o, Bakı şəhərində yerləşən X1 Mərkəzinə yerləşdirilmişdir. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs (X14 Zahid) həmçinin ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxslə (Zərərçəkmiş şəxs Muhammad Faqeerlə) Bakı şəhərində görüşən zaman sonuncu ondan razılıq alaraq mobil telefonları vasitəsi ilə onun fotoşəkillərini də çəkmişdir ki, Paksitan İslam Respublikasında ümumi tanışları olan Umar adlı şəxsə göndərsin ki, sonuncunun dediyi adamın məhz onun olmasına əmin olsun. O, Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) pulunu ələ keçirdikdən sonra sonuncuya saxta bilet və viza verməklə aeroportda sərhəddi keçərək təyyarəyə minib Albaniya Respublikasına həmin sənədlər əsasında gedə biləcəyini ehtimal etmişdir. Çünki, rezervasiya etdiyi biletdə qeyd olunan reyslər mövcud reyslər olmuş və hazırladığı viza həqiqi vizadan seçilməmiş, bu yolla Zərərçəkmiş şəxs Albaniya Respublikasına gedəcəyinə inanmışdır ki, bəlkə də aeroportda aidiyyəti əməkdaşlar elə də, ciddi sənəd yoxlanış etməz və sonuncu təyyarəyə minib Albaniya Respublikasına gedə bilər. Albaniya Respublikasında da eyni yolla yerləşə biləcəyini düşünmüş, gələcəkdə isə planının baş tutmayacağı halda Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) və ortaq tanışları Umara viza probleminin çıxması ilə bağlı əlavə bir bəhanə fikirləşib bunu guya ondan asılı olmayan səbəblə əlaqələndirəcəyini planlaşdırmışdır. Lakin, Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) Heydər Əliyev adına aeroprotda sərhəddən keçə bilməmiş, o, da telefonu söndürüb aldığı pulu qaytarmamaq üçün gizlənmişdir. Ümumiyyətlə o, Azərbaycan Respublikasında qanunsuz qaldığı üçün tez-tez mobil telefonlarını və nömrələrini dəyişmişdir. Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) vurduğu ziyanı onun Pakistan İslam Respublikasındakı qohumları sevgilisi Nurayın vasitəsi ilə ödəmişdir. İstintaq təcridxanasında olan zaman Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeeri) pulunun ödənilməsi barədə məlumatlandırdıqlarını, lakin sonuncunun Azərbaycan Respublikasına gələrək pulu şəxsən götürmək istədiyini və yalnız bundan sonra ondan şikayəti olmaması barədə ərizə verəcəyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Tbilisi prospekti, Ənvər Hüseynov 5/7 ünvanında kirayə yaşayır, heç bir yerdə işləmir və anasının aldığı təqaüd ilə dolanır. Təxminən 8 ay əvvəl Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxslə (X14 Zahıdla) internetdə tanışlıq saytları vasitəsi ilə tanış olmuş, sonuncu ilə sevgili münasibətində olmuşlar. Təqsirləndirilən şəxs (X14 Zahid) əsasən onunla birlikdə, onun kirayə tutduğu evdə yaşamışdır. Təqsirləndirilən şəxs (X14 Zahıdı) təxminən 2023-cü ilin oktyabr ayının əvvələrində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları saxlamışlar. Təqsirləndirilən şəxs (X14 Zahidin) həmin zaman ona deməsində görə nəsə sənədlərində problemi olmuşdur. O, həmin zaman bilmişdir ki, Təqsirləndirilən şəxs (X14 Zahid) Azərbaycan Respublikasında qeydiyyatsız yaşamışdır. Təqsirləndirilən şəxs (X14 Zahidin) ona deməsində görə Sumqayıt şəhərində avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs (X14 Zahid) ona sənədlərində problem olmadığını dediyindən inanaraq onunla sevgili olmuş, sonuncu onunla tezliklə ailə həyatı quracağını da demişdir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan və ziyanın iyirmi beş faizi prokurorluğun deposit hesabına ödənilmişdir. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4 və 318-1.1-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli mobil telefona baxış protokolundan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) istifadəsində olan mobil telefonun votsap bölümünə daxil olub qardaşı Naveedlə olan yazışma bölməsinə girərək bildirmişdir ki, istintaqa verdiyi ifadəsində göstərdiyi ona qarşı dələduzluq etmiş həmyerlisi Təqsirləndirilən şəxs (X14 Zahidin) ona atdığı fayllar, yəni səsli mesajlar, elektron sənədlər, həmçinin sonuncu ilə Bakı şəhərində olarkən telefona çəkdiyi sonuncunun şəkilləri həmin yazışma bölməsindədir. Belə ki, o, Təqsirləndirilən şəxslə (X15 Zahidlə) aralarında olan yazışmaları (məlumat mübadiləsini) hər ehtimal qardaşı Naveedə göndərmişdir ki, sübut kimi qardaşında da həmin məlumatlar olsun. Təqsirləndirilən şəxslə (X14 Zahidlə) yazışdığı dövrdə Bakı şəhərində olarkən istifadəsində olan mobil telefonu itirdiyindən xx.xx.2023-cü il tarixdə istintaqa təqdim etmək üçün qardaşı Naveedən xahiş etmişdir ki, sözügdən məlumatları ona göndərsin. Daha sonra baxışda iştirak edən Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) qardaşı Naveedə aid olduğunu dediyi +9***-***-**-** mobil telefon nömrəsi üzərindən qeydiyyatdan keçmiş votsap profilinə daxil olduqda xx.xx.2023-cü il tarixdə çoxsaylı məlumat mübadiləsinin, əsasən məlumatların göndərilməsi görünür. Həmin məlumatların arasında elektron formatda (PDF formatda) göndərilmiş “Zərərçəkmiş şəxs” adına olan, “Fly Dubai” aviaşirkətinə aid 2 ədəd aviabilet aşkar olunur. PDF formatda olan həmin elektron biletlərə daxil olduqda müəyyən olunmuşdur ki, biletlərdən birincisi xx.xx.2023-cü il tarixli tranzit aviabilet olmaqla Bakı şəhərində yerləşən X8 həmin gün saat 17:55-də Dubay şəhərində yerləşən X5 uçuş üçün, daha sonra isə davamı olaraq (tranzit) xx.xx.2023-cü il tarixdə sonuncu aeroportdan saat 09:05-də X4 (Albaniya Respublikası) olan olan FZ 734/FZ 745 nömrəli reys ilə uçuş üçün nəzərdə tutulmuşdur. Həmin elektron biletdə həmçinin geri dönüş biletinin xx.xx.2023-cü il tarixdə saat 13:50-də X2 birbaşa Heydər Əliyev adına Beynəlxalq Aeroporta FZ 746/FZ 709 nömrəli reys ilə uçuş üçün nəzərdə tutulması görünür. Baxışı keçirilən ikinci elektron aviabilet də “Fly Dubai” aviaşirkətinə aid olmaqla xx.xx.2023-cü il tarixinədir. Həmin bilet digər bilet kimi eyni istiqamətli tranzit aviareysə aiddir. Belə ki, bilet “Zərərçəkmiş şəxs” adına olmaqla xx.xx.2023-cü il tarixdə saat 17:55-də Bakı şəhərində Heydər Əliyev adına X6 şəhərində X7 FZ 734/FZ 745 aviareysi ilə uçuş üçün, daha sonra sonuncu aeroportdan xx.xx.2023cü il tarixdə saat 09:05-də tranzit olaraq eyni aviareyslə Tirana Aeroportuna (Albaniya Respublikası) uçuş üçün nəzərdə tutulmuşdur. Biletdəki məlumatlara əsasən geri dönüş olaraq xx.xx.2023-cü il tarixdə X2 bu dəfə də birbaşa Bakı şəhərində X10 Aeroportuna FZ 746/FZ 709 nömrəli aviareysi ilə uçuş nəzərdə tutulmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, hər iki elektron aviabiletlərdə (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli biletlərdə) uçuş aviareysləri (gediş və gəliş) eyni nömrəlidir, yəni FZ 734/FZ 745 və FZ 746/FZ 709 aviareysləri üçün nəzərdə tutulmuş, həmçinin hər iki biletdə uçuş və eniş saatları eynidir, biletlərdə eyni hava limanları qeyd olunmuşdur. Biletlər arasındakı fərq yalnız hər iki biletin ilkin uçuş reysləri, yəni FZ 734 və tranzit FZ 745 reyslərinin ucuş tarixlərindədir, belə ki, birinci biletdə həmin tarixlər müvafiq olaraq 05 və 06 sentyabr 2023-cü il tarixləri kimi qeyd olunsa da, ikinci biletdə həmin tarixlər müvafiq olaraq 09 və 10 sentyabr 2023-cü il tarixi kimi qeyd olunmuşdur. Baxış zamanı votsap mobil tətbiqinin sözügedən profilində həmçinin istintaq üçün əhəmiyyət kəsb edən Albaniya Respublikasına aid elektron viza (PDF formatda) aşkar olunnmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) bildirmişdir ki, həmin vizanı Təqsirləndirilən şəxs (X14 Zahid) ona göndərərək guya ona verdiyi pulun müqabilində həmin vizanı təşkil etdiyini bildirmişdir. Lakin, yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli elektron aviabileti və həmin vizanı Heydər Əliyev adına Beynəlxalq Aeroporta təqdim edərkən onların saxta olması məlum olmuşdur. Qeyd olunan vizaya baxış zamanı müəyyən olunmuşdur ki, viza Albaniya Respublikası elektron vizası adlıdır. Həmin ad ingilis dilində qeyd olunmuşdur. Vizada Albaniya Respublikasının dövlət gerbi əks olunmuşdur. Vizanın nömrəsi A**********8e kimi qeyd olunmuşdur. Vizadakı qeydlərə əsasən həmin viza Zərərçəkmiş şəxs Albaniya Respublikasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yaşamaq hüququ verir. Baxış zamanı həmçinin qeyd olunan məlumatlar arasında Təqsirləndirilən şəxs (X14 Zahidin) foto-şəkilləri aşkar olunmuşdur. Belə ki, baxış iştirakçısı Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) bildirmişdir ki, həmin şəkilləri Təqsirləndirilən şəxslə (X14 Zahıdla) Bakı şəhərində birgə olan zaman gələcəkdə onunla olan əlaqəsini təsdiqləmək, həmçinin onları tanış edən həmyerlisi və qonşusu Umara göndərərək Təqsirləndirilən şəxs (X14 Zahidin) şəxsiyyətini təsdiq etmək məqsədi ilə sonuncunun razılığı ilə mobil telefonu vasitəsi ilə çəkib saxlamışdır. Eyni zamanda baxış zamanı votsap mobil tətbiqinin qeyd olunan profilində, yəni Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) təqdim etdiyi qardaşı Naveedə aid profillə yazışma bölməsində iki ədəd səs yazısı aşkar olunmuşdur. Baxışda iştirak edən tərcüməçi Eldost İbrahimov bildirmişdir ki, həmin səs yazılarındakı danışıqlarda danışan şəxsin gördüyü işə görə pul istəməsi eşidilir, danışıq əsasən həmin mövzudadır, pul istəyən həmin şəxs danışıqlarda konkret məbləği deməmişdir. Daha sonra Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) bildirmişdir ki, səsli mesajdakı danışıq səsləri Təqsirləndirilən şəxs (X14 Zahıda) aiddir. Belə ki, Təqsirləndirilən şəxs (X14 Zahid) ondan ifadəsində qeyd etdiyi kimi gördüyü işə görə, yəni Albaniya Respublikasına viza düzəldib işlə təmin etmək adı ilə razılaşdıqları pulu istəmiş, səsli mesajda Təqsirləndirilən şəxs (X14 Zahid) məbləği deməsə də söhbət həmin puldan getmişdir. Mobil telefonda Azərcell mobil operatoruna aid ***-***-**-** mobil telefon nömrəsi aşkar olunmuşdur. Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) mobil telefonundakı votsap mobil tətbiqinin +92***-***-**-** olması müəyyən edilmişdir. Mobil telefonda həmçinin ***-***-**-** mobil telefon nömrəsi üzərindən qeydiyyatdan keçmiş ikinci votsap mobil tətbiqi də aşkar olunmuşdur. Mobil telefona quraşdırılmış digər proqramlara, bölmələrə və menyulara daxil olan zaman cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən heç bir hal aşkarlanmamışdır. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünrür ki, Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeer) istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs (X14 Zahidin) üzünə qarşı deməklə törətdiyi cinayət əməlinə görə sonuncunu bir daha ifşa etmişdir. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli mobil telefona baxış protokolundan görünür ki, onun istifadəsində olan “İphone" markalı, “13 Pro Max” modelli mobil telefonuna “787878” kodu əsasında daxil olaraq telefonda Azercell mobil operatoruna məxsus +99451- ***-**-** mobil telefon nömrəsi üzərindən qeydiyyatdan keçmiş “Aamer” adı ilə qeyd olunmuş votsap profili aşkar olunmuşdur. Həmin profilə daxil olduqda adı “Omar” kimi qeyd olunmuş, Pakistan İslam Respublikası mobil operatoruna məxsus +***-***-**-**-42 mobil telefon nömrəsi üzərindən qeydiyyatdan keçmiş votsap profillə yazışma bölməsində Təqsirləndirilən şəxs (X15 Zahid) tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmiş Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) məxsus pasportun şəkili və sonuncunun adına tərtib olunmuş, üzərində Albaniya Respublikasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yaşamaq hüququ verən qeydlər olan, A**********8e №-li vizanın (PDF formatda) göndərilməsi aşkar olunmuşdur. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4 və 318-1.1-ci maddələrindən həmin Məcəllənin 178.2.4, 318-1.1 və 320.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4, 318-1.1 və 320.1-ci maddələri ilə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli Bakı şəhər Qaradağ rayon məhkəməsinin 4(001)-111/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş və həbsetmənin əvvəli 04 noyabr 2023-cü il ttarixdən hesablanması qərar alınmışdır. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerə) vurulmuş 5500 (beş min beş yüz) ABŞ dolları məbləğində maddi ziyan, həmçinin X14 Zahidin (Təqsirləndirilən şəxs) cinayət məsuliyyətindən azad olunması məqsədi ilə təqdim olunmuş 2336.33 (iki min üç yüz otuz altı manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 2. Zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs Muhammad Faqeerin) mobil telefonuna baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola A 4 formatlı kağıza çıxarılaraq əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli saxta elektron aviabiletlər, Albaniya Respublikasında yaşamaq hüququ verən saxta A**********8e №-li elektron viza, 2 ədəd səsli mesajın köçürüldüyü 1 ədəd CD disk və Təqsirləndirilən şəxs (X14 Zahidin) istintaqa könüllü təqdim etdiyi iphone” markalı, “13 Pro Max” modelli mobil telefon maddi sübut kimi tanınsın, maddi sübut kimi tanınmış “İphofie” markalı, “13 Pro Max” modelli mobil telefonun Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında, digər maddi sübutların isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan 19 mart 2025-ci il tarixli Səbail rayon məhkəməsinin məktubundan görünür ki, cinayət nəticəsində Təqsirləndirilən şəxs Hüseyr Zahidin tərəfindən Zərərçəkmiş şəxs Muhammad Fəqiriyə 5500 (beş min beı yüz) ABŞ dolları məbləğində ziyan vurulmuş, 5500 (beş min beş yüz) ABŞ dollar məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ba Prokurorluğun depozit hesabına mədaxil edilmiş və həmin ziyan Bakı şəhəri Səbail rayonu Məhkəməsin 28 dekabr 2024-cü il tarixli qərarı əsasında Zərərçəkmiş şəxsyə məxsus Habib Bank Limited, Vehari . X11 account İBAİ **********2403, PK13HABB00**********2403 rekvizitlərə köçürülmüşdür. İş materiallarında olan 22 aprel 2025-ci tarixli Zərərçəkmiş şəxsyənin affidavitindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan 5500 (beş min beş yüz) ABŞ dolları ona ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur və onunla barışmışdır.İşə xitam verilməsinə etirazı yoxdur. İş materiallarında olan bank(ödəniş) sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxsyə vurulmuş 5500 (beş min beş yüz) ABŞ dollar ziyanının iyirmi beş faizi təşkil edən məbləğ yəni 2337.50( iki min üç yüz otuz yeddi manat əlli qəpik) manat vəsait Dövlət Büdcəsinə koşürülmüşdür. İş materiallarında olan 07 may 2025-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərəri tam həcmdə ödəmişdir aralarında barışıq əldə olunmuşdur. Onun barəsində 178.2.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 318-1.1 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafı, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Muhammad Faqeerin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2. həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddələrinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddələrinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.1-ci maddəsinə əsasən Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə - dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsinə əsasən Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qiso toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.1 və 320.1-ci maddələri təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə həbsdə qaldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi hüdudlarından kənara məcburi çıxarılmalıdır. Təqsirləndirilən şəxs ərazi hüdudlarından kənara çıxarılmasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus "İphone” markalı, “13 Pro Max” modelli mobil telefonu Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut olan saxta elektron aviabiletlər, Albaniya Respublikasında yaşamaq hüququ verən saxta A**********8e №-li elektron viza, iki ədəd səsli mesajın köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddələrinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur.Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə həbsdə qaldığı müddət nəzərə alınmaqla təyin edilmiş 01 (bir) il 06 (altı) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs ərazi hüdudlarından kənara çıxarılmasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus "İphone” markalı, “13 Pro Max” modelli mobil telefonu Təqsirləndirilən şəxs qaytarıslın. Cinayət işi üzrə maddi sübut olan saxta elektron aviabiletlər, Albaniya Respublikasında yaşamaq hüququ verən saxta A**********8e №-li elektron viza, iki ədəd səsli mesajın köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar