Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-140/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Göyçay rayonu Alıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Alıkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş ailə məişət mübahisəsi zamanı Zərərçəkmiş şəxs yumruqla başın təpə nahiyyəsinə zərbə endirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Alıkənd kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanda son bir il ərzində ailəsilə birlikdə yaşayır. 7 il əvvəl Səbinə ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları var. Ailə qurduqları müddət ərzində dəfələrlə ailədaxili mübahisələri olub. Hesab edir ki, söz-söhbətlərin, mübahisələrin səbəbkarı həyat yoldaşı Səbinə olmuşdur. Səbinə öz söz-söhbətləri ilə onu təhqir etmiş, onun kişilik qüruruna toxunmuş və onun Səbinəyə əl qaldırmasına səbəb olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində yaşadıqları evdə olarkən Səbinə yenə də mübahisə yaratmış, o, əsəbləşib telefon tutduğu əli ilə Səbinənin başına vurmuş və Səbinə nəticədə başından xəsarət almışdır. Hadisə xx xxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində, ünvan 3 ünvanda yaşadıqları evdə baş vermiş və bir neçə dəqiqə davam etmişdir. Münaqişəyə səbəb Səbinə ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə olmuşdur. Hadisə zamanı orada ondan və Səbinədən başqa 6 yaşlı qızları Nigar və 2 yaşlı oğlu Yusif olmuşdur. Hadisənin başqa heç bir şahidi olmamışdır. O, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göyçay rayonu Alıkənd kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanda ailəsilə birlikdə son bir il ərzində faktiki yaşayır. 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 6 yaşlı qızı və 2 yaşlı oğlu doğulmuşlar. Ailə qurduqları gündən hal-hazıradək həyat yoldaşı Təqsirləndirilən şəxsla münaqişələri olub. xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb Məharətin son puluna siqaret alması, evə çörək almadan gəlməsi olmuşdur. O, Məharətə «sən siqaret çəkməsən də olar, əsas uşağın çörəyidir. Azyaşlı 2 uşaqdı, necə başa salacağam, yoxdu» deyə bildirmişdir. Buna görə Məharət ona əsəbləşib, onunla dava etmişdir. Məharət telefon tutduğu əli ilə onun başının təpə nahiyyəsinə zərbə endirmiş və başının təpə nahiyyəsinə qəsdən xəsarət yetirmişdir. Onun başından qan axmağa başlamışdır. Bu səbəbdən təcili tibbi yardım çağırılmış və onu Respublika Xəstəxanasına aparıb orada tibbi yardım göstərmişlər. Hadisə xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində yaşadıqları ünvan 4 ünvanda baş vermişdir. Burada həyat yoldaşı Təqsirləndirilən şəxs telefon tutduğu əli ilə onun başının təpə nahiyyəsinə zərbə endirərək, ona qəsdən xəsarət yetirmişdir. Əri Təqsirləndirilən şəxsla aralarında mübahisə ailə-məişət zəminində baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət təqibinə xitam verilməsini xahiş edir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük içtimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər məhkəməyədək sadələşdirilmiş icraatın başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 334 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol gicgah-təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə qeyd olunan nahiyyəyə mobil telefon tutduğu əl ilə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbə təsirindən törənə bilməsi barədə fikir söyləmək mümkündür. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Aralarında barışıq əldə olunduğundan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və təhiqiat zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X1 o]lu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxxxxxxxx” QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ**********0000056944, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-140/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-140/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver