Məhkəmə qərarları › İş №1(009)-140/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-140/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-140/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə: xx xxxxxxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, «Broker» şirkətində broker işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 26 dekabr 2020-ci il tarixdə verdiyi analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də 26 dekabr 2020-ci il saat 12:18:32 tarixdən 09 yanvar 2021-ci il saat 12:18:32 tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 06 yanvar 2021-ci il saat 15:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 82-də yerləşən 3 saylı mənzili tərk edərək, yaşadığı binanın qarşısına, küçəyə çıxıb gəzməklə epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 dekabr 2021-ci il tarixdə evdə olarkən temperaturunun qalxdığını görmüş, lakin heç yerə müraciət etməmişdir. 26 dekabr 2021-ci il tarixdə isə Nərimanov rayonu ərazisində yerləşən «Sağlam Ailə» Tibb Mərkəzinə gedərək analiz vermiş və analizində «COVİD-19» virusu pozitiv aşkar edilmişdir. Virus pozitiv aşkar edildikdən sonra o bu barədə iş yerinə məlumat vermiş və karantin qaydalarını qoruyaraq evdə müalicə olunmuşdur. Həmin müddət ərzində yaşadığı mənzili tərk etməmişdir. Onun ilk dəfə temperaturu 22 dekabr 2020-ci il tarixdə olduğu üçün o artıq 14 gün inkubasiya müddətinin bitməsini və sağaldığını düşünərək qoruyucu maska taxaraq işi ilə əlaqədar evin qarşısında olan avtomobilindən sənəd götürüb evə qayıtmaq məqsədi ilə saat 15:20 radələrində yaşadığı ünvan 2 ünvandan çıxaraq binanın blokunun qarşısında olarkən bir nəfər polis əməkdaşı yaxınlaşaraq ondan şəxsiyyət vəsiqəsini istəmiş, vəsiqə üstündə olmadığından o, mobil telefonunda olan vəsiqəsinin şəkilini ona təqdim etmişdir. Polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinin məlumatlarını portala qeyd etdikdən sonra onun «COVİD-19» xəstəsi olmağını bilmiş və onun karantin rejimi qaydalarını pozduğunu bildirərək onu 8-ci polis bölməsinə dəvət etmişdir Orada o, baş verənlərlə bağlı izahat yazmışdır. Polis əməkdaşı ona yaxınlaşarkən onun yanında və ya ətrafında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, sahə inspektoru kimi xidmət etdiyi ərazidə 06 yanvar 2021-ci il tarixdə saat 15:20 radələrində DİN-nin Əlahiddə ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx xxxxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında dayanaraq siqareti çəkməsini görmüşdür. Onlar ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini soruşmuşlar və Təqsirləndirilən şəxs mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin fotoşəkilini onlara göstərmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs anket məlumatlarını xidməti planşet vasitəsi ilə məlumatlar bazasına daxil edib yoxlamışlar və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs «Covid19» virusuna yoluxması ilə əlaqədar 26 dekabr 2020-ci il 12:18:32 tarixdən 09 yanvar 2021-ci il 12:18:32 tarixinədək yaşayış yerini tərk etməməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi BÖlmələrinin İdaretmə Birliyinin (TƏBİB) informasiya sistemi tərəfindən 26 dekabr 2020-ci il tarixdə 18:58:57 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Onlar bunu aşkar etdikdən sonra onu 8-ci PB-yə dəvət etmişlər, polis bölməsində Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozması faktının aşkar edilməsinə dair raport tərtib edilmiş və ondan izahat alındıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Əlaghiddə ÇPA bölüyünün polis nəfəri Şahid2 oğlu eyni məzmunlu ifadə verərək şahid Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş «Sağlam Ailə»Tibb Mərkəzinin 24 fevral 2021-ci il tarixli 137 saylı məktubundan görünür ki, 23 sentyabr 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə klinikada Covid-19 PCR (sıyrıntı) analiz müayinəsindən keçmək üçün müraciət etmişdir. Müayinə nəticəsi POZİTİV olaraq dəyərləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya ETT birliyi” X5 18 mart 2021-ci il tarixli 370/KEŞ nömrəli rəyindən görünür ki, 26 dekabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. 33 nömrəli şəhər poliklinikasında tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdən “Covid-19” virus infeksiyası ilə əlaqədar evdə nəzarətə götürülmüş və 14 gündən sonra karantin rejimindən çıxarılmışdır. “Covid- 19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarına əlavə edilmiş DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinin 18 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu və 26 dekabr 2020-ci il 12:18:32 tarixdən 09 yanvar 2021-ci il 12:18:32 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) informasiya sistemi 26 dekabr 2020-ci il 18:58:57 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 33 nömrəli Şəhər Poliklinikasının Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixində COVİD-19 diaqnozu ilə qeydiyyata alınaraq nəzarətə götürülmüş, 09 yanvar 2021-ci il tarixində vəziyyətinin yaxşı olması, şikayətinin olmaması və praktiki sağlam olması qeyd edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 18 mart 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında” 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 28 noyabr 2017-ci il təvəllüdlü X4 və 28 noyabr 2017-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs oğludur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materialları, ekspertiza rəyi, şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğluna məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar