Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-140/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Rusiya Federasiyasının Tolyatti şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə X2 Azərbaycan Respublikasındakı Səfirliyində Fövqəladə elçi vəzifəsində çalışan Zərərçəkmiş şəxs 17 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" saat mağazasından 54,370 manat dəyərində aldığı 1 ədəd “Yacht-Master” markalı qol saatının mal və xidmətlərə görə ödənilmiş və qaytarılması nəzərdə tutulan 1244,06 manat məbləğində 18 faiz X7 həmin mağazaya kassa aparatlarının qurlaşdırılmasını və nəzarəti həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində POS terminal üzrə mütəxəssis vəzifəsində çalışdığı üçün daxil olmağa ona icazə verilmiş kompüter şəbəkəsindən istifadə etməklə ələ keçirmək məqsədilə 2021-ci ilin aprel ayının sonlarında digər şəxslərin görməməsi üçün ona təhkim edilmiş “HP” markalı xidməti istifadə üçün nəzərdə tutulmuş notbuku yaşadığı ünvan 3 ünvanına gətirərək oradan xidməti zərurət olmadan "xxxx" saat mağazasının kassa sisteminə daxil olaraq həmin satış qəbzində nəzərdə tutulmuş “Fiscal İD” kodunu tanışı X5 adına “X13” portalında qeydiyyatdan keçdiyi hesaba köçürüb talamaqla Zərərçəkmiş şəxs 1244,06 manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında "xxxx" MMC-nin direktoru Şahid1 tərəfindən MMC-yə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. MMC-nin fəaliyyəti partnyorluq etdiyi mağazalara kassa aparatlarını qurlaşdırmaqdan, onun vəzifəsi də kassa aparatları üzrə mütəxəssis olmaqla kassaların qurlaşdırılması və texniki köməklik göstərilməsindən ibarət olmuşdur. Mağazalara quraşdırılmış bütün kassa aparatlarına nəzarət etmək üçün işlədiyi ofisdə olan kompüterlərdə yazılmış proqrama daxil olmağa icazəsi olduğundan müxtəlif mağazalardan alınan malların qəbzlərini özünə məxsus “X13” portalında oxutduraraq geri qaytarılmalı olan pulu götürmək qərarına gəlmişdir. Bu məqsədlə iki üç aydan artıq müddəti keçmiş qəbzləri yoxlayaraq geri qaytarılmalı pulları götürmüşdür. Çünki fikirləşmişdir ki, əgər həmin müddətdə heç kim çeki yükləməyibsə demək ki ona geri qaytarılmalı ədv məbləği lazım deyildir. Sistemə daxil olduqdan sonra istənilən kassa çekini açmışdır. Əgər həmin çek üzrə ədv məbləği geri qaytarılmışdırsa, çekin üzərində bununla bağlı elektron qeydiyyat edilmişdir. Lakin çekin kodu oxunulsa da məbləğ geri qaytarılmadıqda bununla bağlı heç bir qeydiyyat edilməmişdir. O həmin çekləri bir-bir yoxlamışdır. ƏDV məbləği yüklənsə də şəxsə məbləğ ödənilmədikdə o ödəyən zaman sistem ona həmin çekin artıq istifadə edildiyini bildirmişdir. Portalda geri qaytarılan məbləğ üçün müəyyən bir limit nəzərdə tutulduğunu fikirləşmiş və buna görə də başqa bir şəxsin adına da portalda qeydiyyatdan keçmək qərarına gəlmişdir. Bu məqsədlə həmin ərəfələrdə bacısının qaynanası Arzu Hümbətovagildə olan zaman onun portraldan istifadə etmədiyini bildiyindən onun adına X13 portalında qeydiyyatdan keçərək istifadə etməyi xahiş etmiş, sonuncu da razılıq vermişdir. Bundan sonra A.Hümbətovanın şəxsiyyət vəsiqəsi və istifadə etdiyi mobil nömrə ilə öz telefonunda portaldan qeydiyyatdan keçmiş və bir neçə çekin ədv məbləğini də həmin portalla yükləmişdir. O həmin çekləri yaşadığı ünvan 3 ünvanından şirkətin verdiyi HP markalı notebookdan istifadə etməklə yükləmişdir. İş yoldaşları görməsin deyə işdə olan zaman çekləri yükləməmişdir. Təxminən 2021-ci ilin aprel ayının sonlarında yaşadığı evdə olan zaman sistemdə olan çekləri bir-bir yoxlayıb hansının ədv məbləğinin yüklənib-yüklənmədiyini yoxlayan zaman şirkətin partnyorluq etdiyi "xxxx" saat mağazasından 17 fevral 2021-ci il tarixdə alınmış 54 570 manatlıq saatın çekinin ədv məbləğinin geri qaytarılmadığını görmüşdür. O həmin ədv məbləğini Arzu Hümbətovanın adı ilə qeydiyyatdan keçirdiyi portalla oxutdurub yükləmişdir. Həmin zaman geri qaytarılmalı məbləğ 1244.06 manat təşkil etmişdir. Həmin məbləğ portala yükləndikdən sonra o həmin pulu istifadə etdiyi öz adına olan karta yükləmişdir. Sonra həmin pulu çıxardıb borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin sentyabr ayının ortalarında müdir Şahid1 onu yanına dəvət edərək onun xeyli miqdarda ƏDV məbləği geri yüklədiyini bildirərək həmin çekləri haradan əldə etdiyini soruşmuşdur. O da səmimi şəkildə elədiyi əməllər barədə ona məlumat vermişdir. Hətta əlavə olaraq başqa şəxsin də adına portalda qeydiyyatdan keçdiyini bildirmiş, başqa pulları da geri qaytardığını bildirmişdir. Geri qaytardığı bütün məbləğləri dəqiqləşdirib qaytarması üçün ona vaxt verilməsini xahiş etmişdir. Hesablayarkən məlum olmuşdur ki, 1244.06 manat da daxil olmaqla ümumilikdə 12 577 manat pulu X13 saytından istifadə etməklə ələ keçirmişdir. Həmin pulları qaytarmaq üçün Bank Respublikadan 24 aylıq olmaqla 9300 manat kredit götürmüş, qalan məbləğ isə düzəldərək 12 577 manat pulu Şahid1 təhvil vermişdir. Barəsində aparılan araşdırma zamanı həmin puldan 1244,06 manat götürərək zərərçəkmiş şəxsə ödənilməsi üçün istintaq orqanına təhvil vermişdir. Qalan məbləği isə dəqiqləşdirdikdən sonra qalıq 10 077 manatı Şahid1 iştirakı ilə Dövlət Vergi Xidmətinin verdiyi hesaba ödəmiş və çeki də ifadəsinə əlavə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2001-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif vəzifələrdə çalışır. 2020-ci ilin mart ayından etibarən maliyyə planlaşdırması üzrə məsləhətçi vəzifəsində çalışır. MMC-nin hazırda direktoru X4r. MMC “Louvre” ticarət adı altında fəaliyyət göstərən mağazaların təşkilati hüquqi formasıdır. Həmin mağzalar əsasən "xxxx" saat mağazaları kimi tanınır. MMC həmin saat mağazalarının Azərbaycandakı rəsmi distributeridir. MMC-nin Bakı şəhərində iki mağazası fəaliyyət göstərir. Bir mağaza Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Port Baku” ticarət mərkəzində, digər mağaza isə ünvan 4 ünvanında fəaliyyət göstərir. Mağzalarda kassa aparatlarını qurlaşdılması və həmin aparatlara texniki xidmət göstərilməsi üçün 02 oktyabr 2019-cu il tarixdə direktoru Şahid1 olan "xxxx" MMC ilə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MMC icraçı olaraq hər iki mağazada kassa aparatları quraşdırmış və həmin aparatların qüsursuz istismar edilməsinə xidmət edirdi. Bəzi hallarda kassa aparatlarında texniki nasazlıq yarandığı zaman həmin şirkətlə əlaqə saxlayaraq bu barədə məlumat verirlirdi onlar isə mağazaya gəlmədən sistem vasitəsilə nasazlığı aradan qaldırırdılar. Zəruri hallarda isə onlar yerində kassa aparatlarına texniki qulluq edirdilər. Həmin MMC ilə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq onlar kommersiya məlumatlarını bilsələrdə həmin məlumatların məxfiliyinin qorunması öhdəliyi götürmüşlər. BƏƏ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti və onun əsasında aparılmış araşdırma materilları ilə tanış olmuşdur. Həqiqtən 17 fevral 2021- ci il tarixdə Səfirliyin nümayəndəsi mağazadan 54 370 manat dəyərində bir ədəd qol saatı almışdır. Həmin zaman o pulu kart vasitəsilə ödəmişdir. Satıcı tərəfindən ona bu barədə kassa qəbzi də təqdim edilmişdir. Lakin bundan sonra onların həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Onun aldığı qəbzə müdaxilə edilib-edilməməsində məlumatı olmamışdır. Bu barədə mağazaya heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan 1016 nömrəli satış qəbzinin surətindən görünür ki, 17 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında fəaliyyət göstərən mağazadan 54 370 manat dəyərində 01 ədəd YACHT- MASTER markalı qol saatı nağdsız ödəmə yolu ilə alınmış, cəmi vergi məbləği 8 293,73 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02 noyabr 2021-ci il tarixli **********211100 nömrəli məktubundan görünür ki, X2 Azərbaycan Respublikasındakı Səfirliyində Fövqəladə elçi kassa aparatı 1016 nömrəli çeki üzrə ƏDV məbləğini “X13” portalında “1PVN6DZ” FİN nömrəli şəxs istifadə etmişdir. X3 AA0785844 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun fərdi identifikasiya nömrəsi “1PVN6DZ”dır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 27 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli “vurulmuş ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu 1244,06 manat pulu zərərçəkmiş şəxsə ödənilməsi üçün istintaq orqanına təhvil vermişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 mart 2022-ci il tarixli “vurulmuş ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu 1244,06 manat pulun zərərçəkmiş şəxsə ödənilməsi üçün istintaq təhvil verdiyi 1244,06 manat pul Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayonunun Mənzil-Kommunal Təsərrüfat Birliyinin 149 saylı MKİS tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, 189 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu müddət ərzində onun haqqında 149 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 06 may 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidin ifadəsi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 60 (altmış manat) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-140/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-140/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver