Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-141/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixində “[09.07, 0:17] .: X13 rayon sakini X10 sənin nənəndimi?? “[09.07, 0:21] ..: Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altında deyil, qohumlarınızı incitməyin!” yazısını paylaşmaqla AR CM-nin 147.1-ci, həmçinin xx xxxx 2020-ci ildə “Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımları edərək AR CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə X7 barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməsini, xx xxxx 2020ci il tarixində “ [09.07, 0:17] X13 rayon sakini X10 sənin nənəndimi?? “[09.07, 0:21] ..: Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altında deyil, qohumlarınızı incitməyin!” vazısını paylaşmaqla AR CM-nin 147.1-ci, həmçinin xx xxxx 2020-ci ildə “Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımları edərək, AR CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə X5 təqsirləndirilən şəxs qismində cəlb edərək ona ittiham elan edilməsi barədə qərar qəbul edilməsini, xx xxxx 2020-ci il tarixində “ [09.07, 0:17] .: X13 rayon sakini X10 sənin nənəndimi?? [09.07, 0:21] .: Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altmda deyil, qohumlarınızı incitməyin!” yazısını paylaşaqla AR CM-nin 147.1-ci, həmçinin xx xxxx 2020-ci ildə “Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımını edtdiyinə görə AR CM-nin 148-ci maddəsinə əsasən 6 ay, ümumilikdə 1 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 xx xxxx 2020-ci il tarixində “X13 rayon sakini X10 sənin nənəndimi?? Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altında deyil, qohumlarınızı incitməyin!” statusunu paylaşmışdır. Həmçinin, xx xxxx 2020-ci ildə Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşım etmişdir. Hesab edir ki, onun yazmış olduğu bu statuslar təhqir və böhtan xarakteri daşıyır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası CPM-nin 88.3.1-ci və Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrini rəhbər tutaraq məhkəmədən, şikayətin təmin edilməsini, xx xxxx 2020-ci il tarixində “[09.07, 0:17] .: X13 rayon sakini X10 sənin nənəndimi?? “[09.07, 0:21] ..: Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altında deyil, qohumlarınızı incitməyin!” yazısını paylaşmaqla AR CM-nin 147.1-ci, həmçinin xx xxxx 2020-ci ildə “Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımları edərək AR CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə X7 barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməsini, xx xxxx 2020-ci il tarixində “ [09.07, 0:17] X13 rayon sakini X10 sənin nənəndimi?? “[09.07, 0:21] ..: Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altında deyil, qohumlarınızı incitməyin!” vazısını paylaşmaqla AR CM-nin 147.1-ci, həmçinin xx xxxx 2020-ci ildə “Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımları edərək, AR CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə X5 təqsirləndirilən şəxs qismində cəlb edərək ona ittiham elan edilməsi barədə qərar qəbul edilməsini, xx xxxx 2020-ci il tarixində “ [09.07, 0:17] .: X13 rayon sakini X10 sənin nənəndimi?? [09.07, 0:21] .: Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altmda deyil, qohumlarınızı incitməyin!” yazısını paylaşaqla AR CM-nin 147.1-ci, həmçinin xx xxxx 2020-ci ildə “Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımını edtdiyinə görə AR CM-nin 148-ci maddəsinə əsasən 6 ay, ümumilikdə 1 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, X1 xx xxxxxx 1948-ci il tarixli X8 Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 299.3.3‑cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, xüsusi ittihamçı şikayət ərizəsini X2 xx xxxx 2020-ci il tarixində “X13 rayon sakini X10 sənin nənəndimi?? Ay Qüdrət, başın birinci müavini, imzanız bu müraciət altında deyil, qohumlarınızı incitməyin!” statusunu paylaşması, həmçinin, xx xxxx 2020-ci ildə Şəmkir rayon icra hakimiyyəti başçısının 1-ci müavini Əliyev Qüdrət 7 il ərzində özünü Croesus kimi zənginləşdirdi: Moskva, Antalya, Bakı (2 ev), Şəmkir (3 ev) şəhərlərində ev, 130 min avroya maşın aldı. Bu yolla özünü yalnız iki halda zənginləşdirə bilər: dövləti və Şəmkir əhalisini qarət etmək, ya da dövlət sirlərini nənəsinin ermənilər olan qohumlarına satmaq və ya hər ikisi. Hər halda, onun gəlir mənbələri yoxlanılmalıdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşım etməsi ilə əsaslandırmışdır. Məhkəmə, hərəkətlərindən şikayət edilən X2 əməlinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət verən X6 “Facebook” Sosial Şəbəkəsində yerləşdirilmiş fikirlərin bilavasitə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yerləşdirildiyini sübuta yetirə bilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Beləliklə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-141/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-141/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver