Məhkəmə qərarları › İş №1(009)-141/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-141/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-141/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 14 iyun 2021-ci il tarixdə saat 14:30-da xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, “xxxx” MMC Kateqoriya üzrə menecer vəzifəsində işləyən, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu dalan 3, ev 2, mənzil 38də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, yeni növ koronavirus (Covid-19) pondemiyası ilə əlaqədar olaraq səhətində yaranmış əsaslı şübhələrlə bağlı 05 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Referans” kliniki-labaratoriyada müvafiq analiz vermiş. 06 dekabr 2020-ci il tarixdə, saat 09:01 dəqiqədə “sms” vasitəsilə analizin cavabı pozitiv çıxması, yəni havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş '‘Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarr’-nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları"-nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, 06 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 12 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 3, ev 2. mənzil 38-də qeydiyyatda olmaqla yaşadığı mənzili tərk edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən “Modul" tipli xəstəxanaya, orada müalicə olunan anası X2 baş çəkməyə getməklə, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 3, ev 2, mənzil 38-də yaşayır, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş və həmin nömrəni ondan başqa heç kim istifadə etməmişdir. 05 dekabr 2020-ci il tarixdə, o, səhətində narahatçılıq hiss edib, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən “Referans” kliniki-laborotoriyaya gedib analiz vermiş, 06 dekabr 2020-ci il tarixdə, saat 09:01-də istifadə etdiyi ***-***-**-** saylı mobil telefona analizin cavabı pozitiv olması barədə “sms”mesajı gəlmiş, həmin gündən karantin qaydalarına riayət etməklə evində qalmış, heç bir yerə getməmiş ,ərazi üzrə poliklinikanın sahə həkiminin telefon vasitəsi ilə verdiyi təlimatlarla əsasən müalicə olunmuşdur. Həmin dövrdə onunla bir evdə yaşayan və koronovirus xətəsi olan 76 yaşlı anası Raisa Əzizovanın səhəti ağırlaşdığından təcili yardı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən “Modul” tipli xəstəxanaya yerləşdirilmiş, anası xəstəxanada müalicədə olarkən, ona telefonla zəng edərək, hərəkət edərkən istifadə etdiyi taxta əsa evdə qaldığından, xəstəxanada hərəkət edib ayaq yoluna gedə bilmədiyini, həmin əsanı ona çatdırmasını xahiş etmişdir. O, bir neçə gün ərzində xəstəxanaya əsa göndərəsi şəxs tapa bilməmiş və 12 dekabr 2020-ci il tarixdə saat 13 radələrində. arvadı Şahid2 idarə etdiyi “KİA-Sportage” markalı AZ ** DB *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Bakı şəhəri, Səbaii rayonu,Salyan şossesi. Neftçilər prospekti ilə və Xətai rayonu, Nobel və Fəhlə prospektləri ilə Zığ qəsəbəsində yerləşən “Modul” tipli xəstəxanaya gedib anasının istifadə etdiyi taxta əsanı qapıda dayanan mühafizəçiyə verərək, anasının anket məlumatlarını və palata nömrəsini bildirməklə çatdırmasını xahiş edib evinə dönmüşdür. Sonra 13 dekabr 2020-ci il tarixdə o, evdə olarkən, istifadəsində olan mobil telefon nömrəsinə polis əməkdaşı zəng edib, bir gün əvvəl evini tərk edibetməməsi barədə sorğular apararkən o, səmimi etiraf edib yaşadığı evi tərk edib.Xətai rayonu ərazisində yerləşən "Modul” tipli xəstəxanada müalicə olunan anasına əsa aparmasını bildirmiş və bu haqda polis əməkdaşına izahat vermişdir. Təqsirləndirilən şəxs son sözündə karatın qaydalarını pozub evini tərk etdiyinə görə əməlindən səmimi peşman olmasının, gənc olmasının, himayəsində iki azyaşlı uşağının olmasının, ağır xəstə olan anasının xahişi ilə məcbur olub yaşayış yerini tərk etməsinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında yaxın qohumu - əri olan Təqsirləndirilən şəxs qaşı ifadə verməkdən imtina edən, ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2020-ci il tarixdə əri Təqsirləndirilən şəxs koronovirus epidemiyası ilə əlaqədar verdiyi analizin cavabı pozitiv çıxdığından, əri birgə yaşadıqları Bakı şəhəri, Səbaii rayonu, Salyan yolu, dalan 3, ev 2, mənzil 38-də özünütəcrid şəkildə, poliklinikanın sahə həkiminin verdiyi təlimatlara əsasən müalicə olunmuş, həmin dövrdə həmin evdə yaşayan və korona xəstəsi olan qaynanası Raisanın vəziyyəti ağırlaşdığından, təcili yardımla Xətai rayonu ərazisində yerləşən “Modul” tipli xəstəxaya yerləşdirilmişdir. Qaynanası Raisa xəstəxanada olarkən, evlə əlaqə saxlayıb hərəkət edərkən istifadə etdiyi əsa evdə qaldığından hərəkət edib ayaq yoluna gedə bilmədiyi, həmin əsanı özünə çatdırmasını əri Emildən xahiş etmişdir. Emil bir neçə gün maraqlanmış xəstəlikə bağlı əsanı xəstəxanaya aparası şəxs tapmamış və anasının əsaya ehtiyacı olduğundan, onun idarə etdiyi “KİA-Sportage” markalı AZ90DB566 dövlət qeydiyyat nişanlı avtomobillə, qapalı təcrid şəkildə, maskadan istifadə etməklə əsanı xəstəxanaya aparmağa qərarlaşıb, 12 dekabr 2020-ci il tarixdə saat 13 radələrində, Emil ilə birlikdə avtomobillə yaşadığı evdən çıxıb, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən “Modul” tipli xəstəxanaya gedib əsanı verib geriyə dönmüşlər. Sonra 13 dekabr 2020-ci il tarixdə, polisdən əri Emilə zəng edib, sonuncuya bir gün əvvəl evini tərk etməsi barədə sorğu edilmiş. Emil də səmimi olaraq Ziğ qəsəbəsində yerləşən xəstəxanaya getməsini etiraf edib izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbaii RPİ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, 13 dekabr 2020-ci il tarixdə,icraaatına koronovirus xəstəliyinə yolxmuş, lakin karantin rejimi qaydalarına riayət etmədən yaşayış yerlərini tərk etməklə həmin xəstəliyin yayılmasına səbəb olan şəxslərin siyahısı daxil olmuşdur. Həmin siyahı üzrə Bakı şəhəri, Səbaii rayonu, Salyan yolu, dalan 3, ev 2, mənzil 38-də qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 06 dekabr 2020-ci il tarixdə “Covid-19" testinin pozitiv çıxmasına dair bildiriş almasına və yaşayış yerini tərk etmədən karantin qaydalarına riayət etməsinə dair bildiriş almasına baxmayaraq, 12 dekabr 2020-ci il tarixdə yaşadığı ünvanı tərk etməsinə dair daxil olmuş məlumata əsasən həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb, mobil telefon nömrəsinin öz istifadəsində olmasını dəqiqləşdirib. Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etməsi ilə bağlı sorğular apararkən, sonuncu 12 dekabr 2020-ci il tarixdə yaşadığı evi tərk edərək Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən "Modul" tipli xəstəxanaya anası Raisa Əzizovaya baş çəkməyə getməsini bildirmiş, o, bununla bağlı Təqsirləndirilən şəxs izahat almış və barəsində müvafiq tədbir görülməsi üçün raportla Səbaii RPİ-nin rəisinə məruzə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 dekabr 2020-ci il tarixdə, saat 09:01-də “Referans CLC” vət.Təqsirləndirilən şəxs göndərilmiş "sms” bildirişdən görünür ki,“Hörmətli,Təqsirləndirilən şəxs (ata adı:Seyran). Sizin Covid-19 ilə bağlı verdiyiniz analiz neticəniz, Sars-CoV2 (Covid- 2019) PCR: Pozitiv.Cagri Merkezi: *0033”. 21 dekabr 2020-ci il tarixdə, saat 15:00-də “İTS.GOV. AZ" vət.Təqsirləndirilən şəxs göndərilmiş "sms” bildirişdən görünür ki, “Hörmətli Təqsirləndirilən şəxs, Siz ve sizınle eyni evde yashayan shexslerin Covid-19 ilə bağlı evde ozünütecrid müddəti bitmishdir. Sağlamlığınız qoruyun. 12 yanvar 2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, 06 yanvar 2021 -ci il tarixdə.065-548-1221 saylı məktubla DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış bir ədəd “CD” diskdə. vət.Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 01.12.2020-ci il tarixdən 30.12.2020-ci il tarixədək olan müddət ərzində anten əhatə dairəsinin məlumatları əks olunmuş, həmin məlumatlarda Təqsirləndirilən şəxs koronavirus (Covid-19) yoluxucu xəstəliyin daşıyıcısı olması barədə “sms” məlumatı aldığı 06 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddətində təcrid şəkildə yaşadığı mənzili tərk etməməli olduğu halda buna riayət etməmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, 22 yanvar 2021-ci il tarixdə, 003-890-1221 saylı məktubla DİN-in X3 Xidmətindən alınmış bir ədəd “CD” diskdə,12.12.2020-ci il tarixdə,”KİA-Sportage” markalı, AZ **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət trayektoriyasının siyahısı və həmin siyahıda qeyd olunmuş ünvanlarda çəkilmiş foto-şəkillər əks olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizanın 02 mart 2021-ci il tarixli, 234/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, 05 dekabr 2020-ci ıl tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müyınə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs "Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 iyul 2014-cü il təvəllüdlü X4 və 18 aprel 2017-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iki ədəd DVD formatlı CD disklərin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə iki ədəd DVD formatlı CD disklər iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 396 (üç yüz doxsan altı) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar