Məhkəmə qərarları › İş №1(009)-141/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-141/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-141/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhər Xətai rayonu Mehmandarov küçəsi ev 2, mənzil 53-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu Zeynal Xəlil küçəsi ev 7, mənzil 9-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, 17 noyabr 2022-ci il tarixdə Ağstafa rayon Qırılı kəndində yaşayan X1 yaşadığı ünvanda 40 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, 20 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman Səbail RPİ-nin NMQ-nun və 9-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitənin istifadəsində şübhəli bilindiyi üçün saxlanılıb Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına dəvət edilərək orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara sellofanda olan 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,802 və 5,008 qram olmaqla saxlayaraq daşıdığı cəmi təmiz çəkisi 9,810 qaram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 20 noyabr 2022-ci ildə, təxminən saat 16 radələrində “İçərişəhər” metrosunun yanında şəxsiyyətləri ona sonradan məlum olan 9-cu polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Orada video- çəkilişdən istifadə etməklə dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış başlanmazdan əvvəl ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitəni Ağstafa rayonunda “Niyaməddin” adlı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, ilk dəfə cinayət törətməsinin, cinayətin açılmasında fəal kömək etməsinin və iki az yaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkilli Şahid1 ifadəsində göstərmişdir ki, 20 noyabr 2022-ci ildə, təxminən saat 16 radələrində 9-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında dayandığını görüb ona yaxınlşdıqda onun cibindən nəyinsə çıxardıb atmasını hiss edib suallar verdikdə o, suallara qeyri-adekvat cavablar verdiyi üçün onu narkotik vasitələrin istifadəsində şübhəli bilərək 9-cu polis bölməsinə dəvət etmişlər. Orada təhqiqatçı X11 tərəfindən video-çəkilişdən istifadə edilməklə dəvət edilmiş vəkil X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış başlanmazdan əvvəl ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli “X21 7” markalı mobil telefonu, həmin gödəkçənin sol cibindən isə 01 ədəd qara rəngli sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin qara sellofanın içərisinə baxdıqda orada iki ədəd sökülmüş vəziyyətdə kibrit qutusu və yaşıl rəngli quru ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə olması aşkar edilmişdir. Hər iki kibrit qutusunu açıb baxdıqda onuların içərisində eyni rəgli və formalı narkotik vasitəyə bənzər yaşıl kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni Ağstafa rayonunda “Niyaməddin” adlı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 166 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, şahid qismində dindirilmiş Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, Səbail RPİ-nin NMB-nin və 9-cu PB-nin əməkdaşları müdafiəçi qismində dəvət olunmuş X4 iştirakı ilə təhqiqatçı Sənan Qüdrətli tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynindəki tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş 2 ədəd kibrit qutusunda olan bitki mənşəli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitəni Ağstafa rayonunda “Niyaməddin” adlı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 166 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 7/1335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Təqsirləndirilən şəxs” yazılan zərfdə 1 ədəd qara rəngli paketdə 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,802 qr və 5,008 qram olmaqla, ümumi çəkisi 9,810 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”n, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” İ siyahısına daxildirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 21 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 9,810 qram qurudulmuş marixuana qəbul olunmuş, 0,1 qram nümunə götürülmüş və 9,710 qram geri qaytarılmışdır. Maddi sübut hesab etmək haqqında 16 dekabr 2022-ci il tarixli və sübutların qiymətləndirilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 9,810 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 9,710 qram narkotik vasitə saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verimişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X10 əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. X6 ərizəsindən görünür ki, hazırda ünvan 4 ünvanında yaşayır, barəsində olan bildirişləri və digər qərarları həmin ünvana göndərilməsi xahiş olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X6 himayəsində 23 mart 2021-ci il təvəllüdlü X16 və 14 dekabr 2015-ci il təvəllüdlü X13 adlı uşaqları var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X6 əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, cinayətin açılmasında fəal kömək etməsini və himayəsində iki az yaşlı uşağın olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından X12 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs X6 20 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixədək, 02 (iki) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 noyabr 2022-ci il tarixli, 7095 nömrəli rəyindən görünür ki, müayinə zamanı X12 narkomaniya xəsətliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X8 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan 9,710 qram narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X6 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X12, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X6 20 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixədək, 02 (iki) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 5 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X12 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra 9,710 qram narkotik vasitə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat X3 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 390 (üç yüz doxsan) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar