Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-141/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X1 və "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Abdullayeva (Yusifova) Təyminə Şamil qızı və onun müdafiəçisi X3 iştirakları ilə, Abdullayeva (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X4 və "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X5 və X6 və "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 1972-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları (həmçinin özlərini jurnalist adlandıran şəxslər) onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. xx.xx.2023 tarixində saat 11:57-də Cumhuriyyet.AZ saytında "xxxx" MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: Tək ümidim sizədir" başlıq altında, xx.xx.2023-cü il tarixində saat 12:13-də "Gundeminfo.az" Xəbər agentliyinin saytında "xxxx" MMC şikayətçini ölümlə hədələyir" başlıq altında (307 dəfə oxunub), "Yenisoz.az" informasiya portalında xx.xx.2023-cü il tarixində saat 14:02-də "xxxx" MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: Tək ümidim sizədir" başlıq altında, kütləvi informasiya vasitəsi ilə barəmizdə bilə-bilə yalan məlumatları verilməsi mənim şərəf və ləyaqətimi alçaldan, cəmiyyətdə olan nüfuz və hörmətimə, eləcə də işgüzar nüfuzuma xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışlar. Belə ki, xx.xx.2023 tarixində Cumhuriyyet.AZ saytında yuxarıda qeyd etdiyimiz başlıq altında olan yazıda "ASAN xidmətdə bağlanan saxta borc müqaviləsi" yarımbaşlığında qeyd olunmuşdur ki: "Hadisənin təfərrüatına gəldikdə isə cumhuriyyet.az-a daxil olan məlumata görə Bakı Şəhəri Səba il Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 250.000 manat məbləğində pul Təyminə Yusifovadan alınaraq "xxxx" MMC-yə qaytarılması qət edilmişdir. Bu qərardan bir neçə il sonra E.Alıyev öz planını işə salır. Təyminə xanım baş verənlərlə bağlı bildirir: "2019-cu ildə Ehtiram Alıyevə 250.000 pulu hələ ki, qaytara bilmədiyimi, amma hər hansı bir problemin olmadığını, həmin məbləğdə pulun yaxını olan ilqar İsmayılovun formal olaraq mənə verilməsi barədə notariusda müqavilə bağlamağımı, ondan sonra 250.000 manat pulu nə vaxt istəsəm verə biləcəyini dedi". Bunun ardınca baş verənlər isə əsl dələduzluq əməlidir. Belə ki, İlqar İsmayılov adlı şəxs və Ruslan Alıyev Bakı şəhərində yerləşən 2 saylı ASAN Xidmətdə T.Yusifovaya 290 min dolllarlıq borc müqaviləsinə imza etdirirlər." "Ehtiram Alıyevin gerçək niyyəti" yarımbaşlığında qeyd olunmuşdur ki: "Bir müddət sonra Ehtiram Aliyevin çirkin niyyəti, yəni etibardan sui istifadə edərək borc və barışıq sazişlərindən əmlakları qanunsuz yollarla ələ keçirmək istəyi üzə çıxır. Belə ki, T.Yusif ova məhkəməyə çağırılmadan Bakı inzibati məhkəməsində qərar çıxartdıraraq Ehtiram Alıyev qanunsuz yollarla mənim adıma Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına keçirir. Bu bəs etmirmiş kimi ilqar İsmayılovla saxta yolla bağlanan və sonra guya cırıldığı deyilən borc müqaviləsinə əsasən Təyminə xanımdan İlqarın adı ilə pul tələb edir." "Dövlət orqanlarınan adından sui istifadə" yarımbaşlığında qeyd olunmuşdur ki: "Ehtiram Alıyev son 3 ay ərzində Təyminə Yusifova və onun keçmiş həyat yoldaşı Barat Abdullayevə zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin hamısının və ünvan 2 ünvanında yerləşən "Nemi Museum" adlı hotelin yarısını onun adına keçirtməyi, əks halda bütün əmlaklara əl qoyacağını bildirir. T. Yusifova son baş verənlərlə bağlı bildirir: "Azərbaycan Respublikası Daxili işlər Nazirliyində, Məhkəmələrdə və digər orqanlarda Ehtiram onun adamlarının olduğunu, ona heç bir şey etməyə gücümüzün çatmayacağını, mənə cinayət işi açdıracağını, İlqar İsmayılovu tanımadığını, başıma oyun açacağını bildirir. Həmçinin son 2 həftədir ki, zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını, artıq həmin evin onun olduğunu və evin açarını verməyimizi tələb edir və açarı verməsək qapını sındıraraq girəcəyini bildirir". Təyminə Yusifova və Barat Abdullayev dəfələrlə Ehtiram Alıyevlə şəxsən görüşərək və telefonla danışaraq ondan alınan borcu (yəni məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği, Ehtiram Alıyevin özünün hesabladığı məbləği deyil) tam və artıqlamasıyla verəcəklərini, həmçinin ona verməli olunan pulun 2 qat məbləği həcmində Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin yarı hisssənin çıxarışını öz adına aldığını bildirsələr də Ehtiram Alıyev həmin evin tam hissəsini onun adına keçirməyi, əlavə olaraq ümumilikdə ona 2 milyon pul verməyi tələb edir." İlqar İsmayılovun dələduzluq şərikliyi" yarımbaşlığında qeyd olunmuşdur ki: "Baş verənlər onu göstərir ki, Ehtiram Alıyev əslində İlqar İsmayılovla əlbir olub vətəndaşları aldatmaqla məşğuldur. Bu gün də İlqar İsmayılovu tanımadığını bildirməklə özünü kənarda saxlayan Ehtiram əslində İlqarla bütün dələduzluqlarda şərikdir, həm də biznes ortaqlığına malikdir. O, İlqar İsmayılovun vasitəsi ilə başqa əmlakları və külli miqdarda pul əldə etmək istəyir." Beləliklə də, cavabdeh şərəf və ləyaqətimizi, işgüzar nüfuzumuzu qəsdən alçaltmaqla bizi təhqir etmiş, işgüzar nüfuzumu ləkələmiş və bizə mənəvi zərər vurmuşlar. Nəticə etibarı ilə, cavabdeh öz hərəkətləri ilə bizi bütün tanıyanlar və müştərilərimiz arasında nüfuzdan salmaq istəmişldir. Belə ki, "xxxx" MMC bir lizinq şirkəti olaraq izgüzar nüfuzu, etibarlı tərəfdaşlığı ilə biznes subyektəri və çoxsaylı müştəriləri arasında xüsusi müsbət mövqeyə malikdir. Ehtiram Əliev isə uzun illərdir ki, iş adamı olaraq bizneslə məşğuldur, ziyalı, cəmiyyətdə nüfuzu və hörməti olan şəxsdir, ailəlidir, övladları var. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) görə: Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsindətəqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Göründüyü kimi, məhkəmə qərarı ilə təsdiqlənməmiş, barəmizdə qanuni qüvvəsini almamış məhkəmə qərarı olmadan müvafiq məlumatı kütləvi informasiya vasitələrində yaymaqla Abdullayevə (Yusifova) Təyminə Şamil qızı onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmışdır. Yuxarıda göstərilənlərə əsaslara və Azərbaycan Respublikası CPMnin 37.2, 38.4, 88-ci maddələrini rəhbər tutub məhkəmədən, 27 oktyabr 1972-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı Abdullayevə (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi şikayət ərizənin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Abdullayeva (Yusifova) Təyminə Şamil qızı və onun müdafiəçisi X7 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdilər. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.3.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə, hərəkətlərindən şikayət edilən Abdullayeva (Yusifova) Təyminə Şamil qızının əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət vermiş şəxslər dəlillərini təsdiq edən sübutları əks etdirə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçılar X5 və X6 və "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi, Abdullayeva (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizədə onun məhz hansı hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Beləliklə, Abdullayeva (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X4 və "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abdullayeva (Yusifova) Təyminə Şamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X4 və "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Abdullayeva (Yusifova) Təyminə Şamil qızının hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-141/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-141/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver