Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-141/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 avqust 1997-ci ildə Naftalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, Qusar rayonunda yerləşən “Şahdağ" otelində (“SPA" mərkəzində) işləyən, əvvəllər məhkum olunmamış, Naftalan şəhəri, H.Əliyev küçəsi, ev 28, mənzil 7-də qeydiyyatda olan və Qusar rayonu, Çiləgir kəndində müvvəqqəti yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib sonuncuya müxtəlif məbləğlərdə pul verməsi müqabilində birlikdə onlayn sferda fəaliyyət göstərməklə, habelə Gəncə şəhərində gözəllik salonu istifadə edib qazancları aralarında böləcəklərinə dair yalan vədlər verib inandıraraq, həmçinin sonradan guya istifadə etdiyi salonun fəaliyyəti ilə bağlı polis və digər qurumların əməkdaşları ilə yaranmış problemlərin həlli üçün pul lazım olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldatmaqla Zərərçəkmiş şəxs tərəfindən 01 avqust 2023-cü il tarixdə Göyçay rayonu, Qaraməryəm qəsəbəsindəki “Al market"də yerləşən “Milliön" ödəmə terminalı vasitəsi ilə 200 manatın, 08 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Küliillü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 470 manatın, 08 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 30 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 170 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 190 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 70 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 120 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 45 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 20 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 28 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 140 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manatın, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 5 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50,92 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 75 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 150 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 5 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 300 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 140 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 22 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 150 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 285 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 430 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 400 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 24 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 10 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 450 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 300 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 24 manatın, 23.0.5.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 85 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 35 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 290 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 300 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 390 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 600 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 25,15 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 400 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 181,95 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 400 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 550 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 2000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1430 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 10 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 3200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 550 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 14 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 2000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1350 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 800 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 160 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 800 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 150 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1400 manatın və sonuncu dəfə xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində olan zaman mobil tətbiq vasitəsi ilə 499 manatın özünə məxsus olan “4169 7388 5683 2468” seriyalı “Kapital Bank” plastik bank kartının hesabına köçürülməsinə nail olub cəmi 31725,02(otuz bir yeddi yüz iyirmi beş manat iki qəpik) manat pulu əldə edib, həmin məbləğdən müxtəlif tarixlərdə və müxtəlif miqdarlarla 6943(altı min doqquz yüz qırx üç) manatı zərəçəkmişə qaytarıb, verdiyi vədə əməl etməyib aldatmaqla, ümumilikdə 24782,02 (iyirmi dörd min yeddi yüz səksən iki manat iki qəpik) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2 il olar ki, tanıyır. Onunla “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və bundan sonra aralarında dostluq münasibətləri yaranmışdır. Aralarında söhbət edən zaman o, Aynura “MostBet” internet saytı vasitəsi ilə onlayn “rulet” və “casino” oyunları oynadığını və oradan müəyyən qazanc əldə etdiyimi bildirmişdi. Təxminən 2023-cü ilin avqust ayının ortalarında söhbət zamanı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, bir nəfər şəxsə onu Almaniya Federativ Respublikasında işə düzəltmək üçün təxminən 30000 manat məbləğində pul vermişlər, lakin həmin şəxs qeyd olunan məbləğləri alaraq verdiyi vədinə əməl etməyib, həmin məbləği ələ keçirmiş və ailəsi həmin 30000 manatı borc olaraq aldığından özü həmin məbləği qazanıb yerinə qoymaqla ailəsinin üzərindəki bu maliyyə yükünü azaltmaq istəyir. Bu barədə Aynur ondan köməklik istəmiş və o, Aynura təklif etmişdir ki, özünə pul versin və o, həmin məbləğlə onlayn mərc oyunları oynayıb, əldə edəcəyi qazancdan həm Aynura, həm də özünə götürsün. Aynur onun bu təklifi ilə razılaşmışdır. Onlar arasındakı razılığa əsasən Aynurun ona verəcəyi bütün məbləğlərin iki qatını o, Aynura qazanc qismində qaytaramağı öhdəsinə götürmüşdür. Bundan sonra Aynur 2023-cü ilin avqust ortalarında ‘'Kapital Bank” ASC-dən almış olduğu “4169 7388 5683 2468” seriyalı kartın hesabına ilkin 200 manat göndərmiş və mən həmin məbləğlə onlayn “casino” və “rulet” oynamağa başlamışdır. O, 200 manat məbləğlə həmin oyundan əldə etdiyi qazancdan bir qismini özünə götürüb qalan məbləği, Aynurun verdiyi v 200 manatın üstünə əlavə olaraq 200 manat qoymaqla 400 manat olaraq Aynura qaytarmışdır. Bundan sonra Aynur ona yenidən 300 manat vermiş və o, eyni qayda ilə onlayn qumar oynayıb həmin oyundan qazanca əldə edərək, həmin qazancdan bir qismini özünə götürüb, qalan hissəsini Aynurun verdiyi məbləğin üzərinə qoyaraq yenidən Aynura qaytarmış və bu minvalla o, təxminən 2024-cü ilin mart ayının sonunadək onlayn qumar oyunlarına Aynurun ona məxsus olan kart hesabına göndərmiş olduğu müxtəlif məbləğdə pulları daxil edib qazanc əldə etməklə Aynura geri qaytarmışdır. Bəzən oyunlarda qazanc əldə edə bilmədiyindən! hər zaman Aynura ödəniş edə bilməmişdir. Bu səbəbdən də 2024-cü ilin aprel ayının əvvəllərində onun Aynura 5000 manat borcu qalmışdır. O, söhbət zamanı Aynura həmin məbləği oyun oynayıb qazanc əldə etdikdən sonra geri qaytaracağını bildirmişdir. Lakin özünün şəxsi həyatında problemlər yarandığından o, həmin məbləği geri qaytara bilməmiş və yenidən onlayn qumar oynayıb qazanc əldə edərək Aynura olan borcunu qaytarmaq məqsədi ilə Aynurdan əlavə pul istəmiş, Aynur da öz növbəsində 2024- cü ilin aprel ayından 2024-cü ilin iyul ayının sonlarınadək ona məxsus olan “4169 7388 5683 2468” seriyalı kartın hesabına müxtəlif məbləğlərdə pullar göndərmişdir. O da öz növbəsində onlayn qumar oyunlarından əldə etdiyi qazanclardan Aynura ödənişlər etmişdir. Lakin, əvvəlki kimi böyük məbləğlərdə Aynura ödəniş edə bilməmişdir. Beləliklə, 2024-cü ilin iyul ayının 16-da Aynurun ona verdiyi pullardan özünə məxsus olan“4169 7388 5683 2468” seriyalı kartın hesabında 16500 manat, onlayn qumar oyununun hesabında isə 12000 manat olmuşdur. Sonucu dəfə 16 iyul 2024-cü il tarixdə o, Aynurla danışan zaman razılaşmışdırlar ki, o, kartının hesabında olan 16500 manat məbləği də onlayn qumar oyunundakı hesabına yatırsın, cəmi 28500 manatla onlayn qumar oynasın, həmin pulla təxminən 50000 manatdan artıq qazanc əldə edib, həmin məbləğdən Aynurun payına düşəcək olan hissəni ona verdikdən sonra qalan məbləği də özü götürsün. Bundan sonra mən 16500 manatı onlayn qumar oyunundakı hesabına köçürmə etmiş və hesabında cəmi 28500 manat pul olmuşdur. Bundan sonra o, Aynurla danışan zaman oyuna yatırıb 30000 manatı tamamlamaq üçün əl borcu olaraq 1500 manat pul istəmişdir. Belə ki, o, həmin məbləği özü üçün oyuna yatırıb qazanc əldə etmək məqsədi ilə istəmiş və qazanc əldə edəcəyi zaman həmin 1500 manat borcu Aynura qaytaramaq niyyətində olmuşdur. Lakin, Aynur ona hazırda belə məbləğdə pulunun olmadığını bildirib, əlavə olaraq qeyd etmişdir ki, ona göndərdiyi sonuncu pulu evdən götürüb verib və ailəsi bundan xəbər tutub. Ona görə də Aynur ondan xahiş etmişdir ki, ailə üzvlərindən kimsə onunla əlaqə saxlamış olsa özünü “Həcər” kimi təqdim etsin və bildirsin ki, guya ki, Aynur onun reklam-dizaynerlik şirkətinə layihələri maliyyələşdirmək üçün yatırım edib, həmin layihələr sifarişçilərə təqdim olunanda sifarişçilər tərəfindən göstərilmiş xidmətə görə ödənişlər şirkətə köçürüləcək və bundan sonra Aynurun pulları özünə geri qaytarılacaq, əgər pulun tez qaytarılmasım istəyərlərsə buna görə əlavə 1500 manat ödəməli olduqlarını bildirsin. O da cavabında Aynura bildirmişdir ki, özünü “Həcər” kimi onun ailə üzvlərinə təqdim edə bilər. Lakin, Aynurun dediyi kimi ailə üzvlərindən əlavə olaraq özünə lazım olan 1500 manatı yalan danışaraq istəyə bilməz. Bu danışıqlarından bir az sonra Aynurun qardaşı Oruc adlı şəxs onunla əlaqə saxlayıb ona “Həcər” kimi müraciət etmiş və o özünü Aynurun qardaşı Oruc adlı şəxsə “Həcər” kimi təqdim etmişdir. Bundan sonra Oruc ona bildirmişdir ki, bacısı Aynur evdən pul oğurlayaraq ona göndərmişdir, Oruc ondan həmin pulları geri qaytarmasını tələb etmişdir. O da həmin məbləğləri dərhal geri qaytara bilmədiyini bunun üçün bir zamana ehtiyac olduğunu demişdir. Əvəzində Oruc ona bildirmişdir ki, bacısı Aynurun dediyinə görə qalan pulun tez götürülə bilməsi üçün əlavə 1500 manata ehtiyac vardır və özü həmin məbləği ödəmək istəyir. O isə cavabında 1500 manata ehtiyac olmadığım sadəcə pulun hesabdan çıxarılması üçün zaman lazım olduğunu demişdir. Bundan sonra onlar arasındakı danışıq yekunlaşmışdır. Bir neçə saat sonra Oruc onunla yenidən əlaqə saxlayıb bacısı Aynurun dərman içərək intihar etdiyini bildirib, vəziyyətinin gərgin olduğunu ona demişdir. O da narahat olmuş və Aynuru görmək istədiyini deyib, videogörünütülü yığmasını xahiş etdmişdir. Bir az sonra Oruc onu videogörüntülü yığmış və Aynurun uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bu hadisədən bir neçə saat sonra ona polisdən zəng gəlmiş və 9-cu PB-nə dəvət olunmuşdur. Sonra isə həmin bölməyə gedib hadisə barədə məlumat vermişdir. 9-cu PB-də araşdırma aparılan zaman onun tərəfindən Aynura 1500 manat ödəniş edilmişdir. Onun bu günkü tarixə öz hesablaması ilə Zərərçəkmiş şəxs 24782 manat verəcəyi qalmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlini qismən etiraf etdiyini və peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək üçün onun azadlıqda qalmasına və işləməsinə şərait olması üçün barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 il olar ki tanıyır. Onunla sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və bundan sonra aralarında dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin iyul ayında aralarında söhbət edən zaman o, Səbinəyə şəxsi problemi ilə əlaqədar satmış olduqları, ailəsinə məxsus olan torpaq sahəsini geri qaytarmaq məqəsdi ilə qazanc əldə etmək istədiyini bildirmişdir. Səbinə də əvəzində özünü qadın saçlarının düzəldilməsi işi ilə məşğul olduğunu həmin işdən qazanc əldə etdiyini demişdir. Bildirmişdir ki, əvvəllər Bakı şəhərində Ayan adlı qadınla şərikli gözəllik salonu idarə edib və bu sahədə kifayət qədər böyük qazanc vardır. Ona görə də Gəncə şəhərində qadın gözəllik salonu açmaq istədiyini ona demişdir. Həmçinin əlavə olaraq özünün onlayn sferada qazanc əldə etdiyini demişdir. O da bu onlayn qazancın necə olduğunu Səbinədən soruşmuş, Səbinə isə cavabında bu sahədə qazanc olduğunu özünün əlavə sual verməsinə ehtiyac olmadığını demişdir. O da Səbinəyə inanmış, belə ki, o, bilmişdir ki, onlayn sferada yəni “Amazon”, həmçinin “Alibaba” ticarət platformalarında qazanc əldə etmək olur. Buna görə də Səbinə ona onlayn sferada qazanc əldə etdiyini və necə əldə etdiyini barədə heç nə soruşmamasım dedikdə, o da məntiqi olaraq Səbinənin onlayn ticarətlə məşğul olduğunu zənn etmişdir. Buna rəğmən o, yenə də əmin olmaqdan ötrü, Səbinədən onlayn qumar oynayıb-oynamamsı soruşduqda Səbinə qəti şəkildə belə bir işlə məşğul olmadığını ona demiş və əlavə olaraq, o, söhbət zamanı onlayn sferadan əldə etdiyi qazancla ailəsinə belə maddi cəhətdən dəstək olduğunu bildirmişdir. Zaman ötdükcə o Səbinəyə inanmağa başlamış və bundan sonra Səbinə ona təklif etmişdir ki, əgər əlavə pul qazanmaq istəyirəsə özünə pul versin, Səbinə də onunla şərikli olaraq Gəncə şəhərində gözəllik salonu açsın, həmçinin onun üçün onlayn sferada pul qazananaraq ona da əlavə qazanc versin. O da pula ehtiyacı olduğu üçün və Səbinəyə inandığı üçün Səbinənin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Səbinə onunla videogörüntü vasitəsi ilə danışaraq guya ki, Gəncə şəhərində açacaqları qadın gözəllik salonu olacaq obyektin yerləşdiyi yeri və obyektin özünü video çəkərək göstərmişdir. Bütün bunlardan sonra o, tam olaraq Səbinəyə inanmışdır. Beləliklə o, ilkin olaraq Səbinənin ona göndərdiyi “4169 7388 5683 2468” seriyalı kartın hesabına 01 avqust 2024-cü il tarixdə 200 manat və 300 manat olmaqla, cəmi 500 manat göndərmişdir. Lakin Səbinə həmin məbləğdən ona hər hansı formada qazanc verməmişdir. Bir neçə gün sonra yəni, 2023-cü ilin sentyabr ayının əvvəllərində Səbinə onunla telefon vasitəsi ilə əlaqə saxlayıb yalandan anasının xəstə olduğunu deyərək, ondan 1500 manat pul istəmişdir. O da hissə-hissə olmaqla həmin məbləğdən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1460 manat pulu Səbinəyə məxsus olan kart hesabına göndərmişdir. O da həmin məbləği aldıqdan sonra guya ki, anasının xəstəliyi ilə bağlı zəruri tədbirlər gördüyünü ona demişdir. Bundan sonra yenə də Səbinənin tələbi ilə o, xx.xx.2023-cü ilin tarixdən xx.xx.2024-cü ilin aprel ayınadək olan müddət ərzində Səbinəyə məxsus olan kartın hesabına həm gözəllik salonuna yatırım etməsi və salonun vergi, sosial müdafiə, polis və s, xərclərini ödəməsi üçün həm də onlayn sefrada qazanc əldə etməsi məqsədi ilə yatırım etməsi üçün hissə-hissə olmaqla Səbinəyə məxsus olan “4169 7388 5683 2468” seriyalı kartın hesabına cəmi 15847,22 manat pul göndərmişdir. O, həmin məbləğləri göndərdikdən sonra Səbinə, gözəllik salonundan və onlyan sferdan əldə olunmuş qazanc qismində ona məxsus olan kartın hesabına xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 710 manat, xx.xx.2024-cü il tarixdə 13 manat, xx.xx.2024- cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 1700 manat olmaqla cəmi 4213 manat pul vermişdir. Lakin, həmin məbləğləri ona göndərdikdən bir və ya iki gün sonra guya ki, yenidən onlayn sferada qazanc əldə etmək üçün yatırım edəcəyini deyib, ona qazanc kimi göndərmiş olduğu bütün məbləğləri yenidən özünə göndərməsini istəmiş və o da Səbinəyə inandığı üçün həmin məbləğləri Səbinəyə məxsus olan “4169 7388 5683 2468” seriyalı kartın hesabına göndərmişdir. Bundan başqa bildirmişdir ki, Səbinə yalandan özünə ev alacağını ona bildirib ondan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində hissə- hissə olmaqla 5760 manat pul almış və o həmin məbləğləri Səbinəyə məxsus olan “4169 7388 5683 2468” seriyalı kartın hesabına göndərmişdir. Bir müddət sonra Səbinə ona zəng edərək, gözəllik salonunun yerləşdiyi obyektlə bağlı dövlət qurumlarında probelmlərin olduğunu deyib ondan yenidən pul istəmiş, o da Səbinənin istəyi ilə xx.xx.2024-cü il tarixdə 2000 manat və xx.xx.2024-cü il tarixdə 1350 manat olmaqla Səbinəyə məxsus olan kart hesabına cəmi 3350 manat pul göndərmişdir. Bir gün sonra Səbinə ona zəng edərək bildirdi ki, Bakı şəhərində bir nəfər şəxslə mübahisə etdiyinə görə polisdə saxlanıldığını deyib, onu inandırmaq üçün polisdə olmasına dair ona fotoşəkil də göndərmiş və tutulacağı halda gözəllik salonunun işinin dayancağım deyib, ondan polisə vermək üçün pul istəmişdir. O da gözəllik salonuna verdiyi pulların batacağından qorxduğu üçün Səbinənin istəyi ilə ona məxsus olan kart hesabına hissə-hissə olmaqla xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində cəmi 2110 manat pul göndərmişdir. Bir gün sonra Səbinə ona zəng edərək Azərbaycan Respublikası FHN- d işləyən, kapitan rütbəsində xidmət edən dostu Orxan adlı şəxsin anasının xərçəng xəstəsi olduğunu deyib, onun müalicəsi üçün təcili pul lazım olduğunu bildirib, ondan pul istəmiş, o isə cavabında Orxan adlı şəxsin problemlərinin ona aidiyyatı olmadığını demiş və özünün ona bu səbəb görə verəcək pulunun olmadığını bildirmişdir. Səbinə isə cavabında ona istədiyi məbləği verməyəcəyi halda bu günə qədər özünə vermiş olduğu bütün məbləğləri batıracağını və ona heç nə veməyəcyini demişdir. O, isə Səbinəyə nahaq belə danışdığını Orxanın probeliminin bizim işimizə heç bir aidiyyatı olmadığını demişdir. Səbinə isə cavabında əgər həmin məbləği tezliklə ona göndərməyəci halda, ona iş üçün göndərmiş olduğu bütün məbləğlərin batacağını və özünə heç bir məbləğin geri qaytarılmayacağım demişdit. Bundan sonra Səbinənin ondan almış olduğu məbləğlərin batacağından qorxduğu üçün məcbur qalıb Səbinəyə məxsus olan kartın hesabına xx.xx.2024-cü il tarixdə 1100 manat, yenə də xx.xx.2024-cü il tarixdə 1400 manat və xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Tarqovıy” adlanan ərazidə olan zaman 499 manat pul göndərmişdir. Lakin, o, Səbinənin onunla belə rəftarından əsbiləşdiyi üçün həmin gün polisə müraciət etmiş və Səbinənin bütün əməlləri barədə məlumat vermişdir. O, polisə müraciət etdikdən sonra Səbinəyə mesaj yazaraq niyə özünə qarşı belə hərəkətlər etdiyini soruşduqda, Səbinə ona mesaj yazaraq, bu günədək dediklərinin hamısının yalan olduğunu sadəcə olaraq ondan pul ala bilmək üçün ona yalanlar dediyini və onun də Səbinəyə yazığı gələrək həmin məbləğləri verdiyini bildirmişdir. O, Səbinənin bu mesajından sonra tam əmin olmuşdur ki, Səbinə onu aldadır və Səbinə müxtəlif yalanlar söyləməklə ona məxsus olan cəmi 31725,02 manat pulunu ələ keçirmişdir. Həmin məbləğdən Səbinənin ona ödədiyi bütün məbləğlər nəzərə alınmaqla cəmi 24782.02 manat verəcəyi qalmışdır. Həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs göndərmiş olduğu ilk məbləğ olan 200 manatı 01 avqust 2023-cü il tarixdə Göyçay rayonu, Qaraməryəm qəsəbəsindəki ödəmə terminalından göndərmişdir. Bundan sonrakı bütün məbləğləri göndərən zaman isə yaşadığı İsmayıllı rayonu, Külüllü kəndi ərazisində olmuşdur. Axırıncı dəfə 16 iyul 2024-cii il tarixdəki sonuncu 499 manatı özünə məxsus olan mobil telefondakı tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına göndərən zaman isə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “McDonalds” restoranının qarşısındakı ərazidə olmuşdur. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onun cəzalandırılmasını bildirmişdir. İş üzrə tərtib edilmiş 08 oktyabr 2024-cü il tarixli mesajlara və qəbzlərə baxış keçirilməsi barədə protokoldan görünür ki: 1) Zərərçəkmiş şəxs tərəfindən “Watsapp” mesajlaşama şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrəyə 25 iyul 2024-cü il tarixdə saat 9:16-da “Yalan idi hamsi? Niyə?, Buna cavab ver, başqa heç nə soruşan deyiləm sənden” məzmunlu sual mesajı göndərilir, Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrədən Zərərçəkmiş şəxs qızma 25 iyul 2024-cü il tarixdə saat 9:16-da “Cunki sen ancax birine yazigin gelende pul verirdin” məzmunlu cavab mesajı göndərilir; Zərərçəkmiş şəxs tərəfindən “Watsapp” mesajlaşama şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrəyə 25 iyul 2024-cü il tarixdə saat 9:17-də “ Orxanın anası da yalan idi hə?” məzmunlu sual mesajı göndərilir, Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrədən Zərərçəkmiş şəxs 25 iyul 2024-cü il tarixdə saat 9:17də “Yox" məzmunlu cavab mesajı göndərilir; Zərərçəkmiş şəxs tərəfindən “Watsapp” mesajlaşama şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrəyə 25 iyul 2024-cü il tarixdə saat 9:17-də “Ona görə 3min pul verdim e, Yalan idi?” məzmunlu sual mesajı göndərilir, Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrədən Zərərçəkmiş şəxs qızma 25 iyul 2024-cü il tarixdə saat 9:17-də “Evnen polis yalandi birce, Menim ne evim. Yoxdu nede polisə duwmemiwem” məzmunlu cavab mesajı göndərilir; Zərərçəkmiş şəxs tərəfindən “Watsapp” mesajlaşama şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrəyə 25 iyul 2024-cü il tarixdə saat 9:17-də “Prokurorluq da olmayıb hə onda” məzmunlu sual mesajı göndərilir, Təqsirləndirilən şəxs istifadəsində olan “+**********09” saylı mobil nömrədən Zərərçəkmiş şəxs qızma 25 iyul 2024-cü il tarixdə saat 9:17-də “Yox" məzmunlu cavab mesajı göndərilir; 1) Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərdən görünür ki, 01 avqust 2023- cü il tarixdən 16 iyul 2024-cü il tarixədək olan müddət aralığında Zərərçəkmiş şəxs müxtəlif tarixlərdə, müxtəlif ünvanlardan, müxtəlif məbləğlərlə cəmi 31725,02 manat nağd pulu Təqsirləndirilən şəxs qızma məxsus olan “4169 7388 5683 2468” seriyalı “Kapital Bank" plastik bank kartının hesabına pul daxil etmişdir. 2) Zərərçəkmiş şəxsnun təqdim etdiyi qəbzlərdən 16 iyul 2024-cü il tarixli sonuncu qəbzin surətindən görünür ki, sonuncu dəfə Zərərçəkmiş şəxs sonuncu dəfə 16 iyul 2024-cü il tarixdə saat 10:10-da mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs qızma məxsus olan “4169 7388 5683 2468” seriyalı “Kapital Bank” plastik bank kartının hesabına 499 manat məbləğdə pul daxil etmişdir. 3) Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxus olan bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixə 13 manat, xx.xx.2024cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 1700 manat pul köçürülmüşdür. İş üzrə tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli qəbzlərə baxış keçirilməsi barədə protokoldan görünür ki: 1) Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxus olan bank kartı hesabına xx.xx.2024- cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixə 350 manat və 0xx.xx.2024-cü il tarixdə 710 manat pul köçürülmüşdür. İş üzrə tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli kserosurətlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Watsapp” mesaj proqramı vasitəsi ilə göndərilmiş olan ayrı-ayrı identifkasiyalı onlayn mərc oyunlarının hesablarındakı məbləğləri təsdiq edən telefon ekranından çəkilmiş şəkillərin (screen shorts) çıxarılmış kserosurətlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki: -İD:7404974 identifıkasiyalı onlayn mərc-qumar oyunun balansında manatla qeyd olunmuş 11000 manat pul vəsaiti olması təsdiq olunur və həmin şəkilin tarixi 30 sentyabr 2024-cü il, saat 12:49-dur. -İD:7404974 identifıkasiyalı onlayn qumar-mərc oyunun balansında manatla qeyd olunmuş 7000 manat pul vəsaiti olması təsdiq olunur və həmin şəkilin tarixi 30 sentyabr 2024-cü il, saat 13:16-dır. -İD:6222719 identifikasiyalı onlayn qumar-mərc oyunun balansında manatla qeyd olunmuş 4000 manat pul vəsaiti olması təsdiq olunur və həmin şəkilin tarixi 30 sentyabr 2024-cü saat 13:43-dür. -İD:3229190 identifıkasiyalı onlayn qumar-mərc oyunun balansında manatla qeyd olunmuş 5000 manat pul vəsaiti olması təsdiq olunur və həmin şəkilin tarixi 30 sentyabr 2024-cü saat 13:58-dir. - İD:5526711 identifkasiyalı onlayn qumar-mərc oyunun balansında manatla qeyd olunmuş 4500 manat pul vəsaiti olması təsdiq olunur və həmin şəkilin tarixi 30 sentyabr 2024-cü saat 14:05-dir. Beləliklə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən oynanılan ayrı-ayrı identifkasiyalı onlayn qumar-mərc oyunlarının hesablarında 30 sentyabr 2024-cü il tarixə cəmi 32500 manat pul vəsaiti toplanmışdır. İş materiallarına əlavə edilmiş 20 dekabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 19 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışıdır. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təhvil verilməsi məqsədi ilə barəsində axtarış elan olunmuşdur. Cinayət işi, fakta görə tərəfimdən 08 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə başlanılmışdır. 11 noyabr 2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. 29 noyabr 2025-ci il tarixdə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “həbs" qətimkan tədbirinin seçilməsi üçün xx.xx.2025-ci il tarixdə Səbail rayon prokurorluğuna vəsatət verilmiş, həmin tarixdə Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən “həbs" qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin rədd edilməsi barədə qərar qəbul edilmiş, ona görə də həmin tarixdə Şəbinə Rəhimova barəsində tərəfimdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək ibtidai istintaq davam etdirilmişdir. 04 yanvar 2025-ci il tarixdə ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış və 24 yanvar 2024-cü il tarixdə ********* nömrəli cinayət işinin icraatı təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin əməliyyat-sorğu kartitekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etiraf edici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsini, dediyinə görə şəkər xəstəsi olmasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddətlər daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və təyin olunmuş cəzanın əvvəli hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 515 (beş yüz on beş) manat pul tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Xətai filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-141/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-141/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver