Məhkəmə qərarları › İş №1(009)-142/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-142/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-142/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rafiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə, barəsində şikayət verilmiş şəxsin vəkili X5 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki,X7 xx xxxx 2020-ci ildə “İcra başçısı A.Məmmədov rayonda “ay oynadır”. “Arxalı köpək qurd basar” (Atalar sözü) Şəmkir rayonunun bir qrup sakini redaksiyaya məlumat göndərib ki, x xxxxxxx 2014-cü ildən Şəmkirdə ruzi-bərəkət göyə çəkilməyə başlayıb. Ona görə ki, həmin gün rayona Alimpaşa Məmmədov icra hakimiyyətinin başçısı təyin olunub. Onu da qeyd edir ki, Alimpaşa Məmmədov öz karyerasına nağara çalmaq və tamadalıqla başlasa da, sonradan sabiq vergilər naziri Fazil Məmmədovun himayəsi ilə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, hətta Bakı şəhər Vergilər Departamentinin rəisi olub. Daha sonra (2013-cü ilin yay aylarında) Şəmkir rayonunda aparılan quruculuq - abadlıq işlərinə rəhbərlik edib. Şəmkir rayonuna icra hakimiyyətinin başçısı təyinatından sonra isə özünün biznes istiqamətini bir qədər dəyişib ilk əvvəl rayonun Şəhidlər xiyabanında və əsas küçələrində xurma ağacları əkdirib (təəssüflət olsun, əkdikləri bitmədi). Daha sonra külli miqdarda vəsait xərcləyərək maral yetişdirmə biznesinə başlayıb. Hal-hazırda o, İcra Hakimiyyəti başçısından daha çox rayonda baş biznesmenəbənzəyir. Onagörə ki, Alimpaşamüəllimingözü nədə qaldısa (daş, torpaq, dəmir, obyektvə s.) mütləqsatılmalıdır. Şəmkirsakini, iş adamı HafizMəmmədoğlu İbrahimov ölkə X8, BirinciVitsePrezidentxanımMehriban Əliyevaya, MilliMəclisinsədrixanımSahibə Qafarovaya, baş nazircənab Əli Əsədovavə AzərbaycanRespublikasınıngücstrukturlarınınrəhbərliyinə göndərdiyi şikayətməktubundaAlimpaşaMəmmədov Şəmkirihərracaqoyması geniş işıqlandırılıb” statusunupaylaşmışdır. Həmçinin, xx xxxx 2020-ci ildə “Alimpaşa Məmmədov tam faliyyətdədi? İndidə iaişə abyektlərinə hücum edir, cox gözəl, Qanunlara rəyyət edir, qanun pozuntuları aşkarlsyir, Şəmkirliləri həbs etdirir, yaxşı, özü Şəmkirin Qəsr resteranında hər axşam yemək icməkdədi, Qəsir resteranının X4 sədri Vüqar Həsənovu niyə cəzalandırmir? Şəhər icra nümayəndəsi Pərviz İbrahimov, Baş arxtektor İlqar Quliyev, biinci müavin Qüdrət Əliyev, Diyarşunaslıq muzeyinin müdiri Fərman Hüsüynov, (baş arxitektorun bibisi oğlu) korupsiya əməllərini hesablaşmaları Qəsirdə aparırlar. (Video görüntüləri təqdim edəcəyik) Bir şeyi başa düşə bilmirik, polisin işini başçı öz üzərinə mi ğötürüb????” yazısını paylaşmışdır. Bundan sonra x xxxxx 2020-ci il tarixində “Bu gün dünya karonavirus adlı bir beladan üz-üzə qalıb. Dünyanın bir parçası olan Azerbaycanda bu beladan nesibini alıb. Ölkede hayat durma nöqtesine gelib. Cenab Prezident ilkin merhelede vetendaşlara destek ücün ehtiyat fondundan bir milyard manat vesait ayrılması haqqında gösteriş verdi. Hemcinin bir illik emek haqqının karonavirusla mübarize fonduna keçirdi. Birinci vitse prezident Mehriban xanımda bu teşebbüse qoşulub bir illik emek haqqını fonda bağışladı. Bu teşebbüse bir cox iş adamları ve icra strukturları qoşularaq karanovirusa qarşı 100 milyondan cox yardım etdiler. Amma göründüyü kimi Şemkir kimi imkanlı rayonun icra hakimiyyeti bu yardımdan kenarda dayanıb. Bir Şemkirli kimi hesab edirik ki, İcra Hakimiyyetinin başçısı Alimpaşa Məmmədov yardım işlerinde daha feal olmalıydı. Flansı menbeler hesabına yardım ede bileceyini də cənab başçı Alimpaşa Məmmədovun diqqetine çatdırmağı borc bilirlər. Şemkir cayının qarşısında iki milyon manata tikdirdiyi qızıl balıq yetişdirme zavodundan Şemkir belediyyelerinin adına götürdüyü 38 milyon kreditden, rayon Sovetinin dörd mertebeli binasının yerini satdığı bir milyon manatdan, Uşaq xestexanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan, S.Vurğun 131 kücesinde Prezidentin gösterişi ile vetendaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan iki mertebeli binanın sakinləri yeni menzillere köcüriilünden sonra, binanın yerini satdığı 230 min manatdan. Yenə cənab Prezidentin serancamıyla vetendaşların mənzil şeraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyetdə olan binanın sakinleri yeni temir olunmuş menzillerle temin olunmuşdu. Şemkir icra başçısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitden İcra Hakimiyyetinin həyətinin bir hissesini yaxınlıqdakı restorana kabinetler tikilmesi ücün satdığı vesaitden Morul arxının kenarını bütövlikde qanunsuz olaraq ayrı-ayrı iş adamlarına obyekt yeri kimi satdığı vesaitlerden klinikanın əməkdaşlarının şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar yaymışdır.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşım etmişdir. Hesab edir ki, onun yazmış olduğu bu statuslar təhqir və böhtan xarakteri daşıyır və heç bir həqiqəti əks etdirmir. Göründüyü kimi bu hərəkətləri ilə Hafiz Məmmədov Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Ona görə də, Hafiz İbrahimov onun şərəf və ləyaqətini ləkələdiyinə və alçaltdığına görə qanuna müvafiq cəza ilə cəzalandırılacaq, pozulmuş hüquqları bərpa ediləcəkdir. Göstərilənləri nəzərə alaraq X1 Azəbaycn Respublikası CM-nin 148-ci maddəsinə əsasən 6 ay, ümumilikdə 1 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, nümayəndəsi və vəkili olduğu X2 şikayətini müdafiə edərək X1 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələri ilə cinayət işinin başlanması barədə qərar qəbul edilməli, X1 təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan ittihamın elan edilməsini və ona Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinə əsasən 6 ay, 148-ci maddəsinə əsasən 6 ay, ümumilikdə 1 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində şikayət verilmiş şəxsin vəkili X9 şikayətə etiraz edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada, Alimpaşa Məmmədov şikayət ərizəsində X1 onu təhqir etməsini və böhtan atmasını göstərsə də, o, yalnız şikayətinə dördədəd “facebook”sosial şəbəkəsindən çıxarışı əlavə edilmişdir ki, həmin çıxarışlarda da, istifadəçi adı Hafiz İbrahimov olsa da, həqiqətən də qeyd edilən səhifənin onun (Hafiz İbrahimov) tərəfindən yaradılması, istifadə edilməsi və ya ona məxsus olmasına dair heç bir sübut şikayətə əlavə edilməmişdir. Bundan əlavə şikayət ərizəsində X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya hər hansı şəxsə və ya şəxslərə sosial şəbəkələr vasitəsi ilə göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması o, zaman sübuta yetirilər ki, həmin səhifənin həqiqətən də, barəsində şikayət verilmiş şəxsə məxsus olması (onun tərəfindən yaradılması və istifadə edilməsi) sübuta yetirilmiş olsun. Hazırki iş üzrə isə bu hal araşdırma zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi şikayət ərizəsində H.M. İbrahimova istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. - Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasəncinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar