Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-142/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Xüsusi ittihamçı X2 nümayəndəsi “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Prime TV Azerbaijan” xəbər portalının rəhbəri, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 26 aprel 2024-cü il tarixdə saat 11.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək ona qanunamüvafiq cəza təyin edilməsini və videoların “Youtube” sosial şəbəkəsindən silinməsi öhdəliyinin X4 üzərinə qoyulmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdən görünür ki, X1 informasiya vasitəsi hesab edilən “Facebook” sosial internet şəbəkəsindəki özünün “Aygün Muradxanlı” adlı şəxsi profilində haqqında dəfələrlə təhqir və böhtan xarakterli məlumatları yaymaqla şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. 1) Aygün Muradxanlının “Facebook” sosial internet şəbəkəsindəki 13 oktyabr 2023-cü il tarixdə yazdığı status: “Hakimiyyətə “dövlət maraqlarını satmağınız sizin şərəf və ləyaqətinizin olmadığından xəbər verir”, yəni şərəfsiz, ləyaqətsiz deyən bir əclafı, casusu Azərbaycan məhkəmələri qucağında otuzdurub ağzına qaşıqla bal qoyur (təhqir və böhtan). Məhkəmə 3 maddə ilə məni təqsirli bildi. Sonuncu adı Aslan İsmayılov olan bir məxluq bütün Azərbaycan hakimiyyətini sındırdı. Məhkəməyə yazdığı iddia hərfbəhərf yerinə yetirildi. Rusiya İstintaq Komitəsinin sədri Bastrıkinə tabe olan Azərbaycan məhkəmə-hüquq sistemi dəfələrlə məhkəmə islahatları vəd edən X13 ayağının altını qazır. Buna adım kimi əminəm”. Aygün Muradxanlı qeyd edilən statusunda xüsusi ittihamçı X5 “bir əclaf’ və “Azərbaycan məhkəmələri qucağında otuzdurub ağzına qaşıqla bai qoyur” “bir məxluq” deməklə təhqir etmişdir. Eyni statusda “Cəsus” (ağır və xüsusi ilə ağır cinayət ittiham etməklə) deməklə böhtan atmışdır. 2) Həmin 13 oktyabr 2023-cü il tarixli statusa (Ləman Əşrəfqızı tərəfindən yazılmış “Bitdi məhkəmə? Və sənin ziyanına?”) yazılmış şərhə Aygün Muradxanlı tərəfindən verilmiş cavab: Leman, Azərbaycan məhkəməsi Sumqayıt işində 11 azərbaycanlıya ölüm istəyən prokururu təsəvvür elməzsən ki, necə müdafiə etdi... Ermənidən əmələ gələn, 40 yaşında atasının adını dəyişdirən bic, arvadını-qızmı bazara çıxaran oğraş gəldi məhkəmədə nəyi necə istəyirdisə elədi. İndi mən cinayətkaram, 11 azərbaycanlıya ölüm hökmü istəyən əclaf, şərəfsiz, casus, murder qalib”. Aygün Muradxanlı yuxarıda qeyd edilən 13 oktyabr 2023-cü il tarixindəki statusa yazılmış şərhə verdiyi cavabda X5 ... “Ermənidən əmələ gələn”, “40 yaşında atasının adını dəyişdirən bic”, “arvadını-qızmı bazara çıxaran oğraş” “əclaf’, “şərəfsiz”, “murdar” deməklə təhqir etmişdir. O həmin şərhində xüsusi itthamçı X5 “Sumqayıt işində 11 azərbaycanlıya ölüm istəyən prokurur”, “cəsus” deməklə (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə) böhtan atmışdır. 3) Aygün Muradxanlının “Facebook” sosial internet şəbəkəsindəki 13 oktyabr 2023- cü il tarixdə yazdığı digər statusunda yazır: “İşıqlı insan İsaxan Aşurova vəkil kimi çıxdığı məhkəmələr bitəndə sual verirdik ki, nəticə necə oldu? İndi deməsin, deyirdi, mənəvi qələbə bizim oldu, amma hakim hökm onların xeyrinə çıxardı. O məşhur qəhqəhəsinə hamımız qoşulurduq. Nur içində yatsın... Səhərdən dostlarım çox narahatdırlar. Nə qədər zəng edən, mesaj yazan olub. Dostlarım, əzizlərim, dəstək üçün hər birinizə minnətdaram. Allaha çox şükür ki, okean qədər əngin çevrəm var. Əminəm, bu münasibəti mənə şəxsi keyfiyyətlərimdən çox azad, bütöv Azərbaycan davam qazandırıb. Bizi bir-birimiz üçün əziz, əvəzsiz edən Azərbaycan sevdamızdır. Bu yolda qarşımıza çıxan bütün çətinliklər başımız-gözümüz üstünə ...Bu birinci instansiyadır, məhkəmə bitməyib. Mənəvi qələbə sonsuza qədər bizimdir, maskaları yırtmışıq - orası aydın, amma biz qərar əleyhimizə olsa da bu instansiyada da uduzmamışıq. Həbsim üçün çalışdı, alınmadı. 1 il qabaq 3 maddə ilə cinayət işi açdırdı, min qapıda yatıb məni içəri atdırmağa razılıq almaq istədi, vermədilər, əksinə məhkəmədə şərəf, ləyaqətinə cəmi 1200 manat qiymət qoydular. Hər maddəyə 400 manat. İstəsəz, qərarı belə də oxuya bilərsiz - 400 manat ver, Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm hökmü istəyənin, Kremlin qucağından Sorosun dizinə atılanın şərəf və ləyaqəti haqqında bütün həqiqətləri de (təhqir və böhtan). 1 ildə 1 məhkəmə prosesinə gəlib bizimlə üzləşməyə cəsarəti çatmadı(təhqir). Çox sifəti olsa da üzü yoxdur ortalıqda görünməyə(təhqir). Cəmi 1 dəfə mən ölkədə olmayanda və vəkillərim məhkəmədə iştirak etməyəndə gəlib, hansısa prosesin ortasında içəri girib kamera görüntüləri yaradıb ki, guya məhkəmədə olub. Tülkü xislətli olduğunu demişdik (təhqir).. Amma gələcək. Apelyasiya mərhələsi başlayır. Gəlib hansı şərəf və ləyaqətdən danışdığını əsaslandırmalıdır. Ona qədər isə qapılarında öncə süründüyü(təhqir), sonra şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək (böhtan). Mən buna adım kimi əminəm. Panikləyib, səhifəsində videoları silir. Xeyri yoxdur. Arxivləmişik. Azərbaycan dövlətinə tələ quranları dərin quyulara atmaqda qərarlıyıq(təhqir). Bizim kitabımızada yılmaq sözü yoxdur. Aygün Muradxanlı qeyd edilən statusunda X5 “Məhkəmədə şərəf, ləyaqətinə cəmi 1200 manat qiymət qoydular”. Hər maddəyə 400 manat”. “İstəsəz, qərarı belə də oxuya bilərsiz - 400 manat ver, Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm hökmü istəyənin, Kremlin qucağından Sorosun dizinə atılanın şərəf və ləyaqəti haqqında bütün həqiqətləri de”, “1 ildə 1 məhkəmə prosesinə gəlib bizimlə Üzləşməyə cəsarəti çatmadı”. “Çox sifəti olsa da üzü yoxdur ortalıqda görünməyə” “Tülkü xislətli olduğunu demişdik” deməklə təhqir etmişdir. Həmin statusda “min qapıda yatıb məni içəri atdırmağa razılıq almaq istədi, vermədilər”, “şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək” “Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm istəyənin, Kremlin qucağından Sorosun dizindən atılanın” deməklə böhtan atmışdır. 4) Aygün Muradxanlınm “Facebook” sosial internet şəbəkəsindəki 13 oktyabr 2023-cü il tarixdə yazdığı başqa bir statusunda yazır: “Araki, Vartanyanı boş verin, Daşnak Partiyasının Azərbaycandakı sədri bu dəyyusdur (təhqir, böhtan). Azərbaycan hakimiyyətini barmağında oynadır (böhtan). 1 nəfər çıxsın desin ki, kimsə Azərbaycanda oturub publik şəkildə “hakimiyyət şərəfsizdir, ləyaqətsizdir” deyə və əlini-qolunu sallayıb gəzə bilər. Anasını ağladarlar. Amma buna dəymirlər, qorxurlar. Bu bicdən....38 yaşında şübhələnib atasının adını dəyişən zatıqırıqdan.(təhqir və böhtan). Kim bu daşnakın qabağında tük sahr(təhqir), özü bilər, biz Azərbaycanı erməni- rus əmrinə tabe etdirmək istəyənlərin nəfəsini kəsəcəyik. Onlara havadarlıq, onlar üçün, onlar üçün bazarlıq edənləri də” deməklə böhtan atmışdır. X1 informasiya vasitəsi hesab edilən “Facebook” sosial internet şəbəkəsindəki hesabında mənim haqqımda onlarla belə yalan, böhtan və təhqir xarakterli məlumatlar paylaşmışdır. X11 daha öncə bu kimi təhqir və böhtanlarına görə məsuliyyətə cəlb olunub, barəsində hökm çıxarılsa da o bu qanunsuz əməlindən çəkinməmişdir. İşin hallarından, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Aygün Muradxanlı kütləvi informasiya vasitəsi hesab edilən “Facebook” rəsmi sosial şəbəkəsində mənim barəmdə yuxarıda göstərilən nalayiq, qeyri-etik ifadələr işlədərək, mənim şərəf və ləyaqətimi kobud şəkildə alçaltmış, yəni təhqir etmiş (AR CM 148-ci maddəsi), habelə böhtan xarakterli ifadələrlə yalan məlumatları yayaraq, mənə bir sıra ağır və xüsusilə ağır cinayətlərin törədilməsində ittiham etməklə böhtan atmışdır (AR CM-nin 147.2-ci maddəsi). Belə ki, Aygün Muradxanlı böhtan ataraq məni ittiham etdiyi dövlətə xəyanət cinayəti AR Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş dövlətə xəyanət, (yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır), və AR Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş casusluq (Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır). Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Göstərilənləri nəzərə alaraq X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, ona qanuna müvafiq qaydada cəza təyin edilməsi, habelə həmin videoların Youtube sosial şəbəkəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X2 nümayəndəsi “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə şikayəti müdafiə edərək ifadəsində göstərmişdir ki, Aygün Muradxanlının “Facebook” statusunda yazdığı bütün iddialar şəxsin uydurmasıdır və əsassızdır. Belə ki, Aygün Muradxanlının “Facebook” sosial internet şəbəkəsindəki 13 oktyabr 2023-cü il tarixdə yazdığı statusların: “Hakimiyyətə “dövlət maraqlarını satmağınız sizin şərəf və ləyaqətinizin olmadığından xəbər verir”, yəni şərəfsiz, ləyaqətsiz deyən bir əclafı, casusu Azərbaycan məhkəmələri qucağında otuzdurub ağzına qaşıqla bal qoyur” təhqir və böhtan , “bir əclaf’ və “Azərbaycan məhkəmələri qucağında otuzdurub ağzına qaşıqla bal qoyur” “bir məxluq” deməklə təhqir, eyni statusda “Cəsus” (ağır və xüsusi ilə ağır cinayət ittiham etməklə) deməklə böhtan, “Ermənidən əmələ gələn”, “40 yaşında atasının adını dəyişdirən bic”, “arvadını-qızını bazara çıxaran oğraş” “əclaf’, “şərəfsiz”, “murdar” deməklə təhqir, həmin şərhində xüsusi itthamçı X5 “Sumqayıt işində 11 azərbaycanlıya ölüm istəyən prokurur”, “cəsus” deməklə (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə) böhtan, 1 il qabaq 3 maddə ilə cinayət işi açdırdı, min qapıda yatıb məni içəri atdırmağa razılıq almaq istədi, vermədilər, əksinə məhkəmədə şərəf, ləyaqətinə cəmi 1200 manat qiymət qoydular. Hər maddəyə 400 manat. İstəsəz, qərarı belə də oxuya bilərsiz - 400 manat ver, Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm hökmü istəyənin, Kremlin qucağından Sorosun dizinə atılanın şərəf və ləyaqəti haqqında bütün həqiqətləri de - təhqir və böhtan., 1 ildə 1 məhkəmə prosesinə gəlib bizimlə üzləşməyə cəsarəti çatmadı - təhqir, çox sifəti olsa da üzü yoxdur ortalıqda görünməyə- təhqir, cəmi 1 dəfə mən ölkədə olmayanda və vəkillərim məhkəmədə iştirak etməyəndə gəlib, hansısa prosesin ortasında içəri girib kamera görüntüləri yaradıb ki, guya məhkəmədə olub. Tülkü xislətli olduğunu demişdik - təhqir, ona qədər isə qapılarında öncə süründüyü -təhqir, sonra şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək - böhtan, “Məhkəmədə şərəf, ləyaqətinə cəmi 1200 manat qiymət qoydular”. Hər maddəyə 400 manat”. “İstəsəz, qərarı belə də oxuya bilərsiz - 400 manat ver, Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm hökmü istəyənin, Kremlin qucağından Sorosun dizinə atılanın şərəf və ləyaqəti haqqında bütün həqiqətləri de”, “1 ildə 1 məhkəmə prosesinə gəlib bizimlə üzləşməyə cəsarəti çatmadı”. “Çox sifəti olsa da üzü yoxdur ortalıqda görünməyə” “Tülkü xislətli olduğunu demişdik” deməklə təhqir etmişdir. Həmin statusda “min qapıda yatıb məni içəri atdırmağa razılıq almaq istədi, vermədilər”, “şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək” “Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm istəyənin, Kremlin qucağından Sorosun dizindən atılanın” deməklə böhtan, “Araki, Vartanyanı boş verin, Daşnak Partiyasının Azərbaycandakı sədri bu dəyyusdur - təhqir, böhtan. Azərbaycan hakimiyyətini barmağında oynadır - böhtan, 1 nəfər çıxsın desin ki, kimsə Azərbaycanda oturub publik şəkildə “hakimiyyət şərəfsizdir, ləyaqətsizdir” deyə və əlini-qolunu sallayıb gəzə bilər. Anasını ağladarlar. Amma buna dəymirlər, qorxurlar. Bu bicdən....38 yaşında şübhələnib atasının adını dəyişən zatıqırıqdan təhqir və böhtan, kim bu daşnakın qabağında tük sahr - təhqir , özü bilər, biz Azərbaycanı erməni- rus əmrinə tabe etdirmək istəyənlərin nəfəsini kəsəcəyik. Onlara havadarlıq, onlar üçün, onlar üçün bazarlıq edənləri də” deməklə böhtandır. X14 statusda göstəridiyi iddialar doğrudursa, bu sübut edilməlidir. Heç bir əsasın şəxsi təhqir etməyə və barəsində böhtan atmağa səbəb deyil. Həmin “Facebook” statuslarındakı ifadələr qanunsuzdur və buna görə Aygün Muradxanlı cəzalandırılmalıdır. X6 X8 barəsində təhqir və böhtan xaraketli məlumatlar yaydığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə X8 “LAF” TV xəbər portalında onu təhqir etmişdir. Buna səbəb onun Sevinc Osmanqızını qınaması olmuşdur. Belə ki, X7 erməni və azərbaycanlılar arasında münaqişə baş verən zaman Sevinc Osmanqızı bu barədə “Osmanqızı” TV-də sərt şəkildə çıxış etmişdir. Çıxışında Azərbaycan hakimiyyətinin X7 yaşayan Azərbaycan Respubikası vətəndaşlarını qorumamasını qeyd edilmişdir. O Sevinc Vaqifqızını bu mövqeyindən ötrü tənqid etmişdir. Növbəti günlərdə ona Aslan İsmayılovun onu “LAF” TV-də təhqir etməsi barədə məlumat verilmişdir. O, bu barədə susmuş, lakin Aslan İsmayılov təhqirlərə davam etdiyi üçün 2023-cü ildə onunla bağlı “Facebook” sosial şəbəkəsində statuslar yazmışdır. Aslan İsmayılovun onu təhqir etməsi ilə bağlı məhkəməyə iki dəfə müraciət etsə də, iş icraata götürülməmişdir. X11 özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, statusları Aslan İsmayılov onu dəfələrlə təhqir etdiyi üçün cavab olaraq yazmışdır və heç bir cinayət törətməmişdir. Müəyyən edilmişdir ki, X11 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-159/2023cü il saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Aygün Muradxanlı xx.xx.2024-cü il tarixdə cəriməni tam ödəmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X11 13 oktyabr 2023-cü il tarixdə özünə məxsus “Aygün Muradxanlı” adlı öz “Facebook” səhifəsində: “Hakimiyyətə dövlət maraqlarını satmağınız sizin şərəf və ləyaqətinizin olmadığından xəbər verir”, yəni şərəfsiz, ləyaqətsiz deyən bir əclafı, casusu Azərbaycan məhkəmələri qucağında otuzdurub ağzına qaşıqla bal qoyur”, “Məhkəmə 3 maddə ilə məni təqsirli bildi. Sonuncu adı Aslan İsmayılov olan bir məxluq bütün Azərbaycan hakimiyyətini sındırdı. Məhkəməyə yazdığı iddia hərfbəhərf yerinə yetirildi. “Sumqayıt işində 11 azərbaycanlıya ölüm istəyən prokururu təsəvvür elməzsən ki, necə müdafiə etdi... Ermənidən əmələ gələn, 40 yaşında atasının adını dəyişdirən bic, arvadını-qızmı bazara çıxaran oğraş gəldi məhkəmədə nəyi necə istəyirdisə elədi. İndi mən cinayətkaram, 11 azərbaycanlıya ölüm hökmü istəyən əclaf, şərəfsiz, casus, murdar qalib”., “...sonra şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək”, “Azərbaycan hakimiyyətini barmağında oynadır”, “Sumqayıt işində 11 azərbaycanlıya ölüm istəyən prokuror”, “min qapıda yatıb məni içəri atdırmağa razılıq almaq istədi, vermədilər”, “şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək” “Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm istəyənin, Kremlin qucağından Sorosun dizindən atılanın”, “Araki, Vartanyanı boş verin, Daşnak Partiyasının Azərbaycandakı sədri bu dəyyusdur, Azərbaycan hakimiyyətini barmağında oynadır. Biz Azərbaycanı erməni-rus əmrinə tabe etdirmək istəyənlərin nəfəsini kəsəcəyik. Onlara havadarlıq, onlar üçün, onlar üçün bazarlıq edənləri də” yazılarını paylaşmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir : məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması ; həmin məlumatın doğru olmaması ; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Aygün Muradxanlı yazılarında “casus”, “şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək”, “Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm istəyənin, Kremlin qucağından Sorosun dizindən atılanın”, “Azərbaycan hakimiyyətini barmağında oynadır” ifadələri işlətməklə X5 böhtan atmış, habelə onu ağır və xüsusilə ağır cinayətdə ittiham etmişdir. Lakin Nümayəndə Aygün Muradxanlının böhtan atdığını sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsinə əsasən dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama casusluq hesab edilir. Lakin facebook sosial şəbəkəsində paylaşılan yazılardan görünür ki, X18 İsmayılov barəsində “casus” ifadəsini ümumi işlətmiş, yəni hər hansı bir casusluğu əks etdirən hərəkəti konkret olaraq göstərməmişdir. Məhkəmə hesab edir ki, Ayğün Muradxanlının işlətdiyi “casus”, “şantajla danışdığı hakimiyyət mənsublarına publik dediyi sözlərin cavabını verəcək”, “Sumqayıt hadisələrinin prokurorunun, 11 azərbaycanlıya erməni-Kreml fitnəsilə ölüm istəyənin, Kremlin qucağından Sorosun dizindən atılanın”, “Azərbaycan hakimiyyətini barmağında oynadır” işlətdiyi ifadələr ümumi xarakterli ifadələrdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə sübutları araşdırıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X11 özünə məxsus “Facebook” səhifəsində 13 oktyabr 2023-cü il tarixdə Aslan İsmayılova “bir əclaf’, “Azərbaycan məhkəmələri qucağında otuzdurub ağzına qaşıqla bai qoyur”, “bir məxluq”, “Ermənidən əmələ gələn”, “40 yaşında atasının adını dəyişdirən bic”, “arvadını-qızmı bazara çıxaran oğraş” “əclaf’, “şərəfsiz”, “murdar”, “1 ildə 1 məhkəmə prosesinə gəlib bizimlə üzləşməyə cəsarəti çatmadı. Çox sifəti olsa da üzü yoxdur ortalıqda görünməyə. Tülkü xislətli olduğunu demişdik. Amma gələcək. Apelyasiya mərhələsi başlayır. Gəlib hansı şərəf və ləyaqətdən danışdığını əsaslandırmalıdır. Ona qədər isə qapılarında öncə süründüyü”, “Araki, Vartanyanı boş verin, Daşnak Partiyasının Azərbaycandakı sədri bu dəyyusdur. 1 nəfər çıxsın desin ki, kimsə Azərbaycanda oturub publik şəkildə “hakimiyyət şərəfsizdir, ləyaqətsizdir” deyə və əlini-qolunu sallayıb gəzə bilər. Anasını ağladarlar. Amma buna dəymirlər, qorxurlar. Bu bicdən....38 yaşında şübhələnib atasının adını dəyişən zatıqırıqdan” yazılarını paylaşmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm xüsusi ittiham qaydasında icraat materialları, həm təqsirləndirilən şəxsin ifadəsi həmin ifadələrin təhqir xarakterli fikirlər olması sübuta yetirilmişdir. Məlumdur ki, şərəf və ləyaqətin alçaldılması iki şəkildə ifadə oluna bilər: 1. Dolayı yolla şərəf və ləyaqətin alçaldılmasına yönəlmiş ifadə tərzi; 2. Birbaşa qeyri-etik və vulqar formada. Bir çox hallarda təhqir və ləyaqətin alçaldılmasına yönəlmiş faktlar kütləvi şəkildə yayıldığı halda məlumat kimi doğru və ya yanlış olması belə əhəmiyyət kəsb etmir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə məhkəmə tərəfindən cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi məqsədi ilə xüsusi ittihamçıya ittihamı əsaslandırmaq üçün bütün zəruri şəraitin yaradılmasına və sübutetmə vəzifəsi xüsusi ittihamçının üzərində düşməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı ittihamçı tərəfindən şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə bağlı qeyd olunanlar öz təsdiqini tapmamış, lakin təqsirləndirilən şəxs X9 düzgün olaraq Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Həmin maddədə qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Maddə 147 ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə tədqiq edilən sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, X9 Məcəllənin həmin maddələr ilə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Maddə 148 ilə bağlı Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. İş üzrə tədqiq edilən sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X10 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X9 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 90 (doxsan) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-142/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-142/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver