Məhkəmə qərarları › İş №1(009)-143/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-143/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-143/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,321 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla, ünvan 3 ünvanmadək daşımış, 04 noyabr 2022-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sol ayağındakı qara rəngli corabın içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,321 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,740 qram təşkil edən ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 5 ünvanın qarşısınadək daşımış, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində 22 ünvanın qarşısında saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-yə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sol ayağındakı qara rəngli corabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,740 qram təşkil edən ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş video görüntülər ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 aydır ki, təxminən bir ildir ki, narkotik vasitə olan heroindən falqada yandırmaq yolu ilə nəfəsinə çəkməklə istifadə edir, narkotik vasitə aludəçisi olsa da, lakin ara-sıra əlinə düşəndə istifadə edir, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, barəsində maraqlandıqda o, həmin şəxslərə özünü təqdim etmiş, hərəkətləri həmin şəxslərdə şübhə yaratmış, daha sonra həmin polis əməkdaşları narkotik vasitə istifadəçisi olub-olmamağmı maraqlandıqda o, narkotik vasitə qəbul etdiyini demiş, üzərində narkotik vasitə olmasını səmimi etiraf etmiş, bundan sonra həmin polis əməkdaşları onu yaxınlıqdakı polis Bölməsinə dəvət etmişlər və həmin şəxlərə etiraz etmədən polis bölməsinə getmiş, polis bölməsində isə onun üzərində şəxsi axtarış aparılacağı barədə bildirilərək, hüquqları barədə məlumat verilmiş, hüquqlarının müdafiəsi üçün daha sonra vəkil dəvət olunmuş, vəkilin də iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində qeyri-qanuni əşya və ya narkotik vasitələr varsa təqdim etməsi təklif edilmiş, o, artıq ifşa olunduğunu başa düşərək, sol ayağındakı corabın içərisində ağ rəngli kağızda saxladığı 01 ədəd bükümdə olan heroin olan narkotik vasitəni çıxarıb təqdim etmiş, daha sonra üzərinə axtarış aparılsa da, heçnə aşkar edilməmiş, bundan sonra, həmin büküm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, üzərində keçirilmiş axtarışla bağlı protokol tərtib olunaraq, ucadan oxunmuş, o da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan başqa, 8 aydır, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli olaraq narkotik vasitələri müxtəlif üsullarla könüllü olaraq qəbul edir, buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən almış, bu cür əmələ görə əvvəllər məhkum olunmamış, xx.xx.2022-ci il tarixdə saa 13:00 radələrində Yasamal rayonunda yerləşən “Sovetskiy” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata “şüşə” adlanan narkotik vasitə almış, narkotik vasitəni aldıqdan sonra evinə gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman ona yaxınlaşan polis əməkdaşları üzərində narkotik vasitə daşıdığından şübhələndiklərini bildirərək onu polis bölməsinə dəvət etmişlər, o, etiraz etmədən həmin şəxslərlə birlikdə Səbail RPİ-nin 8-ci polis bölməsinə getmiş orada müdafiəçi dəvət edilmiş, videoçəkiliş aparmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış və baxış keçirilmiş, ona hüququları izah edilmiş və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar o, narkotik vasitə qəbul etdiyini bildirmiş və həmin vaxt üzərində “şüşə” adlanan psixotrop maddə olduğunu etiraf edərək sol ayağındakı qara corabı çıxararaq içində saxladığı ağ kağızda olan “şüşə” adlanan psixotrop maddəni təqdim etmiş, həmin maddə zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının və törətmiş olduğu əməli etiraf etməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Səbail rayonu, A.İsmayılov küçəsi ev 22 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə əməliyyat qrupu yaradılmış, hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, 04 noyabr 2022-ci ildə, saat 13:20 radələrində ünvan 9 ünvanın qarşısında X4 saxlanılaraq 8-ci Polis bölməsinin təhqiqatçısı Yasəf Rüstəmovun xidməti iş otağına gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X1 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Rasim Kazixanoviç əynində olan sol ayağndakı corabının içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü çıxardıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını və onu şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş 01 ədəd büküm heroin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, sonra bu barədə protokol tərtib edilmiş, həmin protokollar bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3, digər Şahid1 göstərdiyi xüsusatları tam təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X8 bildirmişdir ki, Səbail rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 14 sentyabr 2022-ci il tarixli qərarı ilə əməliyyat qrupu yaradılmış, Şahid4 və o, həmin qrupun üzvü kimi qrupa daxil edildikdən sonra hazırlanmış əməliyyat- axtarış tədbirləri həyata keçirilmiş, 14 sentyabr 2022-ci ildə, saat 15:20 radələrində ünvan 9 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq 8-ci Polis bölməsinə gətirilmiş, təhqiqatçı Rahib Cəfərov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Rasim Kazixanoviç əynində olan sol ayağndakı corabının içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü çıxardıb təqdim etmiş, həmin bükümün içərisində psixatrop maddə metamfetamin olmasını və onu şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Sovetski adlanan ərazidən aldığını bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş 01 ədəd büküm metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, sonra bu barədə protokol tərtib edilmiş və həmin protokollar bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4, digər şahid X7 göstərdiyi xüsusatları tam təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 6/6422 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 52” dairəvi möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iki imza: Müdafiəçi-S.Əliyeva-imza Tərtib etdi: Y.Rüstəmov-imza...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,321 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasımın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 6/5199 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°52” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxsin təqdim etdiyi maddi sübut. Təqsirləndirilən şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri soyadlar və imzalar qeyd edilmiş zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,740 qram olan ağ rəngli, krsistalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasımın ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. 26 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə “şəxsi axtarış aparılması və götürmənin” nəticələrini özündə əks etdirən videogörüntüdən görünür ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 11 dəqiqə 03 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan şəxs, yəni Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabın içərisindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim edir. Həmin bükülü açıldıqda içərisində psixatrop maddə metamfetamin olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs psixatrop maddə metamfetamini şəxsi istifadəsi üçün Yasamal rayonu, Nərimanov heykəli yaxınlğında tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Daha sonra həmin şəxsin üzərinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir maddə aşkar edilməmişdir. Qeyd olunan 01 ədəd CD disk yenidən zərfə qoyulmaqla möhürlənir. 20 noyabr 2022-ci il tarixli cinayət işi üzrə “şəxsi axtarış aparılması və götürmənin” nəticələrini özündə əks etdirən videogörüntüdən görünür ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 04 dəqiqə 49 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan şəxs, yəni Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabın içərisindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim edir. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini şəxsi istifadəsi üçün Yasamal rayonu, Nərimanov heykəli yaxınlğında tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Daha sonra həmin şəxsin üzərinə baxış keçirmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir maddə aşkar edilməmişdir. Qeyd olunan 01 ədəd CD disk yenidən zərfə qoyulmaqla möhürlənir. “Şübhəli şəxsin tutulması haqqında protokola” əsasən, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 16 sentyabr 2022ci il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Daha sonra “şübhəli şəxsin tutulması haqqında protokola” əsasən, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 05 noyabr 2022ci il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Pərviz Cəfərovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş məhkumluq haqqında arayışdan görünür ki: - Səbail rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 42-1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hökmün icrası təxirə salınmışdır. - Səbail rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83, 15-83, 143, 215 və 38-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.1998-ci ildə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azad olunmuşdur. - Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 185.2.1, 185.2.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad edilmişdir. - Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2010-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4 maddələrinə tövsif edilərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2018-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilmişdir. - Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci ildə isə azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs qəsdən törətdiyi əmələ görə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və hazırki cinayət hadisəsinin isə 04 noyabr 2022-ci il tarixdə və 14 sentyabr 2022-ci il tarixində baş verdiyini, 07 yanvar 2022-ci il tarixdən amnistiya aktına əsasən cəzadan azad olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 əməlindən peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər digər cinayət əməlinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək və 04 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 03 (üç) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 14 oktyabr 2022-ci il tarixli 6057 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,271 qram heroin və 0,690 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin təqsirləndirilən şəxsədn tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək və 04 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 08 avqust 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,271 qram heroin və 0,690 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 147 (yüz qırx yeddi) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar