Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-144/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01:30 radələrində ünvan 2 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus olan “VAZ 2107” markalı, Az ** DE *** dövlət nömrə nişanlı avtomobilin nəzarətsiz olmasından istifadə edərək avtomobilin salonuna daxil olub, oradan “01 ədəd 150 manat dəyərində “Panasonic” markalı maqnitofon, həmin avtomobilin mühərriki olan hissəsindən 01 ədəd 180 manat dəyərində Akkumlyator, həmin avtomobilin yük yığma hissəsindən 01 ədəd 500 manat dəyərində prefarator, 01 ədəd 85 manat dəyərində elektrik mişar, 01 ədəd 300 manat dəyərində “G8507, 2100 W, disk 230” markalı laqonda, içərisindən açar dəstləri, drel, mişarlar olan 1250 manat dəyərində 01 ədəd qutunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2465 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Cəbrayıl rayonunda anadan olmuş, atası Rusiya vətəndaşı olmaqla orada yaşadığından o, da, bir neçə ildir ki, Rusiya Federasiyası vətəndaşdır, mütəmadi olaraq Azərbaycan Respublikasına gəlir. Sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş, lakin müvəqqəti olaraq yaşamaq üçün qeydiyyata alınmaq üçün müraciət etmədən, hazırki vaxta qədər ünvan 1 ünvanda yaşamışdır. Heç bir yerdə işləmir, əvvəllər bir dəfə oğurluq cinayətinə görə Rusiya Federasiyası, Bryansk şəhərində məhkum edilmiş və cəzasını çəkdikdən sonra 2011-ci ildə azadlığa buraxılmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində yaşadığı A.İsmayılov küçəsi ilə piyada hərəkət edən zaman həmin küçədə yerləşən evin qarşısında dalanda “Vaz 2107” markalı avtomobilin saxlanılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin zaman qərara gəlmişdir ki, həmin avtomobilin akkumlyatorunu oğurlayaraq satışından pul əldə etsin. Bunun üçün ətrafa baxmış, gecə vaxtı olduğundan ətrafda kimsənin olmadığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Üzərində gəzdirdiyi dəmir alətlə avtomobilin qabaq sol qapısının kilidini sındırıb qapını açmışdır. Salona daxil olduqdan sonra mühərrik qapağının kilidini salondakı dəstəyindən açdıqdan sonra avtomobilin akkumlyatorunu ayırıb götürmüşdür. Həmin akkumlyatoru yaxınlıqda yerləşən ağaclıqda gizlətmiş və yenidən avtomobilə qayıtmışdır. Daha sonra avtomobilin salonundan maqnitofonu ayırıb götürmüşdür. Bundan sonra avtomobilin salonunda dəyərli əşya olmadığından düşünmüşdür ki, yük yerində olan ehtiyyat təkərini götürsün. Bunun üçün yük yerinin kilidini yenədə üzərində olan dəmir parçası ilə açdıqda, yük yerində tikinti və təmirdə istifadə edilən alətlərin, yəni drel, laqonda, açar dəsti, elektrik mişar olduğunu görmüşdür. Həmin əşyaları yük yerində olan qara rəngi böyük ölçülü qalın sellofan torbaya yığmışdır. Əyşalar olduğundan ehtiyyat təkərini götürməmişdir. Götürdüyü əşyaları iki torbaya yığdıqdan sonra oradan uzaqlaşmışdır. Daha sonra tanışı və qonşusu olan Rasim adlı şəxsin yaşadığı evin qarşısına gələrək, Rasimi çağırmışdır. Rasimdən xahiş etmişdir ki, torbaları yaşadığı evin həyətində saxlasın. Rasim ondan həmin torbalarda nə olduğunu soruşduqda, o, Rasimə cavab olaraq özünə aid tikinti avadanlıqlarının olduğunu demişdir. Rasim onun maddi vəziyyətini bildiyindən və gecə saatında həmin əşyaların evində saxlamaq istədiyindən şübhələnərək ona imtina etmiş və ondan həmin əşyaların oğurluq olub olmadığını soruşmuşdur. O, bu barədə Rasimə cavab verməmiş və ona imtina etdiyi üçün inciyib oradan gedərək yaşadığı evə gəlmişdir. Daha sonra o, ilkin olaraq götürdüyü akkumlyatoru gizlətdiyi yerə gəlmiş və akkumlyatoru götürüb evə qayıtmışdır. Oğurladığı həmin əşyaları yaşadığı evin həyətində saxlamışdır. Bir neçə gün sonra o, Bayıl qəsəbəsində Fərid kimi tanıdığı şəxslə rastlaşmışdır. Söhbət əsnasında o, Fəridə bildirmişdir ki, onun tikinti alətləri vardır və istəyən olsa satar. Fərid həmin əşyalarla maraqlandıqda birlikdə yaşadığı evin qarşısına gəlmişlər. Orada Fəridə drel və maqnitofonu satmİşdır. O, Fəridə həmin əşyaların ucuz qiymətə düşdüyündən aldığını və qazanc əldə etmək üçün satmaq istədiyimi söyləmişdir. Fəridlə razılaşaraq dreli 10 manat müqabilində, maqnitofonu isə 20 manat müqabilində satmışdır. Daha sonra o, da qalan digər əşyalardan açar dəstini və elektrik mişarı qonşuluqda yaşayan Nizami adlı şəxsə ümumilikdə 30 manat müqabilində satmışdır. O, Nizamiyə eyni adla yəni, əşyaları ucuz qiymətə aldığını və satmaqla qazanc əldə etmək üçün satdığını demişdir. Oğurladığı əşyalardan qalan laqonda alətini qonşuluqda yaşayan Toğrul adlı şəxsə 17 manat müqabilində satmışdır. O, Toğrula da, eyni adla yəni, ucuz qiymətə aldığını və satmaqla qazanc əldə etmək üçün satdığını demişdir. Oğurluqdan qalan akkumlyatoru isə Bayıl qəsəbəsində tanımadığı şəxsə 7 manata satmışdır. O, oğurluq cinayətini tək törətmişdir. Oğurladığı əşyaları Rasimin yaşadığı evdə saxlamağını xahiş etdikdə Rasim ona imtina etdiyindən acıqlı olduğundan ifadəsin də Rasimlə birlikdə törətidiyini qeyd etmişdir. Lakin həqiqətdə Rasimin onun törətmiş olduğu oğurluq cinayətindən xəbəri olmamışdır. xx xxx 2020-ci il tarixdə yaşadığı evdə olarkən 8-ci polis bölməsindən əməkdaşlar gələrək onu polisə dəvət etmişlər və artıq ifşa olunduğundan etdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, himayəsində bir azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışığa cəhd etməsinin, dəymiş ziyanın qismən ödənilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, habelə məhkəmə və istintaq hərəkəti protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, anket məlumatlarında qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq, Səbail rayonu ərazisində yerləşən “xxxxxxx” MMC adlı restoranda texniki servis işçisi olaraq fəaliyyət göstərir. O, “Vaz 2107” markalı, AZ ** DE *** dövlət nömrə nişanlı avtomobili idarə edir. Həmin avtomobili etibarnamə əsasında idarə etsə də, avtomobil ona məxsusdur. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində idarə etdiyi avtomobili yaşadığı ünvan 3 ünvanın qarşısında saxlamİş və yaşadığı evə daxil olmuşdur. Növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb avtomobilinə yaxınlaşmış, avtomobilin qabaq sol qapısının aralı olduğunu görmüşdür. Avtomobilinə nəzər yetirdikdə aşkar etmişdir ki, avtomobilində olan əşyaları yoxdur. Ona məlum olmuşdur ki, avtomobilindən oğurluq hadisəsi baş vermişdir. Bu səbəbdən də, o, 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Onun avtomobilindən 01 ədəd 150 manat dəyərində “Panasonic” markalı maqnitofon, avtomobilin mühərriki olan yerdən 01 ədəd 180 manat dəyərində Akkumlyator, 01 ədəd 500 manat dəyərində prefarator, 01 ədəd 85 manat dəyərində elektrik mişar, 01 ədəd 300 manat dəyərində laqonda, 01 ədəd qutunun içərisində açar dəstləri, drel, mişarlar olan komplekt dəst, həmin dəstin dəyəri 1250 manat olmuşdur. Əşyaların dəyəri mümuilikdə 2465 manat təşkil etmişdir. Bundan əlavə avtomobilin qabaq sol qapısında olan kilidin zədələnməsi nəticəsində ona 35 manat maddi ziyan dəymişdir. Bununla da, hadisə nəticəsində ona ümumilikdə 2500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın tam ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu göstərərək, sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Onun Famil ilə bir qonşu kimi münasibəti yaxşı və əvvəllər heç bir ədavəti olmamışdır. Təxminən 2020-ci ilin may ayının əvvəllərində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaşadığı məhlədə qarşılaşmışdır. Həmin zaman Famil ona bildirmişdir ki, laqondası var və həmin laqondanı 20 manata satır. O, da demişdir ki, 17 manatı vardır. Təqsirləndirilən şəxs də onun ilə razılaşmış və o, laqondanı Famildən almışdır. Daha sonra isə 8-ci polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq Famil adlı şəxsdən laqonda aldığını soruşmuşlar. Polis əməkdaşları ona bildirmişlər ki„ həmin laqondanı Famil oğurlamışdır. Bundan sonra o, həmin laqondanı polis əməkdaşklarına təhvil vermişdir. Təqsirləndirilən şəxs laqondanı ona satan zaman özünə məxsus olduğunu bildirmişdir. O, həmin laqondanın oğurluq cinayətinin törədilərək əldə edilməsi barədə məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunaraq elan olunmuş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1359 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilən üzərində “Evromax” G8507, 2100 W, disk 230 markalanma yazıları olan laqondanın işlənmiş vəziyyətdə, xx xxxxx 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 80,00 manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. 01 ədəd “G8507, 2100 W, disk 230” markalı laqonda maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən dərhal azad edilmişdir. AZ 465569 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, himayəsində xx xxxxxx 2004-cü il təvəllüdlü X3 var. Məhkəmə təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, şahidin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini, dəymiş ziyanın qismən ödənilməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu səbəbdən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona ictimai işlər növündə cəza təyin olunarkən nəzərə alınmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10cu və 353.4.11-cu maddələrinə uyğun olaraq, maddi sübut kimi tanınmış 01 ədəd G8507, 2100 W, disk 230 markalı laqondanın Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınmasını, ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanıldığı müddət hazırki hökmlə ona təyin edilmiş cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 464 (dörd yüz altmış dörd) saat müddətinə ictimai işlər cəzası saxlanılsın. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd G8507, 2100 W, disk 230 markalı laqondanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutulub, 3 saylı vəkil bürosunun "Kapital Bank"ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-144/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-144/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver