Məhkəmə qərarları › İş №1(009)-144/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-144/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-144/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid tamah niyyəti ilə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin noyabr ayının əvvəllərindən başlayaraq 03 sentyabr 2020-ci il tarixinə kimi olan müddət ərzində müxtəlif günlərdə və saatlarda ailəsi və qaynanası X3 ilə birgə yaşadığı ünvan 1 ünvanın yataq otağındakı sandığın qıfılını qaynanasının yataq xəstəsi olmasından istifadə edib gizlətdiyi yerdən açarı götürüb açaraq, orada taxta daxılda saxlanan Xoşqədəm Nuriyevə məxsus hər birinin qiyməti 1.000 manat olan cəmi 3000 manat dəyərində 03 ədəd qızıl kulonu, dəyəri 150 marat olan 01 ədəd cüt qızıl sırğasını, dəyəri 500 manat olan 01 ədəd cüt qızıl sırğasını, dəyəri 150 manat olan 01 ədəd cüt gümüş mirvari qaşlı sırğasını, hər birinin qiyməti təxminən 150 manat cəmi 1500 manat dəyərində 10 ədəd qızıl üzüyünü-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs X.Ə.Nuriyevaya ümumilikdə 5.300 manat məbləğində xeyli miqdarda ziyan vurulmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əri Şahid1lə, 3 azyaşlı uşaqları və yataq xəstəsi olan X5 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ş.Aallahverdiyev küçəsi, dalan 1, ev 2, mənzil 5-də yaşayır. X5 yaşlı qadın olduğundan, zobunda, ürəyində və ciyərində problemləri olmaqla ağır şəkər xəstəsidir. Hərəkət edə bilmir, çəkisi ağır olduğundan bütün günü oturaq həyat tərzi keçirir. 2020ci ilin iyul ayının əvəllərində qaynanasının vəziyyəti ağırlaşması ilə əlaqədar komaya düşmüş, 6 saylı xəstəxanaya müalicəyə yerləşdirilmişdir. 7 gün ərzində reanimasiyada komada yatmış, sonra müəyyən dərəcədə vəziyyəti yaxşılaşdığından yataq şəraitində müalicəsinin davam etdirmək məqsədi ilə evə gətirilmişdir. Evdə qaynanası Xoşqədəmin yataq otağının havalandırması olmadığından, yatağı qonaq otağında açılaraq müalicəsi davam etdirilmişdir. 2020-ci ilin sentiyabr ayının əvəllərində qaynanasının vəziyyəti düzəlmiş, oturaq şəraitdə huşu özündə olmaqla danışa və söhbət edə bilmişdir. 09 sentyabr 2020-ci il tarixdə səhər saat 10:30 radələrində əri Emin evdə olmadığı vaxt, qaynanası Xoşqədəm ona yataq otağındakı sandığı açarla açıb içərisində qızıl-zinət əşyalarını saxladığı daxılı gətirməsini xahiş edərək, orada saxladığı qızıllarına baxmaq istədiyini demişdir. O, Xoşqədəmin dediyi tumbanın siyirtməsindən açarı götürüb sandığı açaraq taxta daxılı Xoşqədəmə gətirmişdir Qaynanası həmin daxıl açdıqda içərisində qızıl-zinət əşyaların yerində olmadığı görüb, bərk əsəbləşib ona qışqırıb təhqiramiz ifadələr işlədərək qızılları götürməsini soruşmuş, o isə qaynanasının bu basqısından qorxub sandıqdakı qızıl-zinət əşyalarını götürmədiyini bildirmişdir. O qaynanasına aid sandıqda saxlanılan qızıl-zinət əşyalarını son bir ildə Xoşqədəmin xəstə və yataqda olduğu dövrdə ailəsinin ağır maddi vəziyyəti ilə əlaqədar olaraq dolanmaq üçün- sandıqı açarla açıb gizli olaraq hissə-hissə götürüb sataraq ailəsinə və qaynanasının müalicəsinə xərcləsə də, Xoşqədəmin qızılların yoxa çıxmasına görə göstərdiyi təpkidən qorxub, qaynanası Xoşqədəmə qızıllarını götürməməsini və bundan xəbəri olmamasını bildirmişdir. Sonra da Xoşqədəm əsəbi halda DİNin “102” xidmətinə zəng edib evindəki sandıqdan qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Polis bölməsində o qızıl-zinət əşyalarını məqsədli şəkildə oğurlamadığını, qaynanası xəstə yatdığı və komada olduğu dövrdə sandıqdan müxtəlif vaxtlarda götürüb tanımadığı şəxslərə sataraq əldə olunan pulu qaynanasının müalicəsinə, ailəsinin dolanmasına xərclədiyini etiraf etmişdir. O 2019-cu ilin noyabr ayının əvəllərindən başlayaraq bir ədəd qızıl klonu 03 sentyabr 2020-ci il tarixdə qaynanası Xoşqədəmin və əri Eminin xəbəri olmadan gizli şəkildə sandıqdan götürüb həmin qızıl-zinət əşyalarının bir hissəsini evinin yaxınlığında, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə Salyan yolunda yerləşən lombard məntəqəsinə öz şəxsiyyət vəsiqəsilə təhvil verib pul almasını, diqər hissə qızıl-zinət əşyalarını əsasən bir neçə üzük və sırğaları tanımadığı şəxslərə satmasını, həmin qız -zinət əşyalarım konkret hansı günlərdə götürməsini və əşyaların dəqiq sayını xatırlamadığını, qızıl-zinət əşyalarını lombard məntəqəsinə təhvil verərkən və ya tanımadığı şəxslərə satarkən, həmin qızıl-zinət əşyaların özünə məxsus olmasını bildirmişdir. Sonuncu dəfə o, 03 sentyabr 2020-ci il tarixdə lombarda təhvil verdiyi qızıl kulona görə aldığı 600 manat pulu isə naməlum şəraitdə itirmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında “whatsapp” mobil tətbiqetmə proqram təminatı vasitəsi ilə zərərçəkmiş X2 videozənglə iştirakı təmin olunmuş və o ifadəsində bildirmişdir ki, oğlu Şahid1, oğlunun arvadı Kəmalə və üç azyaşlı uşaqları birlikdə Bakı şəhəri, Səbail rayonu, Ş.Aallahverdiyev küçəsi, dalan 1, ev 2, mənzil 5-də yaşayır. Yaşlı, ağır şəkər xəstəsi olduğundan, hərəkət edə bilmir. Çəkisi ağır olduğundan bütün günü oturaq həyat tərzi keçirir. 2020-ci ilin iyul ayının əvəllərində onun vəziyyəti ağırlaşması ilə əlaqədar komaya düşmüşdür. Reanimasiyada komada yatmış, sonra müəyyən dərəcədə vəziyyəti yaxşılaşdığından müalicəsi yataq şəraitində davam etdirmək məqsədi ilə evə gətirilmişdir. Evdə onun yataq otağının havalandırması olmadığından, yatağı qonaq otağında açılaraq müalicəsi davam etdirilmişdir. 2020-ci ilin sentyabr ayının əvəllərində onun vəziyyəti düzəlmiş, oturaq şəraitində huşu özündə olmuşdur. Danışa və söhbət edə bilmişdir. 09 sentyabr 2020-ci il tarixdə, səhər saat 10:30 radələrində o, Kəmaləyə yataq otağındakı sandığı açarla açıb içərisində qızıl-zinət əşyalarını saxladığı daxılı gətirməsini xahiş etmişdir. Orada saxladığı qızıllarına baxmaq istədiyini demişdir. Kəmalə sandıqdakı daxılı gətirib verdikdə və o, açıb içərisinə baxdıqda qızıl-zinət əşyaların yerində olmadığı görmüşdür. Lakin ilkin olaraq Kəmalə qızıl-zinət əşyalarını götürməsini etiraf etmədikdə o, qızılları götürmüş şəxsin müəyyən edilməsi üçün DİN-nin "102” xidmətinə müraciət etmişdir. Sonralar Kəmalə ona qızıl zinət əşyalarını onun və əri Eminin xəbər olmadan hissə-hissə sandıqdan götürüb tanımadığı şəxslərə sataraq əldə olunan pulu dərmanlarına xərcləməsini etiraf etmişdir. Sonradan isə o 102 xidmətinə zəng vuraraq anlaşılmazlıq olduğunu bildirmişdir. Məhkəmə iclasında suallara cavab verərkən hər birinin qiyməti 1.000 manat olan cəmi 3000 manat dəyərində 03 ədəd qızıl klon, dəyəri 150 manat olan 01 ədəd cüt qızıl sırğa, dəyəri 500 manat olan 01 ədəd cüt qızıl sırğa,dəyəri 150 manat olan 01 ədəd cüt gümüş mirvari qaşlı sırğa və hər birinin qiyməti 150 manat cəmi 1.500 manat dəyərində 10 ədəd qızıl üzüyün, cəmi 5,300 manat dəyərində qızılzinət əşyalarının Kəmalə götürməsini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o, arvadı Kəmalə Nuriyevə, üç azyaşlı uşaqları və yaşlı xəstə anası Xoşqədəm Nuriyeva ilə birlikdə ünvan 1-də yaşayır. Onun anası yaşlı qadın olduğundan zobunda, ürəyində və ciyərində problemləri olmaqla ağır şəkər xəstəsidir. Hərəkət edə bilmir. Çəkisi ağır olduğundan bütün günü oturaq həyat tərzi keçirir. 2020-ci ilin iyul ayının əvəllərində anası Xoşqədəmin vəziyyəti ağırlaşması ilə əlaqədar komaya düşmüşdür. Buna görə 6 saylı xəstəxanaya yerləşdirilmiş, anası 7 gün ərzində reanimasiyada komada yatmışdır. Sonra müəyyən dərəcədə vəziyyəti yaxşılaşdığından, müalicəsi yataq şəraitində evdə davam etdirmək məqsədi ilə gətirilmişdir. Evlərində anasının yataq otağı qaranlıq və havasız olduğundan, anasına yaxşı qulluq etmək məqsədi ilə yatağı böyük qonaq otağında açılmış və təxminən iki ay ərzində yataq şəraitində müalicədə davam etmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində anasının vəziyyəti tam düzəlməsə də, oturaq şəraitində, huşu özündə olmaqla danışa və söhbət edə bilmişdir. 09 sentyabr 2020-ci il tarixdə, saat 16 radələrində o, evə gəldikdə, arvadı Kəmalə evdə olmamış, anası Xoşqədəmdən harada olmasını soruşduqda, anası həmin günü Kəmalədən öz otağında sandıqdakı daxılda saxladığı qızıl-zinət əşyalarına baxmaq üçün həmin taxda daxılı gətirməsini Kəmalədən istədiyini, açarla bağlı sandıqdan Kəmalə daxılı gətirdikdə və anası həmin daxılı açdıqda içərisində anası Xoşqədəmin uzun illər yığdığı və özünə məxsus qızıl-zinət əşyaları yerində olmamasını, yoxa çıxmasını aşkar etdiyini bildirmişdir. Kəmalə də qızıl-zinnət əşyaları haqqında xəbəri olmadığını bildirdikdə, anası oğurluq barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. Sonra Kəmalə könüllü olaraq etiraf edib sandıqdakı daxılın içərisində saxlanan anasına məxsus qızıl-zinət əşyalarını gizli şəkildə, yəni onun və anası Xoşqədəmin xəbəri olmadan götürüb tanımadığı şəxslərə satdığını, əldə etdiyi pulu isə evlərinin dolanmasına və xəstə anasının dəva-dərmanına xərclədiyini bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı Şahid3 ifadəsində bildirmişdir ki, o, 09 sentyabr 2020-ci il tarixdə, bölmədə növbətçi təhqiqatçı kimi xidmətdə olarkən, DİN-in 102 xidmətindən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə Ş.Allahverdiyev küçəsi, dalan 1, ev 2, mənzil 5-də yaşayan X2 yaşadığı evdən təxminən 7000 manat dəyərində qızıl dəsti və 7-8 ədəd üzüyün oğurlanmasını aşkar etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat müvəkkili Ata Atayevlə birlikdə həmin ünvana gəlmiş, ünvanda yaşayan X.Nuriyeva DİN-in 102 xidmətinə verdiyi məlumatı 8-ci PB-nə yazdığı ərizə ilə təsdiq edərək, yaşadığı mənzilin yataq otağından sandıqdan özünə məxsus 10 ədəd qızıl üzüyün, 3 ədəd qızıl kulon və 2 ədəd qızıl sırğanın oğurlanmasını aşkar etdiyini göstərmişdir. Sonra o, hal şahidlərinin iştirakı ilə mənzilə baxış keçirilmiş, fotoşəkillər çəkmiş, baxış zamanı mənzilə kənar şəxsin daxil olma və qızıl-zinət əşyalarının saxlandığı yataq otağınadakı sandığın qıfılının sındırılması və ya hər hansı bir kənar fiziki təsirə məruz qalması aşkar edilməmişdir. Bu barədə onun tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra şikayətçi Xoşqədəm Nuriyeva yataq xəstəsi olduğundan, yaşadığı mənzildə onun tərəfindən izahatı alınarkən, uzun müddət yataq xəstəsi olduğundan və son iki ayda vəziyyəti ağırlaşdığından xəstənadada yatıb müalicə aldığını, evdə oğlu Emin, gəlini Kəmalə və azyaşlı nəvələrinin qaldığını, həmin gün, yəni 09.09.2020-ci il tarixdə vəziyyəti yaxşılaşdığından, otağında qıfılla bağlı sandığında saxladığı qızıllarını yoxlayarkən, həmin sandıqda saxladığı özünə məxsus hər birinin qiyməti 1000 manat olan 03 ədəd qızıl klon, hər birinin qiyməti 150 manat olan 10 ədəd qızıl üzük, dəyəri 150 manat olan 01 ədəd cüt qızıl sırğa, dəyəri 500 manat olan 01 ədəd cüt qızıl sırğasını və dəyəri 150 manat olan 01 ədəd cüt gümüş mirvari qaşlı sırğanın, ümumilikdə cəmi 5.300 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını aşkar etdiyini bildirmişdir. Evdə qızıllar olan sandığın qıfılının açar yerini gəlini Kəmalə bildiyindən, evdə daimi adam olduğundan və sandığın qıfılı sındırılmadığından həmin oğurluğu törətməkdə gəlini Kəmalədən şübhələndiyini, ilkin olaraq DİN-in 102 xidmətinə oğurluq barədə məlumat verərkən hirsli olduğundan sandıqdan təxminən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlandığını, izahatında isə tam dəqiq və düzgün olaraq 5.300 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını göstərmişdir. Bundan sonra polis bölməsində həmin oğurluq faktı ilə bağlı mənzildə yaşayan Kəmalə Nuriyevə ilə söhbətlər aparılıb izahatı alınarkən sonuncu qaynanası Xoşqədəmin uzun müddət yataq xəstəsi olduğundan və son bir neçə ayda vəziyyətinin ağırlaşması ilə əlaqədar xəstəxanaya yerləşdirildiyindən, həm qaynanası Xoşqədəmin müalicəsi və evinin dolanması üçün qaynanası Xoşqədəmin yataq otağındakı sandıqda qızıl-zinət əşyalarının saxlamasını, həmin sandığın qıfılının açarın yerini bildiyi üçün müxtəlif vaxtlarda ailəsindən gizli şəkildə açarı götürüb sandığı açaraq oradan qızıl-zinət əşyalarını götürüb tanımadığı şəxslərə müxtəlif qiymətlərə sataraq əldə etdiyi pulu isə qaynanasının müalicəsinə və dərmanlarına xərcləməsini, həmin qızıl-zinət əşyalarının gizli götürüb sataraq xərcləməsini əri Emin də bilmədiyini göstərməklə izahat vermişdir. Sonra oğurluq faktı ilə əlaqədar toplanmış materialı istintaq aidiyyəti ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 22 sentyabr 2020-ci il tarixdə X2 müraciəti faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 noyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X4 əvvəllər məhkum olunmamışdır. İş üzrə zərərçəkmiş şəxs X2 istintaq zamanı təqdim etdiyi 02.11.2020-ci il tarixli ərizəsinə əsasən onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs üç azyaşlı uşağı vardır – 22 yanvar 2011-ci il tarixli X8, 14 dekabr 2014-cü il tarixli X11 və 27 iyul 2008-ci il tarixli X16. Sübutların qiymətləndirilməsi barədə 16.12.2020-ci tarixli qərarla ********* saylı cinayət işi üzrə əməl CM-nin 177.2.3, 177.2.4-cü maddələrindən CM-nin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. 17 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 17 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-78/2021 saylı, 05.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 10 mart 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 29 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanladığı ərizəsinə əsasən onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni qızıl-zinət əşyalarını oğurlamaq məqsədi ilə götürmədiyini, qaynanasının müalicəsi üçün götürüb satdığını bildirsə də, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qızının üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi ) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 ( altmış ) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs qızının hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar